Month: June 2019

  • Azərbaycanda “Son zəng”in vaxtı açıqlandı – Nazir əmr imzaladı

    İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” tədbiri təşkil olunacaq.

    Təhsil naziri Ceyhun Bayramov bununla bağlı əmr imzalayıb.

    Əmrdə ölkəmizin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.

    Yerli təhsili idarəetmə qurumları, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsi də əmrdə əks olunub.

  • “Rusiya vətəndaşı xəstəxanaya çatdırılanda ürəyi dayanmışdı” – “Ege Hospital”dan açıqlama

    “Ege Hospital” xəstəxanada əməliyyat zamanı ölüm hadisəsi baş verdiyi xəbəri ilə bağlı məlumat yayıb.

    Azxeber.com-a daxil olan məlumatda bildirilir ki, yayılan xəbərlər əsassızdır: “Nəzərinizə çatdırmaq istəyirik ki, Rusiya respublikasının vətəndaşı 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”-ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb. Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”-da heç bir əməliyyat icra olunmayıb”.

    Xəstəxananın yaydığı məlumatda o da bildirilir ki, Yadrişnikova Lyudmila Rusiya Respublikasında onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiya respublikasında edilən tibbi müdaxilələr dayandırılıb.

  • Azərbaycanda boşananların sayı artıb – Son 5 ilin ən yüksək sayı

    Azərbaycanda son 5 il ərzində nikaha daxil olanların sayı azalıb, boşananların sayı artıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da son 5 ilin ən aşağı göstəricisidir.

    2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4 olub.

    Boşanmaların sayına gəldikdə, ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb.

    Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5 olub.

    Qeyd edək ki, Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova Azərbaycanda ailələrin ən çox xasiyyətin tutmaması, uşaqların olmaması və yeni qurulan ailələrin həyatına müdaxilələr edilməsi səbəbindən dağıldığını söyləyib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.

  • Maqnit qasırğası proqnozu verildi, nə qədər davam edəcək? – Rəsədxanadan cavab

    İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

    Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.

    Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

    Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.

  • Türkiyəyə qarşı hörmətsizlik: Tualet fırçası ilə qarşılandılar – VİDEO

    Avro-2020-nin təsnifat mərhələsi çərçivəsində İslandiyaya yola düşən Türkiyə yığma komandasına qarşı hörmətsizlik edilib.

    Türkiyə yığmasının üzvü Emre Belözoğlu jurnalistlərə açıqlama verərkən kənarda bir şəxs yaxınlaşaraq futbolçuya mikrofon əvəzinə tualet fırçası uzadıb. Bundan əlavədə yığma komandanın digər üzvləri hava limanında səbəbsiz yerə 3 saata yaxın gözləyiblər.

    Bütün bunlara görə rəsmi Ankara sərt reaksiya verib. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın baş verənlərin hörmətsizlik əlaməti olduğunu bildirib: “Rəsmi şəkildə nə lazımdısa, ediləcək. Dövlətimiz və millətimiz komandamızın yanındadır. Komandamız layiqli cavabı meydançada verəcək”.

  • İcra nümayəndəsi “Qaloş pirindən” danışdı: “O seyidin papağıdır, şəkk eləməyin!” – VİDEO

    Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.

    Median.Az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

    M.İbrahimov deyilənlərin həqiqətə uyğun olmadığını bildirərək, müzakirələri yersiz adlandırıb:

    “Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil”.

    M.İbrahimov qeyd edib ki, insanların başına çəkilən mərhumun papağı olub:

    “Sadəcə baş geyimini sellafona büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb – onu deyə bilmərəm. Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir”.

    Rayon rəsmisinin sözlərinə görə, hazırda Seyidin evində onun nəvələri yaşayır:

    “Evdə yaxınları, ailə üzvləri yaşayırlar. Seyidin oğlu rəhmətə gedib. Videoda büstün yanında papağı nümayiş etdirən nəvəsi Seyid Xəlildir. Seyidin babaları keçmişdə İrandan gəliblər. Özləri Goranboyda doğulub, burada boya-başa çatıblar. Seyid özü də, oğlu da rayonda rəhmətə gedib”.

  • Azərbaycanda dəhşətli intihar – 14 yaşlı qız özünü asdı

    Ağcabədi rayonunda yeniyetmə qız intihar edib.

    Median.Az report-a istinadən xəbər verir ki, rayonun Qaradolaq kənd sakini 14 yaşlı A.Şirinova özünü yaşadığı evin həyətində asaraq intihar edib.

    Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Şəkidə çörək bişirən qadın təndirə düşdü

    Şəkidə çörək bişirən qadın təndirə düşərək yanıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün axşam saat 22 radələrində rayonun Çəyirli kənd sakini, 1966-cı il təvəllüdlü Fərqanə Firuz qızı Ələsgərova bədənin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

    Tibb müəssəsindən bildirilib ki, müayinə zamanı F. Ələsgərovanın yaşadığı ünvanda təndirə çörək yapan zaman ehtiyatsızlıqdan təndirə yıxılaraq müxtəlif dərəcəli yanıq xəsarətləri alması məlum olub. Hazırda F. Ələsgərovanın müayinəsi davam etdirilir.

  • В Баку проходит ярмарка труда для молодежи

    В Баку при поддержке Министерства молодежи и спорта Азербайджана и организации UNEC проходит «Ярмарка труда для молодежи-2019».

    Как передаёт Median.Az со ссылкой на АПА, целью проведения ярмарки труда, где участвуют студенты, магистры и выпускники, государственные учреждения, а также местные и иностранные компании, является оказание поддержки в трудоустройстве молодежи.

    В мероприятии принимают участие заместитель министра молодежи и спорта Азербайджана Интигам Бабаев, ректор UNEC Адалят Мурадов, представитель Министерства образования Шахин Байрамов.

    Директор Центра карьеры Азербайджанского Государственного Экономического Университета Рамиль Джаббаров рассказал о ярмарке: «В ярмарке участвуют 440 компаний и учреждений. Также организовано около 300 программ по стажировке, предлагаются вакансии для студентов, магистров и выпускников. В то же время для людей с ограниченными возможностями компании предлагают работу по некоторым вакансиям. Каждый год после проведения подобных ярмарок мы проводим анализ различных статистик. Результаты показывают, что 70-80% студентов, участвующих на трудовой ярмарке, находят работу».

    Отметим, что ярмарка продлится до вечера.

  • В соборе Парижской Богоматери пройдет первая после пожара месса

    Первая месса после пожара в соборе Парижской Богоматери пройдет 15-16 июня, сообщил настоятель Нотр-Дама Патрик Шове в интервью еженедельнику Famille chretienne, передаёт Median.Az со ссылкой на РИА Новости.

    «Дата, которая была выбрана – символическая. Это будет праздник освящения собора, это значит, освящения алтаря. Это очень важно суметь хорошо дать понять миру, что роль собора – показывать славу Бога. Отпраздновать причастие в этот день, даже совсем маленькой группой, это будет знаком этой славы и этой милости», – заявил Шове.

    Крупнейший в истории пожар в соборе Парижской Богоматери произошел вечером 15 апреля. Обрушился шпиль собора, пламенем была объята несущая конструкция. Как сообщили пожарные, структура Нотр-Дама и главные произведения искусства, так же как и хранившиеся в соборе реликвии, уцелели. ЧП может быть связано с реставрационными работами.

    Расследование инцидента ведется в связи с неумышленным причинением ущерба при возгорании. По словам прокурора, приоритетной является версия о случайном характере пожара. Президент Франции Эммануэль Макрон заявил о намерении восстановить Нотр-Дам за пять лет. Свою помощь в реставрации собора и сборе средств на это предложили международные организации и крупные компании.