Month: July 2019

  • “Kəndlərdə hər 5-ci körpə nikahsız doğulur”

    2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi nikah olmadan doğulub.

    Bu haqda məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) 2008-2017-ci illərdə ölkənin şəhər və kənd yerlərində rəsmi nikahsız doğulan uşaqların payının dəyişməsi ilə bağlı yayımladığı infoqrafikada yer alıb.

    Nəticələrə nəzər yetirdiyimiz zaman görürük ki, 2008-2017-ci illərdə kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların payı 11,7%-dən 19,6%-ə artıb, şəhər yerlərində isə 12,5%-dən 11,8%-ə azalıb.

    Belə ki, son 10 illik göstəricilərə əsasən şəhər yerlərində rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% azaldığı halda kənd yerlərində bu rəqəm 59,5% yüksəlib.

    Ekpert Samir Əliyev məsələylə bağlı manasibətində bildirib ki, ötən əsrin 70-ci, 80-ci, 90-cı illərində rəsmi nikah olmadan doğulan uşaqların payı 3-4%-dən çox deyildi:

    “Yəni hər doğulan 100 körpənin 3-4-ü nikahsız idi. İndi bu rəqəm 15-16%-ə yüksəlib. Kənd yerlərində hətta vəziyyət daha qəlizdir. Görəsən səbəb nədir? Sovet dövrü insanlarımız qanuna çox əməl edirdilər yoxsa o vaxt statistika daha çox saxtalaşdırılırdı? Bəlkə sovet vaxtı molla kəbininə az önəm verilirdi? Bəlkə şəhərdə təhsil daha güclüdür və ya ASAN xidməti var? Hər bir halda suallar çoxdur. Reallıq odur ki, kənd yerlərində hər 5-ci körpə nikahsız doğulur.

    Vəziyyətin bu həddə gəlib çatmasına çox təəssüf edirəm. Bunun, məncə, bircə yolu var – yüksək təhsil. Əks halda cəmiyyət olaraq uzun müddət bu tip halların ağır fəsadlarını yaşayacağıq”.

  • İŞİD-ə 500 min dollar yardım göndəriblər – Azərbaycanlıların məhkəməsi

    Suriyada terror təşkilatlarının maliyyələşməsində iştirak edən Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunub.

    Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin edilib.

    Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin icraatında araşdırılacaq.

    Qeyd edək ki, Azərbaycan vətəndaşları İlqar Ağayev, Namiq Məmmədov və Sahil İbrahimov Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən həbs ediliblər.

    Məlum olub ki, İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədov və digərləri 2017-ci ilin oktyabrından etibarən Suriya ərazisində silahlı münaqişələr aparan terror təşkilatı üzvlərinin və onların cinayətkar fəaliyyətlərinin təmin edilməsi məqsədilə ayrı-ayrı ölkələrdəki terror təşkilatının üzvləri tərəfindən göndərilən pul vəsaitlərinin, habelə həmin silahlı münaqişələrdə iştirak edənlərin yaxınları ilə əlaqəyə girib aldıqları pul vəsaitlərinin müntəzəm olaraq, ümumilikdə 500 000 ABŞ dollarından çox pulun müxtəlif yollarla təşkilatın Suriya ərazisində fəaliyyət göstərən üzvlərinə göndərilməsini və çatdırılmasını təmin edib.

    Həmin şəxslərlər vasitəsi ilə BMT tərəfindən terror təşkilatı kimi tanınan dini ekstremist cinayətkar birliyin tərkibində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak edərək terror aktları törədən şəxslərin gizli maliyyələşdirilməsi təsbit edilib.

    İstintaq orqanı tərəfindən İlqar Ağayev, Sahil İbrahimov, Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (cinayətkar birlikdə iştirak etmə), 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə ittiham elan edilib.

  • Bu il Azərbaycanda 2 minə yaxın adam vərəmə yoluxub

    2019-cu ilin 6 ayında Azərbaycanda 1953 nəfərdə vərəmə yoluxma halı qeydə alınıb.

    Median.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1320-si kişi, 627-si qadındır. Məlumata əsasən, 6 ayda 211 uşaq və yeniyetmə arasında vərəmə yoluxma qeydə alınıb.

    Nazirlikdən bildirilib ki, vərəmə yoluxanlardan 376-sı Bakı şəhərinin payına düşür. Bu da Bakı şəhərində əhalı sıxlığı ilə izah oluna bilər.

    Lakin son illər üzrə hesabatlar göstərir ki, Bakı şəhəri üzrə 100 000 əhaliyə xəstələnmə göstəricisi respublika üzrə göstəricidən aşağı olur.

  • Mixək – ətirli dərmanın 7 möcüzəli faydası

    Mixəyin kimyəvi tərkibi olduqca zəngindir. Onun tərkibində nadir faydalı birləşmələr var – flavonoidlər, qeksan, evgenol, timol və s.

    Bu maddələr orqanizmə güclü antioksidant təsir edir, qocalmanı ləngidir, xroniki xəstəliklərin inkişafı riskini azaldır.

    Median.Az saglamolun.az-a istinadən mixəyin sağlamlıq üçün faydalarını təqdim edir:

    1. Qanda şəkərin səviyyəsini aşağı salır.

    2. Xərçəng şişlərinin böyüməsini ləngidir.

    3. Göbələk infeksiyaları ilə mübarizə edir.

    4. Ağrıları, xüsusilə diş və baş ağrılarını azaldır.

    5. Sakitləşdirir, stresin səviyyəsini azaldır.

    6. Ağız boşluğunda yaşayan ziyanlı mikrobları öldürür, pis ağız qoxusunun qarşısını alır.

    7. Sümüklərin mineral sıxlığını artırır.

    Mütəxəssislər mixəyi çaya əlavə etməyi tövsiyə edirlər. Həmçinin mixəyi yeməklərə, şirniyyatlara, kompot və mürəbbələrə əlavə etmək olar.

  • İran Britaniya tankerini belə ələ keçirdi – VİDEO

    İran KİV-ləri Hörmüz boğazında Böyük Britaniyaya məxsus tankerin ələ keçirilməsini əks etdirən video paylaşıblar.

    Kadrlardan görünür ki, xüsusi hazırlıq görmüş şəxslər “Mi-17” helikopterindən tankerin göyərtəsinə düşürlər. Britaniya gəmisini, həmçinin İran tankerləri müşayiət edir.

    Xatırladaq ki, daha əvvəl verilmiş məlumata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Britaniya bayrağı altında üzən “Stena Impero” tankerini ələ keçirib.

    İran hakimiyyəti gəmini ölkənin ərazi sularında beynəlxalq dəniz qaydalarına əməl etməməkdə ittiham edib.

  • Cahangir Hacıyevə yeni həbs tələbi

    Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

    Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

    Dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.

    Bu işdə digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.

    Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

    Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

    Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

    Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il, İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.

  • Berdiməhəmmədovun ölüm xəbərini yayanlar tutuldu – Dövlət qurumlarında işləyirlər

    Türkmənistanda ölkə Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölüm xəbərini yaymaqda şübhəli bilinən üç nəfər saxlanılıb.

    İyulun 25-də Türkmənistanda güc strukturları Q.Berdiməhəmmədovun ölməsi və ya səhhətinin pisləşməsi barədə yayılan şayiələrlə mübarizə aparmaq məqsədi ilə fəal işə başlayıb.

    Bu çərçivədə Lebap vilayətində üç nəfər tutulub. Onlar ölkədə vəziyyətin gərginləşdirilməsinə xidmət edən şayiələrin yayılmasında ittiham edilirlər.

    Saxlanılanlar “Türkməntelekom”un Lebap şöbəsinin əməkdaşı, Su Təsərrüfatı idarəsinin işçisi və yerli Mənzil Kommunal Təsərrüfatının qadın işçisidir.

    Bundan başqa, Mədəniyyət Nazirliyinə əks təbliğat aparmaq üçün tapşırıq verilib.

    Qeyd edək ki, Q.Berdiməhəmmədovun ölümü ilə bağlı informasiya iyulun 20-də yayılıb. İyulun 25-dək prezident ictimaiyyət arasında görünməyib və o həmin tarixdə televiziyaya çıxıb.

  • Житель Сальяна украл крупную сумму денег из магазина

    Как сообщает Median.Az, сотрудники Сальянского РОП в результате оперативно-розыскных мер задержали жителя района, ранее судимого
    Х.Заидова, который 17-го июля украл из магазина на территории района 3130 манатов.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Salyan sakini mağazadan külli miqdarda pul oğurlayıb

    Median.Az xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki mağazadan 3130 manat pul və tütün məmulatı oğurlayan rayon sakini, əvvəllər məhkum olunmuş H.Zayidov saxlanılıb.

    Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Şabranda 55 yaşlı qadın özünü asdı

    Şabran rayonunda intihar hadisəsi baş verib.

    Hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.

    Kənd sakini, 55 yaşlı Hüseynova Sevil Lətif qızı özünü yaşadığı evin həyətində kəndirlə asıb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/