Tovuz rayonunda 6 yaşlı uşağı it dişləyib.
Median.Az-ın report-a istinadən məlumatına görə, yaralı Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona quduzluq əleyhinə peyvənd vurulub.
Faktla bağlı araşdırma aparılır.


Dünyanın ən güclü ölkələrinin siyahısı açıqlanıb.
Median.Az xəbər verir ki, US News dünyanın ən güclü ölkələrinin növbəti reytinq siyahısını açıqlayıb.
Ölkələrin reytinq cədvəlində iqtisadi gücünə və dünyadakı söz sahibi olmasına görə yer alıb. Azərbaycan da bu reytinq cədvəlində dünyanın iqtisadi və söz sahibi lan 50 ölkə sırasına daxil olub. Dünyanın ən güclü ölkələri sırasında ilk onluqda ABŞ, Rusiya, Çin, Almaniya, İngiltərə, Fransa, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi yer alır. Qardaş Türkiyə reytinq cədvəlində 14, qonşu İran 13-cü yerdə qərarlaşıb.
Azərbaycan isə 166 ölkə arasında ilk 50 ölkə sırasında 45-ci yerdə qərarlaşıb.
MDB məkanında ilk 50-də Ukrayna 33-cü, Belarus 36-cı, Qazaxstan isə 41-ci yerdə qərarlaşıb.//ölkə.az

Bakının Nizami rayonunda gənc qız intihar etmək istəyib.
Median.Az xəbər verir ki, bu barədə hadisə şahidləri baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, intihara cəhd hadisəsi “Neftçilər” metrosu yaxınlığında körpüdə baş verib.
Körpüyə çıxan qız özünü atmaq istəyib. Ərazidən keçən insanlar və xilasedicilərin köməyilə onu ölümdən son anda xilas edilib.
Qızın xilasetmə görüntülərini təqdim edirik:

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul elan edilir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır. Tam orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
İxtisas seçimi avqustun 31-dən sentyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.
Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.
Jurnalı avqustun 31-dən etibarən aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Jurnalın elektron versiyasını da (pdf formatında) sabahdan etibarən DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).//milli.az

MMA döyüşçüsü Həbib Nurməhəmmədov həmkarı Konor Makqreqoru xəstəxanalıq edib, həbsxanaya getəcəyini vəd edib.
Median.Az Ölkə.az-a istinadən xəbər verir ki, qaydasız döyüş ustası Konorla hər zaman, hətta küçədə görsə belə, döyüşməyə hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, bu qarşıdurma heç vaxt bitməyəcək.
Sumqayıt şəhərində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Qobustan rayon sakini, 1981-ci il təvəllüdlü Dəyanət Comərdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dəyanət Comərdov Qobustan rayonunun Yekəxana kəndində anadan olub, amma paytaxtın Binəqədi rayonu 28 may qəsəbəsində qeydiyyatda olub. Fərdi əməklə məşğul olan Dəyanət Comərdov 3 azyaşlı uşaq atasıdır.
Baldızına təcavüz etdi
Dəyanət Comərdov Sumqayıt şəhəri, “Yaşıl Dərə” 1 yaşayış massivində ailəsi ilə birlikdə kirayədə yaşayıb. O, həmin ərazidə 2014-cü il təvəllüdlü Samirə Vəliyevaya (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər edib.
Maraqlıdır ki, Dəyanət Cömərdovun təcavüz etdiyi azyaşlı qız onun öz baldızı olub. Onun arvadının ailəsi kirayə qaldığı evin qonşuluğunda yaşayıb.
Gecə yarısı seksual hərəkət
Belə ki, Dəyanət Comərdov 30 iyun 2018-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli sərxoş vəziyyətdə müvəqqəti kirayədə yaşadığı Sumqayıt şəhəri “Yaşıl Dərə” bağlar massivi ərazisində yerləşən fərdi evdə özünə qarşı edilən seksual hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmayan baldızı Samirə Vəliyevanın köməksiz vəziyyətindən istifadə edib.
O, Samirə Vəliyevaya qarşı zor tətbiq edib, onun əynindəki paltarlarını çıxarıb. Sonra özü də şalvarını soyunaraq, azyaşlıya qarşı seksual hərəkətlər edib.
“İkinci dəfə ailə qurdum”
İstintaq orqanı tərəfindən Dəyanət Comərdovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dəyanət Comərdov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, əvvəllər başqa qadınla evli olub, həmin qadından 2 övladı olub: “Lakin 2015-ci ildə yetkinlik yaşına çatmayan Ləman Vəliyevanı qaçırdım, onunla qeyri-rəsmi ailə qurdum”.
“Onu oteldə tutmuşdum”
Dəyanət Comərdov qeyd edib ki, hətta yetkinlik yaşına çatmayan şəxsi qaçırdığına görə ona Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, Abşeron rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli hökmü ilə ona şərti cəza təyin edilib: “Ləman ilə olduğum nigahdan oğlum olub. Lakin Ləman əxlaqsız həyat tərzi sürüb, hətta onu bir dəfə oteldə tutmuşdum. Hadisə günü ailəm ilə birlikdə qayınanam Kəmaləgildə oldum. Evə qayıtdıqda Ləman 4 yaşlı ögey bacısı Samirəni də bizə qonaq apardı”.
“Arvadım əxlaqsızlıq etmək üçün otelə getdi”
Təqsirləndirilən şəxs qeyd edib ki, axşam vaxtı olmasına baxmayaraq Ləman eyni həyətdə başqa bir otaqda kirayə yaşayan Sadiqin arvadı Zəminə ilə əxlaqsızlıq etmək üçün Sumqayıt yolunda olan “Türkan” otelinə gediblər: “Bu zaman 2 yaşlı oğlum Samir ilə Samirə evimizdə yatdılar. Ləmanın gəlmədiyini gördüm və onun atası İlham kişigilə getdim. Ləmanın hərəkətlərindən danışdım. İlham kişi ilə birlikdə yaşadığım evə qayıtdı. Evə qayıtdıqda polislər məni saxladılar, guya öz evimdə Samirəyə qarşı əxlaqsızlıq etmişəm. Bu böhtandır, böhtanı da mənə qarşı Zəminənin əri Sadiq edib ki, arvadının və Ləmanın əxlaqsız hərəkətlərini ört-basdır etsin. Ləmanın Sadiq ilə də yaxın münasibətləri olub. Bu səbəbə görə Sadiqlə mübahisəm olub”.
“Soka araq qatmışdı”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Vəliyeva bildirib ki, bir gün bacısı Ləman oğlu Samir və əri Dəyanətlə birlikdə onlara qonaq gəliblər: “Onlar getmək istədikdə mən də Ləmanı çox istədiyim üçün ağladım, onunla qonaq getmək istədim. Ləmangildə olduğum zaman Sadiq gəldi. Həmin vaxt Dəyanət mənim üstümə çıxmamışdı. Dəyanət mənə yemək, sok vermişdi. Sadiq isə gələrək soka araq qatmışdı. Ancaq mən içməmişdim. Dəyanət mənə heç nə etməyib, Sadiq isə mənim alt paltarımı çıxararaq üstümə çıxmışdı. Sadiqin üzü qaradır, üzündə xalı var. Bu zaman Ləman evdə yox idi. Həmin vaxt Dəyanətlə Sadiqin arasında dava olmamışdı. Polisdə qoxduğum üçün Dəyanətin üstümə çıxmasını demişəm”.
“Qızım Ləmanı çox istəyirdi”
Cinayət işi üzrə şahid qismində ifadə verən Kəmalə Vəliyeva bildirib ki, 2009-cu ildə İlham Vəliyev ilə qeyri-rəsmi olaraq ailə həyatı qurub, onun birinci həyat yoldaşı isə Şamama olub: “Onun Ağasəfərdən Samirə adlı qızı dünyaya gəldi. İlhamın Şamama ilə nigahlarından üç övladları dünyaya gəlib. Şamamanın qızı Ləman Dəyanət Comərdov tərəfindən yetkinlik yaşına çatmamış dövrdə qaçırılıb. Ləman Dəyanətlə ailə qurub və ailə həyatı qurduqdan sonra 2018-ci ilin iyun ayından Sumqayıt şəhəri “Yaşıl Dərə” qəsəbəsi ərazisində yaşayıblar. Dəyanətlə Ləmanın nikahından Samir adlı 2 yaşlı oğulları var. Mənim qızım Samirə Ləmanı çox istəyirdi. Ləman da ata evinə qonaq gəldikdə çox vaxt Samirəni öz evinə qonaq aparırdı”.
“Ləmanın onu döydürdüyünü bildirdi”
Kəmalə Vəliyevanın sözlərinə görə, sonuncu dəfə 30 iyun 2018-ci il tarixdə Ləman ailəsi ilə birlikdə atası evinə qonaq gəlib: “Evlərinə qayıtmaq istədikdə Samirə ağlayaraq Ləmangilə getmək istədiyini dedi. Mən də buna etiraz etmədim. Samirəni Ləman ilə buraxdım. İyulun 1-də, gecə saat təxminən 02 radələrində Dəyanət sərxoş vəziyyətdə bizə gəldi və İlhamı soruşdu. Həmin vaxt Dəyanətin üzündə xəsarət izi var idi. İlham ondan nə baş verdiyini soruşdu. O, Ləmanın iki nəfər yaxın münasibətdə olduğu şəxsi yaşadıqları evə göndərərək onu döydürdüyünü bildirdi. Bundan sonra ərim İlham Dəyanətlə onun yaşadığı evə getdi”.
“Mən bu təcavüzə inanmıram”
Kəmalə Vəliyeva qeyd edib ki, səhəri əri İlham digər arvadı Şamamaya zəng vurub, ondan Sumqayıt şəhərində yerləşən 1-ci polis bölməsinə gəlməsini bildirib: “Şamama Sumqayıt şəhərinə gəldi. Sonradan ərim İlham, Şamama, Ləman və qızım Samirə evə qayıtdılar. Evə gələndə Ləmanın yaşadığı evdə olmadığı müddətdə Dəyanətin azyaşlı qızımı soyunduraraq, onunla cinsi əlaqədə olmadan cinsi ehtirasını təmin edən zaman, onunla qonşuluqda yaşayan Sadiq və Sahib adlı şəxslərin bunu gördüyünü, nun yaşadığı evə girdiklərini və Dəyanətə xəsarət yetirdiklərini, Samirəni onun əlindən aldıqlarını öyrəndim, lakin mən buna inanmıram. Çünki polis bölməsindən verilmiş göndəriş əsasında Samirəni tibbi ekspertizadan keçirdik. Onda heç bir xəsarət aşkar edilmədi”.
11 il cəza
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Rasim Sadıxovun sədrlik etdiyi kollegiya təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Dəyanət Comərdov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 2018-ci il 10 dekabrından hesablanması barədə hökm elan edilib.
Hökmdən narazı qalan Dəyanət Comərdov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sumqayıt Apelyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Qərara görə, şikayət təmin olunmayıb.
//Publika.az
Агентство, ведущее контроль над морским парком на австралийском Большом Барьерном рифе, опубликовало доклад, в котором говорится об ухудшении состояния кораллов: теперь оно оценивается не как «плохое», а как «очень плохое», сообщает INTERFAX.RU с ссылкой на агентство Associated Press.
«Рост негативного воздействия на протяжении длительного времени на постоянно расширяющейся территории снижает способность экосистемы на восстановление после разрушений, – сообщил председатель агентства Ян Пойнер. – Общие перспективы Большого Барьерного рифа очень плохие».
В докладе говорится, что самой большой угрозой для рифа остается изменение климата. Министр окружающей среды Австралии Сьюсан Лей отметила, что состояние рифа ухудшается из-за ущерба, нанесенного штормами, повышением температуры океана и обесцвечиванием кораллов на протяжении нескольких лет. Также опасность представляют терновые венцы – морские звезды, которые питаются полипами рифообразующих кораллов.
Опубликованный доклад стал третьим за последние десять лет.
Большой Барьерный риф, занесенный в список всемирного наследия, будет реклассифицирован ЮНЕСКО в следующем году в категории «находящийся под угрозой».

Обнародован прогноз погоды на выходные дни.
По сообщению Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов, погодные условия на Большом и Малом Кавказе будут не стабильными, ожидается гроза и дожди.
Местами прогнозируются ливневые дожди и град. Днем, 1 сентября, в некоторых районах дожди временно прекратятся. Ожидается легкий восточный ветер. Температура воздуха в предгорных районах составит 19-23, горных районах 15-18 градусов тепла.
В зоне Ленкорань-Астара нестабильная, дождливая погода продлится до второй половины дня 1 сентября. Дожди временами будут носить ливневый характер. Подует восточный ветер. Максимальная температура воздуха составит 21-26, в горных районах – 16-20 градусов тепла.
В Гянджа – Газахской зоне ожидается гроза, местами дожди. Днем 31 августа и 1 сентября дожди временно прекратятся. Легкий восточный ветер временами будет усиливаться. Максимальная температура воздуха составит 22-26 градусов тепла.
В Аранских районах погодные условия будут нестабильными, местами ожидаются дожди и гроза.
С вечера 31 августа и 1 сентября погода будет в основном без осадков. Местами будет наблюдаться усиливающийся легкий восточный ветер. Максимальная температура воздуха составит 23-28 градусов тепла.
В Нахчыванской АР местами будут наблюдаться дожди и гроза. Во второй половине 31 августа и 1 сентября погода в основном будет без осадков. Подует восточный ветер. Максимальная температура воздуха составит 23-28 градусов тепла.
В Баку и на Абшеронском полуострове 31 августа погодные условия будут нестабильными, местами ожидается дождь. Ночью на полуострове местами ожидаются интенсивные дожди. Со второй половины дня 31 августа и 1 сентября погода в основном будет без осадков. Подует северо-восточный ветер. Максимальная температура воздуха составит 21-26 градусов тепла.
Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Как сообщает Median.Az, сотрудники Билясуварского РОП в результате оперативно-розыскных мер задержали жителя района М.Мамедова, который 25-го августа в селе Овчубара украл из автомобиля марки “Mercedes” 30 манатов.
По факту ведется расследование.