Month: August 2019

  • Азербайджанские артиллеристы осмотрели вооружение в рамках международных игр – ВИДЕО

    Проведен осмотр вооружения и военной техники, предназначенных для использования в конкурсе «Мастера артиллерийского огня», который пройдет в рамках Армейских международных игр-2019 в Казахстане.

    Как передает Median.Az, oб этом передает Министерство обороны Азербайджана.

    После осмотра и принятия вооружения и боевой техники, наши артиллеристы приступили к отработке порядка прохождения этапов конкурса.

    По итогам жеребьевки азербайджанские артиллеристы на первом этапе будут соревноваться с командами России, Венесуэлы и Зимбабве.

    Конкурс продлится до 17 августа.

  • Sağalmaz xəstələr üçün vəsait toplanır, amma ödəniş olmayıb – SƏBƏB

    Bu ilin I yarısında Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə 95 min manat sığorta haqqı toplanılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən xəbərə görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

    Məlumatda qeyd olunur ki, hesabat dövründə adı çəkilən sığorta növü üzrə ödəniş olmayıb. Bu baxımdan vəziyyət ötən ilin eyni dövründəki kimi qalıb.

    Maraqlıdır, sağalmaz xəstəliklərə görə vəsait toplansa da, ödənişin olmamasının səbəbi nədir?

    Sualımıza cavab olaraq palatadan verilən məlumatda isə ödənişlərin olmamasının səbəbləri açıqlanıb: “Ümumiyyətlə, sağalmaz xəstəliklərdən sığorta sinifi üzrə yalnız həyat sığorta şirkətləri məşğul olurlar. 2018-ci ilin yekunlarına əsasən bu sinif üzrə 278 001 manat sığorta haqqı yığılsa da, sığorta ödənişi həyata keçirilməyib. 2019-cu ilin II rübünün hesabatlarına əsasən isə həmin sinif üzrə 94 754,05 manat sığorta haqqı yığılıb və sığorta ödənişi həyata keçirilməyib. Sığorta ödənişinin həyata keçirilməsi üçün əsas sığorta hadisəsinin baş verməsidir. Sığorta ödənişlərinin həyata keçirilməməsi sığorta hadisələrinin qeydə alınmaması və bununla əlaqədar olaraq sığorta tələbinin yaranmamasından irəli gəlir”.

    Palatadan bildirilib ki, bağlanmış sığorta müqavilələri üzrə sığorta tələbləri şirkətlərə daxil olmadığından xəstəliklərlə bağlı müraciətlərin statistikasının toplanması mümkün olmayıb.

    Digər, özəl sığorta şirkətlərinin neçəsi bu sığortadan istifadə edir sualımıza cavab olaraq isə bildirilib ki, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 4 həyat sığorta şirkətinin hamısının bu sinif üzrə fəaliyyət aparmağa icazəsi var: “Ölkənin sığorta bazarında fəaliyyət göstərən həyat sığorta şirkətlərinin heç biri dövlətə məxsus deyil, hamısı özəl təşkilatlardır. Həyat sığorta sahəsində fəaliyyət göstərən dövlət sığorta şirkəti mövcud olmadığından toplanmış yığımların hamısı özəl sığorta şirkətlərinin payına düşür”.//sputnik.az

  • UEFA tarixində bir ilk həyata keçəcək

    UEFA tarixində ilk dəfə Superkubok oyunu qadın hakimə tapşırılıb.

    Sputnik Türkiyə xəbər verir ki, 14 avqustda İstanbulda oynanılacaq UEFA Superkubok finalı fransalı qadın hakim Stefani Frappara həvalə edilib. Verilmiş qərar UEFA tarixində bir ilkdir. İstanbulun Vodafone Park stadionunda oynanılacaq Liverpul – Çelsi oyununun idarə edəcək qadın hakim Fransa birinci divizionunu təmsil edir. Frappar bu oyunda Fransadan Manuela Nicolosi, İrlandiyadan Michelle O’Neal yardım edəcək. Oyunun 4-cü hakimi isə Türkiyənin tanınmış hakimi Cüneyt Çakır olacaq.

    Qeyd edək ki, Stefani Frapparın 35 yaşı var. O, 2009-cu ildən FİFA hakimi kimi qeydə alınıb.

  • Bakıda qida məhsullarının istehsalı artıb

    Bakıda qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 624,5 milyon manat dəyərində məhsul istehsal edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 89,2 faiz qeydə alınıb. İçki istehsalında da artım olub və bu 52,5 faiz təşkil edib. Qida məhsullarının istehsalında isə 20,4 faiz artım müşahidə olunub.

    Qeyd edək ki, başqa qida məhsullarının istehsalında da artan dinamika olub. Belə ki, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə bu sahələrin əsas məhsullarından pendir və kəsmik məmulatları istehsalı 2,4 dəfə artıb.

    Bundan başqa, şirin peçenye istehsalı 2,5 dəfə, kolbasa məmulatları istehsalı 35,3 faiz, insanın qidalanması üçün yararlı olan duz istehsalı isə 18,7 faiz artıb.

  • Сборная Азербайджана по футболу сыграет с Бахрейном

    9 октября этого года сборная Азербайджана по футболу проведет товарищеский матч с национальной командой Бахрейна.

    Как сообщает BAKU.WS со ссылкой на сайт АФФА, игра состоится на поле соперника и начнется в 20:30 по бакинскому времени.

    Скорее всего, из Бахрейна наша сборная отправится в Венгрию. 13 октября в Будапеште нашу команду ждет отборочный матч Евро-2020 против местной национальной команды.

    А в сентябре подопечных Николы Юрчевича ждут игры с Уэльсом (6 сентября, Кардифф, стадион «Кардифф Сити») и Хорватией (9 сентября, Баку, «Баксель Арена»).

  • Bakının Nəsimi rayonunda “Niva” dayanmış avtomobilə çırpılıb – FOTO

    Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, avtoqəza Azadlıq prospektində qeydə alınıb.

    Belə ki, İsmayılov Mahir Sabir oğlunun idarə etdiyi “VAZ 2121” (“Niva”) markalı minik maşını manevr zamanı idarəetmədən çıxıb və yolun kənarında dayanmış Xasayev Sərdar Yengibar oğluna məxsus “BMW” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.

    Hadisənin səbəbləri araşdırılır.

  • Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri məlum oldu

    Bakıda 2019-cu ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 2 milyard 485,5 milyon manat olub.

    Median.Az Trend-ə istinadən bildirir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 938,1 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 78,0 faizini təşkil edib.

    Hesabat dövründə iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 478,1 milyon manat olub. Dövriyyənin 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

    Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyun aylarına nisbətən 2,9 faiz azalaraq 211,6 milyon manat təşkil edib.

  • Zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır

    Azərbaycan Konstitusiya Məhkəməsi Plenumu “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərar qəbul edib.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu qərara alıb ki, Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır.
    Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

  • В Баку столкнулись «BMW» и «KIA», есть пострадавший – ФОТО

    В Баку произошло ДТП.

    Как передает Median.Az, со ссылкой на АПА, авария произошла на Тбилисском проспекте.

    Автомобиль марки «BMW» столкнулся с автомобилем марки «KIA». «BMW» позже потерял управление и выехал на тротуар под мостом.

    В результате ДТП пострадал один человек.

    По факту ведется расследование.

  • Nigar Fransada belə dincəlir

    “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nigar Camal istirahətə yollanıb.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, sənətçi dincəlmək üçün Fransanın Kann şəhərinə üz tutub.

    Müğənni istirahət edərkən çimərlik geyimində lentə alınmış şəkillərini “instaqram” hesabında izləyiciləri ilə bölüşüb.

    Nigar paylaşdığı fotoya “Yay davam edir” şərhini yazıb.