Month: July 2019

  • Nərimanovda aptekdən külli miqdarda pul oğurlayan şəxs tutulub


    Median.Az
    xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 28-də rayon ərazisindəki aptekdən 10480 manat pul oğurlayan Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş V.Səmədov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Назревает серьезное обострение отношений между Ливией и Турцией

    Ливийская национальная армия (ЛНА) под руководством маршала Халифы Хафтара заявила, что сбила над аэропортом Митига в столице Триполи турецкий беспилотник, что привело к прекращению авиасообщения в воздушной гавани.

    «Наши истребители атаковали турецкий БПЛА во время его взлета и уничтожили его на взлетно-посадочной полосе военной части аэропорта Митига», – говорится в сообщении информационной службы ЛНА в Facebook.

    ЛНА утверждает, что данный беспилотник был подготовлен для ударов по ее позициям.

    Ранее руководство международного аэропорта Митига заявило, что авиасообщение в аэропорту прекращено до дальнейшего извещения из-за авиаудара по нему.

    Помимо этого, сторонники Хафтара арестовали 6 турецких граждан и закрыли турецкие магазины в некоторых городах востока Ливии. Турция грозится принять ответные меры.

  • Türkiyədən Liviyaya sərt reaksiya: Vətəndaşlarımızın tutulması quldurluqdur

    Türkiyə vətəndaşlarının Liviyada qanunsuz olaraq saxlanılması yolverilməzdir və bu, quldurluq hadisəsidir.

    Bu barədə bəhs olunan hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan bəyanatda bildirirlir.

    Qeyd olunur ki, Liviya hökumətinə qarşı silahlı mübarizə aparan general Xaftarın tabeliyindəki qanunsuz milis dəstələri tərəfindən saxlanılan altı türkiyəli dərhal azad olunmalıdır. Əks halda general Xaftarın dəstələrinə layiqli cavab veriləcək.

    Türkiyənin güc strukturlarının rəhbərləri də hadisəyə kəskin reaksiya veriblər.

  • Произойдут изменения в церемонии закрытия Европейских Игр

    На сегодняшней церемонии закрытия II Европейских Игр его флаг не будет передаваться следующему хозяину соревнований польскому Кракову, как было запланировано заранее.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом заявил начальник Управления церемониями и культурными программами Операционного комитета «Минск-2019» Сергей Хомич.

    По его словам, во время мероприятия флаг Игр буден только приспущен. Он также отметил, что во время церемонии закрытия будет продемонстрирована современная Белорусь.

    Церемония закрытия Евроигр пройдет сегодня в 21:00 по бакинскому времени.

  • II Avropa Oyunlarının bağlanış mərasimi ilə bağlı dəyişiklik

    Bu gün keçiriləcək II Avropa Oyunlarının bağlanış mərasimində bayrağın növbəti Oyunların ev sahibi Polşanın Krakov şəhərinə ötürülmə mərasimi olmayacaq.

    Bunu “Minsk 2019”un Əməliyyat Komitəsinin Mərasimlər və Mədəni Proqram üzrə İdarəsinin rəisi Sergey Xomiç keçirdiyi mətbuat konfransında bildirib.

    Onun sözlərinə görə, tədbir zamanı Oyunların bayrağı, sadəcə, endiriləcək. Xomiç bağlanış zamanı müasir Belarusun nümayiş etdiriləcəyini də əlavə edib.

    Qeyd edək ki, bağlanış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
    /oxu.az/

  • В Гяндже за совершение краж задержаны 2 человека

    Как сообщает Median.Az, сотрудники Низаминского РУП в результате оперативно-розыскных мер задержали жителя Гедабейского района Р.Гасанова, который в мае в г.Гянджа украл у одного гражданина мобильный телефон, два железных люка и из одного дома предметы быта.

    Кроме этого, сотрудники данного РУП задержали жителя Самухского района Э.Гасанова, который 7-го декабря прошлого года украл из автомобиля марки “ВАЗ 21154” магнитофон и усилители.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Gəncədə oğurluq edən 2 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may ayında Gəncə şəhərində, bir vətəndaşın mobil telefonunu, 2 ədəd kanalizasiya quyularının qapaqlarını və bir evdən məişət əşyaları oğurlayan Gədəbəy rayon sakini R.Həsənov saxlanılıb.

    Bundan başqa, Nizami RPİ-nin əməkdaşları tərəfindən ötən il dekabrın 7-də rayon ərazisində “VAZ-21154” markalı avtomobildən maqnitofon və səsgücləndirilər oğurlayan Samux rayon sakini E.Həsənov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.