Month: June 2019

  • Xaçmazda “Mercedes” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, mayın 31-i saat 21 radələrində Müqtədir qəsəbəsi ərazisində, Bakı şəhər sakini R.Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəsəbə sakini Şəfəq Xələfovanı vurub.

    Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

    Xaçmaz RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Gəncənin güllələnən sabiq icra başçısı Elmar Vəliyevdən XƏBƏR VAR

    Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin sağlamlıq durumu haqda yeni məlumat yayılıb.

    Median.Az moderator.az-a istinadən xəbər verir ki, ötən ilin 3 iyulunda sui-qəsd nəticəsində başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu tamam normallaşıb və istər yaddaşı, istər həyat qabiliyyəti 95 faiz bərpa olunub.

    Bildirilir ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq, E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub.

    Məlumatda bildirilir ki, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.

  • Metroda kondisioner problemi – VİDEO

    Yay aylarında metrodan istifadə edən sərnişinləri narahat edən məsələ qatarların bir çoxunda kondisioner sisteminin olmamasıdır.

    Sərnişinlər deyir ki yeni və az sayda olan qatarların hamısında kondisioner sistemi işləsə də, köhnə qataların heç birində bu sistem yoxdur. Odur ki, vaqonlardakı isti hava bəzən sərnişinlərin halının pisləşməsinə gətirib çıxarır.

    Bəs görəsən bu problemi nə vaxt həll olunacaq?

    “Bakı Metropoliteni” Qapalı Səhmidar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirdi ki, yeni alınan 5 qatar 25 vaqonda kondisioner sistemi işlək vəziyyətə gətirilib. Hər bir yeni alınmış qatarda xüsusi nəzarət sistemi var ki, həmin sistem sərnişin salonunda mikroiqlim şəraitini nəzərə alır.

    Köhnə qatarların 31 il istismar müddəti var. Bu il ərzində 6 qatar istismar müddətini başa vurduğu üçün xətdən çıxarılaraq yeniləri ilə əvəz olunacaq. Bunun üçün 6 qatarın alınması nəzərdə tutulub.

    Bəxtiyar Məmmədov həmçinin onu da bildirdi ki, köhnə qatarların heç birində kondisioner sistemi yoxdur. Qatarları istehsal edən müəssisə ilə aparılan danışıqlar zamanı yekun rəy ondan ibarət olub ki, bu qatarlarda kondisioner sisteminin quraşdırılması texniki baxımdan mümkün deyil. Ona görə də qatarlar yeniləndikcə kondisioner problemi də həllini tapacaq.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Avtomobillərdə benzin sərfiyyatını azaltmağın yolları – VİDEO

    Havaların isinməsi avtomobillərdə benzin sərfiyyatını artırır.

    Son günlər temperaturun qalxması ilə kondisonerdən istifadə edən sürücülərin də sayı çoxalıb.

    Sürücülər deyir ki, 100 kilometr məsafədə təxminən 1-1,5 litr daha çox yanacaq sərf edilir.

    Avtomobil ustaları isə deyir ki, qışa nisbətdə yayda benzin sərfiyyatı azalmalıdı. Amma avtomobillərdə kondisioner işlədiyindən benzin sərfiyyatında artım olur. Lakin sərfiyyatı bəzi qaydalara əməl etməklə azaltmaq mümkündür.

    Avtomobil ustası Pərviz İsmayılovun sözlərinə görə, yayda ən tez sıradan çıxan detallardan biri benzin nasoslardır. Benzin sistemi isə birbaşa mühərriklə bağlı olduğundan onu vaxtında yoxlatmaq lazımdır.

    Ustalar onu da bildirir ki, bəzi sürücülər yay aylarında avtomobili işə salarkən ümumiyyətlə onu qızdırmır. Əslində isə mühərrik minimum 1 dəq. işlək vəziyyətdə olmalıdır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Bakı Metropolitenindən sərnişinlərə ŞAD XƏBƏR – yeni qatarlar gətirilir

    Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti Rusiyadan yeni qatarlar alacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib.

    Qeyd edilir ki, iyunun 4-də Bakı Metropoliteninə yenilənmiş metro vaqonlarının birinci heyətinin göndərilməsinə həsr edilən təntənəli tədbir olacaq.

    Mərasimdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Huseynov, “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin baş direktoru Kirill Lip və digər şəxslər iştirak edəcəklər.

    Qeyd edək ki, cari il yanvarın sonunda “81-765. B/766.B” modelli 30 metro vaqonunun Azərbaycanın paytaxtına çatdırılması ilə bağlı müqavilə imzalanıb. Bu modeldən olan qatarlar Bakı metrosunda 2017-ci ildən uğurla istismar edilir. 2019-cu ilin sonuna kimi Bakı metrosu üçün altı qatar inşa ediləcək.

    Yeni modellər əvvəlkilərlə müqayisədə bir sıra üstünlüklərə malikdir.

  • Kaspşik Xocavənddə təmas xəttində monitorinq keçirəcək

    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 4-də Xocavənd rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.

    Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster aparacaqlar.

  • Нашлась женщина, бросившая ребенка у няни

    Нашлась женщина, которая бросила своего малолетнего ребенка у няни и сбежала.

    Как передаёт Median.Az, об этом oxu.az сказала председатель Союза детей Азербайджана Кямаля Агазаде.

    По ее словам, мать ребенка пришла в отделение полиции и написала объяснительную:

    «Она рассказала, что уже два года как развелась, и экс-супруг не платит алименты. Она оставила ребенка у няни, так как была вынуждена работать».

    К.Агазаде сообщила, что ребенка еще не отдали матери:

    «С ребенком ведется профилактическая работа. Он будет передан комиссии по опеке при Исполнительной власти. Там примут решение, передавать ли ребенка матери».

    Напомним, что недавно появилась информация о том, что мать оставила трехлетнего ребенка у няни и сбежала. Тогда сообщалось, что мать предположительно зовут Айсель и она родом из города Гянджа.

  • Uşağını baxıcıya verib qaçan qadın tapıldı – Atası aliment vermirmiş

    Azərbaycanda azyaşlı uşağını baxıcı yanına qoyub gedən qadın tapılıb.

    Bu barədə oxu.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

    Onun sözlərinə görə, azyaşlının anası polis bölməsinə gedərək izahat yazıb:

    “O bildirib ki, iki ildir həyat yoldaşından ayrılıb və atası uşağa aliment vermir. Bu səbəbdən işləməyə məcbur olduğu üçün uşağı baxıcı yanına qoyub gedib”.

    Kəmalə Ağazadə bildirib ki, uşaq hələ anasına verilməyib:

    “Azyaşlı ilə bağlı profilaktik işlər aparılır. Uşaq İcra Hakimiyyətinin qəyyumluq komissiyasına veriləcək. Onlar uşağın anaya verilib-verilməməsi barədə qərar qəbul edəcəklər”.

  • Одну из планет назвали в честь Насими

    Одну из планет назвали в честь Имадеддина Насими.

    Как сообщили в Национальной академии наук Азербайджана, по случаю 650-летия великого азербайджанского поэта и мыслителя Имадеддина Насими Международный астрономический союз (МАС) принял решение назвать одну из малых планет его именем.

    С соответствующей инициативой выступил азербайджанский астроном, член МАС, старший научный сотрудник Шемахинской астрофизической обсерватории имени Н.Туси, член-корреспондент НАНА Эюб Гулиев.

    Каталожный номер планеты Насими 32939, зона движения – пояс астероидов между планетами Марс и Юпитер. Эта планета была обнаружена 24 октября 1995 года чешскими астрономами в обсерватории Клет (Чехия). Долгое время она носила условное название 1995 UN2. До сегодняшнего дня ее 807 раз наблюдали в различных обсерваториях мира.

  • Planetlərdən birinə Nəsiminin adı verildi

    Planetlərdən birinə İmadəddin Nəsiminin adı verilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

    Müvafiq vəsatət Azərbaycan astronomu, BAİ-nin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.

    Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti adını daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.