Month: August 2019

  • Собака нашла хитрый способ выпрашивать еду у прохожих и прославилась

    В городе Бангкок, Таиланд, сообразительный пес притворяется больным, чтобы разжалобить прохожих, сообщает информационный портал AOL News.

    Собака, которую местные жители прозвали Гае (Gae), волочит по земле левую заднюю лапу и имитирует перелом. Когда вокруг пса собирается толпа, он встает и уходит. «Эта старая собака живет возле моей работы уже несколько лет, — рассказывает Тавипорн Чонгплаполкулсэд (Thaweeporn Chongplapolkulsaid). — Она вечно проделывает этот трюк, чтобы обмануть прохожих».

    Чонгплаполкулсэд считает, что таким образом Гае выпрашивает у людей еду. «Я подкармливаю ее рисом, но она все равно дурачит людей. Она очень умная», — отметила женщина. Она убеждена, что собака абсолютно здорова: «Мы проверяли ее ноги, с ними все в порядке. Если бы она заболела, я немедленно отвезла бы ее к ветеринарам».

  • Поножовщина на азербайджанской свадьбе: пострадали двое кузенов

    В Имишлинском районе произошла поножовщина, передаёт Median.Az со ссылкой на АПА.

    Инцидент произошел во время свадебного торжества.

    В результате происшествия с ножевыми ранами были госпитализированы жители села Мирмахмудлу района, двоюродные братья Гусейнов Агалар Вагиф оглу, 1984 года рождения, и Гусейнов Эхтирам Рамин оглу, 1981 года рождения.

    Выясняются обстоятельства.

  • Lənkəranda baş verən avtobus qəzasının – Səbəbi

    Daxili İşlər Nazirliyi ötən gün Lənkəranda baş verən avtobus qəzası ilə məlumat yayıb.

    Azxeber.com-a daxil olan məlumatı təqdim edirik:

    “28 avqust, saat 18:40-da Lənkəran Şəhər Rayon Polis Şöbəsinə rayonun Bəliton kənd sakini Ağayev Ələmdar Şavəli oğlunun idarə etdiyi, ona məxsus şəxsi istifadəsində olan PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusun yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə fərdi yaşayış evinin həyətinə aşması ilə bağlı məlumat daxil olub.

    Lənkəran ŞRPŞ-nin əməkdaşları dərhal hadisə baş vermiş dağlıq əraziyə yollanıb və sürücü Ələmdar Ağayevin hadisə zamanı dünyasını dəyişdiyi müəyyən olunub. Avtobusda olan 22 nəfər sərnişinin müayinə olunmaları üçün Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılmaları təşkil olunub. Hazırda onlardan 3 nəfərin müalicəsi xəstəxanada davam etdirilir, digərləri isə müayinədən və tibbi müdaxilədən sonra evə buraxılıb.

    Hadisənin baş vermə səbəbinə gəldikdə isə Ağayev Ələmdar Şavəli oğlu ona məxsus PAZ markalı 43-BA-455 dövlət nömrə nişanlı avtobusla yüksək dağlıq ərazidə yolsuzluq və qapalı şəraitdə hərəkətə başlayaraq yoxuşu qalxarkən avtomaşında yaranmış texniki nasazlıq səbəbindən sürücü idarəetməni itirib və avtomaşın geriyə hərəkət edərək həyətə aşıb”.

  • Azərbaycanda bu dövlət idarələri LƏĞV EDİLİR

    İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətini dayandırır.

    Median.Az xəbər verir ki, bunu “APA-Economics”ə qurumlara yaxın etibarlı mənbə deyib.

    Mənbənin sözlərinə görə, qurumların ləğv olunması yeni yaradılan İnnovasiya Agentliyinin dövlət qeydiyyatından keçməsi ilə əlaqədardır.

    “Fondun və YTP-nin hazırkı işçi heyəti Agentliyin tərkibində fəaliyyət göstərəcək. Belə ki, 30 avqustda işçilərin əmək müqaviləsinə xitam veriləcək, sentyabrın 2-də isə yeni müqavilələr bağlanacaq”, – deyə mənbə əlavə edib.

    Qeyd edək ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

  • Azərbaycanda görünməmiş vəhşilik: At və balasını öldürüb, dirəkdən asdılar

    Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.

    Median.Az Modern.az-a istinadən xəbər verir ki, kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.
    Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır.

    Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların – leş iyindən kənddə yaşamaq olmur. Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu “canavar ovçusu”na kənddə “gözün üstə qaşın var” deyən yoxdur. “Bu oğlan kənddə “at oynadır”. Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik”, – deyə Xoşbulaq sakinlərindən biri deyib.

  • Sabah külək əsəcək, arabir güclənəcək

    Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə Abşeron yarımadasında 19-22, gündüz 23-26, Bakıda gecə 19-21, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

    Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

  • Tramp Meksika ilə sərhəddəki divarı göstərdi – VİDEO

    ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhəddə qanunsuz miqrant axınının qarşısını almaq üçün tikilən divarın bir hissəsini göstərib.

    Məlumata görə, qısa video onun “Facebook” və “Instagram” səhifələrində dərc olunub.

    “Konqresdəki demokratlar və digərləri tərəfindən yaradılan ümumi maneələrə baxmayaraq, divar sürətlə tikilməkdədir!” – deyə ABŞ Prezidenti videonun altından yazıb.

  • Çingiz Mustafayevin doğum günüdür

    Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin doğum günüdür.

    O, 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub.

    1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.

    Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib.

    Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura Çingiz Mustafayevi 215 kl studiyasını yaratmağa təşviq edib.

    Onun reportajları əsasən cəbhədən olduğuna görə, 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul ediblər.

    Ç.Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi kadrlarla tanıyıb.

    O, 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi.

    Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

  • Qadın məscidin xalçalarını oğurladı – FOTO

    Qubada məsciddən oğurluq edən qadın saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, oğurluq faktı məscidlərin birində qeydə alınıb.

    Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib.

    Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində məscidə məxsus xalçaların Şabran rayon Günəşli kənd sakini, 37 yaşlı Lalə Babayeva tərəfindən oğurlandığı məlum olub. İlkin dindirilmə zamanı L.Babayeva tutduğu əməli etiraf edərək, gecə saatlarında məsciddə heç kimin olmadığı vaxtda xalçaları oğurladığını bildirib.

    Faktla bağlı araşdırma aparılır.





  • Porno videolar çəkib yayan şəxs Bakıda yaxalandı

    Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinin əməkdaşlarının keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində paytaxtda qadına ağır xəsarət yetirən şəxs saxlanılıb.

    Bu barədə oxu.az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

    Cinayət avqustun 28-də, saat 14:10 radələrində, Mir Cəlal küçəsində, 56 nömrəli binanın qarşısında törədilib.

    Belə ki, 1980-cı il təvəllüdlü Məmmədova Günay Azad qızına qarın nahiyəsindən deşici bıçaq xəsarəti yetirilib. Zərərçəkən şəxs Respublika Klinik Xəstəxanasına yerləşdirilib.

    Fakt üzrə Lənkəran rayon sakini, 1966-cı il təvəllüdlü Kərimov Cavanşir Quli oğlu saxlanılıb.

    Araşdırmalar nəticəsində məlum olub ki, o, RF Cinayət məcəlləsinin 242-ci maddəsinə (Pornoqrafik materialların qanunsuz istehsal və dövriyyəsi, onların yayılması) müvafiq olaraq məhkum edilib.

    Hazırda cinayətin motivləri araşdırılır. Sağlamlığa ağır xəsarət yetirilməsi faktı üzrə AR Cinayət Məcəlləsinin 126-cı maddəsinə müvafiq olaraq cinayət işi açılıb.