Month: July 2019

  • Nəsimi rayonunda mağazada soyğunçuluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, iyulun 5-i saat 19 radələrində ticarət mərkəzlərinin birindəki mağazadan açıq talama yolu ilə 138 manat dəyərində geyim əşyalarının aparılması barədə Nəsimi RPİ 22-ci polis şöbəsinə müraciət daxil olub.

    Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini R.Əliyev saxlanılıb.

    Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Rüşvət alan gömrük əməkdaşı işdən çıxarıldı

    Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı rüşvət aldığı üçün işdən çıxarılıb.

    DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən olunub.

    O da məlum olub ki, N.Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb.

    Həmin faktla bağlı N.Əsədov tutduğu vəzifədən azad edilib.

    Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

  • Azərbaycanda internetdə problem yaşanır

    Azərbaycanda internet provayderlərinin işində problem müşahidə olunur.
    Median.Az
    report-a istinadən xəbər verir ki, hələlik problemin nədən qaynaqlandığı məlum deyil.

    Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyini hələlik açıqlama verməyib.

  • Azərbaycanlı müğənni avtomobil qəzası keçirib

    Müğənni Nicat Rəhimov avtomobil qəzası keçirib.

    Sənətçinin maşını yan tərəfdən bərk əzilib. Günah isə qarşı tərəfdə olub.

    Nicat özü ciddi xəsarət almayıb.

    Qeyd edək ki, N.Rəhimov tamaşaçılara “Yeni ulduz” yarışmasından və “Şeron” qrupundan tanışdır. Hazırda isə sənətçi solo fəaliyyət göstərir.

    ///Axşam.az

  • Hərbi hissədəki partlayışla bağlı – RƏSMİ MƏLUMAT

    Hərbi hissədə bədbəxt hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanılıb.

    Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, bu gün baş vermiş məlum hadisə ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gediblər.

    Fakt üzrə Hərbi Prokurorluqda cinayət işi başlanılaraq, hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

    Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək, onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə,qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

  • Экспонаты из уничтоженного армянами дворца показывают в Баку – РЕПОРТАЖ

    В Центре Гейдара Алиева продолжается выставка «Шедевры истории».

    На выставке демонстрируются 300 экспонатов.

    Среди экспонатов – образцы азербайджанского искусства, созданные и собранные во времена династии Каджаров, коллекции предметов быта и картин из Дворца Иреванских ханов или Сардарского дворца, а также фотографии из архива российского фотографа Дмитрия Ермакова.

    Среди экспонатов периода Каджаров особо стоит упомянуть картины, написанные масляной краской, миниатюры, керамику и изделия из металла, ковры, а также портрет Фатали-шаха при написании картин маслом.

    Кроме того, выставлены шесть работ азербайджанского художника-орнаменталиста и портретиста XIX века, основоположника азербайджанской станковой живописи Мирзы Гадима Иревани. На картинах, уцелевших после уничтожения армянами Сардарского дворца, изображены Шах Каджар, правители Иревана и герои восточных эпосов.

  • Ermənilərin İrəvanda məhv etdiyi sarayın unikal eksponatları Bakıda – REPORTAJ

    Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi davam edir.

    Sərgidə 300-dək eksponat nümayiş etdirilir.

    Bu eksponatlar arasında Qacarlar sülaləsi dövründə yaradılan və toplanan Azərbaycan incəsənəti nümunələri, İrəvan xanlarının sarayı və ya Sərdar sarayından yadigar qalan məişət əşyaları və rəsm əsərləri kolleksiyası, həmçinin rus fotoqraf Dmitri Yermakovun arxivindən əldə edilmiş fotosənədlər var.

    Qacarlar dövrünə aid incəsənət nümünələrindən bəhs edərkən, yağlı boya ilə çəkilmiş rəsm əsərlərini, miniatürləri, keramika və metal məmulatlarını, xalçaları, eyni zamanda, Fətəli şahın portretini xüsusi qeyd etmək lazımdır.

    Bundan başqa, Azərbaycan dəzgah rəngkarlığının banisi, Azərbaycan təsviri incəsənətinin inkişafına böyük töhfə vermiş ornament və portret ustası Mirzə Qədim İrəvaninin 19-cu əsrə aid altı əsəri sərgilənir. Ermənilər tərəfindən məhv edilmiş Sərdar sarayından qalan nadir rəsm əsərlərində Şah Qacar, İrəvan hökmdarları və Şərq eposlarının qəhrəmanları təsvir olunub.


    Ümumiyyətlə, bütün eksponatlara baxdıqca, milli geyim və əşyalarla, mebel nümunələri, müxtəlif təyinatlı qablar və o dövrün həyat və məişət mənzərəsini əks etdirən digər maddi-mədəniyyət nümunələri ilə tanış olduqca Azərbaycan xalqının indiki Ermənistan və Gürcüstan ərazisi də daxil olmaqla, böyük bir regiona, bölgənin mədəniyyətinə güclü təsirini daha aydın təsəvvür etmək olur.

    “Tarixin şah əsərləri” sərgisində 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, müharibədən sonra isə Tiflisdə fotoqraflıqla məşğul olmuş, Qafqaz bölgəsinə səyahətləri sayəsində həmin dövrün görüntülərinin bu günümüzə gəlib çıxmasına səbəbkar olan Dmitri Yermakovun fotoları da böyük maraq cəlb edir.

    Rus fotoqrafın ərsəyə gətirdiyi işlər əsr yarım bundan əvvəlki dövrü xəyalımızda canlandırmaqda müstəsna rol oynayır.

    Tarixi adətən kitablardan öyrənirik. Lakin Heydər Əliyev Mərkəzində təşkil edilən bu sərgi tariximizin bir hissəsi ilə əyani tanış olmağa imkan verir.

    Adıçəkilən unikal nümunələr oktyabrın 6-dək sərgilənəcək.

    Baku TV-nin əməkdaşları unikal eksponatların nümayiş etdirildiyi sərgidən reportaj hazırlayıb:

  • Скончался ветеран азербайджанского футбола

    Скончался 59-летний ветеран азербайджанского футбола, бывший игрок «Нефтчи» Аладдин Алекперов.

    Полузащитник А.Алекперов за период нахождения в столичном клубе в 1980-1984-х годах провел 64 матча, забив два мяча.

    Отметим, что похороны футболиста состоятся сегодня в 15:00 в поселке Баладжары Бинагадинского района столицы.

  • Veteran futbolçumuz vəfat edib

    “Neftçi”nin 59 yaşlı veteran futbolçusu Ələddin Ələkbərov dünən vəfat edib.

    Oxu.Az xəbər verir ki, Ə.Ələkbərov 1980-1984-cü illər ərzində paytaxt klubunun heyətində yarımmüdafiəçi mövqeyində 64 oyun keçirib, iki qol vurub.

    Qeyd edək ki, mərhumun dəfn mərasimi bu gün saat 15:00-da Biləcəri qəsəbəsində olacaq.

  • В Баку обещают ветреное воскресенье

    В Баку и на Абшеронском полуострове 7 июля ожидается переменная облачность, без осадков. Порывистый северо-западный ветер.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха на Абшероне составит ночью 20-23, днем – 26-30, в Баку ночью – 21-23, днем – 28-30 градусов тепла.

    Атмосферное давление будет ниже нормы и составит 756 мм ртутного столба, относительная влажность ночью – 60-70%, днем – 40-45%.

    На северном побережье Абшерона (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) температура морской воды составит 22-23, на южном побережье (Тюркан, Говсан, Сахиль, Ших) – 23-24 градуса тепла.

    В некоторых районах Азербайджана ожидаются дожди, которые могут принять интенсивный характер, грозы, град. Порывистый западный ветер.

    Температура воздуха составит ночью 19-24, днем – 30-35, в горах ночью – 12-17, днем – 19-24 градуса тепла.