Month: May 2019

  • Şamaxıda yaşadığı qadını öldürməyə cəhd edən şəxs 16 il cəza alıb

    Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Şirzad Əsədovun (1983-cü il təv.) CM-nin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il yanvarın 1-də Meysəri kəndindən rayon sakini Zöhrə Əlqəmbəyeva (1986-cı il təv.) ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb və əməlliyat olunub. Ona qapalı kəllə-beyin travması, beynin silkələnməsi diaqnozu qoyulub.

    Araşdırma aparan Şamaxı RPŞ-nin əməkdaşlarına məlum olub ki, qadın qeyri-rəsmi nikahda yaşadığı, əvvəllər məhkum olunmuş Şirzad Əsədov tərəfindən döyülüb. O, 15 gün əvvəl qadını qaçırıb və onunla ər-arvad kimi yaşamağa başlayıb.

    İş üzrə istintaq rayon prokurorluğu tərəfindən aparılıb.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • Bu gecə ilk Qədr gecəsidir

    Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

    İkinci Qədr gecəsi mayın 25-dən 26-na, üçüncüsü 27-dən 28-nə keçən gecəyə təsadüf edir.

    Sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni mayın 31-dən iyunun 1-nə keçən gecəyə təsadüf edəcək.

    Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

    Qədr gecəsinin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə, Qədr gecəsi Ramazan ayının 19, 21, 23-cü və bəzi hədislərə əsasən, 26-cı gecələrindən biridir. Bu gecələr həm də “Əhya gecələri” adlanır.

    Qədr gecəsində səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır.

    Qeyd edək ki, Şəvval ayının 1-i, yəni iyunun 5-i Fitr bayramıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində 5-6 iyun tarixləri Ramazan bayramıdır.

  • Bakıda ukraynalı qadın gözəllik salonunda yandı

    Bakıda ukraynalı turist qadın yanıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

    Azərbaycana turist kimi gələn Ukrayna vətəndaşı Sikorsko Alla Fraçovna paytaxtın Səbail rayonu “Megasun Solarium Studio” gözəllik salonunda seans zamanı boynun ön səthi, sinəsi, hər iki yuxarı və aşağı ətrafının 1-ci və ikinci dərəcəli yanıq xəsarətləri alıb.

    Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

  • Huawei может перейти на собственную ОС

    Huawei готова заменить операционные системы Windows и Android на ноутбуках и смартфонах на собственную ОС, сообщает CNBC.

    Компания пойдет на такой шаг, только если власти США запретят ей пользоваться решениями от Google и Microsoft. Хотя в Huawei отмечают, что хотели бы и дальше работать с экосистемами Google и Microsoft.

    Телеканал отмечает, что версия ОС для китайского рынка будет готова в этом году, а для международных рынков может выйти в начале или середине 2020 года.

    В собственной ОС Huawei установит магазин приложений App Gallery, представленный еще в 2018 году.

    Отметим, что 16 мая 2019 года министерство торговли США внесло Huawei в черный список и запретило ей закупать оборудование и ПО американских компаний без разрешения правительства США. Компания обвиняется в шпионаже. Сотрудничество с Huawei приостановили Google, Intel, Qualcomm и другие. 21 мая Huawei получила временное разрешение на работу в стране до 19 августа 2019 года.

  • Противостояние между жителями аварийного здания и ИВ – ВИДЕО

    Один из домов в поселке Говсан Сураханского района, расположенный по адресу: улица Руфата Абдуллаева, 24, находится в плачевном состоянии.

    Как передает Median.Az, 15 семей, проживающие в четырехэтажном общежитии, находящемся под угрозой обрушения, жалуются на равнодушие Исполнительной власти.

    «Два года назад сотрудники ИВ пришли и сказали, что в этом общежитии за каждую комнату будет выдана единовременная выплата. Однако потом они сказали, что семьи родственников объединят и выплатят им пособие за одну комнату», – говорит житель дома.

    Проживающие в доме говорят, что обратились в суд с иском против ИВ.

    Oxu.Az по этому вопросу обратился в ИВ Сураханского района. По словам заведующего хозяйственным отделом Мехмана Гусейнова, семьям, живущим в этом общежитии, выплачено 35 тысяч манатов в качестве единовременной материальной помощи.

    «Согласно распоряжению главы ИВ Сураханского района была создана комиссия и уточнен список жителей общежития. Здесь проживает 71 семья, которой было предусмотрено оказание материальной помощи», – сообщил М.Гусейнов.

    По его словам, была допущена фальсификация:

    «Во время уточнения списка семей произошла фальсификация. После того как МЧС вынесло заключение об аварийности дома, жильцы начали покупать-продавать (жилье) друг другу».

    Мы позвонили юристу Намигу Мустафаеву, расследовавшему эту проблему. По его словам, жильцы подали в суд на ИВ, чтобы их не выселяли из здания:

    «Семьи неоднократно подавали иски под видом выплаты компенсаций, выплаты единовременной финансовой помощи. Ни один иск не был принят, они были признаны судом безосновательными».

    Подробности в видеосюжете:

  • Qəzalı bina sakinləri ilə icra hakimiyyəti arasında qarşıdurma – VİDEO

    Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi 24 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.

    15 ailənin qorxu içində yaşadığı dördmərtəbəli yataqxanada sakinlər icra hakimiyyətinin məsələyə biganə yanaşmasından şikayətlənirlər.

    “İki il əvvəl İcra Hakimiyyətinin əməkdaşları gəlib dedilər ki, bu yataqxanada olan hər bir otağa görə birdəfəlik müavinət veriləcək. Lakin sonra nədənsə qohum olan şəxsləri bir ailə kimi göstərdilər və bir otağın müavinətini ödədilər”, – deyə sakinlər bildirir.

    Onlar məsələ ilə bağlı məhkəməyə müraciət etdiklərini deyirlər.

    Sözügedən məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumun təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynovun sözlərinə görə, həmin binada yaşayan ailələrə 35 min manat birdəfəlik maddi yardım ödənilib.

    “Suraxanı rayon İcra Hakimiyyətinin başçısının sərəncamıına əsasən, komissiya yaradılmışdı və yataqxana sakinlərinin siyahısı dəqiqləşdirilmişdi. Orada 71 ailə və üç qeyri-yaşayış obyektinə maddi yardım ayrılması nəzərdə tutulmuşdu”, – deyə M.Hüseynov bildirir.

    Qurum rəsmisi bu məsələdə sakinlərin saxtakarlığa yol verdiyini deyir:

    “Komissiya ailələrin sayını dəqiqləşdirən zaman saxtakarlığa rast gəlmişdi. Fövqaladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı rəy verdikdən sonra sakinlər öz aralarında alqı-satqı ediblər”.

    Məsələni araşdıran hüquqşünas Namiq Mustafayevlə telefon bağlantısı yaratdıq. Onun sözlərinə görə, sakinlər binanı boşaltmadıqları üçün İcra Hakimiyyəti məhkəmədə iddia qaldırıb.

    “Ailələr dəfələrlə İcra Hakimiyyətinin inzibati məhkəməsində kompensasiyanın ödənilməsi, birdəfəlik maddi yardımın ödənilməsi adı altında çoxsaylı iddialar qaldırıblar. Heç bir iddiaları qəbul olunmadı və məhkəmə tərəfindən əsassız hesab edildi”.

    Daha ətraflı videosüjetdə:

    //oxu.az

  • Məişət zorakılığı ilə bağlı dəhşətli statistika – Bir ildə 87 min qadın öldürülüb

    Dünyada 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib.

    Bu sözləri Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov deyib.

    Onun sözlərinə görə, bu problem uzun müddət ərzində öyrənilməyib, gizlədilib və məxfi saxlanılıb:

    “Dünyada təkcə 2017-ci ildə məişət zorakılığı zəminində 87 min qadın qətlə yetirilib. Ölkə üzrə 2018-ci ildə məişət zorakılığı ilə əlaqədar 19 icra sənədi olub. Onlardan 15-nin icrası təmin edilib, dördü isə növbəti, yəni 2019-cu ilə keçirilib.

    İcra sənədlərinin yeddisi məhkəmələr tərəfindən verilən uzunmüddətli, 12-si isə yerli icra orqanları tərəfindən verilmiş qısamüddətli orderlərdir.

    Məişət zorakılığı halları ailə üzvləri tərəfindən törədildiyi üçün bir qayda olaraq təkrarlanır”.

  • “Abşeron City” müştərilərin başına oyun açır – Rəhbərləri isə yoxa çıxıb

    Xırdalan şəhərində yerləşən “Abşeron City” yaşayış kompleksi vətəndaşları incitməkdə davam edir. Şirkət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, bu azmış kimi, hələ müştəriləri də borclu çıxarır.

    Belə ki, 2017-ci ilin noyabr ayında şirkətin Xırdalan şəhərində yerləşən ofisinə müraciət etdim. Mənzil qiyməti ilə bağlı razılığa gəldikdən sonra binanın təhvil veriləcəyi vaxtı soruşdum.

    Şirkət nümayəndəsi bildirdi ki, 2018-ci ilin may ayında bina artıq hazır olacaq və təmirə başlaya biləcəyik.

    İyun, iyul, avqust… Artıq bir il keçib, lakin bina hələ də hazır deyil. Şirkət isə bildirir ki, bu normaldır və onları başa düşməyimi xahiş edirlər.

    Özləri isə müştərini dinləmək belə istəmirlər, onların problemlərinə biganə yanaşırlar.

    Bu gün – yəni 23 may tarixində “Abşeron City” müştəri barədə fikirləşmədiyini, müştəriyə yalnız pul kimi baxdığını bir daha sübut etdi.

    Belə ki, 2018-ci ilin noyabr ayında “Abşeron City” öz evimdə təmirə başlamaq üçün əvvəlcə sayğacların pulunu ödəməyimi tələb edib. Müəyyən olunmuş məbləğ ödənilib. Lakin sayğaclar hələ də yoxdur.

    Bu gün şirkət mənzilin işığını kəsib və bildirir ki, müvəqqəti sayğac alıb qoymalıyıq.

    Niyə? Müqavilədə belə bir bənd var? Və əgər sayğacın pulunu altı ay əvvəl almısınızsa, niyə indiyə qədər quraşdırmamısınız?

    Şirkətlə əlaqə saxlayanda bir katibəni irəli verirlər. Elə bir şəxs ki, “Abşeron City”də şirkətin adından danışmağa heç bir səlahiyyəti yoxdur.

    “Elektrik Dünyamalı deyir ki, bu belə olmalıdır”, – həmin katibə qeyd edir.

    Bir şirkət ki, elektrik Dünyamalının ümidinə qalıb, ondan nə gözləmək olar ki?!

    “Abşeron City”nin rəsmi nümayəndələri isə müştəri ilə danışmaqdan belə imtina edirlər. Onları heç dinləmək istəmirlər.

    “Müştəri əsas pul gətirsin”. Yəqin şirkətin devizi də belədir.

    Qayıdaq əsas mövzuya. Söhbət zamanı katibə bildirdi ki, şirkətdə hazırda heç kim yoxdur:

    “Ofisdə bu dəqiqə heç kim yoxdur, ancaq mənə deyirlər ki, sayğaclar hazır deyil, buna görə müvəqqəti sayğac qoyulmalıdır”.

    Bu arada, sual yaranır ki, niyə iş vaxtı şirkətdə heç kim yoxdur? “Abşeron City”nin işlərini katibə və elektrik həll edir? Niyə “Abşeron City” müştəriləri bu qədər incidir? 

    Suallar çoxdur, lakin onlar cavabsızdır.

    Çünki mənzillərini satanda mələk cildinə girən şirkət nümayəndələri bu gün qeybə çəkiliblər. Ola bilər ki, özləri də səhv mövqedə olduqlarını anlayıb, müştəri ilə danışmağa xəcalət çəkirlər. Təbii ki, bu variant mənim nikbinliyimdən qaynaqlanır.

    Ümumiyyətlə bir şirkətdə səlahiyyətli şəxsin, müştərini dinləyəcək birinin olmaması isə mənim işıqsız qalmağımdan daha acınacaqlı vəziyyətdir.

    Hər halda, nəticə etibarilə məsələ həll olunmamış qalır, müştəri çıxılmaz vəziyyətdədir, əlavə xərc çəkərək müvəqqəti sayğac qoymaq məcburiyyətindədir…

    //oxu.az

  • У жителя Масаллы обнаружили свыше 21 кг. марихуаны

    Как сообщает Median.Az, сотрудники Балакенского РОП на основании поступившей информации в селе Ханифа задержали жителя Масаллинского района С.Мирзагулиева, у которого изъяли свыше 21,5 кг. марихуаны.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта накотических средств в крупном размере) УК Азербайджана.

  • Masallı sakinindən 21 kq-dan artıq marixuana götürülüb

    Median.Az xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının məlumat əsasında Hənifə kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Masallı rayon sakini S.Mirzəquliyevdən 21,5 kq-dan artıq marixuana götürülüb.

    RPŞ İstintaq bölməsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.