Month: July 2019

  • Bakıda kanalizasiya birbaşa çimərliyə axıdılır – FOTO

    Hövsan ərazisində yerləşən çimərliklərin birində kanalizasiya çirkabı birbaşa dənizə axıdılır. Bu günlərdə sosial şəbəkələrdə bununla bağlı videogörüntü yayılıb. Görüntülərdən bəlli olur ki, çimərlik ərazisindən istifadənin qadağan olunması ilə bağlı xəbərdarlıq nişanları da asılıb, lakin buna məhəl qoyulmur. Yaxınlıqda yaşayan sakinlər kəskin üfunətdən, natəmizlikdən şikayətləniblər. Sakinlər deyiblər ki, Ekologiya və Təbii Sərvətlər, eləcə də Fövqəladə Hallar nazirliklərinə tədbir görülməsi üçün çoxsaylı müraciət ünvanlayıblar. Onlara yaxın zamanlarda problemin həllini tapacağı vəd olunub.

    Median.Az xəbər verir ki, Virtualaz.org Hövsanda dənizə yaxın ərazilərin zəbt edilərək qeyri-qanuni evlər tikilməsi, kanalizasiya xətti olmadığından çirkabın birbaşa dənizə axıdılması ilə bağlı problemi hələ 1 il əvvəl işıqlandırmışdı. Yaxınlıqda yaşayan sakinlər sayta bildirmişdilər ki, son iki-üç ilədək bu ərazilər çimərlik hesab olunub. Sonradan ərazi zəbt edilib, qanunsuz evlər tikilib. İndi evlərlə dəniz arasında az qala 10-15 mert məsafə var. Yeni salınan qəsəbənin kanalizasiya xətti olmadığından çirkab dənizə axıdılır. Xüsusilə, küləkli havada üfunətdən nəfəs almaq mümkün deyil.


    Abbas Vəliyev adlı Hövsan sakini ev dəllallarının əvvəlcə ərazini hasarlayaraq balaca gecəqondu tikdiyini, ardınca dəniz sahillərində hazır ev adı ilə satışa çıxarıldığını söyləmişdi: “Gördüyünüz evlərin əksəriyyəti ev dəllalları tərəfindən inşa edilib. Bu evlər tikiləndən sonra üfunət iyindən çimərliyə yaxın durmaq olmur”.

    Şakir İsmayılov isə təkcə kanalizasiya çirkabının deyil, məişət tullantılarının da dənizə atılmasından şikayətlənmişdi: “Çimərliyə girişin pullu olub-olmamasının fərqi yoxdur, burda kanalizasiya dənizə axır, 2 metr kənarda isə pullu çimərlik var. Sadəcə olaraq orada oturacaq, çətir, bir də çay, yemək verilir”.

    Görünür ki, üzərindən düz bir il keçsə də, vəziyyət dəyişməz qalıb. 1 il ərzində dəyişən yalnız Hövsan çimərliklərinin qadağan olunmuş ərazilər siyahısına daxil edilməsidir ki, görüntülərdən buna da riayət edilmədiyi məlum olur.


    Hövsan bələdiyyəsindən sədr Elburus Xəlilovun işdə olmadığını, suallara yalnız onun cavab verəcəyini söyləyiblər. Bələdiyyənin adını söyləməyən əməkdaşı etiraf edib ki, xüsusilə Bağlar adlanan ərazidə kanalizasiya çirkabı dənizə axıdılır və bundan hamı xəbərdardır. “Güman ki, videogörüntüdəki yer Bağlar adlanan ərazidir. Sakinlər həmin ərazini keçmiş “Gəmi Təmiri zavodu” ərazisi kimi tanıyırlar. Həmin ərazidə evlər dənizin bir addımlığında tikilib, kanalizasiya xətti yoxdur”.

    Suraxanı Rayon İcra Hakimiyyətindən isə deyiblər ki, çirkabın dənizə axıdılmasının qarşısını almaq üçün kanalizasiya xətti çəkilməlidir. Buna görə də, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə rəsmi müraciət ünvanlanıb.

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə bildirib ki, builki çimərlik mövsümündə Hövsan çimərliyindən istifadə tövsiyə edilmir. Çünki dəniz suyundan götürülmüş nümunələrdə baktoroloji çirklənmə normadan 5-10 dəfə çox qeydə alınıb. Ərazidə çimməyin qadağan olması üçün bələdiyyəyə, yerli icra orqanlarına, eləcə də polisə məlumat verilib.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin direktoru Ərəstun Həsənov Hövsan-Türkan ərazisində tullantı sularının dənizə axıdıldığını təsdiqləyib və belə halların mövcud olduğunu bildirib. Onun sözlərinə görə, Hövsan ərazisində təmizləyici qurğu olmadığından tullantı suları təmizlənmədən dənizə axıdılır.

    Ə.Həsənov təəssüflə qeyd edib ki, təkcə obyekt və müəssisələr deyil, fərdi yaşayış evlərində də formalaşan tullantı suları dənizə axıdılır. “Həmin ərazidə kifayət qədər təmizləyici qurğu yoxdur, olanların da keyfiyyəti tələblərə uyğun deyil. Nə qədər ki, standartlara cavab verən təmizləyici qurğular qurasdırılmayıb, bu problemlə üzləşəcəyik. Dənizi çirkləndirənlərə tərəfimizdən məcburi göstərişlər verilib, dəfələrlə cərimələr tətbiq olunub”, – Həsənov deyib.

    İdarə rəisi əlavə edib ki, təmizləyici qurğuların quraşdırılması üçün dəfələrlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə də xəbərdarlıqlar olunub, cərimələr tətbiq edilib. Eyni zamanda, həmin ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə nazirlik adından müraciət edir ki, tezliklə modul tipli, kiçik həcmli çirkab sular təmizləyiciləri qurasdırsınlar və Xəzəri çirkləndirməsinlər: “Bununla həm də suya qənaət ediləcək, sakinlər və sahibkarlar su təmizlyici qurğudan keçən sudan yaşıllıqların suvarılmasında, təsərrüfatlarında istifadə edə biləcəklər”.

    “Azərsu” Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı layihə var, həmin əraziyə də kanalizasiya xətti çəkiləcək, işlər mərhələli şəkildə yerinə yetirilir.

  • Azərbaycanlı ananın səhvi ona baha başa gəldi – körpəsinin sinəsinə qayçı batdı

    Gürcüstanın Marneuli rayonunun Norqiuli kəndində ehtiyatsızlıqdan xəsarət alan azərbaycanlı körpənin vəziyyəti orta ağırdır.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə azyaşlının yerləşdirildiyi İaşvili klinikasının həkimi Tamar Beruaşvili jurnalistlərə bildirib.

    Həkimin sözlərinə görə, azyaşlıya ilk tibbi yardım Marneulidə göstərilib: “Hazırda körpə klinikanın İntensiv Müalicə şöbəsində həkimlərin daimi nəzarəti altındadır. Onun vəziyyəti sabit ağır olaraq qalır. Körpənin evə buraxılacağı vaxt hələ məlum deyil”.

    Qeyd edək ki, 3 yaşlı körpəyə anası ehtiyatsızlıqdan qayçı ilə xəsarət yetirib. Digər məlumatlara görə, körpə ananın istifadə etdiyi qayçını götürüb. Qayçı ilə oynayan zaman onun ayağı büdrəyərək yıxılıb və kəsici alət körpənin sinəsinə batıb.

  • Azərbaycanlı qadın müğənninin yarıçılpaq – FOTOSU

    Müğənni Səidə Sultan yarıçılpaq fotosunu paylaşıb.

    Müğənninin yarıçılpaq fotosuna qısa zamanda minlərlə “like” və şərhlər gəlib.

    Sözügedən fotonu təqdim edirik:

  • İlin sonunadək bütün yeni binalar sənədləşdiriləcək

    İlin sonunadək bütün çoxmənzilli binalar sənədləşdiriləcək.

    Bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda deyib.

    O bildirib ki, Prezident İlham Əliyev ilin əvvəlində imzaladığı çoxmənzilli binaların istismara verilməsinin sadələşdirilməsi ilə bağlı fərmana uyğun olaraq Komitə 59 layihəni təsdiq edib:

    “Bu isə 11 mindən çox mənzil deməkdir. Yəni, 11 mindən çox ailə mülkiyyət hüququnu təsdiq edən sənəd əldə edib. Bundan başqa 400-ə yaxın bu cür layihə mövcuddur. Aidiyyəti dövlət qurumları öz işlərini bitirib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təhvil verdikdən bir həftə sonra mülkiyyət hüququnu təsdiq edən sənəd verilir”.

    S.Nuriyev qeyd edib ki, ilin sonuna qədər fərmanda qeyd edilən işlər başa çatdırılacaq:

    “Müəyyən yerlərdə hələ də nöqsanlar aşkar edilir. İş adamlarını mövcud nöqsanları aradan qaldırmağa səsləyirik”.

  • Komitə sədri: Son tikinti layihələri normalara tam uyğundur

    Son aylar ərzində Azərbaycanda 212 tikinti layihəsi təsdiq edilib.

    Bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev “Caspian European Club” və “Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda pilot layihələrdə normativ sənədlərlə bağlı tikintilərin dayandırılmasına münasibət bildirərkən deyib.

    Onun sözlərinə görə, mövcud qanunvericilik çərçivəsində tikintiyə icazə icraatı həyata keçirilir:

    “Son aylar ərzində 212 tikinti layihəsi təsdiq edilib. Onların böyük hissəsi Bakı şəhəri ərazisinə düşür. 212 layihə ilə təqribən 1 milyon 800 min kvadrat metr tikintinin planlaşdırılması nəzərdə tutulur. Bir milyon kvadrat metrdən çox tikinti isə Bakının payına düşür”.

    S.Nuriyev qeyd edib ki, əsas məqsəd şəhərsalma norma və normativlərinə uyğun layihələrin həyata keçirilməsidir:

    “Artıq iş adamları tərəfindən son aylarda təqdim edilən layihələr həmin normalara tam uyğundur və layihələr getdikcə həm şəhərsalma, həm də memarlıq baxımından keyfiyyətcə daha da yüksəlir. Bu sahədə artıq pozitiv dinamika mövcuddur. Düşünürəm ki, bu layihələrin sayı artacaq”.

  • В Гяндже произошел взрыв газа в тандыре: пострадала женщина

    В Гяндже произошел взрыв бытового газа.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, 58-летняя жительница поселка Джавадхан Флора Хашимова разожгла тандыр в своем доме, в результате чего взорвался газ.

    Женщину с ожогами второй и третьей степени срочно доставили в больницу. Состояние пострадавшей оценивается как удовлетворительное.

    Сообщается, что инцидент произошел по неосторожности.

    По факту ведется расследование.

  • Təndiri yandırdı, partlayış oldu: yaralı var

    Gəncədə partlayış baş verib.

    Şəhərin Cavad Xan qəsəbəsində yaşayan 58 yaşlı Flora Həşimova təndiri yandırarkən qaz partlayışı olub.

    Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

    Xəsətəyə II və III dərəcəli yanıq diaqnozu qoyulub. Qadının vəziyyəti kafidir. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Каждая квартира получит разноцветные пакеты для мусора – ФОТО

    Исполнительная власть города Баку устанавливает новые контейнеры современного типа для сбора мусора.

    Контейнеры будут выполнены в двух цветах – зеленом и оранжевом.

    Оранжевые контейнеры предназначены для бумаги, картона, стекла, металла и пластика, зеленые – для остальных видов отходов. Для удобства граждан на первоначальном этапе каждая квартира будет получать пакеты двух типов – зеленые и оранжевые.

    Для организации сбора, перевозки и сортировки бытовых отходов на самом современном уровне Исполнительная власть столицы заключила соглашение с известной британской компанией Mott MacDonald.


  • Mənzillərə paketlər paylanacaq: tullantılara görə – FOTO

    Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.

    Quraşdırılan konteynerlər iki rəngdə – yaşıl və narıncı rəngdə olacaq.

    Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılacaq. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə iki cür – yaşıl və narıncı çeşidləyici paketlər paylanacaq.

    BŞİH bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkili ilə bağlı Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlayıb.


  • В Гаджигабуле девочка скончалась от попадания камня в висок

    В Гаджигабульском районе произошел несчастный случай со смертельным исходом.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, жительница города Гаджигабул Рагимова Шахана Гасан гызы 2012 года рождения была госпитализирована в Ширванскую городскую центральную больницу с черепно-мозговой травмой.

    Девочка скончалась в больнице.

    Согласно предварительной информации, в висок Ш.Рагимовой попал камень, когда она играла со сверстниками.

    По факту ведется расследование.