Month: August 2019

  • Xeyir-şər evi yanır

    Siyəzəndə xeyir-şər evi yanır.

    Hadisə Siyəzən şəhəri H.Talıbov küçəsində qeydə alınıb.

    Xeyir-şər evində yanğın baş verməsi barədə Siyəzən rayon DYMH-nə məlumat daxil olub.

    Hazırda yanğının söndürməsi ilə əlaqədar hadisə yerinə bir yanğınsöndürən avtomobili göndərilib.
    /oxu.az/

  • Житель столицы ограбил 4 дома в Апшеронском районе

    Как сообщает Median.Az, сотрудники Управления Криминалистических расследований МВД и Апшеронского РУП в ходе проведенной совместной операции задержали жителя столицы, ранее судимого А.Алкишиева, который как показало расследование на территории района украл из 4-х домов деньги, золотые украшения и предметы быта.

    В Следственном отделе Апшеронского РУП возбуждено уголовное дело по статье 177.2.2 (кража, совершенная повторно)
    УК Азербайджана.

  • Abşeronda 4 evdən oğurluq edən paytaxt sakini tutulub


    Median.Az
    xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Alkişiyev saxlanılıb.

    Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

  • В Джалилабаде “ГАЗ-3110” сбил насмерть пешехода

    Как сообщает Median.Az, 29-го августа примерно в 23 часа в селе Сархадабад автомобиль марки “ГАЗ-3110”, управляемый жителем села Э.Гусейновым сбила насмерть жителя села Мирзали Гафур Аббасова.

    В Джалилабадском РОП по факту ведется расследование.

  • Cəlilabadda “QAZ-3110” piyadanı vurub, öldürüb

    Median.Az xəbər verir ki, avqustun 29-u saat 23 radələrində Sərhədabad kəndi ərazisində, kənd sakini E.Hüseynov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə Mirzəli kənd sakini Qafur Abbasovu vurub.

    Nəticədə piyada hadisə yerində ölüb.

    Cəlilabad RPŞ-də faktla bağlı araşdırma aparılır.

  • Məsciddən xalça oğurlayan Lalə danışdı: “Qarşıdan qış gəlir…” – VİDEO

    Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən məscidlərin birindən xalçaların oğurlanması barədə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən Baku.ws-ə məlumata görə, Rayon Polis Şöbəsində dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

    Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçalar Şabran rayon Günəşli kənd sakini Lalə Babayeva tərəfindən oğurlandığı müəyyən edilib.

  • В США освободили мужчину, которому дали пожизненное за кражу 50 долларов. Он пробыл в тюрьме 36 лет

    В американском штате Алабама после 36 лет тюрьмы помиловали Элвина Кеннарда, которого приговорили к пожизненному заключению за кражу 50 долларов, сообщает Сноб.

    В первый раз Кеннарда судили за кражу со взломом в 1979 году, тогда он получил три года условно, его обвинили по трем статьям. После кражи 50,75 долларов из пекарни мужчину приговорили к пожизненному заключению без права на условно-досрочное освобождение.

    Кеннарда отправили в тюрьму в 1983 году из-за «законов трех ошибок». Их приняли в нескольких штатах США в 20-м веке. Согласно законам, суды должны приговаривать к длительному заключению людей, которые совершили три серьезных преступления.

    Его адвокат Карла Краудер рассказала, что сейчас в США в подобной ситуации находятся «сотни» заключенных. «Это невероятно несправедливо, что сотни людей в Алабаме проводят свою жизнь в тюрьмах без права на условно-досрочное освобождение за ненасильственные преступления, не связанные с убийством», — добавила она.

    Сейчас Кеннарду 58 лет, на заседании суда, на котором его оправдали, находилась семья заключенного. Его племянница рассказала WBRC, что после приговора все плакали. Адвокат также поделилась, что после освобождения Кеннард хочет работать плотником — до заключения он занимался строительством.

  • Gəncə hadisələrinə görə həbs olunanlardan biri də AZADLIQDA

    Bakı Apelyasiya Məhkəməsində Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsin – Elman Məmmədov, Elvin Nəzərov, Elvin Allahverdiyev, Nemət Heydərli, Renat Məmmədov və Vüqar Xudiyevin apellyasiya şikayətlərinə baxılıb.

    Median.Az Unikal.org-a istinadla xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Nemət Heydərlinin şikayəti təmin edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

    Digər təqsirləndirilən şəxslərin isə cəzaları azaldılıb.

    Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Apelyasiya Məhkəməsi Gəncə hadisələrində təqsirləndirilən Elvin Əliyevin də azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

  • Əli Həsənov: “Əli Kərimli, reallıq hissini itirmə!”

    “Özlərini hakimiyyətə “opponent” hesab edən, siyasi fəaliyyətləri sosial şəbəkələrdə əsassız, qərəzli, şantaj xarakterli iddialar irəli sürməkdən ibarət olan ayrı-ayrı qrup və fərdlər ölkədə ictimai narazılıq formalaşdırmaq üçün ən səviyyəsiz və primitiv üsullara əl atmaqdan belə çəkinmirlər. Öncə də qeyd etdiyim kimi, AXCP sədri Əli Kərimli başının dəstəsi ilə birlikdə ölkədə və dünyada baş verən bütün mənfi yüklü halları Azərbaycan hakimiyyətinin və dövlətinin adı ilə bağlamağa cəhd göstərir. Bu mənada, əlində silah foto çəkdirib özünü “fədai” kimi reklam edən birisini hakimiyyətlə əlaqələndirmək də həmin absurd iddiaların davamından başqa bir şey deyil”.

    Bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov özünün “Facebook” səhifəsində yazıb.

    Ə. Həsənov qeyd edib ki, silahlı dəstələr yaratmaq, insanları silahla hədələmək, onların evlərinə basqın etmək, itaət etməyənləri döyüb avtomobilin yük yerinə salmaq və digər bu kimi hüquqazidd əməllər Əli Kərimlinin dövlət müşaviri olduğu AXC-Müsavat hakimiyyətinin üsul-idarəsi üçün xarakterik hallar olub: “Bugünkü Azərbaycan hüquqi dövlətdir, burada heç bir cinayətkar cəzasız qalmır, günahı olmayan da cəza almır. Dövlətin hansısa “fədailər qrupu”na və digər bu kimi qeyri-qanuni dəstələrə ehtiyacı yoxdur, onun asayişi yaradan, qanunlara əməl olunmasını təmin edən hüquq mühafizə sistemi və ədaləti bərpa edən məhkəməsi var. Buna görə də öz siyasi ambisiyalarını reallaşdırmaq məqsədilə şər-böhtan yaymaq və ictimaiyyəti çaşdırmaq lazım deyil. Belə əməllərə yol verən onun hüquqi məsuliyyətini də dərk etməyi bacarmalıdır.

    Əli Kərimliyə xatırlatmaq istərdim ki, əli silahlı şəkil çəkdirib paylaşmaq onun özünün ortaya qoyduğu bir nümunədir. Əgər bu gün kimsə bu “qəhrəmanlığı” təkrarlayırsa, bunun səbəbini hakimiyyətin siyasətində yox, AXCP-nin və onun başçısının əməllərində axtarmaq daha düzgün olar.

    O ki qaldı Əli Kərimlinin “özünüzü yığışdırın”, “məsuliyyətli olun” tipli hədələrinə, demək istərdim ki, nə o özü, nə də arxalandığı çevrələr Azərbaycan hakimiyyəti ilə təhdid dilində danışa bilməz. Buna görə də həmin ifadələri onun özünə qaytararaq deyirəm: “Əli Kərimli, reallıq hissini itirmə!””. 

  • Azərbaycanda toy günü özünü partladan gənclə bağlı dəhşətli faktlar – TƏFƏRRÜAT

    Dünən Tərtər rayonunda gənc oğlanın özünü partladaraq öldürməsi hadisəsi ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, avqustun 29-da saat 16 radələrində Tərtər rayonun Qaradağlı inzibati ərazi vahidliyinə daxil olan Təzəkənd kəndində özünü qumbara ilə partladaraq intihar edən 1994-cü il təvəllüdlü Elmir Hüseynli subay olub.

    Bildirilir ki, bir neçə gündür məzuniyyətdə olan 25 yaşlı Elmir hadisədən əvvəl sərxoş vəziyyətdə valideynləri ilə mübahisə edib.

    Belə ki, qonşuluqdakı toyda yeyib-içən gənc oğlan sərxoş vəziyyətdə evə gəlib. Evdə ata-anası onu danlayıb, ona borcunun olması xatırladılıb və spirtli içki qəbul etməsi ilə bağlı tənbeh olunub. Valideynlərinin onu danlamasına əsəbiləşən gənc qumbara götürərək həyətə çıxıb və həyatdan bezdiyini, özünü öldürmək istədiyini deyib. O, ata-anasını yaxına buraxmayıb və səs-küyə qonşular yığılıb. Bu zaman qonşuluqda yaşayan və Elmirin xətrini uşaq vaxtından çox istəyən 52 yaşlı Fikrət Abbasov irəli çıxaraq onu sakitləşdirməyə çalışıb.

    Bu zaman gənc oğlanın əlindəki qumbaranın alışdırıcısı açılıb və partlayış baş verib.

    Nəticədə E.Hüseynli hadisə yerində vəfat edib. F.Abbasov isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

    Hadisədən yarım saat sonra qonşuluqdakı toy məclisi yarımçıq dayandırılıb.