Month: August 2019

  • “WhatsApp” və “İnstagram”ın adları dəyişdiriləcək

    “WhatsApp” və “İnstagram” tətbiqetmələrin adına “Facebook-dan” sözü əlavə ediləcək. Median.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “The Information” nəşri məlumat yayıb.

    Qeyd olunub ki, dəyişdirilən adlar Google Play Store və App Store mobil dükanlarında göstəriləcək. Bundan əlavə, yenilənmiş adlar bu iki tətbiqin içərisində də görünəcək.

    Lakin mobil cihazların ekranlarında tətbiqlərin adları eyni qalacaq.

    “Facebook” sözçüsü Berti Tomsonun sözlərinə görə, bu cür yeniliklər tətbiqetmələrin şirkətə mənsub olduğunu göstərəcək.

  • Instagram и WhatsApp переименуют

    В название приложений WhatsApp и Instagram добавят уточнение «от Facebook». Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает издание The Information.

    Как отмечается, измененные названия будут показываться в магазинах приложений Apple и Google Play. Кроме того, обновленные названия будут видны внутри этих двух приложений.

    Причем, как уточняется, на экранах мобильных устройств названия приложений останутся прежними.

    По словам пресс-секретаря Facebook Берти Томсона, подобные нововведения позволят указать на принадлежность приложений к компании.

  • Nihat Məmmədli güləş üzrə dünya çempionu olub

    Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.

    Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, beşinci yarış günündə üç yunan-Roma güləşçimiz mübarizə aparıb. Mübarizəyə 1/8 finaldan qoşulan Ziya Babaşov əvvəlcə yerli güləşçini məyus edib. 1/4 finalda Cənubi Afrika təmsilçisinə də göz açmağa imkan verməyən Babaşov yarımfinala yüksəlib.

    Bu mərhələdə hindistanlı rəqibinə də gücünü göstərən Ziya adını finala yazdırıb. Babaşov avqustun 3-də həlledici görüşə çıxıb. İranlı güləşçiylə qarşılaşmada son dəqiqədə üstünlüyü əldən verən Ziya gümüş medalı boynundan asıb.

    Nihat Məmmədli debütdə ilk hissədə ukraynalı rəqibinə qalib gəlib. Avropa çempionu daha sonra Türkiyə pəhləvanından güclü olub. Belarus güləşçisini də vaxtından əvvəl üstələyək Nihat yarımfinala vəsiqə qazanıb. Məmmədlinin qarşısında Özbəkistan güləşçisi də duruş gətirməyib və həmyerlimiz finala adlayıb. Həlledici qarşılaşmada Hindistan təmsilçisinə tam üstünlüklə qalib gələn Nihat dünya çempionu olub.

    Xasay Həsənli təsnifat mərhələsində Yunanıstan təmsilçisi qarşısında çətinlik çəkməyib. Xasay növbəti görüşdə Estoniya idmançısına heç bir şans tanımayıb. Ancaq Həsənli 1/4 finalda iranlı həmkarına minimal fərqlə uduzub.

    48 kq
    1/8 final – Ziya Babaşov – İvan Krasimirov Kostov (BUL) 10:2
    1/4 final – Ziya Babaşov – Riehan Botha (RSA) 8:0
    1/2 final – Ziya Babaşov – Rupin Rupin (İND) 4:1
    FİNAL – Ziya Babaşov – Əmirrza Məhəmmədrza Dehbozorqi (İRİ) 1:3

    55 kq
    Təsnifat – Nihat Məmmədli – Eduard Strilçuk (UKR) 9:0
    1/8 final – Nihat Məmmədli – Seyitcan Beytekin (TUR) 10:6
    1/4 final – Nihat Məmmədli – Arsen Yanovski (BLR) 8:0
    1/2 final – Nihat Məmmədli – Abror Atabaev (UZB) 7:0
    FİNAL – Nihat Məmmədli – Pravin Panduranq Patil (İND) 9:0

    65 kq
    Təsnifat – Xasay Həsənli – Evangelos Fotios Bukis (GRE) 9:0
    1/8 final – Xasay Həsənli – Remo Oyaste (EST) 8:0
    1/4 final – Xasay Həsənli – Höcət Həsən Rezai (İRİ) 2:3

  • ÜST: Azərbaycanda uşaqların 95 faizindən çoxu peyvənd olunur

    “Azərbaycanda yoluxucu xəstəliklər getdikcə azalır. Çünki bu xəstəliklər üzrə yoxlanışlar yaxşı səviyyədədir. Əvvəllər həm körpələrdə, həm daha yuxarı yaş qrupuna aid uşaqlarda yoluxucu xəstəliklərə tutulma və bu xəstəliklərdən ölüm halları çox idi”.

    Bunu APA-ya açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, hazırda 30 yaşdan yuxarı insanlarda yoluxucu olmayan xəstəliklərdən ölüm halları daha yüksəkdir.

    “Bütün uşaqlarda tənəffüs yolu ilə bağlı xəstəliklərə daha çox rast gəlinir. Azərbaycanda da vəziyyət digər ölkələrdə olduğu kimidir. Azərbaycanda vərəmə qarşı mübarizə sahəsində çox vacib addımlar atılıb. Amma hələ də vərəm xəstəliyi ilə bağlı istifadə olunan müalicə üsulları, dərmanlara diqqət etməli və həmin xəstələr nəzarətdə olmalıdır. Burada vərəmdən başqa geniş yayılan yoluxucu xəstəlik yoxdur. Məsələn, malyariya ilə bağlı uğurlar qazanılıb. ÜST hazırlıqlar görür, yaxın zamanlarda Azərbaycanı malyaridan azad olmuş bölgə kimi elan etməyi düşünür. Çünki uzun illərdir, Azərbaycanda malyariya xəstəliyi yoxdur”.

    H.Harmancı qeyd edib ki, yoluxucu xəstəliklərlə mübarizədə uğur qazanmanın ən əsası peyvəndlərdir:

    “Azərbaycanda 95 faizdən çox uşaq düzgün şəkildə peyvənd olunur. Təxminən 10 ildir ki, vəziyyət belədir. Avropanın bir çox ölkələrində qızılca xəstəliyinə tutulanlar və bu xəstəlikdən ölənlər çox olur. Azərbaycanda isə çox ölüm hal qeydə alınmayıb. Çünki Azərbaycanda peyvəndləmə işləri çox yaxşı aparılır. Amma peyvəndləməyə hər zaman riayət etməyimiz lazımdır. Bunlardan geri qalsaq, yoluxucu xəstəliklər yenə ortaya çıxar”.

    H. Harmancının sözlərinə görə, dünyada qan şəkəri, qan təzyiqi, artıq çəki, ağciyər xərçəngi çox yaılmış xəstəliklərdir və bunlar yoluxucu olmayan xəstəliklər kimi qruplaşdırılır:

    “Azərbaycan bu xəstəliklərlə bağlı mütləq nələrsə etməlidir. Çünki artıq çəki problemi var, kişilər arasında siqaret çəkənlərin sayı artır. Azərbaycanda siqaret çəkən kişilər 40-45 faiz ətrafındadır. Bu da birbaşa ağciyər xərçəngi ilə əlaqədardır. Qan təzyiqi nəzarət altında deyil, idarə edilməsi lazımdır. Yüksək qan təzyiqi olan, həmçinin şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı da artır. Bu xəstəliklərin qarşısının alınması üçün ilkin səhiyyə xidmətlərinin qüvvətləndirilməsi çox vacibdir. Çünki insanların ən yaxınında olan ilkin səhiyyə xidmətləridir.

    Birinci, ilkin səhiyyə xidmətindəki həkimlərin, tibb bacılarının bilik və bacarıqlarının artırılması lazımdır. Bu xəstəliklərin idarə olunması ilə bağlı onlara səlahiyyət verilməlidir. Ondan sonra daim monitorinq aparılacaq ki, bu xidmətlər düzgün aparılırmı və vəziyyət necədir. Məsələn, hər hansı bölgədə 5000 min insan arasında 30 yaşdan yuxarı olanların neçəsində qan təzyiqi yüksəkdirsə, onların sayı bilinməli və həmin xəstələr nəzarətdə saxlanmalıdır”, – deyə o əlavə edib.

  • СМИ: на базе ВВС Сирии произошел взрыв

    Взрыв произошел в субботу на базе сирийских ВВС в Шайрате (провинция Хомс) во время транспортировки боеприпасов. Как передаёт Report со ссылкой на ТАСС, об этом сообщило агентство SANA. По его информации, в результате несколько человек погибли.

    По предварительным данным, взрыв прогремел из-за некой “технической ошибки”, совершенной при перемещении боеприпасов с истекшим сроком хранения. Число жертв не уточняется.

    В то же время телеканал Al Arabiya со ссылкой на данные правозащитников сообщает о как минимум 12 погибших военнослужащих. Официально эта информация не подтверждена.

  • Dənizdə boğulan iki nəfərin həyatı xilas edilib

    Sumqayıtda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Sumqayıtın Corat qəsəbəsindəki çimərlik ərazidə 2 nəfər batmaq təhlükəsi ilə üzləşib.

    Dərhal əraziyə cəlb edilən xilasedicilər tərəfindən həmin şəxslər xilas edilib.
    Sudan çıxarılan şəxslərin 2001-ci il təvəllüdlü Babək Qəsəbov və 2003-cü il təvəllüdlü Samirə Kərimova olduğu müəyyənləşib.

    Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

  • В Лянкяране обнаружена ручная граната

    3 августа из Государственной пограничной службы (ГПС) в Национальное Агентство по разминированию территорий Азербайджана (ANAMA) поступило сообщение об обнаружении 1 ручной гранаты на территории поселка Лиман города Лянкяран.

    Как сообщили АПА в агентстве, специальная мобильная оперативная группа агентства быстрого реагирования и сотрудники ГПС были немедленно направлены на территорию.

    Экспертами агентства и сотрудниками ГПС был проведен совместный осмотр морского побережья вышеупомянутой территории.

    В результате неотложных оперативно-розыскных мероприятий, проведенных специалистами Агентства, была обнаружена 1 ручная граната Ф-1. Она была доставлена на Центральный полигон Агентства для обезвреживания.

    Был проведен наземной осмотр 200 кв.м территории вокруг ручной гранаты, опасных предметов и устройств обнаружено не было.

  • Bakıda yol qəzası baş verib, prospektdə tıxac yaranıb – FOTO

    Bakının Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektinin kəsişməsində (Olimpiya stadionunun yanı) yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın məlumatına görə, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

    Məlumata görə, hazırda qəza baş verən istiqamətdə sıxlıq müşahidə olunur.

  • Daşkəsəndə 27 yaşlı gənc özünü bıçaqlayıb – YENİLƏNİB

    Daşkəsən şəhərində bıçaq xəsarəti alan şəxsin kimliyi məlum olub. Median.Az-ın report-a istinadən məlumatına görə, bu 1992-ci il təvəllüdlü rayon sakini, Babək Alıyevdir.

    Qarın və döş qəfəsindən bıçaq xəsarətləri alan gənc əməliyyat olunub, vəziyyəti kafidir.

    27 yaşlı gəncin hələki məlum olmayan səbəblərdən özü-özünə bıçaqla xəsarət yetirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

    ***

    Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Daşkəsən şəhərində qeydə alınıb. Bıçaq xəsarətləri alan gənc oğlan Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

    Hazırda hadisənin baş vermə səbəbləri və xəsarət alan şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

  • В Сумгайыте столкнулись два автомобиля, пострадали 5 человек

    В Сумгайыте произошло ДТП.

    Как передает Median.Az со ссылкой на АПА, на автомобильной дороге Сумгайыт – поселок Гаджи Зейналабдин на территории Сумгайытского технологического парка столкнулись два автомобиля. 5 человек получил травмы различной степени тяжести.

    Пострадавшие были доставлены в Сумгайытскую больницу скорой помощи.

    По факту ведется расследование.