Month: August 2019

  • На праздник Гурбан будут запущены дополнительные поезда в Гянджу

    В связи с праздником Гурбан по направлению Баку-Гянджа-Баку будут запущены дополнительные поезда.

    Как передает Median.Az, в ЗАО «Азербайджанские железные дороги» сообщили что, это связано с увеличением пассажиропотока в этом направлении во время праздника. С целью обеспечить потребность пассажиров 10 и 13 августа на линию выйдут дополнительные составы.

    Так, 10 августа скорый пассажирский поезд №704 будет двигаться в одну сторону – Баку-Гянджа. Поезд отправится из Баку в 07:40 и прибудет в Гянджу в 11:55.

    13 августа будет обеспечено движение скорого пассажирского поезда №704 Баку-Гянджа-Баку в обе стороны. Он отправится из Баку в 07:40 и прибудет в Гянджу в 11:55, в 18:30 отправится из Гянджи и прибудет в Баку в 22:45.//baku.ws

  • BNA yeni növ dayanacaq məntəqəsi təşkil edib

    Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, eyni zamanda mütəxəssislərimizin apardığı təhlillərin nəticələrinə uyğun olaraq, bu il 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Median.Az-ın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, sonuncu dəfə Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub. Yeni pavilyonların quraşdırılması ilə yanaşı, mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.

    İctimai nəqliyyatda keyfiyyətin yüksəldilməsi, sərnişinlərin təhlükəsizliyinin artırılmasının əsas şərtlərindən biri avtobus dayanacaq məntəqələrinin düzgün təşkil edilməsidir. Agentlik şəhərimizdə ilk dəfə Məhəmməd Xiyabani küçəsində çıxıntılı avtobus dayanacaq məntəqəsi təşkil edib. Bu tip dayanacaq məntəqəsi avtobusa manevr etmədən dayanacağa daxil olmağa və çıxmağa imkan verir. Dayanacaq məntəqəsinin uzunluğu ərazidə xidmət göstərən avtobusların uzunluğuna və sayına görə dəyişə bilər. Bu dayanacaq məntəqələrinin üstünlükləri aşağıdakılardır:

    1. Dayanacaq məntəqəsinin təşkili üçün minimum ərazi tələb olunur (pavilyon yerləşdirilmədikdə bu tip dayanacaq məntəqələrinin uzunluğunu hətta 3 metr təşkil edə bilər;

    2. Qanunsuz parklanmanın qarşısını alır;

    3. Avtobusun səkiyə paralel şəkildə 5 sm-ə qədər yaxınlaşmasını;

    4. Minib-düşmə vaxtını minimuma endirir;

    5. Avtobus dayanacaq məntəqəsində keçirdiyi vaxtı azaldır;

    6. Sərnişinlərə gözləmək üçün əlavə sahə təmin edir.

  • Nazirlik xəbərdarlıq etdi – Hava soyuyur

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi avqustun birinci ongünlüyündə ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

    Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində, avqustun 2-i axşamdan 4-dək əsasən Böyük və Kiçik Qafqazın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

    Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra 5-6 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 05-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 05-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

    Nazirlik yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə açıq havada olarkən bu faktoru nəzərə almağı tövsiyə edir.

  • Abel Məhərrəmovun kürəkəni ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

    Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polkovnik Azər Paşayev xəstəxanaya yerləşdirilib.

    Median.Az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azər Paşayev Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda səhhəti ağırdır.

    Qeyd edək ki, Azər Paşayev Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, “El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.

    Abel Məhərrəmov unikal.org-a açıqlamsında kürəkəni Azər Paşayevin xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: “Hazırda xəstəxanada müalicə olunur. İnşaallah tezliklə səhhətində yaranan problemlər aradan qalxar”.

  • Стал известен прогноз погоды на август

    «В первой декаде августа в северных и западных районах Республики ожидается преобладание неустойчивой погоды. В связи с ожидаемой ветреной погодой просим население быть более внимательными, находясь на море или на открытом воздухе», – сообщила директор Национального департамента гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана Умайра Тагиева.

    По ее словам, после жаркой погоды, которая наблюдалась несколько дней, на территории страны, с вечера 2 августа до 4 августа, в связи с прохождением холодного атмосферного фронта, в основном, в горных и предгорных районах Республики ожидается неустойчивая погода, кратковременные дожди ливневого характера, гроза, возможен град. Порывистый западный ветер до 18-23 м/с.

    «4 августа ожидается перерыв в осадках и ослабление ветра. Но 5-6 числа, преимущественно, в северных и западных районах, будет наблюдаться неустойчивая погода и ветер сильнее, чем в предыдущие дни – 15-20 м/с, порывы до 23-28 м/с, в отдельных районах до 30 м/с. В Баку и на Абшероне, начиная с 5 до 8 августа, ожидается усиление северо-западного ветра с максимальными порывами 5 августа до 23-28 м/с, местами до 30-35 м/с. Но температура воздуха и относительная влажность будут комфортными», – заключила У.Тагиева.

  • Rusiyadan qaçıb Bakıda gizlənən azərbaycanlıya 13 il həbs verildi

    Rusiya istintaqından qaçaraq Azərbaycanda gizlənmiş Murad Məmmədovun Bakıda məhkəməsi olub.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sankt-Peterburqda cinayətkar qruplaşmanın üzvü olan Murad 13,6 il azadlıqdan məhrum edilib. 1962-ci il təvəllüdlü Məmmədov Sankt-Peterburqun İstintaq orqanları tərəfindən ağır cinayətlər törətməkdə ittiham olunub və axtarışa verilib.

    Məlumata görə, dəstə üzvü Sankt-Peterburqda əsasən Ağdam rayonundan Rusiyaya gedənlərdən ibarət qruplaşma yaradıb. Dəstə üzvləri sifarişli qətllər törədirmiş. Belə ki, 2007-ci ilin noyabrında Məmmədov həmyerliləri ilə birlikdə yerli müəssələrdən birinin rəhbərindən ayda 10 min rubl xərac istəyib. 2009-cu ildən pulu verməkdən imtina edən sahibkarın əvvəlcə avtomobili yandırılıb, 2009-cu ilin aprelində isə 22 yaşlı qızı öldürülüb.

    Cinayətdən axtarışda olan Murad Azərbaycanda gizlənib. Daha sonra onun Rusiya vətəndaşlığı ləğv edilib.

    Məmmədovun barəsində istintaq materialları Azərbaycanın hüquq-mühafizə orqanlarına təqdim edilib. Həmin materiallar əsasında Murad Məmmədov 13 il 6 ay azadlıqdan məhrum edilib.

    Dəstənin digər üzvləri barəsində də Rusiyanın məhkəmə instansiyaları tərəfindən ittiham aktları tərtib olunub.

  • Ötən il Azərbaycanda 203 autizm xəstəsi qeydə alınıb

    Ötən il Azərbaycanda autizm diaqnozu ilə 203 nəfər qeydə alınıb.

    Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 166-sı kişi, 37-si qadındır. Məlumata əsasən, autizm xəstələrindən 200-ü 0-14 yaş qrupuna, 3-ü 15-17 yaş qrupuna aiddir. 0-14 yaş qrupunda olan xəstələrdən 163-ü kişi, 37-si qadın, 15-17 yaşlılardan isə 3-ü də qadındır.

    Komitədən bildirilib ki, 2018-ci ildə atipik autizm diaqnozlu xəstələrin sayı 3-ü kişi, 2-si qadın olmaqla cəmi 5 nəfər olub. Onlardan 4-ü 0-14 yaş qrupuna, 1-i isə 15-17 yaş qrupuna aiddir.

    Müalicə-profilaktika müəssisələrində dispanser müşahidəsində olan xəstələrin ümumi sayı isə 668 nəfərdir. Onlardan 529-u kişi, 139-u isə qadındır. Müşahidə altında olanlardan 586-sı 0-14 yaş qrupuna, 81-i 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir. 0-14 yaş aralığından olanlardan 457-si kişi, 129-u qadındır. 15-17 yaş aralığındakı xəstələrdən isə 72-si kişi, 9-u qadındır.

    Məlumatda qeyd olunub ki, ötən il dispanser müşahidəsində olan atipik autizm xəstələrinin sayı isə 29 nəfər olub. Onlardan 19-u kişi, 10-u qadındır. Xəstələrdən 16-sı kişi, 9-u qadın olmaqla 25 nəfəri 0-14 yaş qrupuna, 2-si kişi, 1-i qadın olmaqla 3 nəfəri 15-17 yaş qrupuna, 1-i isə 18-24 yaş qrupuna aiddir.

  • 35 лет без маэстро Ниязи – ВИДЕО

    В связи с 35-летием со дня кончины народного артиста СССР, Героя Социалистического Труда, видного дирижера и композитора Ниязи, деятели культуры и искусства, сотрудники Государственного музея музыкальной культуры Азербайджана посетили Аллею почетного захоронения в Баку, и почтили память незабвенного маэстро, сообщает Trend.

    В своих выступлениях директор музея, заслуженный работник культуры Алла Байрамова, директор квартиры-музея Ниязи, заслуженный работник культуры Рза Байрамов и другие отметили значимый вклад Ниязи в развитии музыкальной культуры Азербайджана. Было рассказано о творческой деятельности и жизненном пути маэстро.

    Ниязи родился 20 августа 1912 года в Тбилиси в семье известного композитора и театрального деятеля Зульфугара Гаджибейли, брата Узеира Гаджибейли – основоположника азербайджанской классической музыки. Ниязи – потомок известной музыкальной династии, стал первым азербайджанским профессиональным дирижером, получившим мировое признание. Формирование и развитие азербайджанской дирижерской школы связано с его именем.

    В сопровождении оркестра под его управлением на сцене блистали Бюльбюль, Рашид Бейбутов, Муслим Магомаев, Лютфияр Иманов и другие выдающиеся исполнители.

    Маэстро Ниязи скончался второго августа 1984 года в Баку, похоронен в Аллее почетного захоронения.

  • 83 nəfər Azərbaycan vətəndaşlığına qəbul edildi — DMX (FOTOLAR)

    Prezident İlham Əliyevin iyulun 26-da 83 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

    Median.Az-ın məlumatına görə, bu barədə “Ölkə.Az”a DMX-dan məlumat verilib.

    Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq, əlamətdar gün münasibətilə onları təbrik edib. Xidmət rəisi insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, bu illər ərzində müraciətlərin rahat şəkildə təşkili nəzərə alınıb.

    Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

    Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

    Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

  • İtləri uzaqdan idarə edən cihaz kəşf edildi — VİDEO

    İsraildə köpək idarəetmə paneli yaradılıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ben-Gurion Universitetinin israilli mühəndisləri titrəmə yolu ilə əmrləri heyvanlara ötürən it üçün uzaqdan idarəetmə qurğusu icad edib.

    Ətraflı videodan izləyə bilərsiniz.