Month: May 2019

  • Bakı polislər ana və körpəsini xilas etdilər – FOTO

    Səbail RPİ-nin Post-Patrul Xidməti və 9-cu Polis Bölməsinin əməkdaşları ərazidə xidmət apararkən qucağında uşaq olan bir qadının qəfil yılxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Verilən məlumata görə, polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə bu barədə məlumatlandırıblar.

    Təcili həmin əraziyə gələn qadının ailə üzvləri polis əməkdaşlarının köməkliyi ilə 2 saylı Poliklinikaya çatdırlıb.

    Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildiriblər.


  • В Шабране за совершение краж задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Шабранского РОП в результате оперативно-розыскных мер задержали жителя города А.Гурбанова, который украл из дома 2350 манатов.

    Кроме этого, сотрудники вышеуказанного РОП задержали жителя города И.Гейдарова, который 20-го мая украл из жилого здания построенного для инвалидов Карабахской войны водяной бак, водяной насос, пластиковые трубы и электрические провода.

    В Следственном отделе РОП по фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Şabranda oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 2350 manat pul oğurlayan şəhər sakini Ə.Qurbanov saxlanılıb.

    Bundan başqa, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də şəhər ərazisində, Qarabağ əlilləri üçün inşa edilmiş yaşayış binasından 5 tonluq su çənini, su mühərrikini, plastik su borularını və elektrik naqilini oğurlayan şəhər sakini İ.Heydərov saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Neçə uşağı olan anaya sosial müavinət verilir? – Nazirlikdən açıqlama

    “2019-2025-ci illər üzrə sosial xidmətlərin inkişafına dair milli strategiya hazırlanır”.

    Median.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

    O bildirib ki, bu strategiya müvafiq qurumlarla razılaşdırılmaqdadır: “Bu çox önəmli proqram olacaq və növbəti 5-6 il ərzində zorakılığın aradan qaldırılması üçün mühüm addımlar ata biləcəyik. Yerli qanunvericilikdə yaxşı platforma yaradılıb. Lakin düşünürəm ki, beynəlxalq praktikada daha qabaqcıl təcrübəyə də baxmaq lazımdır. Bu əsasən, kişilərə və qadınlara əməyə görə bərarbər haqqın verilməsi, əmək və məşğulluq sahəsində ayrıseçkiliyin olmamasıdır. Bunları diqqət mərkəzində saxlamalıyıq”.

    Nazir müavini əlavə edib ki, ikinci istiqamət kimi institusiyonal fəaliyyət gücləndirilməlidir: “Hazırda Azərbaycanda 10 qeyri-dövlət mərkəzi akkreditə olunub. Onlardan 6-sı Bakıda, 3-ü Gəncədə, 1-i Sumqayıtdadır. Bu mərkəzlərdə 1200-ə yaxın şəxsə sosial xidmətlər göstərilir. Regionlarda da bu mərkəzlərin yaradılmasına ehtiyac var. Zorakılıq halları yalnız böyük şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə də baş verir”.

    A.Kərimov vurğulayıb ki, üçüncü istiqamət kimi qadınların ailələrdə sosial müdafiəsi gücləndirilməlidir: “Son zamanlar qadınlar biznes sahəsində fəallıq göstərirlər. Bunu nəzərə alaraq, onların biznes imkanlarına əlçatanlığı üçün şərait yaradılmalıdır”.

    O qeyd edib ki, 2019-cu ilin aprelin 1-ə olan məlumata əsasən ölkıdə 57 min ailəyə sosial yardım göstərilib. Onun 52-i faizi qadındır: “Beşdən çox uşağı olan 3 minə yaxın anaya sosial müavinət verilir. Azərbaycanda yaşa görə müavinət alanların 90%-ini qadınlar təşkil edir. Nazirlik 2019-cu ildə özünüməşğulluq proqramına qadınların daha çox qoşulmasına diqqət yetirəcək. Bu proqram çərçivəsində 52 min nəfər işlə təmin olunub. Onlardan 18 mini qadınlardır”.

  • Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin edildi

    ​Elinanın intihar etdiyi məktəbə yeni direktor təyin olunub.

    Median.Az ONA-ya istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Təhsil İdarəsindən məlumat verilib.

    Bakının Səbayel rayonunda yerləşən 162 nömrəli məktəbə yeni müdir təyin olunub.

    Xatırladaq ki, VII sinif şagirdi Elina Hacıyevanın intiharından sonra məktəbin direktoru Sevinc Abbasova vəzifəsindən azad edilib. Onun barəsində cinayət işi başlanıb. Hazırda ev dustağıdır.

  • Azərbaycanın axtardığı Zenfirə Dubayda tutuldu

    Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.

    Median.Az “Report”a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Əmər Əmirliklərində (BƏƏ) saxlanılıb.

    Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

    Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib.

  • “Ərəblər burada 13 yaşlı qızı öldürüb meyitini bloka atmışdılar…”

    Bakının Nəsimi rayonu, Səməd Vurğun, Vidadi və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki yaşayış binalarının zirzəmiləri artıq bir neçə ildir ki, gecə klublarına, masaj salonlarına, pritonlara çevrilib. “Torqovı”dan üzü Qış Parkına doğru getdikdə təkcə S.Vurğun küçəsində əsasən yüngül əxlaqlı qadınların cəmləşdiyi onlarla gecə klublarına, masaj salonlarına və barlara rast gəlmək olar.

    Həm də bu məkanların əksəriyyəti Mədəniyyət Nazirliyi tərəfindən qorunan tarixi binaların zirzəmisində və ya birinci mərtəbəsində yerləşir. Təsadüfi deyil ki, Bakıya gələn əcnəbilər arasında bu küçəni öz adından daha çox “Qırmızı fonarlar küçəsi” kimi tanıyırlar. Küçə boyu düzülüb müştəri gözləyən yüngül əxlaqlı qadınlar, bahalı avtomobillərlə bu məkanları ziyarət edən sərxoş müştərilər, qumar, narkotik, səs-küy, söyüş, dava-dalaş,– küçənin gecə  həyatı bunlardan ibarətdir. Amma küçədən fərqli olaraq bu ərazidə yaşayan sakinlər üçün nə gecə var, nə də gündüz…

    Tarixi binada gecə klubu?

    Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, həmin küçələrdə yaşayan sakinlər deyirlər ki, səhərə qədər işləyən gecə klublarının əlindən evlərində rahatlıq tapa bilmirlər. Şəxsi həyatları yoxdur, ömürlərini bu əxlaqsızlıq yuvalarıyla mübarizədə əridiblər.

    “Arxitekturalı, tarixi abidə kimi qorunan binaların birinci mərtəbəsində gecə klubunun nə işi var? Digər tərəfdən də, gecə klubu səhərə qədər işləyir, rahatlığımızı pozur, uşaqlarımızı, nəvələrimizi bu ortamda böyütmək istəmirik. Bu tarixi binaların çoxu tikilərkən bir ailə üçün nəzərdə tutulub, havalandırma sistemi ümumidir, səs izolyasiyası yoxdur. Aşağıda danışılanlar, siqaretin tüstüsü evimizin içərisindədir…”, – Mərdanov qardaşları, 15 ünvanında yaşayan Lali Mehtiyeva bildirir.

    Onun sözlərinə görə, uzun müddət apardıqları mübarizə nəticəsində yaşadıqları binanın zirzəmisində yerləşən “İnfinity” adlı məşhur gecə barının bağlanmasına nail olublar. (Həmin adda gecə klubu indi şəhərin başqa yerində, Nərimanov rayonu ərazisində fəaliyyətini davam etdirir) Amma problem bununla bitmir, küçədə gecə klubları və masaj salonları yağışdan sonra göbələk kimi gün-gündən çoxalır.  

    “Ərəblər “İnfiniti” barında 13 yaşlı qızı öldürmüşdülər…”

    Vidadi küçəsi, 148 ünvanında, Aşurbəylilər ailəsinə məxsus binada yaşayan Afət Həsənova isə deyir işdən qayıdanda evin qarşısında maşın saxlamağa yer tapılmır. Səbəb isə küçələrin gecə klublarının ziyarətçiləri tərəfindən zəbt olunmasıdır. Sakinin sözlərinə görə, son dövrlər binaları bərpa edilib, ərazidə xeyli abadlıq işləri aparılıb, səkilər qoyulub, küçələr təmir olunub, amma əsas problem həll olunmayıb.

    “Səs-küydən gecə evimizdə rahat yata bilmirik. Həftənin şənbə və bazar günləri bu barlar fahişələrin dalınca gələn gələn ərəblərlə dolu olur. Binamızın altında “İnfinity” bar işləyəndə dəfələrlə orada ölüm hadisələrinin şahidi olmuşuq. Axırıncı dəfə həmin barda 13 yaşında qız uşağını ərəblər öldürmüşdülər. Meyitini gətirib qonşu binanın blokuna atmışdılar. Ora ərəblər üçün 12-13 yaşlı oğlan və qız uşaqları gətirirdilər. İnsan alveri, quldurluq, girov götürüb saxlama, narkotik ticarəti, qumar, bu cür gecə klubları üçün adi haldır. 2016-cı ildə 8 ay qapıları gəzdik, bütün instansiyaları keçdik, nəhayət ki, həmin barın bağlanmasına nail olduq. Təkcə bir klubla mübarizə bizim neçə il ömrümüzü aldı. Bu əxlaqsızlıq yuvaları isə bir deyil, beş deyil…”-sakin danışır.

    Şikayətçi deyir ki, sonuncu belə məkan masaj salonu adı ilə Mərdanov qardaşları küçəsində, 15 saylı binanın zirzəmisində açılıb. Lakin sakinlərin şikayətləri əsasında məhkəmə qərarı ilə bağlanılıb. 

    Mənbə: virtualaz.org

  • Dəmir yolunda yeni xidmət – Bir məlumatın qiyməti 1 manatdır

    Bakı Dəmiryol Vağzalının tranzit kassasında verilən hər bir məlumata görə 1 manat məbləğində xidmət haqqı tətbiq edilir.

    Median.Az xəbər verir ki, bu barədə sərnişinlər “report”a bildiriblər. Onların verdiyi məlumata görə, həmin xidmət haqqı 1 aprel 2019-cu ildən tətbiq olunur.

    Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, Bakı sərnişin vağzalında yerləşən tranzit kassada Rusiyadan, Ukraynadan və Gürcüstandan Bakıya gələn sərnişin qatarlarına, eyni zamanda Rusiya Federasiyası daxilində hərəkət edən sərnişin qatarlarına bilet satışı həyata keçirilir:

    “Həmin kassadan məlumat alan vətəndaşdan tələb olunan 1 manat bilet kassiri tərəfindən ona verilən geniş yazılı məlumata görə xidmət haqqıdır və bunun müqabilində vətəndaşa ödəniş qəbzi verilir.

    Əgər vətəndaş gün ərzində sorğu elədiyi bileti alarsa, ödəmə qəbzini təqdim etdiyi halda həmin 1 manat vətəndaşa qaytarılır”.

    Qeyd edək ki, tranzit kassa Rusiya və Gürcüstan dəmir yolları ilə müqavilə əsasında vətəndaşlara bilet satışı üzrə xidmət göstərir.

  • В школу №162 назначили нового директора

    Назначен новый директор школы №162 в Сабаильском районе Баку.

    Как передаёт Median.Az, об этом сообщили ONA в Управлении образования города Баку.

    Новым директором назначена сотрудница Управления Ягут Мамедова.

  • ZARA опровергла информацию о камерах, установленных внутри раздевалки

    «Камеры видеонаблюдения, расположенные рядом с раздевалками в магазинах компании ZARA, установлены для обеспечения безопасности объектов. Камеры охватывают только пол, коридоры и зоны входа-выхода в магазине и не охватывают территорию внутри примерочной (кабина для переодевания).

    Об этом Media.Az сообщил официальный представитель ZARA.

    В компании также отметили, что установленные внутри магазина камеры оказывают помощь правоохранительным органам в раскрытии случаев кражи в магазине за кратчайшие сроки.

    Отметим, что вчера одна из посетительниц магазина пожаловалась на то, что якобы в раздевалке сети магазинов ZARA установлена камера видеонаблюдения.