Month: May 2019

  • Ramazanın 18-ci günü: dua, imsak və iftar vaxtı

    Sabah Ramazan ayının 18-ci günüdür.

    Median.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 23-də Bakıda imsak saat 03:33, iftar isə saat 20:13-dədir.

    Ramazan ayının 18-ci gününün duası:

    “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”.

    Tərcüməsi:

    “İlahi, məni bu ayda Öz səhərlərinin bərəkəti üçün oyat, qəlbimi Öz işıqlarının ziyası ilə nurlandır, bütün əzalarımı o nurun ziyasında sabit qıl. Səni öz nuruna and verirəm, ey ariflərin qəlblərini işıqlandıran Allah!”

    Allah orucunuzu qəbul etsin!

  • Пересмотрены итоги «Евровидения-2019»

    Организаторы музыкального конкурса «Евровидение» пересмотрели итоги состязания. Соответствующее заявление Европейского вещательного союза появилось на официальном сайте мероприятия в среду, 22 мая.

    Отмечается, что решение было связано с тем, что в процессе начисления баллов была допущена ошибка. «В знак уважения к артистам и членам Европейского вещательного союза мы хотели бы скорректировать окончательные результаты в соответствии с правилами», — говорится в обращении.

    Ранее судейская команда от Белоруссии раскрыла, за кого голосовала в полуфинале, из-за чего членов жюри от этой страны отстранили за нарушение правил. Позднее было принято решение составить средний балл от страны из резервной «корзины голосования». Именно эти голоса решили пересмотреть организаторы «Евровидения».

    Представитель от России Сергей Лазарев получил дополнительный балл. Несмотря на это, он так и остался на третьем месте. Швеция переместилась с шестого на пятое место, на котором была Норвегия. Северная Македония подвинула Азербайджан и заняла седьмое место. Представитель Азербайджана Чингиз Мустафаев переместился на восьмое место, получив 302 балла, в то время как первоначальный результат составлял 297. Белоруссия поднялась с 25 на 24 место, обогнав Германию.

    Победителем по-прежнему остался певец из Нидерландов Дункан Лоуренс. Изначально он набрал 492 балла, а после пересчета получил еще шесть. На втором месте осталась Италия, чей конкурсант Mahmood получил 472 балла, его первоначальный результат составлял 465.

  • Ancelina Coli və Bred Pitt barışdı

    Hollivud ulduzları Ancelina Coli və Bred Pitt ayrıldıqdan sonra barışıblar. Bu barədə Entertainment Tonight məlumat verib.

    Məşhurlar öz aralarında yaranmış narazılığı unutmağa və 6 uşağın tərbiyəsi ilə birgə məşğul olmağa qərar veriblər. Məlumata bildirilir ki, boşandıqdan sonra Ancelina ilə qalan uşaqlar həftədə bir neçə dəfə Bred Pittlə görüşürlər.

    “Onlar hər ikisi anladılar ki, irəli getməldirlər. Daha drama son qoyuldu. Bütün fırtına buludları dağıldı”

    Ancelina Coli 2016-cı ilin sentyabr ayında ayrılmaq üçün ərizə verib. O Bredin tərbiyə metodlarını bəyənmədiyi üçün belə addım atıb. Deyilənə görə özəl təyyarə ilə uçarkən Bred Pittin sərxoş olaraq, böyük oğlu Meddoksu vurması Ancelinanı belə qərar almağa məcbur edib. Daha sonra bu informasiya təkzib edilmişdi.

    2019-cu ilin aprel ayında cütlüyün boşanma prosesi rəsmən başa çatıb. Ayrıldıqdan Sonra Ancelina Coli – Pitt soyadını dəyişərək yenidən Coli soyadını qəbul edib.

    Aprel ayında Ancelinanın bütün sərvətini yalnız böyük oğlu Meddoksa verəcəyi barədə xəbərlər çıxdı. Söhbət 116 milyon dollardan gedir. Bu xəbər Bred Pitti məyus etmiş, o bunu keçmiş arvadının onu incitmək üçün etdiyini söyləmişdi.

  • Abşeronda yeniyetmə qızı it dişləyib

    Abşeron rayonunun Fatmeyi qəsəbəsində itdişləmə hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Ağabəyova Nərmin Fərman qızını it dişləyib.

    Yaralı dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O, ambulator müalicəyə buraxılıb.

  • Марадону задержали в столице Аргентины

    В аэропорту Буэнос-Айреса сотрудники правоохранительных органов задержали Диего Марадону, прославленного аргентинского футболиста, сообщает Рен.Тв.

    Как сообщает El Universal, главный тренер мексиканского «Дорадоса» прилетел в столицу Аргентины, чтобы перенести операцию на правом плече. После этого он рассчитывал вернуться в Мексику, чтобы подписать контракт с клубом из Кульякана.

    Однако в аэропорту его встретили блюстители закона – причиной оказался иск его бывшей подруги Росио Оливы. Модель подала в суд, требуя от легенды футбола 6 миллионов долларов.

    Также Марадону уведомили о начале судебного разбирательства, а первые слушания назначены на 13 июня.

  • Azərbaycana 8 bizon gətirilib – FOTO

    “Artıq Azərbaycana 8 baş bizon gətirilib”. Median.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

    O, qeyd edib ki, İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir.

    “21 may 2019-cu il tarixində, nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərdən olan bizonların ölkəmizə introduksiyası ilə bağlı tədbir baş tutdu. Sevindiricidir ki, tarixən bizim ölkəmizin ərazisində məskunlaşan bizonlar yenidən ölkə təbiətinə qaytarıldı”, – deyə o əlavə edilib.


    Onun sözlərinə görə, Azərbaycanda bizonlar ilk insanların yaşadığı qədim dövrlərdən olub. Qobustan qayalarının üstündə vəhşi bizonların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər bizonlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları XII-XIII əsrlərdə vəhşi bizonları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir. Artıq ən mühüm addımlar atılıb və Azərbaycana 8 baş bizon gətirilib, may ayının sonunda onların sayı 20-yə çatacaq. Bizonlar Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində bir müddət volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.//sputnik.az

  • Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdədir

    Tacikistan Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını təbrik etməkdən böyük məmnunluq duyuram.

    Azərbaycan Respublikası ilə dövlətlərarası münasibətlər Tacikistan Respublikasının xarici siyasi fəaliyyətində mühüm yer tutur.

    Biz ölkələrimiz arasında son illərdə dinamik inkişaf edən və dərinləşən çoxşaxəli qarşılıqlı əlaqələrin indiki səviyyəsini yüksək qiymətləndiririk.

    Əmin olduğumu bildirirəm ki, tərəflərin ali səviyyədə son danışıqları və görüşləri çərçivəsində əldə edilmiş razılaşmaların ardıcıl olaraq birlikdə reallaşdırılması əməkdaşlığın bütün sahələrində münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

    Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edib Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni zəfərlər, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzularımı bildirmək istəyirəm”.

    XXX

    Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovda:

    “Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Qırğızıstan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

    Qırğızıstan qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir, qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə böyük əhəmiyyət verir.

    Əminəm ki, Qırğızıstan-Azərbaycan münasibətləri bundan sonra da möhkəmlənəcək, ölkələrimizin və xalqlarımızın rifahının yaxşılaşmasına şərait yaradacaq.

    Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

    XXX

    Əlcəzair Prezidenti vəzifəsini icra edən Əbdülqadir bin Saleh Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir: “Zati-aliləri. Qardaş ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Əlcəzair dövləti, hökuməti və xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Mən Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə bundan sonra da sülh, sabitlik, tərəqqi və firavanlıq şəraitində yaşamağı arzu edirəm.

    Cari ildə bu əlamətdar günün qeyd olunması həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir. Bu münasibətlər ölkələrimiz arasında əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan ikitərəfli əlaqələrin, eləcə də hər iki ölkə üçün maraq doğuran məsələlərlə bağlı həm beynəlxalq, həm də regional forumlarda səmərəli əməkdaşlığın inkişafına təkan vermiş və xalqlarımız arasındakı tarixi münasibətlər daha da möhkəmlənmişdir.

    Mən bu xoş fürsətdən istifadə edərək Əlcəzair və Azərbaycan dövlətləri arasında mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətlərini möhkəmləndirmək, eləcə də bu münasibətləri qardaş xalqlarımızın ortaq maraqları naminə ən yüksək səviyyələrə qaldırmaq istiqamətində birgə səylərimizi davam etdirməyi qətiyyətlə dəstəklədiyimi bildirirəm.

    Sizə bir daha ən səmimi təbriklərimi çatdırıram.

    Zati-aliləri, icazə verin Sizə ən yüksək ehtiramımı bildirim”.

  • Damlanın rəqsi tənqid edildi – VİDEO

    Müğənni Damlanın növbəti videosu yayılıb.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, ifaçı İnstaqram səhifələrinin birində paylaşılan videoda Azərbaycan mahnısının sədaları altında rəqs edir.

    Damlanın son zamanlar artıq çəki alması izləyicilər tərəfindən tənqid olunub. Görüntüyə çoxsaylı xoş olmayan şərhlər yazılıb.

    Qeyd edək ki, əsl adı Məsumə olan müğənni Damla ləqəbi ilə məşhurdur.

  • Azərbaycanda yumurta istehsalı artırılacaq

    Hacıqabul rayonunda fəaliyyət göstərən “Hacıqabul quşçuluq” fabriki bu ilin ikinci yarısında yumurta istehsalını artırmağı planlaşdırır.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə müəssisədən bildiriblər.

    Mənbənin məlumatına görə, fabrikdə aylıq 300 min yumurta istehsal olunur:

    “Biz bu göstəricini artırmağı və istehsalı ayda 350-400 minə çatdırmağı planlaşdırırıq. Məhsulumuz daxili bazarda satılır, amma daxili bazarda qeyri-stabil tələbatla əlaqədar olaraq məhsulun böyük hissəsi ixraca yönəlir. Biz istehsal həcmini və ixrac potensialını artırmağı planlaşdırırıq”.

    Fabrikdən onu da bildiriblər ki, əvvəllər müəssisədə toyuq əti istehsal olunsa da, hazırda bu proses dayandırılıb.

  • Maradona HƏBS EDİLDİ

    Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradona Buenos-ayres hava limanında həbs edilib.

    Median.Az Redaktor.az-a istinadən xəbər verir ki, 58 yaşlı Maradona keçmiş sevgilisinə 5 milyon dollar borcu səbəbindən saxlanılıb. Hadisə keçmiş futbol ulduzunun Meksikadan geri qayıtdığı gün baş verib.

    Qeyd edək ki, bundan bir müddət əvvəl Maradona Venesuela prezidenti Nikolas Maduroya dəstək verdiyinə görə Meksika Futbol Federasiyası tərəfindən cəzalandırılmışdı.