Month: August 2019

  • Ukraynanın yeni baş naziri bəlli oldu

    Ukraynanın yeni baş naziri təsdiqlənib.

    “RİA Novosti” xəbər verir ki, bu gün ölkənin Ali Radası təqdim olunmuş yeganə namizəd, Aleksey Qonçaruku səs çoxluğu ilə təsdiq edib.

    O, minimum 226 səs toplamalı olduğu halda, 290 deputatın səsini qazanıb.

    Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, Ukrayna Prezidentinin aparat rəhbərinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

  • “Карабах открыл счет в матче с “Линфилдом” – ОБНОВЛЕНО-2

    «Карабах» забивает быстрый гол в ворота «Линфилда»!

    Хайме Ромеро на 6-й минуте открыл счет в матче – 1:0!

    ***

    Матч «Карабах» – «Линфилд» начался.

    Как и ожидалось, Республиканский стадион имени Тофика Бахрамова не забит до отказа. На арене присутствуют не более 20 тысяч болельщиков.

    ***

    Сегодня азербайджанский футбольный клуб “Карабах” проведет ответный матч раунда плей-офф Лиги Европы.

    Как сообщает BAKU.WS подопечные Гурбана Гурбанова сыграют дома с североирландским клубом “Линфилд”. Матч начнется в 20:00 на стадионе “Тофик Бахрамов”.

    КАРАБАХ (Азербайджан) – ЛИНФИЛД (Северная Ирландия)

    Баку, стадион “Тофик Бахрамов”. Главный судья – Сергей Иванов (Россия). Первый матч – 2:3.

    Карабах: Вагнер, Аилтон, Рахиль Мамедов, Рашад Садыхов (к), Максим Медведев, Мичел, Хайме Ромеро, Махир Эмрели, Ричард Алмейда, Абделла Зубир, Магайе Гейе.

    Линфилд: Роан Фергюсон, Марк Стаффорд, Джимми Калахер, Бастьян Эри, Джэл Купер, Шейн Лейвери, Мэтью Кларк, Стивен Фэллон, Джейми Малгрю, Найал Куинн, Крис Кейсмент.

  • “Qarabağ” – “Linfild” oyunu başlayıb (YENİLƏNİR)

    UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçında “Qarabağ” Şimali İrlandiya təmsilçisi “Linfild”lə qarşılaşır.

    Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə azarkeşlər erkən qola şahidlik ediblər.

    “Qarabağ” 6-cı dəqiqədə hesabı açıb.

    Xayme Romero erkən qolla komandasını önə çıxarıb.

    ***

    Bu gün Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilir.

    Cavab matçlarına Bakıda start verilib.

    Aavrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da növbəti oyununa çıxıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ikinci dərəcəli klub turnirində qrupa düşmək üçün mübarizə aparır.

    Ağdam təmsilçisi bunun üçün Şimali İrlandiyanın ən titullu komandası olan “Linfild”i keçməlidir. Səfərdəki ilk görüşdə 2:3 hesabı ilə uduzan “Qarabağ” Belfastdakı məğlubiyyətin əvəzini çıxmalıdır.

    Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı matçda çempionumuz mütləq qalib gəlməlidir. Lakin təmsilçimizi mərhələ keçmək üçün 2 və ya daha çox top buraxmaqla minimal fərqli qələbə qane etmir.

    “Qarabağ” “Linfild” səddini adlaya bilsə, ardıcıl 6-cı dəfə avrokubokların qrupunda oynayacaq. Bununla da son 5 ildə dörd dəfə Avropa Liqası, bir dəfə Çempionlar Liqasının qrupuna düşən “Qarabağ” 2014-cü ildə başlayan seriyasını davam etdirəcək.

    Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında başladığı cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib.

    ***

    Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə üz-üzə gələcək “Qarabağ” və Şimali İrlandiyanın “Linfild” komandalarının start heyətləri açıqlanıb.

    Komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

    “Qarabağ”: 1. Vaqner Silva, 3. Ailton Silva, 4. Rahil Məmmədov 5. Maksim Medvedev, 8. Miçel Madeyra, 9. Xayme Romero, 11. Mahir Emreli 14. Rəşad Sadıqov (k) 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 99. Maqaye Qeye

    “Linfild”: 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kalleçer, 8. Bastyan Eri, 9. Cel Kuper, 14. Şeyn Leyveri, 16. Metyu Klark, 20. Stefan Fallon, 22. Ceymi Malqryu (k), 31. Nayal Kuinn, 47. Kris Keysment

    Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.

  • Şəkidə “Çingiz” kinoteatrı istifadəyə verildi

    Milli Qəhrəman, şəhid jurnalist Çingiz Mustafayevin adını daşıyan kinoteatr istifadəyə verilib.

    Median.Az xəbər verir ki, 20 ildən artıq müddətdə fəaliyyət göstərən kinoteatrın binası əsaslı təmirdən sonra Çingiz Mustafayevin doğum günündə yenidən tamaşaçıların ixtiyarına verilib.

    Kinoteatrın açılış mərasimində ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, xalq artistləri Cənnət Səlimova, Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi Ayaz Salayev, Şəki və ətraf rayonlardan olan mədəniyyət xadimləri, yerli ictimaiyyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

    Qeyd edək ki, istifadəyə verilən “Çingiz” kinoteatrı iki zaldan – VİP salon və 104 tamaşaçı sayı olan böyük zaldan ibarətdir. “Çingiz” kinoteatrında tamaşaçılar filmləri ən yüksək dublyaj və səs effektləri, keyfiyyətli görüntü ilə izləyə biləcəklər. “Çingiz”də kinoteatrdan başqa, rəsm qalereyası, muzey və müxtəlif dərnəklər də fəaliyyət göstərəcək.

  • Bərdədə bir nəfər toyda öldü

    Bərdədə bir nəfər toy mərasimində ölüb.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, rayonun Kətəlparaq kəndində yerləşən “Ağ saray” şadlıq evində baş verən hadisədə orta yaşlı kişi ürək tutmasından vəfat edib.

    Rayon sakini Ayaz Hüseynov toyda iştirak edən zaman qəfildən halı pisləşib.

    Onu təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В двух селах Агсу появился газ

    Сегодня в села Еникенд и Гяндахан Агсуинского района был подан природный газ.

    Как сообщили в Производственном объединении “Азеригаз” Госнефтекомпании Азербайджана (SOCAR), в оба села были проведены газопроводы различного диаметра общей протяженностью 2 389 метров, установлено 23 газовых счетчика.

    В Еникенде было газифицировано 15 домов, в Гяндахане – 8.

    Новые абоненты могут в любое время обратиться в исмаиллинский филиал Агсуинского регионального управления по эксплуатации газа, предъявив удостоверение личности и, получив платежную карту, пользоваться природным газом.

  • Kürdə batan şəxsin meyiti tapıldı

    40 yaşlı şəxsin Kürdən meyiti tapılıb.

    Median.Az-ın məlumatına görə, bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

    Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

  • Tərtərdə əl qumbarası partlayıb, ölən və yaralanan var – FOTO – VİDEO – YENİLƏNİB

    Tərtər rayonunda bədbəxt hadisə baş verib.

    Hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

    Əl qumbarasının partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən və yaralının şəxsiyyəti hələlik açıqlanmır.

    Faktla bağlı araşdırma aparılır.

  • 13 yaşlı qız qayadan yıxıldı

    Göygöl rayonunda bədbəxt hadisə baş verib.

    Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, hadisə Toğanlı kəndində qeydə alınıb. 2006-cı il təvəllüdlü Bakı şəhər sakini Məmmədova Aydan Şərəfxan qızı qayadan yıxılıb.

    Azyaşlı yaxınları tərəfindən ilk oıaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına ordan isə uşaq xəstəxanasına aparılıb.

    İlkin məlumatlara görə yaralının vəziyyəti orta ağırdır.

  • В Тертере взорвалась ручная граната, есть погибший и раненый – ФОТО

    В Тертерском районе произошел трагический случай.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, инцидент зафиксирован в селе Тезекенд.

    В результате взрыва ручной гранаты погиб один человек, другой получил различные травмы. Пострадавшего госпитализировали в Бардинскую центральную районную больницу.

    Имена погибшего и раненого пока не называются.

    По факту ведется расследование.