Month: August 2019

  • Ata 11 yaşlı “qızını” yataq otağına saldı və dəfələrlə təcavüz etdi – Azərbaycanda İYRƏNC HADİSƏ

    Gəncədə zorlama, seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mətləb Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az Publika.az-a istinadən xəbər verir ki, Mətləb Əsədov yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində kirayə yaşadıqları evdə ögey qızı Səbinə Məmmədova (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) ilə bir neçə il intim əlaqədə olub.

    Əvvəl belini masaj etdirdi, sonra isə…

    Belə ki, o, ilk dəfə qızı ilə 2013-cü il dekabrın 30-da, gecə saatlarında intim əlaqəyə girib. Həmin gün Mətləb Əsədovun arvadı Səidə kirayə yaşadıqları evdə olmayıb.

    Arvadının Qazax rayonuna getməsindən istifadə edən Mətləb Əsədov 2002-ci il təvəllüdlü Səbinə Məmmədovaya belini masaj etdirmək adı ilə onu öz yataq otağına çağırıb. Mətləb Əsədov ögey qızına ilk olaraq belini masaj etdirib.

    Ögey qızına təcavüz etdi

    Daha sonra Mətləb Əsədov qəflətən Səbinə Məmmədovaya zor tətbiq edərək əynindəki şalvarını çıxarıb, sonra onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Mətləb Əsədov intim əlaqədə olandan sonra qızına bu barədə heç kimə bir söz deməməsini tapşırıb. Həmin vaxt 11 yaşı olan qız da heç kimə bir söz deməyib.

    Daha sonra Mətləb Əsədov iki il Səbinəyə qarşı heç bir iyrənc hərəkət etməyib. Amma o, 2015-ci ilin iyulun 25-də yenidən Səbinəyə qarşı çirkin əməlini həyata keçirib.

    Yataqda cinsi əlaqə

    2015-ci ilin iyulun 25-də Mətləb Əsədovun arvadı yenidən Qazax rayonuna gedib, Səbinə isə atalığı ilə Gəncə şəhərində yaşadıqları kirayə evdə yenidən tək qalmalı olub.

    Həmin günün gecəsi Mətləb Əsədov ögey qızını yenidə belini masaj etməsini üçün yatdığı otağa çağırıb. Əvvəlcə qıza belini masaj etdirən atalıq sonradan ona qarşı fiziki zorakılıq göstərib, onunla zorla qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Hədə-qorxu

    Bu dəfə həddi-buluğa çatan qızın susması üçün Mətləb Əsədov hədə-qorxu gəlməyə başlayıb. O, bu hadisəni heç kimə danışmamasını tapşırıb, əks halda həm qızı, həm də anasını öldürməklə hədələyib.

    Qorxuya düşən 14 yaşlı qız atalığı tərəfindən başına gətirilən iyrənc olayla bağlı heç kimə bir söz deməyib. Qızın susmasından istifadə edən Mətləb Əsədov növbəti vaxtlarda dəfələrlə Səbinə ilə intim əlaqədə olub.

    İki ildən sonra yenidən iyrənc əməl

    Belə ki, Mətləb Əsədov 2015-ci ilin dekabrın 30-da evdə tək olduqları zaman Səbinəni yenidən yataq otağına çağırıb, onunla cinsi əlaqədə olmağı təklif edib.

    Amma Səbinə onun bu təklifindən qəti şəkildə imtina edib. Buna baxmayaraq Mətləb Əsədov zorakılıq göstərməklə Səbinə ilə növbəti dəfə yenidən qeyri-təbii yolla cinsi əlaqədə olub.

    Növbəti günlərdə Səbinə ilə bir neçə dəfə intim əlaqədə olan Mətləb Əsədov sonuncu dəfə onunla 2017-ci ilin avqustun 31-də intim əlaqəyə girib.

    Atalığın sonuncu iyrənc əməli

    Həmin gün evdə tək olan Mətləb Əsədov Səbinəni belini masaj etdirmək adı ilə yatdığı otağa çağırıb. Ancaq Səbinə onun sözünə əhəmiyyət verməyib, həmin otağa gəlməyib.

    Bundan əsəbiləşən Mətləb Əsədov yarıçılpaq vəziyyətdə yataq otağından çıxıb və Səbinənin olduğu otağa gəlib. O, Səbinənin əl-qolundan tutaraq zorla yataq otağına aparıb.

    Orada Səbinənin zorla soyundurub və yenidən onunla qeyri təbii-yolla cinsi əlaqədə olub. Bu hadisədən sonra Səbinə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında Mətləb Əsədov saxlanılıb.

    İstintaq orqanı tərəfindən Mətləb Əsədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

    Ciddi rejim, 11 il cəza

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mətləb Əsədov 11 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

    Bu hökmdən narazı qalan Mətləb Əsədov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, ögey qızı tərəfindən şərləndiyini göstərib.

    Mətləb Əsədovun şikayətinə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, onun şikayəti təmin olunmayıb.

    Məhkum niyə şikayətini geri götürdü?

    Bu qərardan narazı qalan Mətləb Əsədov kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

    Şikayətin araşdırılması hakim Əli Seyfəliyevin icraatına verilib. Hakim kasasiya şikayətin araşdıran zaman Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Mətləb Əsədovun məhkəməyə ərizəsi daxil olub.

    Ciddi rejimli cəza çəkmə müəssisəsində saxlanılan məhkum şikayətini geri götürdüyünü ərizəsində qeyd edib. Hakim onun ərizəsinin təmin edilməsi barədə qərar çıxarıb.

    Qərara əsasən, Mətləb Əsədovun kasasiya şikayəti baxılmamış saxlanılıb.

  • Müğənninin qohumu psixoloqu aldadıb? – 200 minlik skandal

    Tanınmış psixoloq Gülnar Orucova müğənni Gülay Zeynallının xalası qızı Aynurə Quliyeva tərəfindən aldadılıb.

    Median.Az xəbər verir ki, bu barədə Kult.az-a psixoloq Gülnar Orucova deyib. O bildirib ki, “Nuray Turizm” və “Nuray İnşaat” şirkətinin rəhbəri Aynurə Quliyeva Antalyaya səyahət paketi üçün ondan və rəfiqəsindən pul alsa da, nə səyahəti təşkil edib, nə də pulu qaytarıb:

    “İyulun 22-si saat 15.00 radələrində Biləcəridə məndən 1360 manat pul aldı. Aynurə Quliyeva ilə əvvəllər də yaxın münasibətimiz olduğu üçün tur paketinin ödənişi üçün hansısa bir sənəd imzalamadıq. Lakin Votsapda bununla bağlı danışıqlarımız var. Rəfiqəm də mənimlə birgə getmək istədiyi üçün o da A.Quliyevanın balansına 1360 manat pul köçürüb. O, pulları bizdən alsa da, Antalyaya səfərimiz üçün bilet və otelə lazım olan ödənişi etmədi. Hər gün müxtəlif bəhanələrlə vaxt qazanmağa çalışırdı və bizi arxayın salırdı ki, pulun qaytarılması üçün Gülay Zeynallı ona yardım edəcək. Dəfələrlə Aynurə Quliyevaya müraciət etsəm də, avqustun 9-da rəfiqəmlə birgə ona verdiyim 2720 manat puldan cəmi 300 manat mənə, 100 manat da rəfiqəmə qaytarıb, pulun qalan hissəsini isə qaytarmır”.

    Gülnar Orucova onu da bildirib ki, Aynurə Quliyeva sahibi olduğu 2 şirkətin adından istifadə edərək, bir neçə nəfəri aldadıb və onlardan ümumilikdə 200 min manata yaxın pul alıb:

    “Biz araşdırdıqdan sonra məlum oldu ki, bu xanım digər şəxsləri də aldadıb və 200 minə yaxın borcu var. Aldatdığı şəxslər də onu polis bölməsinə şikayət ediblər. Bizə olan borcunun qaytarılması üçün Binəqədi rayonu Biləcəri qəsəbəsindəki 6-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət etsək də, hələ ki, bir xəbər yoxdur və Aynurə Quliyeva azadlıqdadır”.

    Saytımıza açıqlama verən “Nuray Turizm” şirkətinin rəhbəri Aynurə Quliyeva isə vurğulayıb ki, şirkətdə yaranan bəzi problemlər səbəbindən sözügedən şəxslərin səyahəti və ya pulunun geri qaytarılması təmin edilməyib:

    “Şirkətimizdə bəzi böyük problemlər yaranıb. Mən sentyabrın 25-nə kimi vaxt istəmişəm, o vaxta qədər Gülnar Orucova və rəfiqəsinin pulu qaytarılacaq. Mənim 200 minə yaxın borcumun olmasının heç kimə aidiyyəti yoxdur. Rəqəmlər şişirdilib və borcum işimlə əlaqədardır”.

  • Oğurluq edən şəxslər tutuldu

    Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən avqustun 24-nə keçən gecə rayon ərazisindəki kafelərin birindən qapını sındırmaq yolu ilə 70 manat pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıblar.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bundan başqa Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 585 manat pul oğurlamaqda sübhəli bilinən Bakı şəhər sakini A.Həsənov saxlanılıb.//ölkə.az

  • 16 yaşlı yeniyetmə Nobel mükafatına NAMİZƏD OLDU

    İsveçrəli 16 yaşı ekoaktivist Qreta Tunberq Nobel mükafatına namizədliyi irli sürülüb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı Qreta bu mükafata ətraf mühitin qorunması istiqamətində mübarizə apardığına görə namizəd göstərilib.

    O avqustun 28-də Malizia II yaxtası ilə Nyu-Yorka səfər edib.

    “Ətraf mühitin mühafizəsi ilə mübarizə elə bir mübarizədir ki, sərhəd tanımır, o bütün kontingentə yayılır. Ətraf mühiti müdafiə edən bütün insanlara təşəkkür edirəm. İqlim böhranı – bu gün insanlığın üzləşdiyi ən dəhşətli problemdir.

    Ona görə də bu problemə görə hamımız bir araya gəlməliyik”-Qreta Tunberq Nyu-Yorkda görüş zamanı deyib. Qreta Nyu-Yorkda BMT-ni mənzil qərargahında ekoaktivistlərə bir araya gələcək.

  • Novruz Məmmədov hökuməti topladı: Nazir və komitə sədrləri məruzə etdi

    Avqustun 29-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib.

    AZƏRTAC xəbər verir ki, iclası açan Baş Nazir Novruz Məmmədov gündəlik barədə məlumat verib. Bildirib ki, iclasda “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu ilin 6 ayı ərzində fəaliyyətinin ümumi nəticələri, gömrük işinin sadələşdirilməsi ilə bağlı görülməli olan tədbirlər haqqında” və “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələlər müzakirə olunacaq.

    Baş Nazir bu gün Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, şəffaf vergi sisteminin formalaşması kimi məsələlərin Prezident İlham Əliyev tərəfindən qarşıya vəzifə kimi qoyulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, 2018-2019-cu illərdə gömrük və vergi sistemində aparılan islahatlar nəticəsində məmur-sahibkar təmasları xeyli azalıb, şəffaflıq və büdcəyə daxilolmalar əhəmiyyətli dərəcədə artırılıb. “Cari ilin 6 ayı ərzində Dövlət Gömrük Komitəsi illik büdcə daxilolmaları üzrə proqnoz göstəricilərini tam həcmdə yerinə yetirib və ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 446 milyon manatdan çox əlavə vəsait köçürüb”, – deyən Baş Nazir bildirib ki, müsbət nəticələrlə yanaşı, gömrük işi sahəsində meydana gələn və həlli vacib olan bir sıra məsələlər də qalmaqdadır. Həmin məsələlərin həlli üçün müvafiq tədbirlər görülməli, bu vacib sahənin daha da inkişaf etdirilməsi istiqamətində işlər ardıcıl davam etdirilməli, gömrük prosedurları şəffaf şəraitdə daha da sadələşdirilməli və tranzit keçidi sürətləndirilməlidir. Baş Nazir Novruz Məmmədov, həmçinin əlavə edib ki, elektron xidmətlərin sayının artırılması sahibkar-məmur təmaslarının azalmasına, şəffaf və səmərəli olmasına daha da töhfə verəcək.

    “Azərbaycan Respublikasında dövlət mühafizəsi altında olan daşınmaz tarix və mədəniyyət abidələrinin qorunma vəziyyəti, bu istiqamətdə qarşıda duran vəzifələr və görülməli tədbirlər haqqında” məsələyə toxunan Baş Nazir vurğulayıb ki, Azərbaycan xalqının milli mədəni irsinin qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir. Bu qayğının təzahürü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda öz əksini tapıb. “2007-2019-cu illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu hesabına 42 daşınmaz tarix və mədəniyyət abidəsində bərpa, konservasiya və yenidənqurma işləri aparılıb, abidələrin ətrafında geniş abadlıq işləri görülüb. 154 tarixi əhəmiyyətli ərazi və abidədə arxeoloji qazıntı işləri aparılıb, elmi tədqiqatların nəticələri barədə kitab və məqalələr nəşr edilib, arxeoloji materiallar tədqiq olunduqdan sonra xüsusi fond və muzeylərə təhvil verilib”, – deyə Novruz Məmmədov əlavə edib. Baş Nazir mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə abidələrin bərpasında Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd edib.

    Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Vergilər naziri Mikayıl Cabbarovun, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin gündəlikdəki məsələlərlə bağlı məruzələri dinlənilib.

    İclasda mövzularla bağlı çıxışlar olub, müxtəlif təkliflər səsləndirilib.

    İclasa yekun vuran Baş Nazir Novruz Məmmədov müzakirə olunan məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

  • Gənc gəlinlər evdən niyə qaçır? – SƏBƏBLƏRİ SADALANIR

    “Elə bir qadın yoxdur ki, rahat, isti, sevgi dolu ocağını qoyub qaçsın”.

    Median.Az bildirir ki, bu sözləri Lent.az-a Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. O bildirib ki, ailə quran hər bir qadın xəyalında qurduğu rəngarəng həyat tablosu, məhəbbət dolu münasibət, ona veriləcək dəyərlər alt-üst olanda, çarəsiz qalanda, dərdini deyəcək olmayanda, hədə-qorxulardan, öldürülməkdən qorxanda bu qərarı verə bilər:

    “Bəzən televiziyalarda, sosial şəbəkələrdə, seriallarda gördüyü xanımların həyatlarına qibtə hissi, onlar kimi azad, təminatlı yaşamaq həvəsi bu addımı atmağa vadar edir. Bundan başqa, erkən nikaha cəlb edilən, sevginin nə olduğunu bilməyən, lakin illər sonra kimdənsə xoş rəftar görən, bunu sevgi hissi ilə qarışıq salan, onun bədbəxtliyinə bais olan insanlara nifrət hissi, həmçinin məşəqqətli həyat sürən, qaynana, baldız, qayın tərəfindən daima zorakılığa məruz qalan xanım da bu addımı ata bilər”.

    Z.Mustafayeva qeyd edib ki, hazırda anti-təbliğatın qurbanı olan xanımlar çoxdur:

    “Çox vaxt asan qazanc mənbəyi sayılan gəlin və qızları yalançı vədlərlə tora salaraq onların həyatlarını məhv edənlər, zəif bəndləri çox asanlıqla tapıb, öz iyrənc niyyətlərini həyata keçirənlərin də sayı kifayət qədərdir. Əxlaqsızlıq yuvalarında fəaliyyət göstərən xanımların sayı günü-gündən artmaqdadır, onların əksəriyyəti belə tora düşən xanımlardır.

    Bildirim ki, fahişəliyə cəlbetmə insan alveri sayılır və bu işlə məşğul olanlar mütləq məsuliyyətə cəlb olunmalıdırlar. Bəzən məsuliyyətsiz xanımlara da rast gəlirik ki, onlar azad, təminatlı, eyş-işrətli gün keçirirlər. Bu zaman uşaqlar əziyyət çəkirlər, psixoloji travma alırlar və atılmış, kimsəsiz, zorakılığa məruz qalmış uşaqların əksəriyyəti belə ailələrdəndir”.

    Birlik sədri deyib ki, ailə sevgi üzərində qurulmalıdır:

    “Valideynlər övladlarına mənəvi dəyərləri aşılamalıdırlar. Qızlar və gəlinlər müğənnilərə, rəqqasələrə özlərini bənzətməməlidirlər. İstər kişinin, istərsə də qadının etdiyi xəyanət bağışlanan deyil. Onlar hansısa addımı atanda övladlarının gələcəyini, valideynlərini, yaxınlarını düşünməlidirlər. Qadın ləkəsiz olmalıdır, hansısa addımı atanda bilməlidir ki, daha geriyə yol yoxdur və onu qabaqda hansı çətinliklər gözləyir.

    Rayon və şəhərlərin demək olar ki, hər birində Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin yardım mərkəzləri fəaliyyət göstərir. Zorakılığa məruz qalmış, çarəsiz, ailədə problemi olan xanımlar bu mərkəzlərə müraciət edərək, sosial, psixoloji, hüquqi və s. yardımlar ala bilərlər”.

    Mövzu ilə bağlı danışan psixoloq Sevinc Baxışova isə bildirib ki, hazırda bu cür hadisələr çox yaşanır:

    “Səbəbdən asılı olmayaraq problem ailədən başlayır, amma bir ailənin problemi olaraq qalmır, cəmiyyətin bəlasına çevrilir. Demək olar ki, hər gün eşidirik, ana uşağı ilə itkin düşüb, yaxud uşağını atıb gedib, azyaşlı qız evdən qaçıb, hansısa gəlin kiməsə qoşulub qaçıb. Bunlar quru informasiya kimi xəbər formasında verilsə də, əslində hər birinin arxasında ailə münaqişəsi, ailə faciəsi dayanır.

    Ailəli qadınların evdən qaçmaları ciddi psixoloji problemlərdən qaynaqlanır. Hamımız onları qınaq obyektinə çeviririk, amma başa düşməliyik ki, baş verən hər hadisənin dərin psixoloji özəllikləri var. Qadınların, gəlinlərin evdən qaçaq düşmələrinin səbəblərindən biri də erkən nikahlardır. Bu nikahlar onların gözləntilərini doğrultmur və ailədaxili münaqişələrə, dözülməz şəraitə və başqa səbəblərə görə evdən qaçmağı, bu problemləri müstəqil idarə də biləcəklərini hesab edirlər”.

    S.Baxışova əlavə edib ki, bəzən ailədə problemlə üzləşənlər müstəqil yaşamaq, həyatlarını yenidən qurmaq üçün evdən qaçırlar:

    “Qadın psixologiyası çox möhkəm olur, onlar tez-tez depressiv vəziyyətlərə düşsə də, çox zaman çalışırlar ki, sınmasınlar. Bu isə müəyyən bir həddə qədər davam edir. Arzuları həyata keçməyən, xəyalları yarımçıq qalan qadınlar evdən qaçaq düşürlər. Çox təəssüf ki, onlar çıxış yollarını evdən qaçmaqda görürlər. Ancaq demək olar ki, onların əksəriyyəti buna görə peşiman yaşayırlar, çünki problemin həlli yolunda yanılırlar. Onlar baxdıqları serialların, virtual aləmin təsirinə məruz qalırlar.

    Çox təəssüf ki, virtual aləmdən gələn təhlükələrin artdığını gördüyümüz halda susuruq. Təbliğat, maarifləndirmə aparmırıq. Hamı problemləri görür, amma heç kim tədbirlər haqqında düşünmür”.

    Xatırladaq ki, avqustun 4-də 28 yaşlı Nərgiz Qasımova azyaşlı uşaqları, 8 yaşlı Günel Qasımova və 6 yaşlı Elgün Qasımov ilə birlikdə Qazax rayonu, Ağköynək kəndindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    Dünən isə onlar Bakı şəhərində tapılıblar. Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib.

    Bundan başqa, avqustun 22-də də Astara rayonu, Məscidməhəllə kənd sakini Hənifəyeva İradə Nəbi qızı Astara rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək qızı, 28 yaşlı Aytən Hənifəyevanın övladları ilə birgə yaşadığı evdən çıxıb getdiyini və bir daha geri dönmədiyini bildirib.

    Hazırda faktla bağlı Astara rayon Polis Şöbəsində araşdırma aparılır.

  • “İçki içmirəm, amma çəkirəm, həvəskarıyam” – Bakıda reyd zamanı saxlanılan narkoman SÜRÜCÜ – VİDEO – FOTO

    Paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbir Binəqədi ərazisindən başladı.

    Median.Az ARB TV-yə istinadən xəbər verir ki, Bakının hər yerində olduğu kimi burada da həyatını təhlükəyə atan piyadalar az deyil.

    Günün pik saatlarında hərəkətin intensivliyindən istifadə edərək dilənçilik edən şəxslər də polislərin gözündən yayınmadı. Azyaşlıya tütün məmulatı satan obyekt də ifşa olunanlar arasında idi.

    Adi qaydaya görə, bilmədiyimiz məqamları isə yol polisi üzə çıxardı. Qayda pozan və əmrə tabe olmayanları saxladıqca üzə çıxdı ki, aralarında sərxoş olan, uyuşdurucu maddənin təsirinə düşən onlarla sürücü var.

    Saxlanılan sürücü: “İçən deyiləm amma narkotikin həvəskarıyam. İçkili deyiləm. Hal-hazırda istifadə etmişəm”

    Tədbirin pik nöqtəsi isə Binəqədi polisinin 1 kq narkotik vasitəni dövriyyədən çıxarması oldu. 34 yaşlı paytaxt sakini Ceyhun İsayev avtomobilində saxlanılan zaman üzərindən və nəqliyyat vasitəsindən müxtəlik tərkibli psixotrop maddələr aşkar edildi.

    Bu kimi tədbirlərin ictimai təhlükəsizliyin təmin edilməsində əhəmiyyətini nəzərə alan paytaxt polisi reydlərini davam etdirəcək.

  • Nadir Qafarzadə ilə Kamran Ağabalayev arasındakı söz savaşı yenidən qızışdı

    Müğənni Nadir Qafarzadə ilə aktyor Kamran Ağabalayev arasında qalmaqal daha da şiddətlənib.

    Median.Az oxu.az=a istinadən xəbər verir ki, Qafarzadənin “Pis qadının başını kəsərlər” fikirləri Ağabalayevi özündən çıxarıb.

    Aktyorun müğənni barədə yazdığı “Botoks dodaqlardan çıxan “kişi pis qadının başını kəsər” ifadəsi bir az şey çıxır, yəni zad çıxır” sözləri cavabsız qalmayıb.

    Nadir Kamran haqqında saytlardan birində yayımlanan “Azərbaycanlı aktyor erməni ilə filmə çəkilir” başlıqlı yazını şəxsi “İnstagram” hesabında paylaşaraq, qarşı tərəfə sərt ismarıc yollayıb:

    “Azərbaycanlı kişi aktyor erməni ilə filmə çəkilir. Deyəcəksiniz ki, bu, onun işidir və qonorar alır. Tüpürüm o pula. Ağız dolusu kişilikdən danışır”.

    Yaşanan qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı hər iki sənətçi ilə əlaqə saxlayıb.

    N.Qafarzadə K.Ağabalayevi tanımadığını və bir incəsənət nümayəndəsinin digəri haqqında təhqirlər deməsini nalayiq hərəkət kimi qələmə verib:

    “Mən şəxsən o insanı tanımıram. Ona görə yox ki, o mənim haqqımda nəsə deyib. Doğrudan onu tanımırdım. Amma haqqımda fikir bildirəndən sonra tanıdım. Sən məni tanımırsan və tanımadığın insan haqqında ağzına gələni danışırsan. Bir incəsənət nümayəndəsinə bu yaraşarmı? Mən paylaşdığım statusda onu təhqir etmədim. Onun valideyinlərinə, ailəsinə, özünə hörmət qoyuram. Çünki mənim də ailəm və valideyinlərim var. Mən özümü qoydum onun yerinə. Adam danışanda da təhqirlə tənqidi düzgün ayırd etməlidir. Onun mənimlə nə problemi var? Bəlkə də o mənimlə gündəmə gəlmək istəyir, ona görə bu cür addımlar atır?! Amma bu, yolverilməzdir. Bir-birimizə hörmət etməliyik. Cahil və savadsız adam danışsaydı, məni yandırmazdı. Amma sən o boyda universitet bitirmisən, ali savadlı peşəkar aktyorsan. Ağzına yaraşmayan sözləri, fikirləri dilinə alırsan. Elə əsl faciə də budur”.

    K.Ağabalayev isə qarşı tərəfin fikirlərini birmənalı qarşılamayıb, özünü Nadirin səviyyəsinə salmaq istəmədiyini deyib.

    “Mənə bu mövzu maraqlı deyil. Heç bu haqda açıqlama vermək də istəmirəm. Özümü onun səviyyəsinə salmaq istəmirəm. Erməni obrazını kim oynamalıdır, yapon yoxsa erməni? “Erməni”ni elə erməni oynamalıdır da. Nadir tərəfindən səslənən fikirlər isə çox absurddur. Onu yazan jurnalistdə də az günah yoxdur. Başlığa yazıb ki, mən bir filmdə erməni ilə tərəf müqavili olacam. Sən filmin ssenarisini oxumusan? Bilirsən ki, heç mənim tərəf müqabilim kimdir? Yəni o boyda adamların arasından epizodda çəkilən ermənini gördün? Bütün bu söhbətlər yersizdir. Yaxın günlərdə yaşanan bu qalmaqal haqda geniş müsahibə verəcəm. Mənim deməyə hələ çox sözüm var”, – deyə aktyor bildirib.

    Qeyd edək ki, aktyor Kamran Ağabalayev İstanbul, Krım və Sankt-Peterburqda lentə alınan “Rus kölə” adlı serialda Bəyazid Ağa obrazını canlandıracaq.

  • Rusiya yeni hipersəsli raketi sınaqdan keçirir

    Rusiya gəmi əleyhinə “Sirkon” hipersəsli raketi sınaqdan keçirir.

    TASS xəbər verir ki, bunu “Taktiki raket silahı” korporasiyasının baş direktoru Boris Obnosov deyib.

    Onun sözlərinə görə, bu istiqamətdə intensiv iş aparılır: “İşlər sifarişçi ilə razılaşdırılmış tarixdə başa çatacaq”.

    B.Obnosov əlavə edib ki, yerüstü hədəfləri vurmaq üçün “Sirkon”un yaradılması imkanı barədə danışmaq hələ tezdir: “Çünki hələlik onun indiki variantda sınaqlarını başa çatdırmaq lazımdır”.

    Qeyd edək ki, “Sirkon” havada min kilometrdən artıq məsafəni qət edə biləcək.

  • Yevlaxda 40 yaşlı kişi Kürdə boğuldu

    Yevlaxda bir nəfər Kür çayına düşərək boğulub.

    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

    Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.