Month: July 2019

  • “Tarqovı”da polisin fahişə əməliyyatından şok görüntülər – VİDEO

    Bakının mərkəzində, “Torqovı” kimi məşhur olan Fəvvarələr meydanında polislər “ərəb ovu”na çıxan qadınlara qarşı əməliyyat keçirib.

    Median.Az Unikal.org-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində gəzən sakinlərin də diqqətini çəkib.

    Mülki geyimli polislər ərəb turistlərlə sövdələşən qadınlara yaxınlaşır, onların qolundan yapışıb yaxınlıqdakı polis bölməsinə aparmaq istəyirlər.

    Bu zaman qadınlar müqavimət göstərir, onların əlindən çıxmağa çalışırlar. Polislər bu cür əməliyyatlarla şəhərin mərkəzində tüğyan edən əxlaqsızlığın, fahişəliyin qarşısını almağa çalışırlar.

    Qeyd edək ki, məsələ ilə bağlı ötən gün Bakı şəhər Baş Polis İdarəsindən Qafqazinfo-ya açıqlama verilib.

    Polis mayoru Elşad Hacıyev sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır.
    Ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır.

    “Bu günədək həmin ərazidən fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb. Çünki bu hallarla bağlı polisə şikayət daxil olmayıb.

    Amma ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir.

    İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir”, – deyə E. Hacıyev söyləyib.

  • Evli qadın 3 uşağını atıb, dayısı oğlu ilə Rusiyaya qaçdı – Təfərrüat

    Xəbər verdiyimiz kimi, Azərbaycanda ailəli qadın evdən qaçıb. Hadisə iyulun 2-də İsmayıllı rayonunda baş verib.

    Belə ki, 3 uşaq anası olan qadının başqa kişi ilə gizli eşq yaşadığından xəbər tutan əri onu atasının evinə göndərib. Xəyanəti üzə çıxan qadın azyaşlı uşaqlarını ataraq münasibətdə olduğu şəxsə qoşulub qaçıb.

    Yeni məlumata görə, qadının qoşulub qaçdığı şəxs dayısı oğludur. Onlar uzun müddət gizli eşq yaşayıblar.

    Adı açıqlanmayan kişi Rusiyada işləyir, əvvəllər ailəli olub, iki uşaq atasıdır. O, bu yaxınlarda Azərbaycana gəlib. Hadisə baş verən gün gizli aşiqlər əvvəl Bakıya, daha sonra Rusiyaya gedibər.

    ///Azvision.az

  • Türkiyə vətəndaşı “Medera Hospital”da öldü – Daha bir özəl klinikada ölüm faktı

    Bakıda Türkiyə vətəndaşı ölüb.

    Median.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, R.Behbudov küçəsi ev 15d ünvanında yaşayan Türkiyə vətəndaşı, 59 yaşlı Mustafa Çakır Əcəmi Naxçıvani küçəsində yerləşən “Medera Hospital”da qəfildən dünyasını dəyişib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

  • В Баку автомобиль сбил пожилую женщину – ВИДЕО

    В Баку произошло дорожно-транспортное происшествие.

    Как передает Median.Az со ссылкой на avtosfer.az, при попытке перейти дорогу в неположенном месте на проспекте Нефтчиляр пожилую женщину сбил автомобиль марки “Lada-Priora”.

    Day.Az представляет читателям эти кадры:

  • Bakıda “Priora” yaşlı qadını belə vurdu – Qadın qəsdən vurulub? – VİDEO

    Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın Neftçilər prospektində piyada keçidi olmayan yerdə yaşlı qadın yolu keçməyə çalışır. O, yolun tən ortasına qədər gələrək dayanır. Bu zaman “Lada-Priora” markalı avtomobil onu vurur.

    Sürücü qadını son anda görür və avtomobili sağa çəkir. Həm sutkanın qaranlıq vaxtı, həm də yolun görünmə məhudluğu olduğu üçün piyada vurulur. Xoşbəxtlikdən çox ağır xəsarət almır. Yerdən qalxaraq əks istiqamətdə qayıdır.

    Videoya diqqətlə baxdıqda sürücünün piyadanı qəsdən vurduğu mənzərəsi ortaya çıxır. Üzərində taksi nişanı olan avtomobilin sürücüsü ya qadını qəsdən vurur, ya da başı telefona qarışmışdı. Əks halda, ayırıcı zolağın üzərində dayanan qadını niyə vursun?

  • В Москве построят высочайший небоскреб Европы

    В Москве начались подготовительные работы для строительства самого высокого жилого здания в Европе.

    Об этом, как сообщает «Интерфакс», сказал журналистам в пятницу заместитель мэра Москвы по вопросам градостроительной политики и строительства Марат Хуснуллин.

    По его словам, в настоящее время началось устройство тестовых свай и ограждение котлована.

    Башня, получившая название One Tower, будет построена на территории международного делового центра «Москва-Сити». Ее общая высота составит 405 метров, высота стилобата – 80 метров. В здании предусмотрены 101 надземный этаж и три подземных.

    Небоскреб будет в форме скошенной призмы с градиентными стеклянными фасадами.

  • Millimiz Avroliqada mübarizəyə başlayır – İlk rəqib Rusiyadır

    Çimərlik futbolu üzrə Azərbaycan millisi bu gün Avroliqada (Avropa Çimərlik Futbolu Liqası) ilk görüşünə çıxacaq.

    Zeynal Zeynalovun baş məşqçisi olduğu millimiz Portuqaliyanın Nazare adlı bölgəsində ilk görüşünü Rusiya ilə keçirəcək.

    II Avropa Oyunlarında zəif çıxışla yadda qalan rusiyalılar Minski VI sırada tamamlayıb. Şimal qonşularımız Portuqaliyaya ikinci heyətlə gəlib. Bu səbəbdən komandamızın çətin rəqibi ilə görüşdən müsbət nəticə ilə ayrılmaq ehtimalı var.

    Görüş bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

    Qeyd edək ki, millimizin II qrupdakı digər rəqibləri İspaniya və Türkiyə yığmalarıdır.
    /oxu.az/

  • Мехрибан Алиева дала поручение по поводу поминок супруги Муталибова

    Скончалась супруга бывшего президента Азербайджана Аяза Муталибова.

    Адиля Муталибова скончалась утром 5 июля в возрасте 81 года.

    Вопросы организации поминок А.Муталибовой взял на себя Фонд Гейдара Алиева.

    Поручение об этом дала президент Фонда Гейдара Алиева, Первый вице-президент Азербайджана Мехрибан Алиева.

  • Mehriban Əliyevadan Mütəllibovun xanımının yas mərasimi ilə bağlı – TAPŞIRIQ

    Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib.

    Ədilə Mütəllibova bu gün səhər saatlarında 81 yaşında dünyasını dəyişib.

    Ə.Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

    Bu barədə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tapşırıq verib.

  • Женщина попала в больницу из-за свекра со свекровью

    В Дашкесанском районе избили 23-летнюю женщину.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, жительница села Зайлик Рухия Акберова была избита свекровью и свекром.

    Женщина получила телесные повреждения и была госпитализирована в районную больницу.

    По факту ведется расследование.