Month: August 2019

  • Azərbaycanda kişi ailəli bacısını yad kişi ilə tutdu, sonra…

    Biləsuvar rayonunda bacısı ilə intim münasibətdə olan həmyerlisini öldürməkdə təqsirli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Əli Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Əli Süleymanovun bacısı Ramilə ailəli olub (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.), amma hadisədən bir müddət əvvəl ərindən ayrılıb.

    Bacısından sevgilisindən ayrılmasını tələb etdi

    Ramilə atası Samir və anası Tamara ilə birlikdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Muğan Qışlaq” otlaq sahəsində çoban yatağında yaşayıb.

    Əli Süleymanov “Muğan-Qışlaq” otlaq sahəsindəki digər çoban yatağında yaşayan Natiq Səmədov ilə bacısının intim münasibətlərdə olmasını eşidib. Əli dəfələrlə onlardan münasibətlərinə son qoymalarını tələb edib. Amma onlar Əlinin bu tələbinə əhəmiyyət verməyiblər, görüşməkdə davam ediblər.

    Əli Süleymanov 25 dekabr 2016-cı il tarixdə, saat 15 radələrində yaşadığı Bakı şəhərindən “Muğan-Qışlaq” otlaq sahəsinə gəlib. Orada yaşayan qohumu Rasimin Məşhəd ziyarətindən qayıtması münasibətilə təşkil olunmuş məclisdə iştirak edib.

    Bacısının evdən çıxdığını gördü

    Sonra o, axşam saat 20 radələrində valideynlərinin yaşadığı çoban yatağına gəlib. Həmin gecə Əli atası, anası, bacısı və onlarda qonaq olan xalası Rəsmiyyə ilə bir alaçıqda yatıb.

    Ertəsi gün, səhər saat 06.30-da Əli bacısı Ramilənin evdən çıxdığını bilib. Onun Natiq ilə görüşə getdiyi və onların bir yerdə olduğunu başa düşüb. Əli onların münasibətlərinə son qoymaq üçün Natiqi öldürmək qərarına gəlib.

    Bacısını otlaqda tutdu

    Bu məqsədlə Əli evdən bıçaq götürüb və Natiqin valideynləri ilə yaşadığı, təxminən 2000 metr aralıdakı evə gedib. O, təqribən 470 metr məsafə qət etdikdən sonra saat 06.45-də Natiqin bacısı Ramilə ilə otlaq sahəsində söhbət etdiklərini görüb.

    Bu zaman Əli onlara yaxınlaşaraq Natiqi söyüb, bıçaqla onun döş qəfəsinə bir neçə xəsarət yetirib. Ürək nahiyəsindən xəsarət alan Natiq hadisə yerində ölüb.

    13 il cəza, ciddi rejim

    İstintaq orqanı tərəfindən Əli Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Süleymanov 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası 2016-cı il dekabrın 27-dən hesablanıb. Əli Süleymanovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
    Hökmdən narazı qalan Əli Süleymanov apelyasiya şikayəti verib. O, əsassız olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunduğunu deyib.

    O, qeyd edib ki, Natiq Səmədovu qətlə yetirməyib. O, bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

    Bəraət şikayəti rədd edildi

    Bundan başqa, hökmdən narazı qalan Natiq Səmədovun da anası apelyasiya şikayəti verib. Hüquqi varis təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

    Hər iki tərəfin şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara əsasən, şikayət təmin olunmayıb.

    Bu qərardan narazı qalan Əli Süleymanov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
    Hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırma aparılıb. Kasasiya şikayətini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

    Qeyd edək ki, bundan bir müddət əvvəl də Ali Məhkəmədə Əli Süleymanovun şikayəti əsasında məhkəmə qurulmuşdu. Həmin vaxt aparılan araşdırma zamanı Əli Süleymanov saxlanıldığı Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində hakimi Hafiz Nəsibovun adına məktub göndərib.

    Həmin məktubunda Əli Süleymanov kasasiya şikayətini geri götürdüyünü göstərib. O, kasasiya şikayətinə baxılmadan icraatdan çıxarılmasının təmin olunmasını hakimdən xahiş edib.

  • Гурбанов подал в отставку

    Тренер ФК «Габала» Санан Гурбанов после поражения в матче 3 тура премьер-лиги Азербайджана по футболу от бакинского клуба «Кешля» (0:4) объявил о своей отставке, передает azerisprot.com.

    Об этом он сообщил в ходе послематчевой пресс-конференции.

    «Об игре говорить не буду. С 2011 года я в «Габале», работал с опытными специалистами. Благодарю все руководство. Долгие годы я был здесь, клуб стал мне очень родным. Мы участвовали в групповой стадии Лиги Европы, впервые завоевали титул. Этот город мне родной. Благодарю Фариза Наджафова и всех. Я подаю в отставку», – заявил Гурбанов.

  • Zelenskinin adından külli miqdarda rüşvət alanlar tutuldu

    Ukrayna Prezidenti Vladimir Zelenskinin komandası adından külli miqdarda rüşvət alan şəxslər həbs edilib.
    Median.Az
    virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Boqdan məlumat verib.

    Onun sözlərinə görə, Hərbi Prokurorluğun və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları kimisə vəzifəyə təyin etmək adı ilə 570 min dollar tələb edən iki nəfəri həbs edib.


    Onlar guya bu məbləğ müqabilində aldadılan şəxsi “Ukroboronprome”nin rəhbəri təyin edəcəkdilər.

    A.Boqdan bildirib ki, dələduzluqla məşğul olanların sayı dörd nəfər ola bilər.

    Hazırda araşdırmalar davam etdirilir.

  • Ekspert Ələt-Astara yolundakı qəzaların səbəbini açıqladı — Təkliflərini verdi

    Xəbər verdiyimiz kimi, ötən gün yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissədə ağır yol qəzası nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

    Median.Az-ın məlumatına görə, sözügedən hadisə ilə bağlı fikirlərini bölüşən yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov həmin yolda tez-tez belə ağır qəzaların baş verməsinin əsas səbəbi kimi süni işıqlandırmanın olmamasını göstərib.

    “Diqqət edirsinizsə, ağır hadisələrin mütləq əksəriyyəti qaranlıq vaxtı baş verir. Əsas səbəb də bununla bağlıdır. Yolda süni işıqlandırma yoxdur, yüksək sürətlə intensiv qarşılıqlı hərəkət var (demək olar ki, hər zaman qarşı hərəkət hissəsi ilə avtomobil gəlir)”, – Hüseynov sosial şəbəkə hesabında qeyd edib.


    O, bu şəraitdə iki ciddi problemin yarandığını bildirib:

    “1) sürüclərin bəziləri yaxın işıqdan istifadəyə məcbur olduğuna görə zəruri məsafəni görə bilmir, orada olan istənilən maneə (dayanan avtomobil, hətta azacıq döngələrdə qoruyucu sədlər və s.) sürücü üçün görünməz olur. Yaxın işığın düşdüyü məsafədə həmin maneəni görən sürücünün manevr imkanı ya olmur, ya da sərt manevr edərək qəzaya uğrayır;
    2) xeyli sürücü qarşıdan gələnlərə məhəl qoymadan uzaq işıqla sürür. Bu halda uzaq işıq gözünə düşən sürücü praktiki olaraq heç nəyi görmür, qarşıda gözlənilməz maneəyə və ya döngələrdə ayırıcı zolaqdakı və ya yolkənarı qoruyucu səddə çırpılır”.

    Hüseynov problemi aradan qaldırmaq üçün bir neçə təklif irəli sürüb:

    “1) Ləngitmədən həmin yol tam işıqlandırılmalıdır. Müsair az enerji sərf edən, hətta alternativ enerjidən istifadə edən işıqlandırma sistemi yaradılmalıdır;

    2) Bütün yol boyu nişanlanma xətləri müasir işıqqaytarıcı boyalarla işlənməlidir, özü də hərəkət hissələrinin kənarları avtomagistral üçün nəzərdə tutulan 1.2 xətti ilə işarələnməlidir. Ayırıcı zolaqdakı və kənarlardakı qoruyuci sədlər isə standarta uyğun işıqqaytarıcı elementlərlə (üçbucaqlı bayraqçıqlarla) təmin edilməlidir”.

    Ekspert sürücülərə bunları tövsiyə edib:

    “1) 5.1 nişanına və üzərində “110-120” yazılan 3.24 nişanına aldanıb çox yüksək sürətlə sürməsinlər (xüsusən qaranlıqda), görünmə şəraitinə uyğun sürət seçsinlər;
    2) İşıq cihazlarından düzgün istifadə etsinlər, digər sürücülərə hörmət edərək, qarşıdan gələnlər varsa, qaydalara uyğun olmaqla uzaq işıqdan istifadə etməsinlər”.

  • Назван способ снизить риск смерти от сердечно-сосудистых заболеваний

    Регулярное добавление в рацион орехов снижает риск смерти от сердечно-сосудистых заболеваний (ССЗ), говорится в исследовании, представленном на конгрессе Европейского общества кардиологов.

    В частности, иранские ученые выяснили, что при употреблении орехов дважды в неделю вероятность умереть от ССЗ снижается на 17 процентов, сообщает РИА Новости.

    Специалисты 12 лет следили за питанием пяти с половиной тысяч человек в возрасте старше 35 лет и опрашивали испытуемых и членов их семей каждый два года. Несмотря на возраст, пол и физическую активность ученые выявили взаимосвязь их физического состояния с добавлением в пищу фундука, грецких орехов и миндаля.

    Один из авторов исследования доктор Мохаммадифард подчеркнул, что наибольшую пользу для здоровья приносят именно несоленые и сырые орехи.

  • Məşhur cizgi filmlərinin yaradıcısı vəfat etdi – FOTO

    90-cı illərin məşhur Amerika cizgi filmlərinin yaradıcısı, ssenarist Qordon Bressak ABŞ-da dünyasını dəyişib. Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 68 yaşında Los-Anceles şəhərində vəfat edib.

    Bressakın ölüm xəbərini oğlu Ceyms Kallen Bressak sosial şəbəkə hesabında verib. O, atasına onda hekayə və filmlərə yaratdığı sevgiyə görə minnətdarlığını bildirib.

    Amerika KİV yazır ki, multiplikator uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Qeyd edək ki, Qordon Bressak üç dəfə “Emmi” mükafatına layiq görülüb. O, “Pinki və Breyn”, “Qara Plaş”, “Cimmi Neytronun macəraları”, “Smurfiklər”, “Qüdrətli Maks” və s. məşhur cizgi filmlərinin ssenari müəlliflərindən biri olub.

  • Bakıda binanın fasadını təmir edən şəxs yüksəklikdən yıxıldı

    Nəsimi rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az xəbər verir ki, Şamil Əzizbəyov küçəsində 1987-ci il təvəllüdlü Həsənov Vüsal Akif oğlu binadan yıxılaraq ağır xəsarət alıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

    Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

    İlkin məlumata görə, V.Həsənov binanın fasadını təmir edərkən yıxılıb.

    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.//oxu.az

  • В Геранбое дождливая погода стала причиной ДТП

    В Геранбое произошло ДТП, сообщает АПА. Инцидент произошел на автомагистрали Баку-Газах, на территории села Борсунлу Геранбойского района.

    Грузовой автомобиль марки «ATEGO» с государственным регистрационным номером 90-DH-986 потерял управление. В результате грузовик сломал отбойник на развилке и выехал на противоположную полосу. В результате происшествия никто не пострадал, однако дорожной инфраструктуре и автомобилю нанесен ущерб. Причиной аварии стала дождливая погода.

    По факту ведется расследование.

  • “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov vəzifəsindən istefa verib

    “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov tutduğu vəzifədən istefa verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, gənc mütəxəssis qərarını Azərbaycan Premyer Liqasının III turunda evdə “Keşlə”yə 0:4 hesabı ilə uduzduqları görüşdən sonra mətbuat konfransında açıqlayıb.

    Qeyd edək ki, bu cari mövsümdə ilk baş məşqçi istefası olub.

  • 11 Sentyabrın təşkilatçısı məhkəmə qarşısında – Şok faktlar açıqlandı

    2001-ci ilin 11 Sentyabrında ABŞ-a qarşı həyata keçirilən terror hücumunun memarı Xalid Şeyx Məhəmməd 20 ildən sonra məhkəmə qarşısına çıxarılır.

    Median.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Şeyx Məhəmməd və Quantanamo həbsxanasında saxlanılan 4 şəxsi 2021-ci ilin 11 yanvarında hərbi məhkəmə mühakimə edəcək.

    Bu şəxslər hərbi cinayətdə, terrorizmdə və 3 min insanın qətlində ittiham olunur.

    Məhkəmə prosesi ilə 2001-ci ilin 11 Sentyabrında Nyu York, Vaşinqton və Pensilvaniyada həyata keçirilən qanlı terror hadisələri ilə əlaqədar olaraq Quantanamo həbsxanasında saxlanılan terrorçuların ilk dəfə ədalət qarşısına çıxarılması baş verəcək.

    Qeyd edək ki, Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda saxlanılıb və dərhal Quantanamo həbsxanasına gətirilib. 16 ildir həbsdə olan Məhəmmədin məhkəmə önünə çıxarılması dəfələrlə təxirə salınıb. 11 Sentyabr terrorunun memarı kimi tanınan Şeyx Məhəmmədin “şəhid olmaq məqsədilə” günahkar olduğunu qəbul etmək istədiyi deyilir.

    Pentaqon bir neçə il əvvəl elan etmişdi ki, 11 Sentyabr hücumlarında A-dan Z-yə qədər cavabdeh şəxs Xalid Şeyx Məhəmməd olub.

    İddia edilir ki, Şeyx Məhəmməd bir sıra terror hadisələrində fəal rol oynayıb. 2002-ci ildə İndoneziyada bir gecə klubunun bombalanması, 1993-cü ildə Dünya Ticarət Mərkəzinin vurulması bu sıradadır.

    ABŞ-ın bir qrup hüquqşünası ifadə və etirafların işgəncə altında alındığını əsas gətirərək məhkəmə tərəfindən onların qəbul edilməyəcəyini qeyd edirlər.

    Şeyx Məhəmməd Quantansmo həbsxanasında işgəncələrə məruz qaldığını bəyan edib.

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuata sızan qeydlərində də Şeyx Məhəmmədin boğulma təsiri yaradan işgəncə maşınından 183 dəfə keçirildiyini isbatlayıb.