Month: May 2019

  • Naz Mila ərə getdi – Video

    “Zühal Topalla İzdivac” verilişinin azərbaycanlı gəlin namizədi Naz Mila ərə gedib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq videolar və fotolarla tanınan Naz nikah mərasimindən videoları İnstaqram səhifəsində paylaşıb.

    “Ərə gedə bilməzsən dedilər, getdim. Özü də məni çox sevən, məni özəl hiss etdirən, bir sözümlə hər şeyi önümə sərən, ən önəmlisi sevdiyim adamla… Sənin kimi həyat yoldaşına sahib olduğum üçün çox xoşbəxtəm”, – deyə Naz yazıb.

    Qeyd edək ki, Naz Mila bir müddət əvvəl Gürkan adlı şəxslə münasibətdə olduğunu bildirmiş və onunla fotolarını paylaşmışdı.

    Xatırladaq ki, Nazın iki il əvvəl iş adamı Əli Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada görüntüləri yayılmışdı.

  • Anadolu agentliyinin itkin düşən müxbirinin cəsədi tapıldı – 14 gün sonra

    Türkiyənin Anadolu agentliyinin qar uçqunu altında qalaraq itkin düşən əməkdaşı Abdülkadir Nişancının cəsədi tapılıb.

    Bayburtda, Soğanlı Dağında yol çəkilişini izləyən jurnalist mayın 10-da dərəyə düşmüşdü.

    Bir həftə əvvəl jurnalistin axtarışları zamanı xilasetmə işlərində iştirak edən iki hərbçi də həlak olmuşdu. Onun fotoaparatı və ayaqqabısı tapılsa da, özünü tapmaq mümkün olmamışdı.

    Nəhayət bu gün xilasedicilər çətin keçilən qayalıqların arasından Nişancının cəsədini tapıblar.

  • В Сумгайыте пассажирский автобус попал в ДТП – ВИДЕО

    Сегодня вечером в Сумгайыте произошло ДТП с участием пассажирского автобуса.

    Как передает Median.Az со ссылкой на Oxu.Az, пассажирский автобус, следующий из поселка Мушвиг в Сумгайыт, столкнулся с легковым автомобилем марки Nissan. ДТП зарегистрировано на улице “Sülh” (Мира).

    В настоящее время полиция выясняет обстоятельства аварии.

    В результате происшествия никто не пострадал.

  • UEFA “Arsenal”a xəbərdarlıq etdi: Bakıda etiraz olmasın!

    UEFA “Arsenal” futbol klubuna xəbərdarlıq edib:

    “Əgər klubun azarkeşləri Bakıda keçiriləcək Avropa Liqasının final oyunu zamanı UEFA-ya qarşı hansısa etiraz aksiyası keçirsələr, klub neqativ reaksiya ilə qarşılaşacaq”.
    Bu barədə Mirror məlumat yayıb.

    UEFA “Arsenal”ın azarkeşlərinin Henrix Mxitaryanın Bakıya gələ bilməməsindən narazı qalaraq, Bakıda UEFA-ya qarşı etiraz bannerləri aça biləcəklərindən ehtiyat edir. Buna görə, UEFA əməkdaşları klubun azarkeşlərinə nəzarəti artıracaq və onların istənilən etiraz forması kluba qarşı sərt tədbirlərlə nəticələnə bilər.

    Xəbər verdiyimiz kimi,“Arsenal” komandasının erməni əsilli oyunçusu Henrix Mxitaryan Azərbaycan tərəfindən verilən təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməkdən imtina edib.

    Bununla əlaqədar, “Arsenal” futbol klubun fan-qruplarından biri üzlərinə Mxitaryanın şəkli olan maska taxaraq, Bakıda keçiriləcək final oyununu bu maskalar altında izləməyi, həmçinin erməni oyunçunun 7 nömrəli formanı geyməsinin şərəfinə oyunun 7-ci və 77 ci dəqiqələrində flaşmob keçirməyi təklif edib.

  • Наркоторговец пытался усыпить бдительность полиции, используя малолетнего сына

    Отец-наркоторговец в Азербайджане использовал малолетнего сына для отвода глаз при незаконных сделках, сообщили Sputnik Азербайджан в Министерстве внутренних дел республики в четверг, 23 мая.

    В ходе операции в Джалилабадском районе был проведен осмотр автомобиля ранее судимого жителя Сальянского района Идриса Гусейнова. Полицейские обнаружили в транспортном средстве более 12 килограммов опиума и двух килограммов героина.

    В своих показаниях Гусейнов сообщил, что приобрел наркотики у гражданина Ирана по имени Алы, с которым познакомился при отбывании тюремного заключения. Последний, со слов задержанного, перевозит наркотики в Азербайджан контрабандой.

    Правоохранители отмечают, что при обыске и задержании мужчины в автомашине находился также его 11-летний сын. Оказалось, мальчика наркоторговец взял с собой «на дело» в надежде, что присутствие ребенка в автомобиле отведет подозрения сотрудников полиции от транспортного средства и самого мужчины.

    Мальчик передан полицией матери, отмечает ведомство.

    По факту возбуждено уголовное дело, Гусейнов арестован решением суда.

  • Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü olanlara üstünlük verin

    Yay aylarında ən çox istehlak edilən giləmeyvələrdən biri də çiyələkdir.

    Bol miqdarda dəmir və fosfora malik çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir.

    Median.Az
    bildirir ki, Trend-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, çiyələyin faydaları ilə yanaşı, düzgün istifadə olunmayanda onun insan orqanizminə zərərli təsirləri də olur. Düzgün şəraitdə saxlanılmayan çiyələyin yeyilməsi insan sağlamlığı üçün təhlükə yarada, hətta qida zəhərlənmələrinə də yol aça bilər. Belə zəhərlənmələrin qarşını almaq üçün aşağıda sadalanan xüsusları nəzərə almaq lazımdır:

    • Çiyələyin mövsümündə yeyilməsinə diqqət edilməlidir, çünki mövsümündən əvvəl istixana şəraitində meyvələrin yetişdirilməsində insan orqanizminə mənfi təsir edən kimyəvi maddələrdən istifadə oluna bilir;

    • Çiyələk yeyilməzdən əvvəl mütləq yaxşıca yuyulmalıdır;
    • Çiyələyin saplağı giləmeyvədən ayrılmalıdır;
    • Əgər çiyələkdən turş qoxu gəlirsə və dili qıcıqlandırırsa, belə məhsul yeyilmədən atılmalıdır;
    • İsti havada çiyələk daha tez xarab olduğu üçün bu məhsul mütləq soyuducuda saxlanılmalıdır. İstehlakçı çiyələyin düzgün qaydada saxlanılmasından əmin olduqdan sonra onu yeməlidir;
    • Çiyələk alarkən qırmızı rəngli və kiçik ölçülü meyvələrə üstünlük verilməlidir;
    • Antisanitar şəraitdə satılan çiyələklərdən istifadə təhlükəlidir.

  • Daha bir məşhur şirkət “Huavey”dən imtina etdi

    Yaponiyanın “Panasonik” şirkəti Çinin “Huavey” kompaniyası ilə əlaqələrini dayandırıb.

    Median.Az Axar.az-a istinadən xəbər verir ki, əlaqələrin dayandırılmasına səbəb kimi “Huavey”ə qarşı tətbiq edilən ABŞ sanksiyaları göstərilib. “Panasonik” “Huavey”ə məhdud sayda bir sıra komponentlər verdiyini və indi qəbul etdiyi qərarın şirkətə böyük zərər vurmayacağını bildirib.

    Qeyd edək ki, bundan öncə ABŞ şirkətlərinin “Huavey”lə əməkdaşlığının qadağan edilməsindən sonra Quql bu markalı telefonların “Android” sistemi ilə təminatını dayandırıb.

  • Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak edib

    Mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar süfrəsi açıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib.

    İftar mərasimi “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başladı.

    Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək müqəddəs “Qurani-Kərim”in nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə və qonaqlara dərin minnətdarlığını bildirdi.

    Mərasimdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev, Katolik Kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete çıxış etdilər.

    Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

    Sonra iftar süfrəsi açıldı.

  • Qubada minik avtomobili səkiyə çırpılıb, xəsarət alan var – FOTO

    Quba rayonunda yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Əfsan Mehman oğlu Xalidbəyovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və burunun cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

    Ə.Xalidbəyova ilkin tibbi yardım göstərilib, cərrahi müdaxilə olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Zelenski Rusiya ilə danışıqlar aparmayacaq

    Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mümkünlüyünü təkzib edib.

    Median.Az xəbər verir ki, jurnalistlərin “Rusiya ilə danışıqlar olacaq” sualına Zelenski “yox” cavabını verib.

    Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Vladimir Putin Ukrayna prezidenti postuna keçən Zelenskini təbrik etməyəcək: “Prezident Putin Zelenskini Ukraynanın cənub-şərqindəki daxili münaqişənin nizama salınması, həmçinin Rusiya-Ukrayna əlaqələrinin normallaşması işindəki ilk uğurlarına görə təbrik edəcək”.

    Hələ prezidentliyə namizəd olduğu dövrdə Zelenski bəyan etmişdi ki, Putinlə görüşəcəyi halda ondan Ukraynanın işğal edilən ərazilərinin qaytarılmasını və işğala görə kompensasiya tələb edəcək.