Month: August 2019

  • Историю любви азербайджанца и норвежки запечатлели на фотографиях – ФОТО

    Модель из Азербайджана Эльвин Исмаил и известный норвежский блогер Джанетта Элиса воссоздали любовь и дружбу народов Азербайджана и Норвегии в проекте Discovering The Land of Origin.

    Проект осуществлен по заказу Государственного комитета диаспоры в Норвегии и при поддержке организации Can и Caspian Media Holding, сообщили Sputnik Азербайджан организаторы.

    Руководителем выступила норвежский дизайнер азербайджанского происхождения, председатель организации Can Шервин Наджафпур. Фотографии для проекта сделал норвежский фотограф Эдмонд Янг.

    Во время съемок были использованы наряды азербайджанского дизайнера Гюльнары Халиловой. Все снимки будут продемонстрированы в Европе.

    Целью организации Can является создание дружеских отношений между народами двух стран. Съемки прошли в Гобустане, Шамахы, Атешгяхе, Янардаге.

  • “Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur” – İntihar edən 17 yaşlı qızın atası

    Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla evləndirildiyi üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddiaya görə, qəsəbə sakini Gülər İsmayılova təhsil almaq istəsə də, ailəsi onu sevmədiyi şəxsə ərə vermək istəyib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gülər bazar günü evin həyətində özünü asıb, bu gün 3 mərasimi keçirilir.

    Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşadığını və hadisədən dərhal sonra Azərbaycana gəldiyini deyib:

    “Nişan üçün gəlməmişəm, elə bir plan olmayıb. Qızımın intihar səbəbini bilmirəm. Hər kəs ağlına gələni yazır. Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”.

    Ailə tanışlarının sözlərinə görə, nişan olmasa da, ailələr arasında elçilik olub. Qıza elçi düşən şəxs isə ondan 13-14 yaş böyük Renad İsayevdir.

    Bildirilib ki, Gülərgil ailədə iki uşaq olub və ondan bir yaş böyük bacısı da var.

    Gülərin təhsil aldığı Əliabad qəsəbə 1 №-li tam orta məktəbin direktoru İradə İbrahimxəlilova bildirib ki, mərhum əlaçı olmasa da, məktəbdə yaxşı oxuyub:

    “Məktəb tədbirlərində aktivliyi, tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Ancaq məktəbi bu il bitirsə də, təhsilini davam etdirmək üçün hər hansı bir məktəbə sənədlərini təqdim etməyib”.

    Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

  • За совершение краж в Гяндже задержаны 3 человека

    Как сообщает Median.Az, сотрудники Низаминского РУП в результате оперативно-розыскных мер задержали жителя города Н.Багирова, который на территории г.Гянджа украл из одного дома телевизор и одного автомобиля аккумулятор.

    Кроме этого, сотрудники Низаминского РУП задержали жителя города А.Гасанова, который 10-го мая украл из одного автомобиля мобильный телефон, документ, спиртные напитки и сигареты.

    Сотрудники Кяпазского РУП задержали жителя города, ранее судимого Э.Гасанова, который в июне-июле украл из четырех домов водяные насосы и счетчики.

    По фактам возбуждены уголовные дела по статье 177 (кража) УК Азербайджана.

  • Gəncədə oğurluq edən 3 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki 1 evdən televizor və 1 avtomobildən akkumulyator oğurlayan şəhər sakini N.Bağırov saxlanılıb.

    Bundan başqa, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 10-da Gəncə şəhərində 1 avtomobildən mobil telefon, sənəd, spirtli içki və tütün məmulatı oğurlayan şəhər sakini Ə.Həsənov saxlanılıb.

    Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyun-iyul ayları ərzində Gəncə şəhərindəki 4 evdən su mühərriklərini və sayğaclarını oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Həsənov saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • Vilayev Eyvazovdan YENİ TƏYİNAT

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Median.Az “report”a istinadən xəbərinə görə, Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Aqşin Əhmədov vəzifəsindən azad olunaraq Sumqayıtda yeni yaradılan 5-ci Polis Bölməsinin rəisi təyin edilib.

  • Nişanından 1 gün öncə özünü asan 17 yaşlı qızın ürəkdağlayan görüntüləri – “Əlvida..” – VİDEO

    Zaqatalada nişanından bir gün əvvəl özünü asan 17 yaşlı Gülər İsmayılovanın son paylaşımı ortaya çıxıb.

    Gənc qızın sosial şəbəkədə paylaşdığı videoda onun həzin musiqiyə qulaq asaraq ağladığı görünür.

    Gənc qızın intiharı ilə bağlı yeni detallar da ortaya çıxıb.

    Primetime.az-ın əldə etdiyi məlumata görə, qızın sevdiyi oğlan universitetdə oxuyur. Oğlan G. İsmayılovaya deyib ki, indi evlənə bilmərik, universiteti bitirim sonra ailə həyatı quraq.

    Qız da onunla razılaşıb. Lakin G. İsmayılovayanın ailəsi onu başqa oğlanla nişanlamağa hazırlaşırmış və “həri”si verilibmiş.

    Xatırladaq ki, hadisə dünən rayonun Əliabad qəsəbəsində baş verib.

    Belə ki, 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tapılıb. O, özünü həyətlərindəki tövlədə kəndirlə asıb.

    Bildirilib ki, 17 yaşlı qızın nişanı olacaqdı, lakin bir gün öncə intihar edib. Bu, G. İsmayılovanın intihar etməsinin səbəbi kimi qeyd edilir.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

  • Əhaliyə şad xəbər: “Oktyabrın 1-dən 750 min pensiyaçının pensiyası artırılacaq”

    “Bu il sosial inkişafla bağlı iki böyük sosial islahat paketi qəbul edilib. Bu sosial islahat paketləri – birinci paket 3 milyon insanımızı əhatə edib və ümumi illik maliyyə tələbi 1,6 milyard manata bərabərdir”.

    Median.Az apa.az-a istinadən verdiyi xəbərə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı deyib.

    Nazir bildirib ki, bu sosial islahat paketi artıq tam şəkildə icra olunub və həm pensiyaçıların, həm də işləyən vətəndaşların əmək haqları artırılıb: “İkinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb və sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlardan əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əmək haqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb”.

    S. Babayev qeyd edib ki, ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanı əhatə edəcək: “Minimum əməkhaqqında demək olar ki, iki dəfə artım, minimum pensiyada 72 faizlik artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstərici olacaq. Minimum əməkhaqqı isə yenə də alıcılıq qabiliyyəti üzrə MDB məkanında ikinci göstərici olacaq. Əlavə olaraq, Prezidentin tapşırığına əsasən müavinət və təqaüdlərin artırılması sahəsində görülən işlər ümumilikdə 1,3 milyon insanımızı əhatə edib və bunlardan 300 mindən artığı məhz əlilliyi olan şəxslər idi, 500 minə qədəri məcburi köçkün, 100 mindən artığı tələbə və gənclər idi. Ümumilikdə baxdıqda bu müavinət və təqaüdlər əhalinin sosial cəhətdən ən həssas təbəqəsini əhatə edib və onların gəlirləri çox əhəmiyyətli şəkildə artırılıb”.

  • Prezident: “Şəhərin mərkəzi işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur” – VİDEO

    “Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

    Bunu Prezident İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

    Dövlət başçısı müşavirədə Bakıda icra edilən layihələrdən söz açıb:

    “Bakı şəhərində bir çox layihələr icra edilir, o cümlədən kommunal təsərrüfat yenilənir, 400-dən çox lift alınıb və quraşdırılır, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların sərəncamına verilib. Şəhər nəqliyyatı üçün 300 yeni müasir avtobus gətirilir və bu, doğrudan da böyük irəliləyiş olacaq. Çünki şəhər nəqliyyatının müasirləşməsi bizim üçün çox önəmlidir – vətəndaşların rahatlığı, təhlükəsizlik tədbirləri üçün. Metro vaqonları alınır və metro tikintisi həyata keçirilir. Deyə bilərəm ki, Bakı o şəhərlərdəndir ki, burada metro tikintisi aparılır və postsovet məkanında biz bu sahədə də sayılan şəhərlər arasındayıq.

    Ümumiyyətlə, Bakı şəhərinin abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Ancaq, eyni zamanda, mövcud problemlər də var. Bu problemlərin həlli daim diqqət mərkəzində olmalıdır.

    İndi məişət tullantılarının idarə olunması istiqamətində addımlar atılır. Bir neçə il bundan əvvəl Balaxanıda böyük məişət tullantıları zavodu inşa edilmişdir, poliqon salınmışdır, çeşidləmə aparılır. Biz zəncir yaratmalıyıq. Qapıdan ta məişət tullantıları zavoduna qədər vahid zəncir olmalıdır. Hazırda beynəlxalq məsləhətçilərin iştirakı ilə bu layihə Bakı şəhərində icra edilir. Şəhərətrafı dəmir yolu xəttinin çəkilişi davam edir. Bu da çox önəmli layihədir. Bakıda yeni istirahət zonaları yaradılır. Bakı bu gün parklar, bağlar şəhəridir, istirahət zonaları vətəndaşların sərəncamına verilir və bu, əhali tərəfindən yüksək qiymətləndirilir”.

  • Bu gün Azərbaycan əlifbası və dili günüdür

    Bu gün – 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.

    2001-ci ilin həmin günündən etibarən ölkədə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu tarix ümummilli lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir.

    Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.

    Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun yalnız kağız üzərində deyil, sözün həqiqi mənasında gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, nüfuz qazanaraq dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

    XVI əsrdə Azərbaycan Səfəvilər hakimiyyəti dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü ola bilmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi elan edən maddə daxil olundu. Amma bu dəfə də bu nəcib iş siyasi müdrikliklə həyata keçirilməməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı. Yalnız ulu öndər Heydər Əliyevin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, 1978-ci ildə qəbul olunan Azərbaycan sovet Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olduğunu təsbit edən maddə daxil edildi.

    Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün real üfüqlər açıldı. Lakin çox təəssüf ki, AXC hakimiyyəti dövründə o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi, xalqın iradəsinə zidd olan populist fəaliyyəti nəticəsində dilimizin adı dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtması bu tarixi ədalətsizliyə də son qoydu. Müstəqil Azərbaycan respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycanda dövlət dilinin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirdi.

    Sonralar dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olmuşdur.

    Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”, “Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında” və digər Sərəncamları ölkə başçımızın dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə bəslədiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir.

    Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: “Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”.

    Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

    Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkədə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

  • “Mən o maşında olmamışam” – Emil Abbasov

    Xəbər verdiyimiz kimi, Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə “20 Yanvar” dairəsi yaxınlığında olub. Belə ki, “Silverado” markalı avtomobil körpünün üstündə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

    Baku.ws-in məlumatına görə, həmin maşında “Parni iz Baku” KVN komandasının üzvü, “Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.

    Emil Abbasov isə bildirib ki, o, qəza zamanı avtomobildə olmayıb: “Mən maşında olmamışam. Bu məlumat yalandır. Qəzadan sonra hadisə yerinə gəlmişəm”.