Month: May 2019

  • Все дома в Баиловской оползневой зоне будут снесены

    Проживающие в Баиловской оползневой зоне в Сабаильском районе Баку 92 семьи будут переселены, а владельцам частных домов будет выплачена минимальная материальная помощь в размере 35 тысяч манатов.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, это предусмотрено решением, подписанным премьер-министром Новрузом Мамедовым.

    Для переселения проживающих в Баиловской оползневой зоне граждан на счет Исполнительной власти Сабаильского района будут перечислены 9 миллионов 201 тысяча 533 маната, ИВ в соответствующем порядке обеспечит перевод положенной суммы на банковские счета граждан.

    На этой территории проживало 98 семей, шесть из них были переселены еще в 2018 году, в настоящее время из проживающих 92 семей 27 являются вынужденными переселенцами. На работы по благоустройству территории после сноса домов и завершения строительства планируется выделить 250 тысяч манатов.

    Госкомитет по делам беженцев и вынужденных переселенцев должен быть проинформирован о вынужденных переселенцах, которые получат материальную помощь.

    Отметим, что 10 февраля 2018 года на Баилово, около бакинской телевизионной башни, произошел оползень. В результате расположенные на Баиловском склоне четыре дома были разрушены полностью, два – частично.

    Было решено выплатить владельцам четырех частных домов общей площадью 306 кв.м, а также двух домов, в которых одна часть общей площадью 182 кв.м стала непригодной для проживая, единовременную материальную помощь в размере 700 манатов за каждый квадратный метр и 1500 манатов за поврежденные предметы быта.

  • В Гаджигабуле автомобиль скрылся, сбив насмерть пешехода

    Как сообщает Median.Az, 26-го мая примерно в 23 часа на территории села Гызылбурун Гаджигабульского района автомобиль неустановленной марки сбил жителя села Захида Назарова и скрылся с места происшествия.

    В Главном Следственном управлении МВД по факту ведется расследование.

  • Hacıqabulda avtomobil piyadanı öldürüb, qaçıb

    Median.Az xəbər verir ki, mayın 26-ı saat 23 radələrində Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində, müəyyən edilməmiş avtomobillə kənd sakini Zahid Nəzərov vurulub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən istintaq-əməliyyat tədbirləri aparılır.

  • Xanım rektor özünə superlüks avtomobil aldı – FOTOLAR

    Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

    Median.Az Bakupost.az-a istinadən xəbər verir ki, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı “Mercedes S-400” model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.

    Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.

    Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəlditi bildirilir.

    Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.

    Avtomobilin fotosunu təqdim edirik:


  • За кражи в Бинагадинском районе задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники 40-го отделения полиции Бинагадинского РУП в результате проведенной операции задержали жителя г.Гянджа, ранее судимого Р.Алиева, который 23-го мая украл из кармана гражданина А.Мамедова 120 манатов.

    Кроме этого, сотрудники 6-го отделения полиции Бинагадинского РУП задержали жителя столицы Х.Аббаслы, который украл из двух домов водяные счетчики и ремонтные инструменты, а также пытался совершить еще одну квартирную кражу.

    По фактам ведется следствие по статье 177 (кража) УК Азербайджана.

  • Binəqədi rayonunda oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 40-cı polis bölməsinin əməkdaşları tərəfindən mayın 23-də vətəndaş A.Məmmədovun cibindən 120 manat pulunu oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.

    Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 evdən su sayğacı və təmir-tikinti alətləri oğurlayan, habelə 1 evdən oğurluğa cəhd göstərən Bakı şəhər sakini H.Abbaslı saxlanılııb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.

  • Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru barədə YENİ XƏBƏR

    Arvadını yaşadıqları mənzilin balkonundan ataraq öldürməkdə təqsirləndirilən “Buta Palace”nin art direktoru Ramiz Taxveli ilə bağlı istintaq yekunlaşıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xüsusi amasızlıqla adam öldürməkdə təqsirləndirilən R.Taxvelinin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq.

    İstintaq bu işdə T.Taxvelinin mərhum arvadı Adelya Taxvelidən başqa, qızı Aliya Taxvelini də zərərçəkmiş kimi tanıyıb.

    Qeyd edək ki, ötən ilin son ayında Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Gecə saat 3 radələrində Nəsimi rayon Polis İdarəsinə 21-ci polis bölməsindən 1988-ci il təvəllüdlü Bakı şəhəri Nəsimi rayonu, 381-ci məhəllə,

    Rəşib Behbudov küçəsi, ev 65, mənzil 51 ünvanında qeydiyyatda olmaqla yaşayan Taxveli Adelya Azər qızının naməlum səbəbdən yaşadığı ünvanda 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin eyvanından yerə düşərək ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış zamanı 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.647 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsullla hazırlanmış, qurudulmuş marixuana götürülüb.

    Ramiz Taxveli narkotik maddələrə aludəçi olduğu üçün sonradan onun səhhətində problemlər yarandığı bildirilib.

    Xatırladaq ki, Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun qohumudur. Ramiz Taxveli tərəfindən öldürülən Adelya Taxveli ilə də bağlı bəzi məqamlar üzə çıxıb.

    Adelya 2013-cu ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

  • Emin 4 övladı ilə fotolar paylaşdı

    Xalq artisti Emin Ağalarov övladları ilə birgə fotoların paylaşıb.

    Median.Az Müğənninin paylaşdığı şəkildə əkizləri Əli və Mikayıl, Əminə, yeni doğulan qızı Afina yer alıb.

    4 övladının yer aldığı şəkili Emin “Ən böyük xoşbəxtlik – bütün övladlarını bir otaqda toplamaqdır. Uşaqlar bizim hər şeyimizdir, onları qoruyun” sözləri ilə şərh edib.

    Həmin fotoları təqdim edirik.


  • Bakı-Tbilisi-Qars sərnişin qatarının işə başlayacağı tarix məlum oldu

    Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq”.

    Median.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib.

    Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib:

    “Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır”.

    C.Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib:

    “Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarı deyil. Bakı- Tbilisi-Qarsda biletin qiymətini insanların yaşayış tərzinə uyğun olacaq”.

    Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub.

    Qiymətlər vaqonların klasından asılı olaraq adambaşına 97- 220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq

  • “Bizim kənddə 14 yaşında nişanlanmadınsa, evdə qaldın deməkdir”

    Erkən nikah fizioloji, psixoloji cəhətdən evlilik, uşaq doğma və bu məsuliyyəti daşımağa hazır olmadan, 18 yaşı tamamlanmadan nikaha daxil olmaq kimi tərif olunur. Erkən nikah hallarının olması bir sıra cəmiyyətdə olduğu kimi bizim də cəmiyyətimizin yaralı yeridir. Dünyanın bir çox yerində belə hallar olduğu üçün bu qlobal bir problemdir.

    Əsasən qız uşaqları bu travma ilə üzləşir. Fərqli cəmiyyətlərdə bu proses adət ənənə, “dini referans”a əsasən həyata keçirilir. Aparılan statistikalara baxdığıqda görürük ki, ölkəmizdə hər 100 nikahdan 7-i erkən nikahdır.

    Yəni 18 yaşı olmadan nikah bağlanıb ər evinə girən qızların sayı heç də az deyil. Bu hələ rəsmi statistikaya düşən rəqəmdir. İstər yaşı çatmadan evlənib 18 yaşını gözləyənlər, istər dini nikah bağlayaraq yaşı tamam olandan sonra rəsmi nikaha girənlər, hamilə olmasına baxmayaraq, həkim müayinəsindən keçməyənlər və bunun kimi fərqli hallara görə statistikaya daxil olmayanlar bu rəqəmlərin xaricindədir.

    Median.Az yeniavaz.az-a istinadən bildirir ki, Amma bu bir gerçəkdir ki, rəqəmlər heç də ürəkaçan deyil. İstər fərdi, istər ictimai müstəvidə ələ alınsın, erkən nikah həm ailə, həm cəmiyyət, həm insanın özü üçün ciddi problemlərə yol açır. Psixoloji və fizioloji inkişafı tamamlanmadan, özü ilə əlaqəli suallarının (şəxsiyyəti, kimliyi, həyatı mənalandırmaqla əlaqəli və sair) bitmədiyi dövrdə erkən nikahın olması istər qız uşaqlarını, istərsə də oğlan uşaqlarının qaldıra bilməyəcəkləri yükdür.

    Xüsusilə qız uşaqlarında rastlanılan erkən nikahda bir sıra “evdə qalacaqsan, yaşın keçdisə sənə kimsə baxmaz, bizim kənddə 14 yaşında nişanlanmadınsa evdə qaldın deməkdir” düşüncələr aparıcı rol oynayır.

    Erkən nikaha girənlərin bəziləri öz istəyi, bəziləri ailəsinin təzyiqi ilə, bəziləri ailələrinin maddi vəziyyətinə görə, bəziləri ərinin maddi cəhətdən varlı olmasına görə, bəziləri qaçırıldığına görə, bəziləri hamilə olduğuna görə, bəziləri isə ailə içində olan istismardan qaçmaq məqsədilə erkən nikaha girirlər.

    Səbəb nə olarsa olsun erkən yaşda olan evliliyin nəticələri fəsadlara yol açır. Fizioloji, psixoloji və sosial tərəfdən inkişafı tamamlanmayan fərdlər çox mühim bir birlik olan ailə müəssisəsinin vəzifələrini yerinə yetirə bilmirlər.

    Problem həll etmə, sosial və qərar alma bacarıqları, tənqidi yanaşma və tənqidi qəbul etmə bacarıqları kimi əhəmiyyətli qabiliyyətləri olmayan cütlüklər ailədaxili ünsiyyətdə də ciddi çatışmazlıqlar yaşamaqdadırlar. Erkən nikaha daxil olanların depressiya, təşviş pozuntusu, intihar kimi və bir sıra psixoloji qaynaqlı problemlər yaşadığı görülməkdədir.

    Erkən nikahda əlavə olaraq erkən hamiləlik halları ilə çox qarşılaşılmaqdadır. Hər hansı bir qadının özünü, vücudunu, duyğularını tam olaraq tanımadan, sağlam bir şəxsiyyətə sahib olmadan münasibətlərdə həlledici yanaşma ortaya qoyması çətin olur.

    Yeniyetməlik dövrünü sağlam bir şəkildə başa vurmadan valideyn olan uşaqlar problemli uşaqlara sahib ola bilirlər. Erkən nikaha girən uşaqlar təhsildən uzaq qalır, kimliyinin formalaşmasında əngəl ortaya çıxır, ailə içində şiddət halları daha çox yaşanılır.

    Evlilik qərarı alınmadan şəxslərin bir-birilərini kifayət qədər tanımaları lazımdır. Bu müddət ərzində hər iki tərəfin ailə ilə əlaqəli təlim, seminar və daha yaxşı olar ki, evlilikdən əvvəl Konsultasiyalarda iştirak etmələri faydalı olar. İstər media, istər psixoloji sağlamlıqla əlaqəli xidmət göstərən quruluşlar, istər hər hansı bir müəssisə olsun, ailə və onun sağlam olması üçün lazımi məlumatların insanlara çatdırılmasında iştirak etməlidir.