Month: August 2019

  • Офисные сотрудники променяли работу на джинсы

    Треть американских офисных сотрудников заявили, что готовы уйти со своей работы, если их обяжут соблюдать деловой дресс-код. Об этом говорится в исследовании рекрутинговой компании Randstad.

    Работники предпочитают даже отказаться от годовой прибавки в пять тысяч долларов (около 334 тысяч рублей), чем ходить в костюмах. Большинство респондентов считают, что рваные джинсы (73 процента) и легинсы (56 процентов) не подходят для повседневной рабочей обстановки. Половина опрошенных считает высокие каблуки неприемлемыми для офиса, а 40 процентов высказались против любой обуви с открытым носом.

    Тем не менее 65 процентов респондентов считают, что костюм нужно надевать на собеседование, даже если деловой стиль одежды в компании не принят. 42 процента утверждают, что лучше они опоздают на собеседование на 20 минут, чем придут непричесанными или неаккуратно одетыми.

    В опросе приняли участие 1204 офисных сотрудника в возрасте от 18 до 65 лет.

    По данным портала HeadHunter, только 2 процента россиян принципиально бы не пошли на работу с деловым дресс-кодом. 18 процентов готовы отказаться от работы, которая их устраивает, если руководство выступит с требованием соблюдать нестрогий дресс-код.

  • FHN Oğuz və Xaçmazdakı yanğınlarla bağlı məlumat yaydı

    Fövqəladə Hallar Nazirliyi avqustun 25-də Oğuz rayonunun Baş Daşağıl kəndi və avqustun 23-də Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığındakı dağlıq ərazilərdə, meşə zolağında baş vermiş yanğınlarla bağlı məlumat yayıb.

    Məlumatda hər iki yanğının bu gün tam söndürüldüyü bildirilib.

    Yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Aviasiya dəstəsi, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri iştirak edib.

  • Bakıda 100-dən çox sürücü saxlanılıb – FOTO

    Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri davam etdirilib.

    Maarifləndirmə çərçivəsində Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları da rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik tədbir keçirib.

    Median.Az bildirir ki, Trend-in əməkdaşının iştirakı ilə keçirilən tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib.

    Sabunçu rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati Təcrübə üzrə baş inspektoru, polis mayoru Elmar Əbilov bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 93 nəfərdən artıq piyada müəyyən olunmuş yeraltı və yerüstü keçiddən istifadə etmədiyi üçün saxlanılıb.

    Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb:

    “Tədbir çərçivəsində ödənilməmiş cəriməsi olan 63 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 48 nəfər dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər 15 sürücüyə isə xəbərdarlıq edilib. Ümumilikdə gün ərzində qayda pozan 100-dən artıq avtomobil saxlanılıb və onlar yol hərəkəti barədə təlimatlandırılıb.

    Keçirilən tədbirlər çərçivəsində piyada səkisində piyadaların hərəkətinə mane olan 16 avtomobil müəyyən edilərək sürücülərə xəbərdarlıq edilib və səkidən kənarlaşdırılıb.

    Tədbirimiz mütəmadi xarakter daşıyır. Məqsədimiz sürücü və piyadaları cərimələmək deyil, onları maarifləndirmək, qaydalara əməl etməyə çağırmaqdı. Hər bir vətəndaş qanunvericiliyə əməl etməli, qayda pozuntularının sayının azalmasına çalışmalıdır. Bildiyimiz kimi, yol nəqliyyat hadisələrinin əksəriyyəti insan amili ilə bağlıdır. Sürücülərin, piyadaların qaydalara əməl etməməsi ağır nəticələrə səbəb olur. Ani səhlənkarlıq insan ölümü və xəsarətlə nəticələnir. İstəyirik ki vətəndaşlarımız müəyyən olunmuş qaydalara əməl etsin, qayda pozuntularının və bədbəxt hadisələrin sayı azalsın. Bu cür tədbirlərin keçirilməsi vacibdir.

    Vətəndaşları cərimələmədən onları maarifləndirmək bu cür halların azalmasına gətirib çıxarır. Bu işdə vətəndaşların və medianın dəstəyinə böyük ehtiyacımız var”.

  • Şeytana atılan daşları pulla satırlar? – Ərəbistandan qayıdan zəvvar AYDINLIQ GƏTİRDİ

    Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedən zəvvarlar artıq Bakıya qayıdıblar.

    Median.Az bildirir ki, ziyarətin təfərrüatları haqqında Modern.az-a danışan Heydər məscidinin imamı hacı Rüfət Qarayev Həccin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Həcc ziyarəti haqqında sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olan bəzi məqamlara da toxunub:

    “Düşünürəm ki, hətta əvvəlki illərə nisbətdə daha təhlükəsiz və rahat ziyarət baş tutdu. Zəvvarların otel şəraitləri, qidalanması, ziyarətlər üçün marşrutların təşkil olunması və s. yaxşı qurulmuşdu. Həccə gedənlər arasında yaşlı insanlar üstünlük təşkil etdiyindən təhülksəizlik tədbirlərinə daha çox diqqət ayrıldı. Əvvəlki illərə nisbətən qrip, digər infeksion xəstəliklərə çox az təsadüf edildi. Mütəmadi olaraq, zəvvarların çay, su, kofe verilməsi yaxşı qarşılandı”.

    R.Qarayev bildirib ki, şeytan daşlama zamanı atılan daşlar pulla satılmır:

    “Ziyarətdə tənzimləyici, cavabdeh şəxslər var. Onlar kütləyə müraciətdə yüksək səs tonu ilə danışmalı olurlar. Məsələn, nəzarətçilər “yol verin!”, “çəkilin!”, uyğun olmayan yerdə namaz qılanlara “olmaz!” deyə səsini yüksəldəndə zəvvarlar narazılıq edirlər ki, bizə qışqırdılar, aşağıladılar, sərt rəftar etdilər. Amma bu həqiqəti əks etdirmir. Orada görəvli olan ərəblər sadəcə öz işlərini yerinə yetirirlər.

    Şeytana daş atmaq üçün də pul tələb olunmur. Şeytana atılan daş əsla pulla satılmaz. Daşları toplamaq üçün xüsusi yer var. Zəvvarlar özüləri üçün daş yığırlar. Əslində 49 daş atıılmalıdır, biz zəvvarlara 70-ə qədər daş yığdırırırıq ki, düşüb, itənlər olanda əlavə istifadə edilsin”.

    Əksər zəvvarların bütün ayinlərin icrasında iştirak etdiyini vurğulayan imamın sözlərinə görə, bəzi yaşlı insanlar ziyarətdə çətinlik çəkirlər:

    “Çətinlik çəkən zəvvarlar könüllü şəkildə bəzi dini ayinlərin icrasına qatılmaya bilirlər”.

    R.Qarayev ilk dəfə ziyarətə gedəcək zəvvarlar üçün tövsiyələrini də əlavə edib:

    “Zəvvarlar əvvəlcədən araşdırıb, maraqlanıb məlumatlansınlar. Düzdür, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kurslar təşkil edilir. Amma çoxları oradakı məlumatlandırmalara başdansovdu yanaşır. Həcc ziyarətinə gedəcək insan ən azı 2-3 il özünü hazırlamalıdır ki, səfəri rahat, təhlükəsiz başa vursun. Zəvvarlar anlamalıdırlar ki, bir əməli pozursansa, Həccin batil ola bilər. Çoxluq buna diqqət etmir”.

  • В Лянкяране автобус упал в ущелье, есть погибший, десятки пострадавших – ФОТО

    В Лянкяране опрокинулся пассажирский автобус.

    Как передает Median.Az со ссылкой на АПА, в результате аварии 1 человек погиб, не менее 24 – ранены.

    ДТП зарегистрировано в селе Балитон. По предварительной информации, причиной аварии стала неисправность в тормозной системе. Так, автобус, потеряв управление на подъеме, покатился назад и опрокинулся, въехав во двор частного дома.

    На место происшествия привлечены спасатели МЧС. Пострадавшие доставлены в центральную районную больницу.

    По сообщению, в результате ДТП погиб водитель.

    Полиция выясняет обстоятельства происшествия.

  • Arvadı ilə tutmuşdu, bağışladı, amma 4 il sonra öldürdü…

    …Şabran rayon sakini, 39 yaşlı Vüsal Hacıyev həmyerlisi Ruslanı qətlə yetirib. Məhkəmədə bəlli olub ki, Vüsal əvvəllər həyat yoldaşı ilə Ruslanın münasibətindən xəbər tutub, hətta onları bir yerdə yaxalayıb. Maraqlıdır ki, həmin vaxt namusuna göz dikdiyi üçün Ruslana əl vurmayıb, onu polisə təhvil verib. Ruslan isə arvadı ilə bir yerdə tutduğu halda onları bağışlayan Vüsalı rayonda biabır edib, arxasınca danışıb, sonuncu da onu öldürməklə qisas alıb.

    Amma o da bəlli olub ki, Vüsalın özü də düzgün həyat sürməyib, 3 dəfə evlənib, hətta ikinci arvadının barmaqlarını sındırıb. Bir nəfərin ölümünə, digərinin həbsxanaya düşməsinə səbəb olan qadın isə xəstəlikdən ölüb.

    Median.Az Virtualaz.org-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Vüsal Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Hadisə ötən il avqustun 12-də Vüsal Hacıyevin mənzilində baş verib. Həyat yoldaşını yaşadığı evin həyətində həmyerlisi Ruslanla bir yerdə yaxalayan Vüsal sonradan onu bağışlasa da şəhər camaatı içərisində haqqında nalayiq sözlər işlətməsini eşidib. Bu səbəbdən də ondan qisas almağı planlaşdırıb. Bunun üçün münasib vaxt və şərait yaranmasını gözləyib.

    Tanışı İsmayıl Səfərəliyevlə birgə spirtli içki qəbul edən Vüsal Ruslandan qisas almaq üçün mebel düzəltdirmək adıyla onu evə çağırtdırıb. Söhbət əsnasında Vüsal Ruslana o vaxt güzəştə getdiyini xatırladıb. Ruslansa cavabında ona mərhum arvadının yüngül həyat tərzi sürdüyünü, başqa kişilərlə də yaxın münasibət qurduğunu bildirib. Nəticədə onların aralarında mübahisə yaranıb. Masanın üstündəki “Aroma” şüşəsini Ruslanın başına çırpan Vüsal onu yardımçı tikiliyə sürüyüb aparıb. Orada bıçaqla bədəninə çoxsaylı zərbələr endirib. R.Hacıyev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

    Təqsirləndirilən Vüsal Hacıyev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində həyat yoldaşı və uşaqları ilə bir yerdə yaşadığını, əvvəllər üç dəfə ailə qurduğunu, lakin müxtəlif səbəblərdən nikahları pozulduğunu deyib: “2014-cü ilin yayında Ruslanı həyat yoldaşımı bir yerdə tutmuşdum. Həmin vaxt aparıb polisə təhvil verdim. Arvadımı da evdən qovdum. Sonradan uşaqlara görə evə gətirdim. Bir il sonra arvadım talassemiya xəstəsi olduğundan vəfat etdi”.

    Həyat yoldaşı vəfat etdikdən sonra Vüsal ikinci dəfə ailə qurub. Amma özünün dediyinə görə, arvadı birinci nikahdan olan uşaqları ilə pis davrandığına görə onun barmaqlarını sındırıb. Bu səbəbdən də Şabran rayon məhkəməsinin qərarına əsasən barəsində cərimə cəzası təyin edilib.

    V.Hacıyevin ifadəsinə görə, hadisə baş verən gün tanışı İsmayılla birgə yemək yeyib spirtli içki içiblər. Süfrə arxasında köhnə söhbətlər açılıb, o da Ruslanda günah görmədiyini, artıq onu bağışladığını deyib: “İsmayılla Ruslan həyətdə mübahisə edirdilər. İsmayılın təkidi ilə Ruslanı evə buraxdım. Elə səhvim də onda olub. Ismayıl Ruslana araq süzdü. Birdən yadıma həmin hadisə düşdü. Əsəbləşib butulkayla Ruslanın başına vurdum və otaqdan çıxdım. Geri qayıdanda gördüm ki, bunlar yoxdular. Mətbəxin işığı yanırdı, ora yaxınlaşanda Ruslanın öldüyünü gördüm”.

    Təqsirləndirilən şəxs ifadəsində Ruslanı öldürmədiyini, onu İsmayıl Səfərəliyevin qətlə yetirdiyini deyib: “ O hadisədən sonra İsmayıl Rusiyaya qaçıb getdi. Mən istintaq zamanı da dedim. Amma İsmayılı tapmaq istəmədilər. Əgər Ruslanı öldürmək fikrim olsaydı onu elə o vaxt həyətimdə tutanda öldürərdim. Amma bunu eləmədim”.

    Məhkəmə V.Hacıyevin ifadəsini inandırıcı hesab etməyib. Məhkəmə hesab edib ki, iş üzrə zərərçəkmiş, şahid və ekspertiza rəylərinə əsasən qətlin V.Hacıyev törədildiyi tam təsdiqini tapıb.

    Zərərçəkmiş Kafiyə Seyidova ifadəsində mərhum oğlu Ruslanın təbiətcə sakit olsa da spirtli içkilərə meyilli olduğunu,bu üzdən də həyat yoldaşı ilə boşandığını göstərib: “Oğlum mebel ustası idi. 2014-cü ildə Vüsalın arvadı ilə münasibətdə olduğuna görə Vüsal onu polisə vermişdi. Arvadı da o vaxt Ruslanı öz razılığı ilə evə çağırdığını dediyinə görə sərbəst buraxıldı. Hadisə baş verən gün Ruslan mənə dedi ki, Şabranda bir nəfərlə görüşəcək, inşaat materiallarının siyahısını verəcək. Həmin gecə Ruslan evə gəlmədi. Fikirləşdim ki, yəqin içib, hardasa yıxılıb qalıb, ya da nəsə eləyib polisə aparıblar. Ruslanı axtarmaq üçün gecəyarı evdən çıxdım, nə qədər axtarsam da tapa bilmədim. Gecə saat 4-də qayınlarım gəlib dedilər ki, Ruslanı Vüsal öldürüb”.

    Məhkəmənin hökmü ilə Vüsal Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilib.

  • Abşeronda naməlum kişi meyiti tapılıb

    Abşeron rayonunda naməlum kişi meyiti tapılıb.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

    Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, Xırdalan şəhəri ərazisində, təxminən, 45-50 yaş arasında aşkarkanan kişi meyitinin şəxsiyyətini aşkar etmək hələ ki mümkün olmayıb

    Faktla bağlı araşdırma aparılır.

  • Məhbus özünü mismarlayıb

    Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında mıhbus özünə mismarla xəsarət yetirib.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, orada cəza çəkən 1993-cü il təvəllüdlü Əliyev Ceyhun qarın nahiyəsinin mismarla deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

    Məhbusun özünə mismarla xəsarət yetirdyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Супруга погибшего пилота Рашада Атакишиева поведала о его бесценных качествах – ИНТЕРВЬЮ

    «Рашад разбирался во всем, он мог построить дом, справиться с самыми тяжелыми математическими задачами, очень любил своих близких. Но больше всего он любил свою Родину».

    Об этом в интервью порталу publika.az рассказала Кенуль Атакишиева, супруга полковника-лейтенанта Рашада Атакишиева – пилота, потерпевшего крушение в ходе учебно-тренировочных полетов самолета МиГ-29 ВВС Азербайджана.

    – Я не могу говорить о Рашаде в прошедшем времени. Каждый день мы ждали его возвращения. Каждый стук в дверь, каждый телефонный звонок вселял в нас надежду на добрую весточку о нем.

    – Когда вы видели его в последний раз?

    – За день до злополучного происшествия он находился на дежурстве. Но из-за погодных условий полет не состоялся. Вечером он вернулся домой пораньше, поужинал и сказал, что сожалеет о том, что не может уделять нам больше времени. Предложил выйти прогуляться. Наш старший сын Тургут остался дома с бабушкой. Я готовилась к конференции, и моя свекровь приехала, чтобы помочь мне с детьми. По воле судьбы, в последние дни жизни Рашада его мать оказалась рядом с ним.

    Мы вместе с младшим сыном поехали в развлекательный центр. Прошлись по магазинам. Рашад был настолько доволен жизнью в тот момент, даже сказал, что вся усталость прошла. Мы вернулись домой в десять часов вечера. Затем он снова вышел из дома, дети уже спали. Спустя некоторое время он вернулся с покупками.

    Он попросил меня сесть и поговорить с ним, так как через два часа должен был уйти. Глаза его сияли от радости. Затем я проводила его, и он ушел. Позже он сообщил, что через два часа его работа закончится. Он не вернулся домой, я начала звонить ему, но звонки не доходили. Я набирала вновь и вновь десятки раз. О том, что произошло, нам сообщили ближе к утру. Рашад жил нами, души в нас не чаял. В последний день, когда мы его видели, во время прогулки он сказал, что мы будем вместе до конца жизни.

    – Младший сын – Габиль очень похож на отца…

    – Старший сын больше похож на него. Он не знает о смерти отца. Когда он спрашивает, я говорю ему, что отец находится на учениях в Турции, а оттуда отправится в Сирию, где идет война. Так что всякое может произойти. Может быть, вернется через год. Он отвечает, что у него такое чувство, будто отца уже год нет рядом с нами. Затем задумывается и твердит, что если отца не будет рядом долго, у него остановится сердце, и он умрет от тоски. Он очень чувствителен, сильно привязан к отцу. За эти дни он сильно похудел. Говорит, что отец сейчас, наверное, плохо питается, ведь он любит только то, что ты готовишь.

    – Наверное, он также хочет услышать его голос.

    – Я несколько раз говорила ему, что отец звонил, пока он спал. Он просит разбудить его в следующий раз. Говорит, что иначе обидится.

    – Вернемся к вашему знакомству.

    – Нас познакомили. 24 августа, спустя месяц после его кончины, исполнилось 9 лет нашему знакомству. Мы планировали отметить это событие. Наша свадьба состоялась 24 апреля 2011 года. Он гордился моими маленькими успехами в искусстве. Когда я готовилась к конференциям, в первую очередь, делилась своей речью с ним. Он советовал не волноваться, заменить какое-то слово другим.

    – Любил ли он музыку?

    – Очень. Я играла на пианино. Они с детьми слушали, танцевали. Мы устраивали маленькие домашние концерты.

    – Какие произведения он любил?

    – Часто просил сыграть для него «Лунную сонату» Бетховена, «Ноктюрн» Шопена. Потом мы пели с детьми гимн и военный марш.

    – Рашад был светловолосым с голубыми глазами.

    – Его бабушка в 18 лет переехала в Шамкир из Украины. Дедушка и бабушка очень любили Рашада. Потому, что он рос рядом с ними. Они потеряли сына, когда сами были молодыми, и поэтому по-особенному любили Рашада. Дедушка Рашада был родом из Южного Азербайджана. Он сыграл важную роль в патриотическом воспитании Рашада.

    – По-вашему, какую профессию он выбрал бы, если бы не стал пилотом?

    – Профессию врача. Это была его детская мечта. Но решил стать пилотом, когда в небе над селом, где проживал, увидел военный самолет. Он несколько раз показывал высокие результаты на учениях «Соколы Турана», проходивших в Турции.

    – Есть ли какое-то воспоминание, которое будет согревать вашу душу всю оставшуюся жизнь?

    – Появление на свет наших детей. Радость в его глазах во время рождения детей невозможно описать словами. Я не могу забыть поздравления, которое он отправил мне после родов. Он говорил, что мы будем танцевать на свадьбах наших детей.

    – У него была возможность уйти на пенсию после 37 лет, не так ли?

    – Да, оставалось три года. Он мог остаться или уйти. Решение было за ним.

    – По-вашему, желал ли он продолжить?

    – Я всегда ему говорила, что он должен двигаться вперед, дойти до звания генерала. Он гордился своей профессией. Бывало, они не совершали полетов долгое время и летели после длительного перерыва. После этого он говорил, что его тело, наконец, отдохнуло – и он пришел в себя. Самым большим желанием Рашада было принять участие в освобождение Карабаха от оккупации и участие в параде победы.

  • XİN: Azərbaycan Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək

    Ermənistanın Baş naziri N.Paşinyan Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-dən zor gücü ilə ayrılmasını Azərbaycanın SSRİ-dən çıxması prosesi ilə əsaslandırmağa cəhd göstərib.

    Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu məsələyə münasibət bildirib. O deyib ki, bu cəhd Paşinyanın “hüquqi savadsızlığının və ya yalana əl atmasının sübutudur”: “Ermənistanın Baş naziri əgər xalqını barmağına dolamaq istəyirsə, bu onun öz işidir. Lakin o, dünya birliyini aldatmağa müvəffəq olmayacaq, xüsusilə də məsələnin hüquqi tərəfinə gəldikdə.

    Belə ki, ilk olaraq, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu 1936 və 1977-ci illər SSRİ Konstitusiyalarında təsbit edilib, üstəgəl müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Erməni millətçilərinin DQMV-nin Azərbaycan SSR-dən ayrılmasına yönəlmiş qanunsuz hərəkətləri ilə əlaqədar olaraq, SSRİ Ali Soveti öz qərarlarında mövcud sərhədlərin dəyişdirilməsinin mümkünsüzlüyünü birmənalı şəkildə təsdiq etdi. Beləliklə, Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılması cəhdləri SSRİ Konstitusiyasının açıq şəkildə pozulması ilə müşayiət olunurdu və buna görə də heç bir hüquqi nəticə doğurmadı.

    İkincisi, Ermənistan tərəfinin tez-tez istinad etdiyi 1990-cı il 3 aprel tarixli “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” SSRİ Qanununun məqsədi, müttəfiq respublikaların SSRİ-dən ayrılması halında, SSRİ daxilindəki qarşılıqlı münasibətləri müəyyən bir prosedur yaratmaqla tənzimləməkdən ibarət idi. Müttəfiq respublikanın SSRİ-dən çıxması yalnız mürəkkəb çoxmərhələli prosedurdan keçdikdən və nəticədə SSRİ Xalq Deputatları Qurultayı tərəfindən müvafiq qərar qəbul edildikdən sonra tamamlanmış hesab edilə bilərdi. Lakin qeyd olunan Qanun heç vaxt tətbiq edilmədi və heç bir müttəfiq respublika, o cümlədən Azərbaycan və Ermənistan bu Qanunda nəzərdə tutulmuş ayrılma qaydasından istifadə etmədi.

    Üçüncüsü, SSRİ dağıldıqdan sonra Azərbaycan BMT-yə, eləcə də digər beynəlxalq təşkilatlara SSRİ dövründəki öz inzibati sərhədləri çərçivəsində daxil olub və həmin hüdudlar bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycanın beynəlxalq sərhədləri qismində tanınır. Ermənistanın iddia etdiklərindən fərqli olaraq, Müstəqil Dövlətlər Birliyinin məqsəd və prinsiplərinə dair 21 dekabr 1991-ci il tarixli Almatı Bəyannaməsini imzalayan dövlətlər, o cümlədən Ermənistan, öz üzərilərinə bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyini götürüblər.

    Seçicilərinə qızıl dağlar vəd edən Ermənistan Baş nazirinin iddiaları, mövcud vəziyyətdən konkret çıxış yollarının göstərilməməsi səbəbindən daha çox iflasa uğrayır. Çünki, bu vəziyyətin düzəldilməsi qonşu Azərbaycanla münasibətlər normallaşdırılmadan mümkün deyil. Burada, həmçinin iqtisadiyyat, demoqrafiya, hərbi və digər faktorları nəzərə almaq lazımdır.

    Bununla yanaşı, qeyd etmək istərdik ki, Ermənistanın bu və ya digər rəhbərinin mövqeyindən asılı olmayaraq, Azərbaycan özünün beynəlxalq tanınmış və əzəli torpaqları, o cümlədən Dağlıq Qarabağ bölgəsi üzərində suverenliyini bərpa edəcək, çünki ədalət və hüquq Azərbaycan tərəfindədir. Bu vaxt gəlib çatacaq və bölgədə vəziyyətin inkişafını nəzərə alaraq bu vaxt hər an yetişə bilər”.