Month: August 2019

  • İranın saxladığı İraq tankeri qaçaqmal yanacağı ilə dolu olub

    Fars körfəzində, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən saxlanılan tankerin İraqa məxsus olduğu bilindi.

    “RİA Novosti” xəbər verir ki, İİKK tankerin Farsi adası yaxınlığında saxlanıldığını bildirir.

    Daha əvvəl İranın Fars körfəzində xarici ölkə gəmisini saxladığı barədə məlumat verilib.

    Qeyd olunur ki, gəmidə, ərəb ölkələri üçün nəzərdə tutulmuş 700 min litr qaçaqmal yanacağı olub.

  • Alp dağlarının təhlükəsi: ölənlərin sayı artmaqdadır

    İsveçrədə Dan Blanş zirvəsinə qalxarkən iki alman alpinisti ölüb.

    “RİA Novosti” xəbər verir ki, Dan Blanş zirvəsi 4357 metr yüksəklikdə yerləşir.

    Məlumata əsasən, hadisə şənbə günü səhər baş verib. Bildirilir ki, alpinistlər zirvəyə qalxan zaman yıxılıblar. Yıxılmanın şahidi olan digər alpinistlər xilasetmə xidmətlərinə xəbər veriblər.

    Hazırda hadisənin səbəbləri araşdırılır və ölənlərin kimliyi müəyyənləşdirilir.

    Hesablamalara görə, Alplarda ən çox bədbəxt hadisə yay fəslinə təsadüf edir – ayda orta hesabla 20 adam ölür.

    Bundan əvvəl, avqustun 1-də İngiltərədən olan 58 yaşlı turist Ştralhorn dağına qalxarkən həlak olub. Britaniyalı qadın Allalinxorn buzlağından keçərkən buzda yaranan çatlağa düşüb.

  • Moskva klubunun futbolçusu 22 yaşında öldü

    Moskvanın “Çertanovo” və Rusiya qadınlar millisinin üzvü Anastasiya Berezina ölüb.

    Bu barədə klubdan açıqlama verilib.

    Bildirilib ki, gənc futbolçu 22 yaşında ürəyinin dayanması səbəbindən vəfat edib.

    “Çertanovo” klubunun yetirməsi olan Berezina 11 ildir ki, bu klubun müxtəlif yaş qruplarından ibarət komandalarında çıxış edib.

    Rusiya gənclər millisi ilə meydana çıxdığı 15 oyunda isə 8 qol vurub.

  • İstirahətə getmişdi, əvvəlcə dərəyə, sonra da xəstəxanaya düşdü

    Göygöldə bədbəxt hadisə baş verib.

    Hadisə rayonun “Maralgöl” adlanan istirahət mərkəzində qeydə alınıb.

    Belə ki, 50 yaşlı Pünhan Dəmirov sözügedən ərazidə istirahət edərkən, ehtiyatsızlıqdan dərəyə düşüb.

    O, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirlib.

    P.Dəmirovun vəziyyətinin kafi olduğu bildirilir.
    /oxu.az/

  • Son aylarda ipoteka kreditləri niyə azalıb? – Ekspert aydınlıq gətirir

    Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən bu ilin iyun ayında İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına 6,9 milyon manat həcmində ipoteka krediti verilib.

    Bu, may ayı ilə müqayisədə 2,9 dəfə və ya 13,3 milyon manat azdır.

    Cari ilin yanvar-iyun aylarında banklar tərəfindən 100,7 milyon manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14,2% və ya 16,7 milyon manat azdır.

    İyunda Fond tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi əvvəlki aya nisbətən 33,6% və ya 7,1 milyon manat azalıb.

    İpoteka kreditlərinin həcminin azalmasını Oxu.Az-a şərh edən iqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, bu azalma yay mövsümü ilə əlaqədardır:

    “Reallıqda həm banklarda, həm də İpoteka və Kredit Zəmanət Fondunun özündə ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün kifayət qədər likvidlik var. Hətta banklar daha az riskli və əlavə gəlir gətirən kredit növü kimi ipoteka kreditlərinin həcmini artırmaqda çox maraqlıdırlar”.

    Onun sözlərinə görə, ümumilikdə ipoteka kreditlərinin həcminin əvvəlki illə müqayisədə artdığı müşahidə olunur:

    “Son ayda ipoteka kreditləşməsində nisbətən azalmanın mövsümlə əlaqədar olduğunu düşünürəm. Hər zaman yay mövsümündə əmlak bazarında aktivliyin azalması müşahidə olunub”.

    C.İbrahimli hesab edir ki, sentyabr ayından etibarən aktivlik bərpa olunacaq. Dövlət sektorunda əməkhaqlarının artırılması da ipoteka kreditlərinə tələbi yüksəldəcək.

    Xatırladaq ki, iyunda bankların verdiyi bir ipoteka kreditinin həcmi rekord göstəriciyə çatıb – bir borcalana orta hesabla 50 182,3 manat. Bu, fondun bütün fəaliyyəti ərzində, yəni 2006-cı ildən bəri ən yüksək göstəricidir.

  • “Sədərək”də malları yanan sahibkarların – SİYAHISI

    Ötən gün “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarların adı açıqlanıb.

    Hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, saat 16:30 radələrində başlayan yanğın “Sədərək” Ticarət Mərkəzində Bakı şəhər sakinləri 1970-ci il təvəllüdlü Ağa Ağali oğlu Abbasova məxsus parfümeriya, oyuncaq, 1985-ci il təvəllüdlü Rasim Arif oğlu Ələkbərova məxsus oyuncaq, yuyucu mayelər, 1984-cü il təvəllüdlü Xəyal Gülməmməd oğlu Söhbətova məxsus alışqan, onları doldurmaq üçün qaz balonları saxlanılan anbarda baş verib.

    Ümumilikdə sahəsi 2 min kv.m olan anbarın 300 kv.m-i yanıb.

    Hadisə nəticəsində Fövqalədə Hallar Nazirliyinin əməkdaşları Zeynalov Mirqaməd Nəsib oğlu – 35 yaş, Nəbiyev Vüsal Kərim oğlu – 33 yaş, Hüseynqulu Sənan Teymur oğlu – 26 yaş, Kərimov Anar Şamil oğlu – 34 yaş, Şahpələngov Cahid Tərlan oğlu – 30 yaş, Həsənli Ruslan Həsən oğlu – 25 yaş, Əmənov Elnur Əmrah oğlu – 24 yaş və 1993-cü il təvəllüdlü Yusif Natiq oğlu Aslanov tüstüdən zəhərlənib.

    Bundan başqa, ərazi üzrə rayon Polis İdarəsinin əməkdaşları olan 1993-cü il təvəllüdlü Namiq Natiq oğlu Daşdəmirov, 1993-cü il təvəllüdlü Hilal Mehman oğlu Hacızadə, 1989-cu il təvəllüdlü Xətai Xanış oğlu Məhəmmədov və 1986-cı il təvəllüdlü Tural Ramiz oğlu Abbasov tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə ilkin yerləşdiriliblər. FHN və DİN əməkdaşlarına ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb.

    Yanğının hansı səbəbdən başladığı araşdırılır.

  • В США требуют ужесточить контроль за оборотом оружия

    Спикер палаты представителей конгресса США Нэнси Пелоси призвала Cенат, который находится под контролем республиканцев, присоединиться к нижней палате законодательного органа Соединенных Штатов и положить конец насилию с применением огнестрельного оружия в стране.

    Об этом говорится в заявлении Пелоси, опубликованном на ее сайте после устроенной в штате Огайо в Дейтоне стрельбы.

    Спикер попросила сенат ужесточить контроль за оборотом оружия.

    Она отметила, что ни одна американская семья больше не должна страдать от боли и мучений из-за вооруженного насилия.

    «Сенат должен положить конец ужасу и кровопролитию. Хватит, значит, хватит», — подчеркнула Пелоси.

    За последние сутки в США произошли два инцидента со стрельбой. Один случился в Техасе, в результате которого погибли 20 человек и 26 были ранены. Затем другой мужчина открыл стрельбу в штате Огайо, из-за которой девять человек погибли и 27 пострадали.

  • Глава банка HSBC ушел в отставку

    Британский банк HSBC объявил в понедельник об отставке генерального директора Джона Флинта.

    Как передаёт Median.Az со ссылкой на РБК, отставка произошла «по взаимной договоренности с советом директоров».

    В настоящее время, сказано в сообщении, правление инициировало процесс поиска нового руководителя организации. Рассматриваться будут как внутренние так и внешние кандидаты.

    Флинт проработал в HSBC почти 30 лет. Должность гендиректора занимал с октября 2017 года.

    Банк HSBC — один из крупнейших международных банков со штаб-квартирой в Лондоне. Банк имеет множество филиалов в разных странах мира.

  • Narkotiklərlə əlaqədar 4 nəfər saxlanılıb

    Median.Az xəbər ki, Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini İ.Atayevdən 455 qram marixuana götürülüb.

    Bundan başqa, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini C.Fərzəliyevin şəhər ərazisində kirayədə yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu aşkar edilib.

    Ağstafa RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Cəfərovdan 473 qram marixuana götürülüb.

    Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yuxarı Axtaçı kənd sakini İ.Əhmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 2 ədəd çətənə kolu, yaşadığı evə baxış zamanı müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi aşkar edilib.

    Faktlarla bağlı araşdırmalar aparılır.

  • Tanınmış jurnalist “Araz” marketlər şəbəkəsini biabır etdi: Ayıbdır, utanın! – FOTO

    Otuz dəqiqə əvvəl “Araz” marketlər şəbəkəsinin 9-cu mikrorayon filialından bu pendiri almışam. Artıq üçüncü dəfədir ki, belə kiflənmiş çıxır. Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış jurnalist Səbuhi Sədəf (Məmmədli) öz “Facebook” hesabında yazıb.

    “Bir dəfə “İvanovka” çörəyi kiflənmiş çıxmışdı, bir dəfə kolbasa, indi də bu pendir. Qabdakı guya Rusiya istehsalı olan (qiyməti 17 AZN) kolbasanı da yeməyə qorxuram. Lift işləmir. Bu, o deməkdir ki, mən bu gecə ac qalacağam. Çünki ürəyim 30 dəqiqə ərzində ikinci dəfə 9 mərtəbə qalxmağa imkan verməz.
    Ayıbdır, utanın! Maddi ziyanınız gərək deyil, şəkər xəstəsi olan birini ac qoymağınızı, bağışlamayacağam”, – deyə Səbuhi Sədəf bildirib.

    Qeyd edək ki, bu, sözügedən şəbəkə ilə bağlı ilk narazılıq faktı deyil.