Month: May 2019

  • Ramazanın 19-cu gününün duası, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 19-cu günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 24-də Bakıda imsak saat 03:32, iftar isə saat 20:14-dədir.

    Ramazan ayının 19-cu gününün duası:

    “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”.

    Tərcüməsi:

    “İlahi, bu ayın bərəkətindən nəsibimi bol et, mənim yolumu xeyir-bərəkətlərinə doğru asanlaşdır və məni Öz yaxşılıqlarını qəbul etməkdən məhrum etmə, ey açıq-aşkar haqqa hidayət edən Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • LED lampaların mavi işığı gözlərə ziyan verir

    Fransa hökuməti tərəfindən həyata keçirilən sağlamlıq araşdırmalarına görə güclü LED lampalar qalıcı olaraq torlu-qişa ziyanı yarada bilir və təbii yuxu nizamını pozur.

    Median.Az deyerler.org-a istinadən bildirir ki, Fransız Qida, Ətraf və İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyi (ANSES) güclü LED işıqlarının foto-toksik olduğu mövzusunda xəbərdar etdi. Təşkilatın hazırladığı 400 səhifəlik hesabatda led işıqların geridönməz proseslə torlu-qişa hüceyrəsi itkisinə gətirib çıxararaq korluğa yol aça biləcəyinə dair hesabat nəşr etdi. ANSES səlahiyyətliləri LED işığı istifadəsini yenidən nəzərdən keçirmək üçün israr edir. Çünki yüksək miqdarlarda mavi işıq yayılır. LED telefon, planşet və noutbukların göz ziyanı riski meydana gətirmədiyini, lakin avtomobil ön faralarında istifadə edilən güclü lampaların ziyana səbəb ola biləcəyini ifadə edilir.

    Daha uzun ömürlü, enerji məhsuldarlığına sahib LED texnologiyası bazarın 50%-nə hakimdir və gələn il 60%-nə hakim olacağı düşünülür. Parlaqlıq baxımından LED lampalar, digər lampalara görə 1/5 elektrik istifadə edərək eyni parlaqlığı verə bilir.

    Adətən LED evlərdə və küçə işıqlandırmada, ofislərdə, mağazalarda və çox yerdə istifadə edilə bilir. Bundan əlavə, avtomobil faralarında, fənərlərdə və bəzi oyuncaqlarda istifadə edilə bilir. Əl telefonu, planşet və noutbuklardakı işığın adətən göz ziyanına səbəb olmadığı, lakin gecə və qaranlıqda istifadə edilməsinin bioloji saatı poza biləcəyi və dolayısı ilə yuxu nizamını poza biləcəyini ifadə edirlər.

  • Скандальная азербайджанка вышла замуж – ФОТО

    Участница турецкой телепрограммы Zuhal Topalla, скандальная азербайджанская модель Наз Мила вышла замуж.

    Об этом Наз сообщила на своей странице в соцсети Instagram.

    «Говорили, что я не смогу выйти замуж, а я вышла. К тому же за человека, который меня любит, исполняет все мои желания и в которого я влюблена. Я очень счастлива, что у меня такой муж как ты», – написала она.

  • Sabirabadda 49 yaşlı kişi balıq tutarkən su kanalının sahilində ölüb

    Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb.

    Median.Az-ın ONA-ya istinadən verdiyi məlumata görə, mərhumun meyiti rayon morquna gətirilib.

    Onun ölüm səbəbi barədə məlumat verilməyib.

    Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər

    Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul ola biləcəklər.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev 20 may 2019-cu il tarixində Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla bağlı mətbuat konfransında çıxışı zamanı bildirib.

    Onun sözlərinə görə, bu abituriyentlər yalnız ingilisdilli ixtisaslara qəbul ola biləcəklər:

    “Son beş ildə ingilisdilli ixtisasların sayı beşdən 69-a artırılıb. Hər il bu ixtisasların sayında artım olacaq”.

    “Beynəlxalq proqramlar əsasında təhsil alan şagirdlərin təhsil proqramları ilə Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul proqramları arasında fərq olurdu. Buna görə də həmin məzunlar ali təhsil almaq üçün xarici ölkərə üz tutmaq məcburiyyətində qalırdılar.

    Yeni qərar həmin məzunlara Azərbaycanda ali təhsil almaq imkanı yaradır. Bu məzunlar üçün əsas tələb odur ki, onlar mütləq Azərbaycan dilindən də imtahan verməlidirlər”, – deyə şöbə müdiri qeyd edib.

    Qeyd edək ki, abituriyentlərin müsabiqədənkənar qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən beynəlxalq səviyyədə akkreditasiya olunan “IB Diploma Programme” (Beynəlxalq Bakalavriat Diplom Proqramı), “Advanced Level of General Certificate of Education” (Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi) və “Advanced Placement” (Yüksək yerləşdirmə) təhsil proqramları üzrə aparılacaq.

  • Ученые рассказали, почему 20-летние заболевают раком

    Американские исследователи из Университета Тафтса в Бостоне заявили о более 80 тысяч новых случаев развития онкологии в 2015 году среди людей в возрасте от 20 лет и старше, сообщает Рен.Тв.

    Их опыты показали, что на появление злокачественных опухолей сильно влияет неправильное питание и образ жизни человека.

    Особенно негативное влияние оказывает алкоголь. Люди, которые мало едят цельного зерна, овощей, фруктов и молочных продуктов, больше других подвержены опухолям.

    Также вредными продуктами назвали красное мясо, подслащенные напитки, пишет журнал JNCI Cancer Spectrum.

    Более 38% случаев появления рака толстой кишки и прямой кишки были вызваны плохим питанием.

  • Bakı bulvarında qadın özünü dənizə atdı – VİDEO

    Bakıda intihar hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə dənizkənarı bulvarda qeydə alınıb.

    Belə ki, 1986-cı il təvəllüdlü Babayeva Nuranə Məhəmməd qızı özünü dənizə atıb. N.Babayeva post patrul əməkdaşları tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sağ çiyin nahiyəsində yumşaq toxumaların əziyi diaqnozu qoyulub.

    Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

  • “Facebook” 3 milyarddan çox hesabı sildi

    “Facebook” şirkəti 2018-ci ilin oktyabr ayından bu ilin mart ayına kimi təxminən 3 milyarddan çox hesabı sosial şəbəkədən silib.

    Median.Az xəbər verir ki, bu haqda şirkətin açıqlamasında deyilir.

    Silinən hesabların yalan məlumat verdiyi və spam yaydığı bildirilir. Məlumata görə, silinən hesabların əksəriyyəti qeydiyyatdan sonrakı bir neçə dəqiqə ərzində aşkar edilib.

  • Qubada iki uşağı sel aparıb – Biri xilas edilib

    Quba rayonunun Cimi kəndində iki azyaşlını sel aparıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, azyaşlı uşaqlar çayın kənarında oynayarkən qəfil sel gəlib. Nəticədə 3 yaşlı oğlanı xilas etmək mükün olmayıb.

    5 yaşlı qızı isə Dəyanət adlı 5-ci sinif şagirdi xilas edib. Qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

  • Ильхам Алиев принял участие в церемонии ифтара

    Председатель Управления мусульман Кавказа шейхульислам Аллахшукюр Пашазаде в четверг устроил ифтар в своей резиденции по случаю священного месяца Рамазан, сообщает Trend со ссылкой на пресс-службу главы государства, сообщает Азертадж.

    В церемонии ифтара принял участие Президент Азербайджана Ильхам Алиев.