Month: August 2019

  • ABŞ sahillərində zəlzələ baş verib

    ABŞ sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.

    Median.Az RİA “Novosti” yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

    Qeyd olunur ki, zəlzələnin episentri Oreqon ştatının Bandon şəhərindən 284 km şimal-qərbdə, 5,4 kilometr dərinlikdə qeydə alınıb.

    Dağıntı və tələfat barədə məlumat yoxdur.

  • Şəmkirdə avtomobil qəzası baş verib, xəsarət alan var

    Şəmkir rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Stansiya Şəmkir ərazisində qeydə alınıb. Qəza zamanı Şəmkir rayon sakini, 1993-cü il təvəllüdlü Elnur Rüstəmov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Названа дата презентации iPhone нового поколения

    Корпорация Apple начала рассылку приглашений на презентацию новых iPhone. Мероприятие пройдет 10 сентября, передает Лента.ру.

    На приглашении изображен логотип компании в разных цветах и надпись By innovation only («Только благодаря инновациям»). Предполагается, что именно в этих цветах компания выпустит новый iPhone Xr (зеленый, синий, желтый, красный и фиолетовый). Также этот смартфон получит двойную камеру с двукратным приближением.

    Новые версии iPhone Xs будут схожи с прошлыми, однако их оснастят тройной основной камерой — добавится сверхширокоугольный модуль. В остальном это будут те же смартфоны с OLED-экранами на 5,8 и 6,5 дюймов. Все три смартфона, которые покажет Apple, получат улучшенную систему Face ID и лишатся технологии 3D Touch, определяющей силу нажатия на экран.

    Также на презентации ожидается анонс нового MacBook с диагональю экрана 16 дюймов с разрешением 3072 на 1920 пикселей. По слухам, его стоимость может превышать три тысячи долларов.

  • Artıq çəkili insanları təhqir edən aparıcı efirdən uzaqlaşdırıldı – Misirdə

    Misirdə teleaparıcı kök insanlar haqqında işlətdiyi ifadələrə görə efirdən uzaqlaşdırılıb.

    Bu barədə “Gulf News” xəbər yayıb.

    Belə ki, aparıcı Riham Said kök insanları həm ailələri, həm də dövlət üçün artıq yük adlandırıb.

    Said gənc qızlar haqqında olan verilişinin epizodlarından birini artıq çəkili insanlara həsr edib.

    Tamaşaçılara müraciət edən aparıcı onlara səslənib: “Kök olanda həm pis görünürsüz, həm də gəzə bilmirsiniz. Üstəlik, artıq çəkili qızların evlənmək şansı da olmur”.

    Bu ifadələrdən sonra ciddi tənqid və təzyiqlə üzləşən aparıcı haqqında məhkəmə işi başlayıb.

    Onun çalışdığı “Əl Hayat TV” isə məhkəmə qərarına qədər aparıcını işdən uzaqlaşdırmağı qərara alıb.

    Riham Said məsələ ilə bağlı açıqlama verərək, əslində heç kimi incitmək istəmədiyini, sadəcə piylənmənin zərərləri haqqında danışmaq məqsədi ilə bu sözləri işlətdiyini bildirib.

    Əleyhinə “Facebook” sosial şəbəkəsində geniş kampaniya başladılan aparıcı açıq şəkildə üzr istəyib və bir müddət ailəsi ilə məşğul olmaq üçün işindən ayrılacağını bildirib.

  • В Хачмазе машина повредила газовую линию: 860 абонентов остались без газа

    В Хачмазе неизвестный автомобиль повредил газовую линию, передает АПА.

    Из-за повреждения газовой линии Хачмаз-Ялама в селе Ялама произошел перерыв в газоснабжении 860 абонентов.

    В настоящее время ведутся ремонтно-восстановительные работы для восстановления подачи газа.

  • Zöhrab Mnatsakanyan: Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır

    Yaxın vaxtlarda Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

    Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

    Bildirilib ki, bu barədə Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan özü açıqlama verib.

    O, deyib ki, dəqiq tarix demək mümkün deyil, amma bununla bağlı dialoq davam edir.

    Mnatsakanyanın sözlərinə görə, ümumiyyətlə, bu il Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi olduqca dinamik olub və tərəflər bu prosesi dondurmaq niyyətində deyillər.

    Lakin dövlət başçıları səviyyəsində görüşlə əlaqədar olaraq Mnatsakanyan hər hansı məlumat verməyib.

    Qeyd edək ki, sonuncu dəfə Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan 20 iyun 2019-cu ildə Vaşinqtonda görüşmüşdülər.

  • Состоялась жеребьевка группового турнира Лиги чемпионов 2019/20

    Сегодня, 29 августа 2019 года, УЕФА провела жеребьевку группового этапа ЛЧ.

    Как передает Median.Az, 32 клуба были поделены на 8 групп по 4 команды в каждой. Группой “смерти” можно назвать группу F, в которой за первые две позиции, дающие право выходить в 1\8 финала, сразятся Барселона, Боруссия Д, Интер и Славия Прага.

    Группа A: ПСЖ, Реал Мадрид, Брюгге, Галатасарай

    Группа B: Бавария, Тоттенхэм, Олимпиакос, Црвена Звезда

    Группа C: Манчестер Сити, Шахтер, Динамо Загреб, Аталанта

    Группа D: Ювентус, Атлетико, Байер, Локомотив Москва

    Группа E: Ливерпуль, Наполи, Зальцбург, Генк

    Группа F: Барселона, Боруссия Д, Интер, Славия Прага

    Группа G: Зенит, Бенфика, Лион, РБ Лейпциг

    Группа H: Челси, Аякс, Валенсия, Лилль

  • “Qarabağ” ardıcıl 6-cı dəfə qrup mərhələsinə vəsiqə qazanıb

    “Qarabağ” komandası 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Azərbaycan təmsilçisi buna pley-off mərhələsində Şimali İrlandiya “Linfild”ini iki oyunun yekununda üstələyərək nail olub. Belfastdakı ilk matçda 2:3 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı cavab görüşündə qələbəyə nail olub – 2:1. Hesabı 6-cı dəqiqədə Xayme Romero açıb. 88-ci dəqiqədə Abdullah Zubir “Qarabağ”ın ikinci qolunu vurub.

    “Linfild” uzatma dəqiqələrində təsəlli qolunu vurub. İki oyunun yekununda topların fərqi bərabər olsa da, “Qarabağ” səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayıb.

    Qeyd edək ki, “Qarabağ” 6-cı dəfə avrokuboklarda qrupa yüksəlib. Bunların birində Azərbaycan klubu Çempionlar Liqasında çıxış edib.

  • UEFA ən yaxşı futbolçuları mükafatlandırıb

    UEFA 2018/2019 mövsümünün ən yaxşılarını mükafatlandırıb. Median.Az-ın məlumatına görə, mərasim Monakoda təşkil olunub.

    İngiltərə “Liverpul”unun qolkiperi Alisson Bekker ən yaxşı qapıçı, bu komandanın arxa xətt oyunçusu Vircil van Deyk ən yaxşı müdafiəçi, hazırda İspaniya “Barselona”sında çıxış edən Hollandiya “Ayaks”ının sabiq orta sahə oyunçusu Frenki De Yonq ən yaxşı yarımmüdafiəçi, “Barsa”nın forvardı Lionel Messi isə ən yaxşı hücumçu adına layiq görülüb.

    Van Deyk həm də ən yaxşı kişi futbolçu sayılıb. Hollandiyalı oyunçu Messi və İtaliya “Yuventus”unun hücumçusu Kriştianu Ronaldunu üstələyib.

    Fransa “Lion”unun ingiltərəli sağ cinah müdafiəçisi Lüsi Bronz isə ən yaxşı qadın futbolçu adını qazanıb.

    Bundan başqa Fransa millisinin sabiq futbolçusu Erik Kantona UEFA prezidenti Aleksander Çeferinin xüsusi mükafatını alıb.

  • 21 yaşlı bir uşaq anası intihar etdi

    Daşkəsəndə intihar hadisəsi baş verib.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.

    Orada yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil. A. Hüseynova bir uşaq anası olub.

    Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.