Month: August 2019

  • Для строительства новой платформы на АЧГ подписан контракт на 486 млн долларов

    Совместное предприятие Azfen (SOCAR 60%, Tekfen İnşaat 40%) будет осуществлять строительные и монтажные работы новой платформы “Центрально-Восточный Азери” в рамках разработки блока месторождений “Азери-Чираг-Гюнешли” (АЧГ) в азербайджанском секторе Каспийского моря.

    Как передаёт Median.Az со ссылкой на Report, об этом сообщил Tekfen Holding.

    Было отмечено, что с оператором АЧГ компанией “BP-Exploration” подписан контракт стоимостью 486,3 млн долларов.

    По информации, строительство платформы весом 16 936 тонн ожидается завершить в течение 38 месяцев. Было отмечено, что доля Tekfen İnşaat в проекте составила 194,5 миллиона долларов.

    Отметим, что в рамках проекта “Центрально-Восточный Азери” на глубине примерно 140 метров будут построены добывающая, буровая платформа и жилой блок между платформами “Центральный Азери” и “Восточный Азери”.

    Итоговое инвестиционное решение по платформе “Центрально-Восточный Азери” было принято 19 апреля этого года. Проект стоимостью 6 млрд долларов включает строительство новой морской платформы и установок, которые обеспечат ежесуточную добычу нефти в объеме 100 тыс. баррелей. За весь период эксплуатации платформы планируется добыть 300 млн баррелей нефти. Первая добыча ожидается в 2023 году.

    Долевое участие партнеров АЧГ распределено следующим образом: BP – 30,37%, AzACG (SOCAR) – 25,00%, Chevron – 9,57%, Inpex – 9,31%, Equinor – 7,27%, ExxonMobil – 6,79%, TPАО – 5,73%, Itochu – 3,65% и ONGC Videsh Ltd. (OVL) – 2,31%.

    AZFEN основан в январе 1996 года Государственной нефтяной компанией Азербайджана (SOCAR) (60%) и TEKFEN İnşaat və Təsisat A.Ş. (40%).

  • AÇG-də yeni platformanın inşası üçün 486 milyon dollarlıq müqavilə imzalanıb

    “Azfen” birgə müəssisəsi (SOCAR 60%, “Tekfen İnşaat” 40%) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində yeni platformanın (“Mərkəzi-Şərqi Azəri”) tikinti və montaj işlərini həyata keçirəcək.

    Report-un xəbərinə görə, bu barədə “Tekfen Holding” məlumat yayıb.

    Bildirilib ki, AÇG-nin operatoru “BP-Exploration” şirkəti ilə 486,3 mln. dollar dəyərində müqavilə imzalanıb.

    Məlumata görə, 16 936 ton ağırlığındakı platformanın inşasının 38 ay müddətində tamamlanması gözlənilir. Qeyd edilib ki, “Azfen” şirkətində ortaqlıq payına uyğun olaraq “Tekfen İnşaat”ın layihədə payı 194,5 mln. dollardır.

    Qeyd edək ki, “Mərkəzi-Şərqi Azəri” layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq.

    Bu il aprelin 19-da “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı qəbul olunub. 6 mlrd. dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 min barel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 mln. barel neftin hasil olunması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

    AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).

    “Azfen” 1996-cı ilin yanvarında SOCAR (60% sahiblik hüququ ilə) və “Tekfen İnşaat və Təsisat A.Ş. (40% sahiblik hüququ ilə) tərəfindən təsis edilib.

  • Ситуация на Каспии усугубляется: всему виной халатность госструктур

    Сточные воды, формирующиеся в большинстве жилых массивов вдоль побережья Каспия, а также пластовые воды с нефтяных промыслов в Балаханы и Сураханы все еще сливаются напрямую в море без очищения с помощью Говсанского канала и других каналов.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на пресс-конференции заявил завотделом Министерства экологии и природных ресурсов Мирсалам Ганбаров.

    Сообщается, что основными источниками загрязнения Каспия являются сточные воды, поступающие из городов и промышленных объектов, расположенных в бассейне, прибрежной зоне и акватории Каспия.

    “Канализационная сеть на Абшеронском полуострове еще не завершена, в большинстве объектов общепита на побережье отсутствуют очистные установки. Представители муниципалитетов, исполнительной власти, отвечающих за управление сточными водами, соответствующие структуры, занимающиеся очистными работами, халатно относятся к своим обязанностям. Все это еще больше усугубляет ситуацию.

    Мы принимаем соответствующие меры для прекращения слива сточных вод напрямую в Каспий. В то же время мы делаем предупреждения физическим и юридическим лицам, сливающим сточные воды в море, даем им принудительные указания установить очистные установки, провести систему внутренней канализации, правильно управлять имеющимися установками, применяем штрафы”, – сказал М.Ганбаров.

  • Xəzərin vəziyyəti bir az da ağırlaşdı – Qurumlar isə laqeyd münasibət göstərir

    Xəzər sahili boyunca yerləşən yaşayış massivlərinin bir çoxunda formalaşan tullantı suları, yarımadanın Balaxanı, Suraxanı neft mədənlərində yaranan lay suları hələ də Hövsan kanalı və digər axarlar vasitəsilə təmizlənmədən birbaşa dənizə axıdılır.

    Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qənbərov deyib.

    Bildirib ki, Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahil zolaqları və akvatoriyasında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab sularından daxil olan müxtəlif çirkləndiricilərdir:

    “Abşeron yarımadasında kanalizasiya şəbəkəsinin tamamlanmaması, sahilboyu ərazilərdə fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin çoxunda təmizləyici qurğuların olmaması, tullantı sularının idarə olunmasına cavabdeh olan bələdiyyə, icra nümayəndəliyi, təmizlik işləri ilə məşğul olan müvafiq qurumların laqeyd münasibəti vəziyyəti daha da ağırlaşdırır.

    Çirkab suların birbaşa Xəzərə axıdılmasının dayandırılması, acınacaqlı vəziyyət yaradan axarların qarşısının alınması üçün tərəfimizdən müvafiq tədbirlər görülür. Eyni zamanda, tullantı sularını dənizə axıdan fiziki və hüquqi şəxslərə təmizləyici qurğuların qurulması, daxili kanalizasiya sisteminin çəkilməsi, mövcud qurğuların düzgün idarə olunması üçün xəbərdarlıqlar edilir, məcburi göstərişlər verilir, cərimələr tətbiq olunur”.

    Şöbə müdiri havanın çirklənməsi barədə də danışıb:

    “Hazırda paytaxtda havanın çirklənməsinin 70 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Bununla yanaşı, iri sənaye müəssisələrinin cəmləşməsi, insanların sıx məskunlaşması da havanı çirkləndirən əsas amillərdəndir.

    Atmosfer havasının keyfiyyətinə təsir edən digər səbəblər isə təsərrüfat fəaliyyəti zamanı ekoloji norma və standartlara düzgün riayət edilməməsidir. Nəzərə alsaq ki, 2021-ci ildə ölkədə istehsal olunan yanacaq Avro-5 standartına uyğunlaşdırılacaq ki, bu da nəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin azalmasına şərait yaradacaq”.
    /oxu.az/

  • Депутаты встретятся с главами банков из-за процентных ставок

    Комитет по экономической политике, промышленности и предпринимательству Милли меджлиса планирует обсудить ряд вопросов на осенней сессии 2019 года.

    Как передаёт Median.Az, об этом oxu.az заявил член комитета Вахид Ахмедов.

    По его словам, в ходе обсуждений будут затронуты определенные проблемы в банковской системе.

    “Кроме того, мы должны рассмотреть незавершенные законопроекты”.

    Депутат отметил, что будет поднят вопрос принятия Кодекса конкурентоспособности:

    “Мы хотим принять Кодекс конкурентоспособности в 2019 году. Это отражено в Стратегической дорожной карте”.

    Среди проблем в банковской системе В.Ахмедов выделил высокие процентные ставки:

    “Мы не ощущаем серьезного снижения процентных ставок в банковской системе. Постараемся провести встречи с главами банков.

    Также мы намерены обсудить шаги для оздоровления банковской системы. Палата по надзору над финансовыми рынками проделала определенную работу по решению этих проблем, но мы полагаем, что этого недостаточно”.

    Отметим, что первое пленарное заседание осенней сессии Милли меджлиса состоится 30 сентября.

  • Deputatlar bank rəhbərləri ilə görüşəcək – Faiz dərəcələrindən narazılıq var

    Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi 2019-cu ilin payız sessiyası üçün bir sıra məsələləri müzakirəyə çıxarmaq istəyir.

    Bu barədə oxu.az-a komitənin üzvü Vahid Əhmədov deyib.

    O bildirib ki, müzakirələr zamanı bank sistemindəki müəyyən problemlərə toxunulacaq:

    “Bundan başqa, yarımçıq qalan qanun layihələrinə də baxmalıyıq”.

    Deputat qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul olunması üçün də məsələ qaldıracaq:

    “Biz istəyirik ki, 2019-cu ildə Rəqabət Məcəlləsini qəbul edək. Bu, Strateji Yol Xəritəsində də öz əksini tapıb”.

    Bank sistemindəki problemlərə gəlincə, V.Əhmədov vurğulayıb ki, faiz dərəcələri yüksək olaraq qalır:

    “Biz bank sistemində faiz dərəcələrinin aşağı salınmasını ciddi şəkildə hiss etmirik. Çalışacağıq ki, bank rəhbərləri ilə görüşlər keçirilsin.

    Bank sisteminin sağlamlaşdırılması üçün hansı addımların atılmalı olduğunu da müzakirə etmək niyyətindəyik. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası problemlərin həlli istiqamətində müəyyən işlər görüb. Amma hesab edirəm ki, bu, kifayət etmir”.

    Qeyd edək ki, Milli Məclisin 2019-cu il payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

  • Полиция расследует изнасилование в бакинском отеле

    В Низаминском районе Баку расследуют заявление об изнасиловании, поданное в 24-ое отделение районной полиции 27-летней жительницей столицы (имя не называется по понятным соображениям).

    Как сообщили oxu.az в правоохранительных органах, девушке понадобилось пять месяцев, чтобы решиться написать жалобу.

    Известно, что пострадавшая утверждает, что была изнасилована 3 марта в отеле, расположенном на улице Мехсети Гянджеви, 25, жителем Кельбаджарского района 41-летним З.Б.

    В настоящее время полиция проверяет достоверность информации. Пока по факту задержанных нет.

    Отметим, что с начала месяца по столице органами внутренних дел было зарегистрировано 11 фактов изнасилования, десять из которых раскрыты.

  • Bakıda 27 yaşlı qadını hoteldə zorladılar

    Bakıda 27 yaşlı qadın zorlanıb.

    Hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadisə martın 3-də Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, 25-də yerləşən hoteldə baş verib.

    Lakin zərərçəkmiş bu müddət ərzində zorlanması barədə polisə məlumat verməyə cəsarət etməyib.

    27 yaşlı qadının (adı məlum səbəblərdən açıqlanmır) 24-cü Polis Şöbəsinə təqdim etdiyi şikayət ərizəsinə görə, onu zorlayan şəxs Kəlbəcər rayonunun 41 yaşlı sakinidir.

    Polis hazırda məlumatın doğru olub-olmadığını araşdırır.

    Qeyd edək ki, daxili işlər orqanları ayın əvvəlindən paytaxtda 11 zorlama faktı qeydə alıb, bunlardan onunun üstü açılıb.

  • Министерство требует от суда закрытия 23 приморских объектов

    По итогам мониторингов, проведенных до сегодняшнего дня, штрафы назначены 44 юридическим и физическим лицам, поданы в суд иски на приостановку деятельности 23 объектов, проигнорировавших неоднократные предупреждения, владельцам 165 объектов даны обязательные для исполнения поручения.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом на пресс-конференции сказала руководитель пресс-службы Министерства экологии и природных ресурсов Ирада Ибрагимова.

    По ее словам, хотя пляжный сезон подходит к концу, загрязнение Каспия еще долго будет оставаться на повестке дня:

    “Сегодня одним из приоритетов нашей деятельности является предотвращение загрязнения Каспийского моря. После завершения сезона отпусков вопрос загрязнения Каспия долго будет оставаться в нашей повестке, и для решения этой проблемы мы вместе со всем населением будем продолжать борьбу.

    Если вовремя не устранить отрицательное воздействие на экосистему Каспия, то в будущем это приведет к серьезным последствиям. Мы будем использовать все средства пропаганды и административные инструменты, будем стараться превратить Каспийское море и побережье в настоящую зону здоровья”.

    И.Ибрагимова отметила, что основным тревожным моментом является равнодушие граждан к местам, куда они отправляются отдыхать:

    “Они оставляют мусор на побережье. Мы не думаем, что они захотят завтра приехать туда же. Наши пляжи завалены отходами. Чтобы избежать этого, мы должны привить друг другу пляжную культуру, не мусорить, не загрязнять море, не наносить ущерб окружающей среде”.

  • Nazirlik dənizi çirkləndirən 23 obyektin bağlanmasını istəyir, işə məhkəmə baxacaq

    Bu günədək aparılan monitorinqlərin nəticələrinə görə, dənizi çirkləndirən 44 hüquqi və fiziki şəxs cərimə edilib, dəfələrlə edilmiş xəbərdarlıqlara əməl etməyən 23 obyektin fəaliyyətinin dayandırılması üçün məhkəmələrə müraciət olunub, 165 obyektə icrası məcburi göstəriş verilib.

    Oxu.az-ın məlumatına görə, bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

    O bildirib ki, çimərlik mövsümü başa çatsa da, Xəzərin çirkləndirilməsi məsələsi gündəmdə saxlanılacaq:

    “Bu gün əsas fəaliyyət hədəflərimizdən biri də Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. İstirahət mövsümü başa çatandan sonra da Xəzərin çirkləndirilməsi məsələsini gündəmdə saxlayacağıq və problemin həlli üçün cəmiyyətimizin bütün təbəqələri ilə birgə mübarizəmizi davam etdirəcəyik.

    Xəzər dənizinin ekosisteminə mənfi təsirlər vaxtında aradan qaldırılmasa, gələcəkdə ağır nəticələri olacaq. Biz bundan sonra da bütün təbliğat və inzibati vasitələrdən istifadə etməklə Xəzər dənizinin və onun ətraf mühitinin əsl sağlamlıq zonasına çevrilməsinə çalışmalıyıq”.

    İ.İbrahimova qeyd edib ki, əsas narahatedici məqam vətəndaşların istirahət üçün üz tutduğu yerlərə biganəliyidir:

    “Yəni dəniz sahilində, çimərliklərdə, təbiətdə olarkən tullantılarımızı hara gəldi atırıq. Düşünmürük ki, sabah bu yerlərə bir də gələcəyik. Çimərliklərimizdə əksər hallarda zibillər qalaqlanır. Bunlar olmasın deyə, bir-birimizə çimərlik mədəniyyəti aşılamalıyıq ki, təmizlik olsun, dəniz çirklənməsin, dənizin ətraf mühiti zərər görməsin”.