Month: August 2019

  • Lənkəranda qəzada ölən şəxsin və yaralıların adları bəlli oldu – YENİLƏNİB

    Lənkərandakı qəza ilə bağllı detallar bəlli olub.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, qəzada ölən şəxsin və yaralıların adları bəlli olub.

    Qəza nəticəsində sürücü Ələmdar Şahvəli oğlu Ağayev (1957) həlak olub.

    22 nəfər – Sevda Yusubova Şirəli qızı (1981), Aycan Yusubova Məhərrəm qızı (2006), Rahim İbrahimov Şamməd oğlu (2008), Şölə İbrahimova Filağa qızı (1972), Milana Cəfərli Qılman qızı, (1997), Pərvanə Seyfullayeva Vahab qızı (1977), Şəfəq Zamanova Cəsail qızı (1990), Aytəkin Qasımova İsaq qızı (1964), Rəisə Sadıqova Canəli qızı (1957), Kifayət Muradova Xeyrulla qızı (1983), Südabə Muradova Muxtar qızı (1972), Məryəm Ağayeva Məzahir qızı (1974), Adilə Rəhimova Məmmədağa qızı (1966), Mirələm Quliyev Baloğlan oğlu (1957), Göyçək Əliyeva Mehrəli qızı (1984), Yusif Novruzov Zamin oğlu (2013), Hafiz Ağayev Allahverdi oğlu (1982), Səbinə Hüseynova Rizvan qızı (2001), Rəfiqə Ağayeva Miri qızı (1949), Sevinc Ağayeva Vəliağa qızı (1978), Sevgiyyə Ağayeva Əzim qızı (2001), Ülviyyə Ağayeva Əzim qızı (2004) yaralanıblar.

    ***

    Lənkəranda sərnişin daşıyan avtobus aşıb, bir nəfər ölüb, 10-dan çox yaralı var.

    Median.Az-ın oxu.az-a istinadən xəbərinə görə, dəhşətli qəza hadisəsi rayonun Bəliton kəndində qeydə alınıb.

    İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Sürücü hadisə yerində həyatını itirib. Xəsarət alanlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Bərdə sakinindən 7 kq narkotik və silah-sursat aşkar edildi

    Bərdə rayonunda polis əməkdaşları narkotik və silah-sursat aşkar edib.

    Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən Bərdə şəhər sakini Musa Mehdiyev saxlanılıb.

    Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 23 ədəd narkotik tərkibli çətənə bitkisi və çəkisi 7 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Axtarış zamanı həmçnin 1 ədəd 16 kalibrli tüfəng, 2 ədəd “Kalaşnikov” sandıqçası və 58 ədəd müxtəlif növ patron aşkar edilərək götürülüb.

    Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.

  • Эд Ширан заявил о прекращении творческой деятельности

    Британский музыкант Эд Ширан заявил, что решил на время прекратить выступления на сцене после мирового турне.

    Как пишет, Inforeactor, после окончания концерта в рамках гастрольного тура Divide в родном Ипсвиче Ширан рассказал поклонникам, что это было его последнее выступление и он хочет взять перерыв в творческой деятельности. По его словам, гастрольный тур продолжался больше двух лет, однако теперь он чувствует, что пора отдохнуть. Музыкант выразил благодарность, а также свою любовь фанатам и слушателям.

    “Сегодня заканчивается мой тур. Это мой последний концерт в ближайшие полтора года”, — заявил Ширан.

    Кроме того, певец приравнял окончание тура к расставанию с девушкой после долгих лет отношений. По его словам, шоу Divide посетили более девяти миллионов человек. Тур Ширана признан аналитиками самым кассовым в истории. После поездки по всему миру музыкант заработал более 755,6 миллиона долларов.

  • Ed Şiran səhnədən gedir

    Əslən Britaniyadan olan məşhur müğənni Ed Şiran gözlənilmədən karyerasına fasilə verib. Qərb mediası Edin bu cür addımını onun ruhi xəstəliyə düçar olması ilə bağlayır.

    Musiqiçinin iki ildən çox davam edən “Divide” adlı dünya turunun son konsertində Ed bir müddət karyerasına ara verməyə qərar verdiyini açıqlayıb: “Bu gün dünya turum başa çatır. Həm acı, həm də sevindiricidir. Sizi çox sevirəm. Bu, növbəti il yarım ərzində son konsertimdir”.

    “Divide” bu günə kimi ən yüksək gəlir gətirən tur kimi tarixə düşüb. Onu təxminən 9 milyon insan canlı seyr edib. Ed verdiyi konsertlərdən ümumi olaraq 755 milyon dollar pul toplayıb.

    Fanatlar isə Şiranın çox yorulduğunu və bir şəhərdən digər şəhərə uçub dayanmadan çalışmaqdansa, evində sakitcə yaşamaq istədiyini düşünürlər.

    Lakin Qərb mediası fərqli bir versiya irəli sürüb – Edin bu qərarı onun paranoyadan əziyyət çəkməsi ilə bağlıdır.

    Bir ay əvvəl musiqiçi ağır əsəb gərginliyini yaşadığını, bütün dostları ilə əlaqələrini kəsdiyini və yalnız yaxın insanları və həyat yoldaşı ilə ünsiyyət saxladığını etiraf edib.

    Edin mobil telefonu yoxdur. O, paytaxtdan ayrılıb, Suffolkdakı mütəvazi həyatı seçib. Üstəlik, heç kəsin onun rahatlığını pozmaması üçün hətta qonşularının evlərini də satın alıb.

    Musiqiçi deyib: “Klostrofobiyam var, izdiham içərisində ola bilmirəm. İnsanlarla ünsiyyət saxlayıram, bu mənada problem yoxdur. Ancaq kiminsə mənə diqqətlə baxması və ya şəklimi çəkməsi məni narahat edir. Sanki mən insan deyiləm”.

    2016-cı ildə həyatında baş verən xoşagəlməz hadisədən sonra Şiran dörd ay evdən çıxmayıb: “Yemək sifariş verir və film izləyirdim. Bir şüşə süd üçün də çölə çıxa bilmirdim. Normal bir həyat sürmək, evdən çıxmaq, konsert vermək istədim. Bunun əvəzinə dörd divar arasında oturub kilo aldım”.

    Ed həmçinin etiraf edib ki, bundan bir müddət öncə onun alkoqol asılılığı olub. Amma musiqiçi içkidən uzaqlaşmağı bacarıb.

  • Azyaşlının avtomobil idarə etməsinin görüntüləri yayıldı – VİDEO

    Sosial şəbəkələrdə azyaşlının avtomobil idarə etməsi barədə görüntülər yayılıb.

    Baş Dövlət Yol Polisi İdarəsi (DYP) azyaşlının avtomobil idarə etməsi ilə bağlı yayılan videoya münasibət bildirib.

    DYP-dən bildirilib ki, hadisə ötən gün Mingəçevir şəhəri ərazisində baş verib:
    “Sükan arxasında azyaşlının oturması faktı aşkar edilib. Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən sürücü barəsində inzibati protokol tərtib edilib”.//oxu.az

  • Aya qadın kosmonavt göndəriləcək

    ABŞ Kosmik Agentliyi (NASA) 2024-cü ildə Ayın cənub qütbünün yaxınlığına biri qadın olmaqla iki astronavt göndərmək niyyətindədir.

    Median.Az “ICTnews”a istinadən xəbər verir ki, bu barədə agentlik rəhbəri Cim Braydenstayn bildirib.

    Onun sözlərinə görə, gələcəkdə qadınlar kosmosun mənimsənilməsində əsas rol oynayacaqlar. O, həmçinin Marsa göndəriləcək ilk kosmonavtın qadın olacağını istisna etməyib:

    “Biz bu məqsədə yaxınıq, çünki növbəti ilin martında tarixdə ilk dəfə qadın astronavtlar qrupu açıq kosmosa çıxacaq”.

    Qeyd edək ki, bir müddət əvvəl bu ideya ABŞ hökuməti tərəfindən də dəstəklənib. Ölkənin vitse-prezidenti Mayk Pensin sözlərinə görə, astronavtlar bazanın yaradılması üçün Ayda uzun müddət qalacaqlar. Siyasətçi Ayda toplanan təcrübənin gələcəkdə astronavtların Marsa göndərilməsinə kömək edəcəyinə əmindir. Bununla yanaşı, Prezident Donald Tramp Administrasiyası 2024-cü ildə Aya enməni və Yer peykinin səthində infrastrukturun yaradılmasını nəzərdə tutan “Artemis” proqramına dəstək nümayiş etdirib.

  • Vaqif Əsədov 20 manatlıq telefon işlədirmiş — FOTO

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov sadə telefon işlədirmiş.

    Median.Az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə V.Əsədovla fotosunu paylaşan jurnalist Orxan Əli məlumat verib.

    O, Əsədovun telefonunun elə də bahalı olmadığını qeyd edib.

    Həmin telefonun satış qiymətinin 20 manat civarında olduğu deyilir.

  • “Keşlə” Küveyt klubu ilə heç-heçə oynayıb

    Bakının “Keşlə” klubu yoldaşlıq görüşü keçirib.

    Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, paytaxt təmsilçisi Küveytin “Al-Fahaheel” klubu ilə qarşılaşıb.

    Bakı Olimpiya Stadionun köməkçi meydançasında baş tutan matç 2:2 hesabı ilə yekunlaşıb. “Keşlə”nin qollarına Aleksandr Kristovao və Patrik Fraydey imza atıblar.

  • Азербайджан в списке ведущих стран-экспортеров мира. Армению из рейтинга исключили

    Американское рейтинговое агентство HowMuch опубликовало исследование, в котором были названы страны, являющимися крупнейшими экспортерами мира. В список попал и Азербайджан. Особо отмечается, что обнародованные данные касаются только физических товаров, а не услуг.

    Как указывают аналитики, экспорт является основным аспектом международной торговли. Страны по всему миру укрепляют свою экономику, продавая ресурсы и товары.

    Какие же страны лидируют в мировой экономике по экспорту? Китай по-прежнему является крупнейшим экспортером в мире. В 2018 году страна экспортировала товаров на общую сумму 2,5 триллиона долларов.

    На втором месте США. Крупнейшие экспортные отрасли США включают продукты питания и напитки, сырую нефть, гражданские самолеты, автозапчасти и промышленную технику – 1,7 триллиона долларов.

    При этом отмечается, что Соединенные Штаты и Китай продолжают торговые войны, что может существенно повлиять на мировую экспортную отрасль.

    Самый крупный экспортер мира – Европейский Союз, не вошедший в рейтинг. В 2018 году из ЕС было экспортировано товаров на сумму в 6,5 трлн. долларов. Но если брать отдельные государства, то на третьей строчке Германия с 1,6 триллиона долларов. На четвертой строчке Япония – 738 миллиардов долларов. А на пятом месте неожиданно оказались Нидерланды – 723 миллиарда долларов.

    Из рейтинга были исключены страны с минимальным экспортом, потому на визуализированную карту не попали, например, Армения и Грузия.

    Что касается Азербайджана, то отмечается экспорт на уровне 22 миллиардов долларов в год. Среди соседей Азербайджана в рейтинг попали Россия – 444 млрд. долларов, Беларусь – 34 млрд., Казахстан – 61 млрд., Украина – 47 млрд, Турция – 168 млрд, Туркменистан – 10 млрд., Иран – 108 млрд., Узбекистан – 11 млрд., Латвия – 16 млрд., Литва 33 млрд. и Эстония – 17 миллиардов долларов в год.

  • Azərbaycan dünyanın aparıcı ixracatçıları siyahısında, Ermənistan siyahıdan çıxarılıb

    Amerikanın “HowMuch” reytinq agentliyi dünyanın ən iri ixracatçı ölkələrinin siyahısını dərc edib. Siyahıda Azərbaycanın da adı var. Açıqlanan nəticələrin xidmət sahəsinə deyil, əmtəəyə aid olduğu xüsusi vurğulanır.

    Analitiklərin sözlərinə görə, ixrac beynəlxalq ticarətin əsas aspektlərindəndir. Dünya ölkələri resurs və əmtəələrini satışa çıxarmaqla iqtisadiyyatlarını möhkəmləndirirlər.

    Dünya iqtisadiyyatında ixrac üzrə liderlik edən ölkələr hansılardır? Əvvəlki kimi birinci yerdə Çin gəlir. 2018-ci ildə ölkə 2,5 trilyon dollarlıq əmtəə ixrac edib.

    ABŞ ikinci yerdədir. Bu ölkə içki və qida da daxil olmaqla ərzaq məhsulları, xam neft, mülki təyyarələr, avtomobil hissələri və sənaye texnikası ixrac edir – 1,7 trilyon dollar.

    O da qeyd olunur ki, ABŞ və Çin arasında ticarət müharibəsi davam edir və bu da ümumilikdə dünyanın ixracat sahəsinə ciddi təsir göstərə bilər.

    Almaniya siyahıda üçüncü (1,6 trilyon dollar), Yaponiya dördüncü (738 milyard dollar) yerdədir. Gözlənilmədən siyahıda beşliyi Niderland tamamlayıb (723 milyard dollar).

    Minimal ixrac dövriyyəsi olan ölkələr – Ermənistan və Gürcüstan isə siyahıdan çıxarılıb.

    Azərbaycanda illik ixrac dövriyyəsinin 22 milyard dollar olduğu qeyd edilir. Siyahıda aşağıdakı ölkələr də yer alıblar: Rusiya (444 mlrd. dollar), Belarus – 34 mlrd., Qazaxıstan – 61 mlrd., Ukrayna – 47 mlrd., Türkiyə – 168 mlrd., Türkmənistan – 10 mlrd., İran – 108 mlrd., Özbəkistan – 11 mlrd., Latviya – 16 mlrd., Litva – 33 mlrd. və Estoniya – 17 mlrd. dollar.