Month: June 2019

  • “Zelenski yaxşı aktyordur” – Putin+Video

    Ümid edirəm ki, nə vaxtsa onunla tanış olacağam. Amma Zelenski əvvəl işlədiyi sahədə çox yaxşı mütəxəssisdir – o, yaxşı aktyordur”.

    Median.Az“ life.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putun Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum zamanı Ukrayna prezidenti Vladimir Zelenski haqda deyib.

    Putinin sözləri zalda gülüş yaradıb. “Mən çox ciddiyəm, amma siz gülürsünüz. Biri var kimisə oynamaq, biri də var özün olmaq. Bunun üçün istedad lazımdır. Dövlət işləri ilə məşğul olmaq üçün isə əlavə keyfiyyətlər vacibdir”, – deyə Putin əlavə edib.

  • Saatlıda kanaldan meyit tapıldı

    Saatlı rayonunda su kanalında boğulmuş qadının meyiti tapılıb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, meyit rayonun Şirinbəy kəndindən keçən su kanalında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Onun kimliyi hələlik məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • “Ya boşansın, ya da…”

    Məşhur ulduz cütlük Ancelina Coli və Bred Pitin boşanma prosesi 3 ildir ki, uzanır. Ancaq onlar bəzi məsələlərdə razılığa gələ bilmir.

    Rusiya mətbuatında yer alan xəbərə görə, məhkəmə prosesi Bredi çox yorduğundan o, aktrisaya şərt qoyub. Ancelina bütün lazımi sənədləri qısa müddət ərzində imzalamalıdır.

    Əks təqdirdə, aktrisa buna görə cərimə ödəməli olacaq. Cərimənin məbləği isə açıqlanmır. / axşam.az

  • 41 yaşlı sənətçisi qəfildən öldü – VİDEO

    Türkiyədə 41 yaşlı musiqiçi Murad Omurtağ vəfat edib.

    Median.Az xəbər verir ki, yerli media onun qəfildən ürəktutmasından öldüyünü yazır.

    Sənətçinin dəfn mərasiminə Türkiyənin tanınmış sənətçiləri qatılıb.

    Qeyd edək ki, Murad Omurtağ sosial mediadakı videoları ilə məşhur idi.//Baku.ws

  • Qubada 66 kəndi birləşdirən yola asfalt döşənir – VİDEO

    Quba-Qonaqkənd avtomobil yolunda son tamamlama işləri aparılır.

    Median.Az report-a istinadən verdiyi məlumata görə, ölkə başçısının sərəncamına əsasən həyata keçirilən 68 min sakinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi iyun ayının sonunadək başa çatdırılacaq.

    Uzunluğu 46 kilometr olan yolun artıq 41 kilometrinə asfalt döşənib.

    Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 5 kilometr hissədə davam etdirilir.

    Quba-Qonaqkənd yolunda ən böyük problem 43-cü km-likdə yaşanırdı. Buna səbəb yolun bu hissəsinin Babaçayın məcrasından keçməsi idi. Çayda bir qədər su çox olan kimi yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilir. Lakin tezliklə bu problem də öz həllini tapacaq. Çünki ərazidə müasir standartlara cavab verən 7 aşırımlı körpü inşa olunub.

    Quba-Qonaqkənd istiqamətində yolboyu zəruri yerlərdə kommnikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları inşa olunur. Yol kənarında 2,5 – 3 metr enində yeni çiyinlər tikilib. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metrdir. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib.

    Turistlərin çox sevdiyi Təngəaltı, Afurcadan keçən bu yol gələcəkdə Qonaqkənd kimi nadir təbii sərvətlərə malik bir ərazidə turizmin inkişafına da təkan verəcək.

  • В Баку застрелили криминального авторитета – ОБНОВЛЕНО

    Установлена личность застреленного в Баку мужчины. Согласно источникам Oxu.Az, им является Мубариз Будаглы.

    21:06

    В результате оперативно-розыскных мероприятий, проведенных сотрудниками Бинагадинского районного управления полиции, задержан подозреваемый в совершении умышленного убийства.

    Пока личности задержанного и убитого мужчин не раскрываются.


    20:06

    В Баку в перестрелке убит представитель криминальной среды. Об этом сообщили источники в Управлении полиции Бинагадинского района.

    Инцидент зарегистрирован на территории Бинагадинского района столицы, около супермаркета “Фаворит”.

    В настоящее время сотрудники полиции, члены оперативно-следственной группы находятся на месте происшествия.

    Выясняются обстоятельства происшествия.

  • Bakıda güllələnən kriminal avtoritetin adı məlum oldu – YENİLƏNİB + FOTO

    Binəqədi rayonunda güllələnərək öldürülən şəxsin kimliyi müəyyən olunub. Binəqədi rayon polis idarəsindən verilən məlumata görə, o Mübariz Budaqlıdır. Mübariz Budaqlı başına açılmış bir atəş nəticəsində həyatını itirib.

    Qeyd edək ki, 2017-ci ildə 1976-cı il təvəllüdlü Mübariz Budaqlı adlı şəxs “İnterpol” xətti ilə axtarışa verilib. Hazırda ölən şəxsin sözügedən Mübariz Budaqlı ilə eyni şəxs olub-olmaması barədə araşdırma aparılır.

    20:30

    Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, aparılan təcili təxirəsalınmaz əməliyyat nəticəsində “Favorit” supermarketinin yanında kriminal aləmin nümayəndəsini güllələyən şübhəli bilinən şəxs saxlanılıb.

    Həmçinin bildirilib ki, öldürülən kriminal avtoritetin də kimliyi müəyyən edilib. Araşdırmalar aparıldığı üçün nə ölən, nə də öldürülən şəxslərin adları hələ ki, açıqlanmayıb. Əlavə məlumat veriləcək.


    20:01

    Bakının Binəqədi rayonunda atışma olub. Kriminal aləmin nümayəndəsini Bakının ortasında öz avtomobilində güllələyiblər.

    Bu barədə Oxu.Az-a Binəqədi rayon polisindən məlumat verilib. Verilən məlumata görə, Binəqədi rayonunda “Favorit” supermarketinin yanında atışma olub və bir nəfər odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

    Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır. Əlavə məlumat veriləcək.

  • Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir

    Bakı-Gəncə sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir.

    Bu barədə “Report”a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.

    Qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq.

    Q. № 702
    Bakı – Gəncə
    Sürətli sərnişin Q. № 701
    Gəncə – Bakı
    Yolda olma vaxtı: 4 saat. 15 dəq 18.06.2019-cu il tarixdən etibarən Yolda olma vaxtı: 4 saat. 15 dəq
    Çatma Dayanacaq Yola düşmə Aralıq məntəqələr Məsafə kod Çatma Dayanacaq Yola düşmə
    8-00 Bakı-sərn. 0 5700000 22-15
    8-07 Keşlə 6 547001 22-07
    8-13 2 8-15 Biləcəri 14 546808 21-58 2 22-00
    8-25 Abşeron 26 548004 21-49
    8-31 Puta 33 548108 21-44
    8-39 Qaradağ 45 548004 21-37
    8-49 Səngəçal 60 548305 21-29
    8-54 Qobustan 69 548409 21-23
    9-02 Baş Ələt 83 548502 21-15
    9-11 Atbulaq 96 548907 21-02
    9-23 Pirsaat 116 549100 20-44
    9-32 Hacıqabul 127 554202 20-34
    9-40 Muğan 139 554306 20-27
    9-50 Qarasu 153 554310 20-17
    9-58 Padar 165 554325 20-09
    10-06 Sığırlı 178 554336 20-00
    10-22 Kürdəmir 203 554607 19-44
    10-37 Müsüslü 223 554700 19-31
    10-54 Ucar 249 554908 19-14
    11-08 Ləki 269 555008 19-03
    11-25 2 11-27 Yevlax 294 555101 18-44 2 18-46
    11-36 Mingəçevir 305 555703 18-37
    11-44 2 11-46 Goran 319 555900 18-28 2 18-30
    11-55 Kürək-çay 329 557605 18-20
    12-04 Dəliməmmədli 344 556000 18-13
    12-07 Zazalı 349 556104 18-09
    12-15 Gəncə 364 556208 18-00

  • Qazonda istirahət etmək olar, lakin ehtiyatlı olun

    Yayın gəlişi ilə tez-tez belə suallar yaranır: “Şəhər ərazisindəki, o cümlədən, Bakı bulvarındakı qazonlarda cərimələnmədən istirahət etmək olar? Şəhərdə köynəksiz gəzmək ictimai asayişin pozulması sayılır?”

    Bu yaxınlarda “Facebook”da bir gəncin qızlarla birlikdə Fəvvarələr meydanında köynəksiz gəzdiyini əks etdirən video yayılmışdı.

    Xəbər saytları dərhal videonu paylaşdı və cəmiyyətdə yenə də iki düşərgə yarandı – mühafizəkar və liberal. Bəlkə də, şəhərdə köynəksiz gəzmək sosial eksperiment idi, bəlkə də, yox.

    Əhalinin böyük əksəriyyətində ictimai asayişin pozulması barədə anlayış belə yoxdur. Hər kəsin öz “qayda pozuntusu” anlayışı var və bu da “əxlaq çərçivəsi”nə, mentaliletə əsaslanır. Qanun kütlənin yazılmamış qaydalarına və mentalitetə əsaslana bilərmi?


    Bəs qanun nə deyir?

    Əvvəlcə onu deyək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi insan hüquq və azadlıqlarına hörmət prinsiplərinə, qanunvericiliyə, qanun qarşısında bərabərliyə əsaslanır.

    Məcəllənin 5-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Lakin hətta hüquqşünaslar da Məcəllənin 510-cu maddəsinin (Xırda xuliqanlıq) təsiri altına hansı nalayiq hərəkətlərin düşdüyünü dəqiq müəyyənləşdirə bilməyiblər.

    Xırda xuliqanlıq ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər deməkdir. Bu hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.

    Tanınmış vəkil Vüqar Xasayev açıqlamasında bildirib ki, əgər bir şəxs qəsdən soyunaraq küçədə gəzərsə, bu, cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyin nümayişidir:

    “O, ətrafdakı insanların diqqətini cəlb edir, onları qəzəbləndirir, hətta dava-dalaşa təhrik edir. Digər tərəfdən, hamının çimərlik paltarında olduğu istirahət zonasında geyinmək də normal qəbul edilmir. Hər şey olduğun ərazidən asılıdır”.

    V.Xasayev əlavə edib ki, Bakıda bikinidə gəzən turisti görməzdən gəlmək olar. Çünki bu, avropalılar üçün normaldır. Onlar digər dünyəvi ölkədə çimərlik paltarında küçəyə çıxmaqla cəmiyyətə meydan oxuduqlarını düşünmürlər. Onları burada kim tanıyır ki?

    Yeri gəlmişkən, bir neçə il əvvəl Bakı bulvarında çimərlik paltarında olan bir qadının şəkli çəkilmiş və bu fakt da diqqətdən kənarda qalmamışdı.

    Vəkilin fikrincə, Fəvvarələr meydanında köynəksiz gəzən gəncin hərəkətində xuliqanlıq yoxdur, hərçənd onun bu görkəmdə insanlar arasında olması heç də qəbuledilən deyil:

    “Ölkənin inzibati qanunvericiliyinin təkmil olmadığını demək olar – bəzi məsələlər dəqiq müəyyənləşdirilməyib. Eyni zamanda, hər bir presedent qanuna baxılması üçün əsas yaradır. Yəni qanunvericilər müəyyən hərəkətin kütləvi şəkildə təkrarlanmasının ağır nəticələrə səbəb olduğunu qəbul etdikdə dərhal qanunun sərtləşdirilməsi barədə qərar qəbul edəcəklər. Buna görə də məhkəmə günahlandırılan şəxsin hərəkətində pis niyyətin olub-olmadığını əsas götürərək qərar qəbul edir. Vətəndaşın hüquq və azadlıqlarına gəlincə, unutmaq olmaz ki, “sənin hüququn başqasının hüququnun başladığı yerdə bitir”. Ümumiyyətlə, bu, ayrıca müzakirə mövzusudur”.

    Yeri gəlmişkən, “xuliqanlıq” termininin maraqlı tarixçəsi var. XVIII, ya da XIX əsrdə London yaxınlığındakı Sausvork şəhərciyində pis ad çıxaran Xuliqanlar ailəsi yaşayıb. Onlar Patrik Xuliqanın başçılığı ilə bütün hüquq və əxlaq normalarını pozaraq quldurluq edir, müxtəlif cinayətlər, qətllər törədirdilər.

    Tezliklər quldurların soyadı londonluların leksikonuna daxil olur. Onlar şəhərdə qayda pozuntusuna yol verən hər kəsi “xuliqan” adlandırmağa başlayıblar.


    İcra Hakimiyyəti əleyhinə deyil…

    Bakı Şəhər İcra Hakimiyyətindən Oxu.Az-a bildiriblər ki, qazonlarda gəzməyi və istirahət etməyi qadağan edən hər hansı normativ akt yoxdur.

    Bununla belə, biz tez-tez İH nümayəndələrinin istirahət zonalarında qazonları əzməməklə bağlı xahiş etdiklərini görürük.

    İcra Hakimiyyətindən deyiblər ki, qazon mütəmadi ayaqlanarsa, məlum olduğu kimi, orada ot bitməz:

    “Otu yetişdirmək üçün isə gübrə qismində heyvan peyinindən, həmçinin, kimyəvi məhlullardan istifadə edirik. Əgər vətəndaşlara gübrə və kimyəvi məhlulların üzərində uzanmaq xoşdursa, buyursunlar. Onlara yalnız xəbərdarlıq etmək olar ki, bunu etmək xoşagəlməz haldır”.

    Əlbəttə ki, polis ot üstündə uzanmağı qadağan edə bilməz, lakin siz onun tələbini yerinə yetirməyəndə münaqişəyə səbəb ola bilərsiniz. Bu halda isə sizin hərəkətinizə Məcəllənin 535-ci maddəsinə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) əsasən qiymət veriləcək.

    Yəni soyunmaq olar, amma ehtiyatlı olun…


    Bakının mərkəzində çimərlik

    Bununla yanaşı, dünyada – Rio-de-Janeyrodan tutmuş Osakaya qədər – şəhər daxilində çimərlik zonaları yaradılması təcrübəsi var. Burada qızıl qum üstündə uzanaraq Günəş vannası qəbul etmək olar. Bakı bulvarı isə bunun üçün bütün imkanlara malik olsa da, şəhər çimərliklərinin siyahısına daxil ola bilməyib.

    Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı Oxu.Az-a açıqlamasında bildirib ki, bulvar ərazisinin gələcəkdə çimərlik kimi fəaliyyət göstərməsi ilə bağlı hələlik hər hansı layihə və ya plan yoxdur.

    Baku TV-nin paytaxt sakinləri arasında apardığı sorğu nəticəsində fikirlərin ayrıldığı məlum olub: bəziləri hesab edir ki, bulvarda Günəş vannası qəbul etməyə şərait yaratmaq yersizdir. Lakin Dənizkənarı Milli Parkda çimərlik istirahəti üçün ayrıca zonanın yaradılması fikrini dəstəkləyənlər də var.

    Turizm ekspert Kənan Hənifəyev isə Oxu.Az-a bildirib ki, Bakı bulvarı ərazisi çimərliyə çevrilsə, bu, şəhər turizmi üçün yeni bir mərhələ olacaq:

    “Bəzi ölkələrdə bulvar ərazisi çimərlik kimi fəaliyyət göstərir. Turistlərin ən çox sevdiyi istirahət növlərindən biri də dəniz-qum-Günəş sintezidir. Belə istirahət okean, dəniz sahilləri, bulvarlar, çay və göl sahillərində mümkündür”.

    Onun sözlərinə görə, Abşeron sahillərinin müəyyən qismi bu tələblərə cavab versə də, nəticə etibarilə yüksək qiymətləndirilmir. Buna baxmayaraq, sahillərdə dənizdə baş verən neqativ halları aradan qaldırmaq mümkündür:

    “Dünya təcrübəsində bu kimi hallar olub və müsbət həllini tapıb. Dənizkənarı Milli Park ərazisindən çimərlik məqsədilə istifadə olunması üçün ilk növbədə dənizin müəyyən hissəsi mazut və neft tullantılarından təmizlənməli, şəhərin kanalizasiya sisteminin axın istiqaməti dəyişdirilməlidir”.

    Ekspert əlavə edib ki, Milli Park ərazisindəki çimərlik öz unikallığı ilə yay mövsümündə, əsasən, postsovet ölkələrindən yetərincə turist cəlb edə bilər:

    “Bu, Bakı turizmi üçün bir növ yeni mərhələ olacaq. Yəni turist həm şəhərin tarixi ilə maraqlanacaq, həm də yaxın məsafədə yerləşən dəniz sahilində istirahət edib əylənəcək. Buna bir şəhərdə çoxnövlü istirahət deyə bilərik. Bu, ölkə iqtisadiyyatı üçün valyutanın stabil geniş axını deməkdir”.

    K.Hənifəyev bulvar ərazisi ilə yanaşı, alternativ təklifini də səsləndirib:

    “Əgər dənizin təmizlənməsi böyük zaman alarsa, bulvar ərazisində sahilboyu böyük hovuz yaratmaq da olar”.

    Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev də bulvar ərazisini çimərliyə çevirmək üçün bir çox işlərin aparılmalı olduğunu vurğulayıb:

    “Bu təcrübə müxtəlif ölkələrin paytaxt şəhərlərində mövcuddur. Burada əsas şərtlərdən biri də ekoloji təmizlik, gigiyenik standartlara əməl olunmasıdır. Dünyada “Mavi bayraq” hərəkatı (Avropa İttifaqının “Çimərlik suyu direktivi”nə uyğun olaraq Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən ən yüksək səviyyəli xidmətlər göstərən və yüksək meyarlara cavab verən çimərliklərə verilən nümunəvi xidmət göstəricisi – red.) var və hər il iyunun 1-də çimərliklər bunun üçün akkreditasiyadan keçirilir.

    Burada ilk növbədə ekoloji təmizliyə əməl olunmalı, gigiyena standartları tətbiq edilməli və təhlükəsizlik təmin olunmalıdır. İstərdik ki, əvvəlcə bizim mövcud çimərliklərimiz “mavi bayraq” hərəkətinə qoşulsun və bu keyfiyyət nişanını alsın”.//oxu.az

  • Emin Ağalarov azərbaycanlı müğənniyə vəzifə verdi

    Azərbaycanlı ifaçı Bəxtiyar Əliyev (Bahh Tee) Rusiyada fəaliyyət göstərən Jara radiosunun (Jara FM) baş prodüseri təyin olunub.

    Median.Az xəbər verir ki, bu barədə B.Əliyev sosial şəbəkədə məlumat yayıb.

    Onu bu posta Azərbaycanın xalq artisti Emin Ağalarov gətirib.

    “Mənim dostum və tərəfdaşım Emin Ağalarov “Jara FM” radiostansiyasının rəhbərliyini mənə həvalə etdi. Bu həftədən etibarən “Jara FM”in baş prodüseri vəzifəsini icra edirəm. Bir il bundan öncə “Zhara Music” “leybl”ını çıxaranda burada bir post paylaşdım ki, bu, gələcəkdə uğur qazanacaq. Bu gün yeni bir hekayə başladırıq və ilk etdiyimiz şey, yayımlanan məzmun və mahnıların keyfiyyətini artırmaqdır. Artıq bu dəyişikliyi elə bu həftədən hiss edəcəksiniz”.//oxu.az