Month: May 2019

  • Sabahdan 8 marşrut avtobusunun hərəkət sxemində dəyişiklik ediləcək

    Sabahdan 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik ediləcək.

    Median.Az xəbər verir ki, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

    Bildirilib ki, dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması səbəbindən edilib.

    Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq, M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

  • Avroliqanın final oyunu ilə əlaqədar dəmir yolunda tədbirlər planı hazırlanıb

    2019-cu il 29 may tarixində Bakı şəhərində keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar olaraq, tədbirin keçirildiyi müddətdə dəmir yolu nəqliyyatı üzrə hərəkətin təşkilini tənzimləmək məqsədilə “Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmri ilə tədbirlər planı hazırlanıb.

    “Azərbaycan Dəmir Yollan” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, tədbirlər planına əsasən, 29 may 2019-cu il tarixində Bakı şəhərində UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə əlaqədar, oyun üçün akkreditasiyadan keçmiş şəxslərin 25-28 may 2019-cu il tarixlərində gün ərzində, bilet (dəvətnamə) sahibi olan şəxslərin, habelə oyun üçün akkreditasiyadan keçmiş şəxslərin və digər aidiyyəti qonaqların 29 may 2019-cu il tarixində final oyunu başlamazdan əvvəl saat 18:00-dan 23:00-dək, 30 may 2019-cu il tarixində isə oyun bitəndən sonra saat 01:00-dan 04:00-dək “Stadler Kiss” markalı elektrik qatarları ilə Bakı sərnişin stansiyası və “Koroğlu” dayanacağı, eyni zamanda Bakı-Sumqayıt arasında ödənişsiz daşınması təmin ediləcək.

    Eyni zamanda, həmin oyunu izləmək üçün futbol həvəskarlarının və digər aidiyyəti qonaqların Gürcüstandan Bakıya və geriyə daşınmasını həyata keçirmək üçün, 28.05.2019 – cu il tarixində saat 22:35-də Tbilisidən Bakıya və 30.05.2019-cu il tarixində saat 08:00-da Bakıdan Tbilisiyə əlavə sərnişin qatarı təyin ediləcək.

    Qeyd edilən əlavə qataraların təyin edilməsi ilə əlaqədar Bakıdan 27.05.2019-cu ildə, geriyə Qazaxdan 28.05.2019-cu ildə hər iki istiqamətdə 98/97 saylı Bakı-Qazax-Bakı qatarı bir reysə ləğv edilir.

    Bakıdan 29.05.2019-cu il tarixdə, bir istiqamətdə 98 nömrəli Bakı-Qazax qatarının hərəkəti bir istiqamətdə ləğv edilir.

    Eyni zamanda Bakıdan 30.05.2019-cu il, geriyə Astaradan 31.05.2019-cu il tarixində bir reysə 660/659 nömrəli Bakı-Astara-Bakı qatarı ləğv edilir.//Baku.ws

  • Bakıda xanımlar eynəkləri belə oğurlayırlar – VİDEO

    Bakıda eynək mağazası xanımlar tərəfindən hədəf seçilib.

    Bu barədə mağazanın satıcısı Vüsal Tarverdiyev bildirib. Onun sözlərinə görə, demək olar ki, hər gün mağazada eynəklər oğurlanır.

    Qəribə orasındadır ki, eynəkləri oğurlayan da qızlar olur.

    “Mağazada quraşdırılan müşahidə kameralarında oğurluq edən xanımlar aydın görünür. Əgər xanımlar eynəkləri istəsəydilər, özüm onlara verərdim. Oğurlamağa nə ehtiyac var axı?”, – deyə Vüsal Tarverdiyev bildirib.//Baku.ws

  • Əri tərəfindən fahişəliyə məcbur edilən qadına ağır cəza tələbi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 16 il azadlıqdan məhrum edilməsini istəyib.

    Məhkəmənin növbəti iclası iyunun 7-nə təyin edilib.

    İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

    Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən, R.Musayevin həyat yoldaşı V.Orucova saxlanılıb.

  • Ağcabədidən Bakıya qonaq gələn 31 yaşlı qadın qohumunun evindən itkin düşdü

    Bakıda qadın qonaq getdiyi evdən itkin düşüb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

    Ağcabədi rayon sakini, 1988-ci il təvəllüdlü Kərimova Vüsalə Əli qızı mayın 17-də Bakıya, Binəqədi rayonu, Mir Cəlal küçəsi ev 27, mənzil 24-də yaşayan qohumugilə qonaq gəlib.

    V.Kərimova mayın 19-da səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Sədərək”də oğru pulla dolu torbanı götürüb qaçdı – VİDEO

    Bakının “Sədərək” ticarət mərkəzində quldurluq hadisəsi baş verib. Naməlum şəxs sahibkarlardan birinin əlindən içində iri məbləğdə pulların olduğu sellofan torbanı qopararaq, ərazidən qaçıb.

    Median.Az xəbər verir ki. bu barədə Oxu.az-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.

    10-cu polis bölməsinə 62 yaşlı Masallı rayon sakini Nadir İsrafilov müraciət edib. O, mayın 20-də, 16:30 radələrində cinayətkarın onun əlindən içində 7,700 dollar və 34,581 manat məbləğində pul olan torbanı oğurlayaraq cinayət yerindən uzaqlaşdığını bildirib.

    Quldurluq əməlini törədən şəxs qaçan yerdə TM-nin müşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanı əməkdaşları, vətəndaşların kadrlarda göstərilən cinayətkarın kimliyini müəyyən etməkdə yardım göstərməsini xahiş edir.

    Bu şəxsi tanıyanların (+99455) 617 2303, (055) 626 74 94, (055) 768 41 23 və ya (+99412) 445 22 22 və ya “102” nömrələrinə zəng etməsi xahiş olunur.

  • Месут Озил: Братья-азербайджанцы, увидимся в Баку

    Полузащитник лондонского клуба «Арсенал» турецкого происхождения Месут Озил разместил публикацию в соцсети Инстаграм в связи с предстоящим в Баку финальным матчем Лиги Европы между «Арсеналом» и «Челси».

    Футболист опубликовал коллаж из фотографий, сделанных им в разное время в Баку, подписав их следующим образом:

    «7 дней до большого финала в Баку! Братья-азербайджанцы! Мы сделали это – мы в финале! Увидимся в Баку».

    Отметим, что несмотря на гарантии безопасности официального Баку на самом высоком уровне, ранее игрок «Арсенала» армянской национальности Генрих Мхитарян отказался приехать на матч в столицу Азербайджана.

    «Мы рассмотрели все варианты в связи с Мхитаряном, переговорили с ним и его семьей. На проведенной встрече решили, что он не будет играть в финале. Мы уже информировали об этом УЕФА», – говорилось в заявлении ФК «Арсенал» в связи с неучастием Мхитаряна в бакинском финале Евролиги.

    В свою очередь, посол Азербайджана в Великобритании Таир Тагизаде, комментируя вопрос в интервью британскому изданию Sky Sport News, призвал Мхитаряна не политизировать ситуацию и принять участие в игре.

  • “Arsenal”ın oyunçusu azərbaycanlılara səsləndi – QARDAŞLARIM…

    “Arsenal” klubunun aparıcı oyunçusu Məsut Özil rəsmi Twitter hesabından azərbaycanlılara müraciət edib.

    Median.Az xəbər verir ki, futbolçu, “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”, – deyə sosial şəbəkədə qeyd edib.

    Qeyd edək ki, mayın 29-da Bakının Olimpiya Stadionunda Arsenal-Çelsi futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

  • I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb

    Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib.

    DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər.

    Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 32174 abituriyentdən 1771 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 11 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

    İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

    Qeyd edək ki, imtahanda abituriyentlərə I ixtisas qrupunda riyaziyyat, fizika və kimya fənləri üzrə, IV ixtisas qrupunda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

    Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından (qəbul imtahanının 1-ci mərhələsindən) əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanının ikinci mərhələsindən toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

    İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 30-31 may və 3-5 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 23, 24, 27 və 29 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab kartı və cavab vərəqinin ön, arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında abituriyentin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

    Qeyd edək ki, II və III ixtisas qrupları üzrə 19 mayda keçirilən imtahanların nəticələri də 10 iş günü ərzində elan olunacaq.//oxu.az

  • DİN əməkdaşları gücləndirilmiş iş rejimində çalışacaq

    Futbol üzrə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar daxili işlər orqanlarının şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, daxil işlər orqanlarının şəxsi heyəti mayın 27-dən 31-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq.

    Əmrdə ölkəmizə gələn əcnəbi qonaqların, turistlərin və azarkeşlərin təhlükəsizliyinin təmini, futbol azarkeşləri üçün Dənizkənarı Milli Parkda yaradılacaq “Fanzone”da, habelə “Sahil” bağı və “Qış Parkı”nda təşkil ediləcək əyləncə məkanlarında asayişin və təhlükəsizliyin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.

    Həmçinin, paytaxtda avtomobillərin hərəkətində sıxlığın yaranmaması üçün adekvat tədbirlərin görülməsi, yol hərəkət qaydalarının pozulması, nəqliyyat vasitələrinin müəyyən edilməmiş yerlərdə, o cümlədən səkilərdə saxlanılması hallarının qarşısının alınması təmin olunacaq.

    Strateji əhəmiyyətli obyektlərdə, o cümlədən xarici diplomatik nümayəndəliklərin yerləşdiyi ərazilər, qonaqların yaşadıqları məkanların mühafizəsi gücləndiriləcək.//oxu.az