Month: July 2019

  • Xəzərdə batan İran gəmisinin heyəti Bakıya gətirildi – FOTO

    Xəzərdə batan İran gəmisinin heyət üzvləri Bakıya gətirilib.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisi vasitəsilə batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə gətirilib.

    Qeyd edək ki, bu gün günorta saatlarında İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru yük gəmisindən Lənkəran limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Dövlət Dəniz Agentliynin Milli Mərkəzinə qəza həyəcan siqnalı daxil olub.

    Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlayıb, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.

  • Türkiyə ABŞ-dan “Boing” almaqdan imtina edir?

    Türkiyə ABŞ-dan təyyarə almaqdan imtina edə bilər.

    TASS-ın xəbərinə görə, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

    “Mən Trampa Osakada keçirilən “Böyük iyirmilər” sammitində dedim ki, baxmayaraq ki, “Patriot” zenit raket kompleksi (ZRK) almaqdan imtina eləmişik, amma əvəzində 100 ədəd “Boing” təyyarəsinin alışı haqqında razılığımız var. Ödənişləri vaxtında eləyən, yaxşı müştəriyik. Ancaq əgər konflikt davam edərsə, biz bu məsələyə yenidən baxmalı olacağıq”, – deyə Ərdoğan bildirib.

    Qeyd edək ki, səhmlərinin 49%-i dövlətə məxsus olan “Türk Hava Yolları” aviaşirkəti ABŞ-dan 75 ədəd “Boing 373 MAX” təyyarəsi alacaqları ilə bağlı açıqlama vermişdi. 2018-ci ildə əldə olunmuş razılığa əsasən, qardaş ölkə əlavə 25 ədəd “Boing 787-9 Dreamliner” də sifariş etmişdi. Təyyarələr 2023-cü ilə kimi Türkiyəyə təhvil veriləcəkdi.

    Əlavə olaraq bildirək ki, Türkiyənin ABŞ-a məxsus “Patriot” ZRK-dan imtina edərək Rusiyadan “S-400” kompleksi alması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. ABŞ da öz növbəsində Türkiyəyə “F-35” qırıcı təyyarələri satmaqdan imtina edəcəyini bildirmişdi.

  • “Azəriqaz”dan Sumqayıtdakı partlayışla bağlı açıqlama

    “Azəriqaz” İstehsalat Birliyi Sumqayıtda qaz sızması nəticəsində baş vermiş partlayışla bağlı məlumat yayıb.

    Birlikdən APA -ya verilən məlumata görə, bu gün saat 17:00 radələrində Sumqayıt Qaz İstismarı İdarəsinin xidmət sahəsinə aid olan 1-ci mikrorayon, bina 128/34 ünvanında qaz sızması barədə məlumat daxil olub.

    Qəza Dispetçer Xidmətinin əməkdaşları – bir nəfər qaynaqçı və bir nəfər mühəndis həmin ünvana baş çəkiblər. Təhlükəsizlik qaydalarına əməl olunmaqla bina xaricindən qaz təchizatı dayandırılıb. Lakin 5-ci mərtəbədə yığılıb qalan qaz kütləsinin çıxış imkanları məhdud olduğundan kiçik partlayış qeydə alınıb.

    Partlayışa səbəb isə sakinlər tərəfindən pəncərələrin və dama çıxışda yerləşən pilləkən qəfəsinin olduqca kip şəkildə bağlanılmasıdır. Bu isə havalanmaya ciddi mane yaradıb, yuxarı – sonuncu mərtəbəyə yığılan qaz kütləsi binadan xaricə çıxmayıb.

    Hadisə zamanı “Azəriqaz” İstehsalat Birliyinin 2 əməkdaşı – qaynaqçı və mühəndis yüngül yanıq xəsarətləri alıb, onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır.

  • “Jara”nın ikinci günündə “ulduz paradı” – FOTO

    Bu gün nüfuzlu “Jara-2019” beynəlxalq musiqi festivalının ikinci günüdür.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, yüksək səviyyədə təşkil olunan əsrarəngiz festivalda Rusiyanın və Azərbaycanın məşhur ulduzları “Qırmızı xalı” üzərinə çıxaraq, yerli və rus media nümayəndələrinin suallarını cavablandırıblar.

    Festivalın ikinci günündə qırmızı xalıda Filipp Kirkorov, Diana Arbenina, Denis Klyaver, Elina Çaqa, Serqey Jukov, Qriqoriy Leps, Stas Mixaylov, Brendon Stoun, “Otpetiye Moşenniki” qrupu, Jasmin, Sergey Kojevnikov, Anita Tsoy və digər Rusiyanın tanınmış sənətçiləri çıxış ediblər.

    Gecəyə rəng qatan isə Azərbaycanın xalq artisti Aygün Kazımova, Brilliant Dadaşova, gecənin təşkilatçısı Emin Ağalarov və Azərbaycana “Avroviziya” sevinci bəxş edən Nigar Camal olub.

    Xalq artisti Aygün Kazımova “Qırmızı xalı”ya həmkarı, Rusiyanın pop kralı Filipp Kirkorovla birgə gəlib.

    “Diva” jurnalistlərlə söhbətində Filiplə yenidən birlikdə olduğu üçün xoşbəxt olduğunu dilə gətirib. Kazımovanın dəbdəbəli libası görənlərin diqqətini çəkib.

    Həmkarı Aygün Kazımova ilə “soyuq müharibə” yaşayan Xalq artisti Brilliant Dadaşova “Qırmızı xalı”ya oğlu Cahadla qatılıb. Dadaşova qızılı və gümüşü muncuqlarla bəzədilmiş sinə və ayaq dekolteli şık libası ilə göz qamaşdırıb.

    Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan cazibədar müğənni Nigar Camal da həmkarları kimi “Qırmızı xalı”da diqqət çəkib. Nigarın əynində olan ağ libası onu gecədə sadə və incə göstərib.

    Azərbaycanın Xalq artisti və “Jara”nın təşkilatçısı Emin Ağalarov isə qırmızı xalıya həyat yoldaşı Alena Qavrilova ilə birgə qatılıb.

    Qeyd edək ki, artıq üçüncü ildir ki, paytaxtımızda yüksək peşəkarlıqla hazırlanan möhtəşəm “Jara-2019” beynəlxalq musiqi festivalı daha 2 gün davam edəcək.

  • Maqnit qasırğasının səviyyəsi açıqlandı

    Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

    Median.Az bildirir ki, Rəsədxanadan Trend-ə verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub.

    Elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub.

    Hesabat dövründə Günəş küləyi parametrlərində də sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

    Qeyd edilib ki, geomaqnit sahə son saatlar ərzində ümumən çox sakit olub. Proqnoz dövründə qarşıdakı günlərdə də Günəş fəallığının çox aşağı səviyyədə qalacağı proqnozlaşdırılıb.

    Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

  • Holland idmançı 50 kq narkotik maddə ilə tutuldu

    Hollandiyalı atlet Madiya Qafur alman polisi tərəfindən avtomobilinin axtarışı zamanı saxlanılıb.

    Aif.ru xəbər verir ki, idmançının avtomobilində narkotik maddə aşkar edilib.

    Hüquq-mühafizə orqanı əməkdaşları onu sənədlərini yoxlamaq üçün saxlayıblar. Axtarış zamanı isə avtomobilindən 50 kiloqram metamfetamin və ekstazi həbləri tapılıb.

    Qadağan edilmiş maddələrin ümumi dəyəri iki milyon avrodur. Hazırda 26 yaşlı M.Qafur nəzarət altındadır.

    Qeyd edək ki, Madiya Niderland yığmasının tərkibində 2016-cı ildə Olimpiya Oyunlarında iştirak edib. O, 400 metrlik məsafəyə qaçış yarışında çıxış edib.

  • “İçəri”dən gələn adam: “Edam olunmalıyam… 12 manata görə 8 il həbsdə yatmaq olar?!” – VİDEO

    Samir Xəlilov narkotik satışı ilə məşğul olduğu üçün 43 yaşında həbs edilib. 7 il məhbus həyatı yaşadıqdan sonra azadlığa qovuşub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sığınacağında yaşayır.

    Baku TV-nin əməkdaşları ilə söhbətində bir çox maraqlı məqamlara toxunan keçmiş məhbus həbsxana rejimindən danışıb.

    Deyir ki, özü heç vaxt nə siqaret çəkib, nə narkotik çəkib, nə də içib. Lakin ehtiyac onu narkotik satmağa məcbur edib. Anası hipertoniyadan əziyyət çəkib, atası isə 7 il xərçəng xəstəliyi ilə vuruşub. Evini belə satıb valideynlərini müalicə edən Xəlilov təcridxanaya düşdüyü günü belə xatırlayır:

    “Təcridxananın qapısından girəndə dəmir qapı ki bağlanır, səksənirsən. O səksənmə zamanı hiss edirsən ki, azadlıqla vidalaşdın. O hissi keçirəndə özümün özümə yazığım gəldi”.

    Qaradağdakı təcridxanalardan birində həbs cəzası çəkən Samir səhər yeməyinə çatmaq üçün 4:30-da oyandığını deyir:

    “Əslində, 6:00-da yuxudan oyanırsan. Yerini səliqəyə salıb, üz-gözünü yuyub, səhər 9-da başlayan yeməyə çatmalısan. Səhər yeməyi yarım saat çəkir.

    Elə vaxtlar olub ki, 6-da oyanmağıma rəğmən səhər yeməyinə çatmamışam. 1300-1400 dustaq növbədə olur, bəzən əlini suya vurmağa belə növbən çatmır.

    Ona görə 4:30-da yuxudan oyanırdım, o biri məhbuslar oyanana kimi hazır olurdum”.

    Bir neçə dəfə intihara cəhd elədiyini, amma uğursuzluğa düçar olduğunu vurğulayan Samir Xəlilov bunun səbəbini də açıqlayıb:

    “Bəzən yağış yağıb, paltarım yaş olub, dəyişəcəyim olmayıb, nifrət eləmişəm hər şeyə. Düşünmüşəm ki, belə bir vaxtda yaşamamaq yaxşıdır.

    Bəzən aylar keçir, heç kim səni yoxlamağa gəlmir. O zaman yaşamaq istəmirsən. Ölmək istəyirsən”.

    Həbsxananı dirilərin qəbiristanlığı hesab edən keçmiş məhkum gözü önündə baş vermiş hadisədən də danışıb:

    “Bir nəfər bütün bədənini qəzetə bükdü, od vurub özünü yandırdı. Düzdür, müdaxilə etdilər, amma…”

    7 il azadlıq eşqi ilə yaşayan Samir “içəri”də qeyri-adi vərdişə yiyələnib:

    “Axşam sakitlik olanda təkər səsi gəlirdi. O səsi eşidə bilmək üçün sakitliyə çəkilirdim. Hasarın dibinə sığınırdım, heç nə görmürdüm ey… Amma çöldən gələn təkər səsini azadlıqdan gələn səs hesab edirdim. Eşitməyə can atırdım. Adama xoş gəlirdi.

    Azadlığa çıxdıqdan sonra isə cəmiyyətdə dəyişiklik hiss etdim. İnsanların bir-birinə olan mehribanlığı azalmışdı. Əvvəlki mehribanlıq indi yoxdur”.

    O, Ağır Cinayətlər Məhkəməsində hökm oxunan zaman hakimlə olan maraqlı dialoqunu da xatırlayıb:

    “Hökm oxunanda mənə son söz verildi. Hakimə dedim ki, mən layiqli cəzamı almışam. Etirazım yoxdur. Amma sizdən xahiş edirəm, məndən sonra cinayətkarı yox, cinayətin səbəbkarını axtarın tapın ki, burada – mənim yerimdə oturanların sayı azalsın.

    Sizə isə deyirəm ki, mənim kimi cinayət törədənlərə edam cəzası verilməlidir. İnsan qorxmasa, düz yola getmir”.

  • Türkiyə ABŞ-dan “Boing” almaqdan imtina edir?

    Türkiyə ABŞ-dan təyyarə almaqdan imtina edə bilər.

    TASS-ın xəbərinə görə, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

    “Mən Trampa Osakada keçirilən “Böyük iyirmilər” sammitində dedim ki, baxmayaraq ki, “Patriot” zenit raket kompleksi (ZRK) almaqdan imtina eləmişik, amma əvəzində 100 ədəd “Boing” təyyarəsinin alışı haqqında razılığımız var. Ödənişləri vaxtında eləyən, yaxşı müştəriyik. Ancaq əgər konflikt davam edərsə, biz bu məsələyə yenidən baxmalı olacağıq”, – deyə Ərdoğan bildirib.

    Qeyd edək ki, səhmlərinin 49%-i dövlətə məxsus olan “Türk Hava Yolları” aviaşirkəti ABŞ-dan 75 ədəd “Boing 373 MAX” təyyarəsi alacaqları ilə bağlı açıqlama vermişdi. 2018-ci ildə əldə olunmuş razılığa əsasən, qardaş ölkə əlavə 25 ədəd “Boing 787-9 Dreamliner” də sifariş etmişdi. Təyyarələr 2023-cü ilə kimi Türkiyəyə təhvil veriləcəkdi.

    Əlavə olaraq bildirək ki, Türkiyənin ABŞ-a məxsus “Patriot” ZRK-dan imtina edərək Rusiyadan “S-400” kompleksi alması iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu. ABŞ da öz növbəsində Türkiyəyə “F-35” qırıcı təyyarələri satmaqdan imtina edəcəyini bildirmişdi.

  • Азербайджанские парадзюдоисты лидируют на Чемпионате Европы в Италии

    Сборная Азербайджана по парадзюдо завоевала в первый день Чемпионата Европы в Италии пять медалей.

    Так, Севда Велиева (57 кг) принесла Азербайджану «серебро», Сабина Абдуллаева (52 кг) – «бронзу».

    Среди мужчин «серебро» завоевал Байрам Мустафаев (66 кг), Намиг Аббаслы (66 кг) и Рамиль Гасымов (73 кг) – «бронзу».

    По итогам первого дня Азербайджан лидирует в медальном зачете.
    /oxu.az/