Month: August 2019

  • Səbaildə avtomobil 32 yaşlı qadını vurdu

    Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, rayon ərazisində “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 32 yaşlı Rzayeva Xəyalə Çingiz qızını vurub.

    Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.

    Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.//oxu.az

  • Hitlerlə şeytan arasında bağlanan — MÜQAVİLƏ TAPILDI

    Berlində Hitlerlə şeytan arasında bağlanan müqavilə tapılıb.
    Median.Az
    Rusiya mətbuatının verdiyi məlumata istinadən xəbər verir ki, müqavilə 30 aprel 1932-ci ilə aiddir və hər iki tərəf müqaviləni qanla imzalayıb.

    Hitlerin siyasi vəsiyyəti .
    Razılaşmayagörə, şeytan Hitlerə məhdudiyyətsiz hakimiyyətdə qalmaq və insanları qorxu içində saxlamaq şərti irəli sürür. Qarşılığında fürer 13 il sonra ruhunu tam olaraq verməyi vəd edib. Dörd müstəqil ekspert sənədi öyrənib və belə qənaətə gəliblər ki, Hitlerin imzası həqiqətən 30-40-cı illərdə imzaladığı sənədlər üçün səciyyəvidir. Tarixçilərin isə belə sənədləri az deyil. — Əminəm ki, sənəd orijinaldır, – natəmiz qüvvə ilə müxtəlif cür sazişləri öyrənən Qreta Layber bəyan edib. – O, fürerin Almaniya hökmdarı olmağında və onun bütün işlərində yaxından kömək edib. Özünüz üçün analiz edin: axı, 1932-ci ilə qədər o, bütün işlərində uğursuz olub. O, ali məktəbdən qovulub, İncəsənət Akademiyasına imtahanlarda iki dəfə uğursuz olub, hətta həbsxanada olub. Həmin vaxt onu tanıyanların hamısı onun yararsız olduğunu və heç bir şeyə uyğun olmadığını hesab edib. Lakin 1932 – ci ildən onun taleyi kəskin şəkildə dəyişib — o, sözün əsl mənasında, hakimiyyət kürsüsünə oturdu və 1933-cü ilin yanvarında artıq Almaniyanı idarə etməyə başladı. Mənim fikrimcə, bunu yalnız şeytanın Birliyi ilə izah edə bilərsiniz. 30 aprel 1945 il-tam olaraq 13 il sonra-Adolf Hitler bütün insanlığın nifrət etdiyi “intihara”cəhd edərək özünü öldürdü. Fürerin şeytanla olan müqaviləsi Berlinin kənarında yandırılmış bir evin xarabalıqlarında köhnə bir sandığın içində tapılıb. Ora necə gəlib-aydın deyil. İndi sənəd Şəhər Tarixi institutunda yerləşir. Mətn çox zədələnmiş, lakin hələ də oxuya bilərsiniz. — Məhz belə şeytan hərəkət edir, – Doktor Layber əlavə edib. – Bəxtsiz, şöhrətpərəstlik və dünyəvi zövqlərə həvəsi ilə əzab çəkən adamı seçir və onun arzularını yerinə yetirməyi vəd edir. Nəticədə, ətrafdakılar üçün bir çox çətinliklər və onun vədlərinə “satılmış” olanlar üçün tam bir fəlakət — Və Hitler tamamilə bu sxemə uyğun gəlir…//ölkə.az

  • “Qəbələ” Sənan Qurbanovun istefasını qəbul edib

    “Qəbələ” rəhbərliyi Azərbaycan Premyer Liqasının III turunda “Keşlə”yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçi postundan getdiyini bildirən Sənan Qurbanovun istefasını qəbul edib.

    “Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı mütəxəssisə fəaliyyətinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

    2012-ci ildə “Qəbələ”nin köməkçi məşqçisi təyin olunan Qurbanov 2018-ci ilin yayından baş məşqçi kimi çalışırdı. Öncə də komandanı baş məşqçi əvəzi kimi 3 matça çıxaran mütəxəssis ümumilikdə 43 oyunda bu vəzifəni yerinə yetirib.

    “Qırmızı-qaralar” onun rəhbərliyi altında 15 qələbə qazanıb, 11 heç-heçə edib və 17 dəfə uduzub. “Qəbələ” Qurbanovun rəhbərliyi altında Azərbaycan Kubokunun 2018/2019-cu illər mövsümünün qalibi olub.

  • Лейла Алиева ознакомилась с павильонами, организованными на Фестивале винограда и вина – ФОТО

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева в субботу ознакомилась с выставками и павильонами, организованными в рамках Фестиваля винограда и вина в селе Мейсери Шамахинского района, сообщает Тренд.

    Фестиваль был организован совместно Министерством сельского хозяйства, Исполнительной властью Шамахинского района, Общественным объединением «Региональное развитие», Государственным агентством по туризму и Азербайджанским национальным музеем ковра при поддержке Фонда Гейдара Алиева. Мероприятие прошло на территории виноградарского и винодельческого комплекса «Ширван шяраблары».

    Вице-президент Фонда Гейдара Алиева Лейла Алиева встретилась с местными производителями винограда и вина, ознакомилась с павильонами предприятий.

    Отметим, что цель проекта заключается в поощрении местного производства винограда и вина, повышении экспортного потенциала винной продукции, доведении до широкой общественности истории производства вина в Азербайджане.

    В рамках фестиваля, начавшегося 30 августа, состоялись различные мероприятия, связанные с производством винограда и виноделием, туристическим потенциалом страны.

    31 августа до начала мероприятий фестиваля были проведены занятия по йоге, стречингу и таэквондо. Участники фестиваля также совершили экскурсии в село Лагич Исмаиллинского района, на территории Габалинского и Шамахинского районов.

    В рамках фестиваля прошли семинары, посвященные мотивам винограда и вина в искусстве ковроделия Азербайджана. Состоялись мастер-классы виноделов и сомелье с участием международных и местных экспертов. Местные производители вин выступили с презентациями своих предприятий, провели дегустацию собственной продукции.

    В национальной зоне были представлены образцы ремесел, присущих различным регионам Азербайджана – медничества, ковроткачества, шебеке, гончарного дела, процесс изготовления изделий, культура национальной кухни.

    На этом двухдневный фестиваль завершился.

  • Norveçdə helikopter qəzaya uğrayıb, ölənlər var

    Norveçdə helikopter qəzaya uğrayıb.

    Median.Az xəbər verir ki, bu barədə ölkənin Xilasetmə Mərkəzinin internet səhifəsində bildirilib.

    Məlumata görə, hadisə Alt şəhərində baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub.

    Qeyd edilir ki, hadisə zamanı helikopterdə 6 nəfər olub. Onlardan 1-i xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Daha 1 nəfərin itkin düşdüyü bildirilir.

  • “Semaşko”da cərrah 1900 manata sünnət etdi (FOTO)

    Səhiyyə sahəsindəki problemlər kütləvi narazılıqla müşayiət olunur. Demək olar ki, hər gün bununla bağlı müxtəlif şikayətlər, problemlər gündəmə gəlir. Budəfəki şikayət 2 yaşlı usağın yanlış əməliyyat edilməsi ilə bağlıdır.

    Median.Az cebhe.info-ya istinadən xəbər verir ki, Xızı rayonunun Yeni Yaşma kəndinin sakini Gülsüm Şükürova 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevdən şikayətçidir. Onun sözlərinə görə, qardaşının nəvəsi Cavidan Şükürzadə böyrək problemindən əziyyət çəkir:

    “Yoxlamalardan sonra əməliyyat qərarı verildi. Əməliyyat üçün 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevə müaricət etdik. Cərrah ilkin yoxlamaların, USM-nin nəticələrini bəyənməyərək yenidən yoxlamalar, analizlər apardı.

    Nəticədə cərrah əməliyyata qərar verdi və bizə bildirdi ki, böyrək çıxarılmayacaq, “stend” qoyulacaq. Bunun gələcəkdə hansı problemləri yaradacağını soruşduq. Allahverdi Musayev bizə dedi ki, 30 yaşına qədər heç bir problem olmayacaq. 2018-ci ilin 9 martında əməliyyat oldu, amma bir neçə aydan sonra problemlər ortaya çıxdı.

    Yenidən başqa həkimə müraciət etdik. Yoxlama nəticəsində məlum oldu ki, Allahverdi Musayev əməliyyat adı altında uşağı ancaq sünnət edib. Böyrəklə bağlı heç bir iş görülməyib. Ancaq əməliyyat izi qoyub. USM yoxlamalarından məlum oldu ki, Allahverdi Musayev “stend” qoymayıb. Baxmayaraq ki, əməliyyat buna görə olub və məhz “stend”ə görə biz vəsait ödəmişik.

    Ümumilikdə isə Allahverdi Musayevə 1900 manat pul vermişik. Şəxsən öz əlimlə bu pulu həkimin özümə vermişəm. 1900 manatdan 850 manatı “stendə”, 50 manatı isə sünnətə görə ödənilib. 1000 manat isə həkimə əməliyyat pulu kimi verilib. Bundan əlavə isə analizlərə və digər prosedurlara görə xərcimiz çıxıb”.

    Şikayətçi 4 yaşlı Cavidanın artıq ikinci əməliyyat keçirdiyini deyib:

    “Artıq ikinci əməliyyat da baş tutub. İkinci əməliyyatı isə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının cərrahı Eldar Hüseynov edib. Əməliyyat bu ayının 23-də olub. Yoxlamalardan sonra Cavidanın böyrəyinin artıq inkişafdan qaldığını və çıxarılmasının məcbur olduğunu dedilər. Nəticədə Cavidanın bir böyrəyi çıxarıldı. Allahverdi Musayevin səhvimi, səhlənkarlığımı ucbatından 4 yaşlı balamız iki dəfə bıçaq altına düşdü”.

    Şikayətçi Gülsüm Şükürova Allahverdi Musayevdən onlara dəymiş zərərin ödənilməsini istəyir:

    “Allahverdi Musayev bizə maddi və daha çox mənəvi zərər vurub. İkinci əməliyyatın stressini, xərcini də nəzərə alsaq, bizə dəymiş zərərin nə qədər böyük olduğunu görmək çətin deyil. Tələb edirik ki, Allahverdi Musayev bizə vurduğu zərəri ödəsin”.

    Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Allahverdi Musayevlə əlaqə saxladıq. A.Musayev əvvəlcə belə bir xəstəsinin olmadığını, məlumatın yanlış verildiyini deyib. Bizə təqdim olunan sənədlərdə imzası olduğunu deyəndən sonra isə telefonu məşğula qoyaraq sualları cavablandırmaqdan yayınıb.

  • В России отец перерезал горло 2-месячной дочери

    Житель Саратова (России) 31 августа жестоко расправился со своей двухмесячной дочерью, сообщает ИА “Регион 64”.

    Преступление совершено в доме, расположенном близ старого аэропорта.

    “По предварительным данным, мужчина перерезал двухмесячной девочке трахею. Мать малышки в тот момент находилась дома. Установлено, что в семье воспитывается еще один ребенок двух лет”, – рассказал собеседник нашего издания.

    В настоящее время на месте происшествия работает следственно-оперативная группа.

    Устанавливаются все обстоятельства случившегося.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Üzüm və Şərab Festivalında təşkil edilən pavilyonlarla tanış olub – FOTO

    Avqustun 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şamaxı rayonunun Meysəri kəndində keçirilən Azərbaycan Üzüm və Şərab Festivalı çərçivəsində təşkil olunan sərgi və pavilyonlarla tanış olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, festival Heydər Əliyev Fondunun dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbir “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yerli üzüm və şərab istehsalçıları ilə görüşüb, müəssisələrin pavilyonları ilə tanış olub.

    Qeyd edək ki, layihənin məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırılmasıdır.

    Avqustun 30-dan başlayan festival çərçivəsində üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif tədbirlər keçirilib.

    Avqustun 31-də festival tədbirləri başlayanadək yoqa, streçinq və taekvondo məşqləri keçirilib. Festival iştirakçıları, həmçinin İsmayıllı rayonunun Lahıc kəndinə, Qəbələ və Şamaxı rayonları ərazilərinə ekskursiyalara gediblər.

    Festival çərçivəsində Azərbaycan xalçaçılıq sənətində üzüm və şərab motivlərinə həsr olunmuş seminar keçirilib. Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə şərabçı və somalyelərin master klasları olub. Yerli şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.

    Milli zonada Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus xalq sənəti növlərinə – misgərlik, xalçaçılıq, şəbəkə, dulusçuluq kimi müxtəlif sahələrə aid yaradıcılıq nümunələri, onların hazırlanması prosesi, milli mətbəx mədəniyyəti təqdim edilib.

    Bununla da ikigünlük festival başa çatıb.

  • Тяжелое ДТП в Тбилиси, среди пострадавших есть азербайджанец

    Двадцать человек пострадали при столкновении трех микроавтобусов и легкового автомобиля у села Телети расположенного в 18 километрах от Тбилиси, сообщает Первый канал Грузии.

    Два человека в результате ДТП погибли, по данным СМИ это граждане Армении.

    “Пострадавшие были госпитализированы, некоторые все еще продолжают лечение в различных больницах Грузии, состояние троих крайне тяжелое”, – сообщает ТВ.

    Как отмечает телеканал, в результате ДТП пострадали 17 граждан Армении, 2 грузина и один азербайджанец.

    МВД Грузии начало расследование инцидента.

  • Vətəndaşla kobud davranan daha bir polis cəzalandırıldı

    Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədovun Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) Qovlar Şəhər Polis Bölməsinin əməkdaşı, polis mayoru Paşa Rzayev tərəfindən təhqir edilməsi ilə bağlı bəzi informasiya saytlarında dərc olunmuş xəbərə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan münasibət bildirilib.
    Qrupun baş inspektoru, polis leytenantı Eşqin Qasımov APA-ya deyib ki, Tovuz rayonunun Qovlar şəhər sakini Vaqif Əhmədov 23.08.2019-cu il tarixində DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, daha sonra Tovuz RPŞ-yə müraciət edərək RPŞ-nin Qovlar Şəhər Polis Bölməsinin sahə rəisi, polis mayoru Paşa Rzayevin onunla kobud davranmasını bildirib.

    Müraciət ilə əlaqədar RPŞ-də müvafiq araşdırmalar aparılıb. Polis mayoru P. Rzayevin V. Əhmədovla yersiz mübahisəsi, ona qarşı etik-davranış qaydalarından kənar ifadələr işlətməsi öz təsdiqini tapmasa da, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşmasına görə barəsində intizam tənbehi görülüb.

    “Bundan başqa Vaqif Əhmədov Tovuz RPŞ-yə dəvət olunaraq araşdırmanın nəticəsi barədə ona məlumat verilib. Vətəndaş isə öz növbəsində müraciətinə operativ və obyektiv baxıldığına görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirib”, – deyə E. Qasımov qeyd edib.