Month: August 2019

  • Tramp keçmiş köməkçisini bağışladı: Sirlərimizi açıqlasa da, üzrünü qəbul edirəm

    ABŞ Prezidenti Donald Tramp köməkçisi Madlen Vesterhoutu yaxşı insan hesab etdiyini və onu bağışladığını deyib.

    Belə ki, ötən həftə “Politico” qəzeti Vesterhoutun Trampın qızları İvanka və Tiffani haqqındakı sözlərinə görə, vəzifəsindən istefa etdiyini yazmışdı.

    Vesterhout avqustun 17-də yerli mətbuata verdiyi bir açıqlamasında Donald Trampla aralarındakı münasibətlərin onun qızları ilə arasındakı münasibətdən daha yaxşı olduğu ilə öyünmüşdü. Bundan başqa, 28 yaşlı köməkçi bildirmişdi ki, prezident qızı Tiffani ilə şəkil çəkdirməyi sevmir, çünki onu çox kök hesab edir. Nəhayət, Vesterhout zarafatla əlavə etmişdi ki, Tramp bəzən qızı Tiffanini izdiham içərisində digər insanlardan fərqləndirə bilmir.

    Tramp isə öz növbəsində “Twitter” səhifəsində məsələ ilə bağlı yazıb ki, hər nə qədər Madlen Vesterhout razılaşdırılmamış açıqlamalar veribsə də, onun üzrünü qəbul edib və bağışlayıb.

    Cümə günü “Ağ ev”də jurnalistlərin suallarını cavablandıran Prezident Vesterhoutun ölkənin birinci ailəsinin sirrlərini və şəxsi təfərrüatlarını açıqladığı üçün işdən çıxarıldığını təsdiqləmişdi.

  • “Grandmart”da biabırçılıq: 31 avqustda 2 sentyabrın malı — SATILIR – FOTOLAR

    Bakıda məşhur “Grandmart” supermarketində məhsul saxtakarlığı ilə bağlı çəkilən foto paylaşılıb.

    Median.Az xəbər verir ki, fotonu Həbib Məmmədov adlı “Facebook” istifadəçisi paylaşıb.

    Onun paylaşdığı fotoda “Ovçu” firmasının istehsal etdiyi sosiskanın üzərində istehsal tarixinin 2 sentyabr 2019-cu il yazıldığı görülüb. Bu günə isə 31 avqustdur.
    H.Məmmədov məhsulun fotolarını “Gələcəyə səyahət” başlığı ilə paylaşaraq məhsulun saxta olmasına işarə edib.//ölkə.az

  • Nazir Aprel şəhidinin oğluna verdiyi sözü tutdu — FOTO

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə şəhid övladına planşet hədiyyə edib.

    Median.Az xəbər verir ki, bu barədə “Şəhidlərimiz” Facebook səhifəsində məlumat paylaşılıb.

    Bildirilib ki, bu il iyun ayının 1-də Aprel şəhidi Raquf Orucovun məktəbli oğlu Nihad Oruclu nazir Ramin Quluzadə ilə görüşdə planşetinin köhnə olduğunu bildirib.

    Nazir söz verib ki, yeni dərs ilində ona planşet hədiyyə edəcək. R.Quluzadənin söz verdiyi planşet artıq şəhid övladına çatdırılıb. Buna görə Raquf Orucovun ailəsi nazirə öz təşəkkürünü bildirib.

    Qeyd edək ki, N.Orucov orta məktəbdə oxuyur. Şəhidin böyük oğlu Aqşin Orucov isə Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.


    Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi Raquf Orucov 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib. “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı 26 il vətən yolunda xidmət edib.

  • 22 yaşlı gənc faciəvi şəkildə öldü

    İsmayıllıda 22 yaşlı oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saat 14:00 radələrində İsmayıllının İvanovka kəndində qeydə alınıb.

    Kənd sakini, 1997-ci il təvəllüdlü Jaben Aleksandr Nikolayeviç yaşadığı evin divarında xarab olan elektrik naqilini təmir edərkən ehtiyatsızlıq edib və cərəyan onu vuraraq öldürüb. Onun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.

    Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

  • Bakı-Sumqayıt elektrik qatarında texniki nasazlıq yaranıb

    Bakı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

    Median.Az report-a istinadən xəbər verir ki, elektrik qatarı bir neçə dəqiqə yubanıb. Belə ki, Bakı Dəmir Yolu Vağzalından saat 18:10-da çıxmalı olan qatar 12 dəqiqə yubanaraq, saat 18:22-də yola düşüb.

    Qatarın maşinisti problemin texniki nasazlıqla bağlı olduğunu bildirib.

  • Füzuli parkında mübahisə etdi, tanışını bıçaqladı

    Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektindəki Füzuli parkında baş verib.

    Rayon sakini Ramin Mahmudov həmin parkda tanışı Ələkbərov Məhərrəm Zəhmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mahmudov çayxanadan götürdüyü bıçaqla M.Ələkbərovun kürək və qarın nahiyəsindən iki bıçaq zərbəsi endirib.

    Yaralı xəstəxanaya çatdırılıb.

    Faktla bağlı Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

  • Медики рассказали, почему нужно пить вино

    В небольших количествах хорошее вино не только не вредит организму, но, напротив, оказывает на него благотворное влияние.

    Каждый год выходит огромное количество заголовков о полезных свойствах вина для человеческого здоровья, сообщает enovosty.

    Но действительно ли это так? Действительно ли газеты говорят людям правду?

    Примечание: положительное влияние для человеческого здоровья исходит из умеренного потребления только натурального вина, определяемого Американской кардиологической ассоциацией, как 100-120 грамм в день.

    Способствует долговечности

    У пьющих вино людей смертность на 34 процента ниже, чем у людей пьющих пиво или другие спиртные напитки. Об это заявляет финское исследование, в котором взяли участие 2468 мужчин в течение 29-летнего периода, опубликованное в Журналах Геронтологии, 2007.

    Снижает риск сердечных приступов

    Умеренно пьющие люди, страдающие повышенным кровяным давлением, на 30 процентов менее склонны к сердечному приступу, чем не пьющие. Такую информацию опубликовала Гарвардская школа общественного здравоохранения в 2007.

    Снижает риск сердечно-сосудистых заболеваний

    Вино содержит процианидины, которые предохраняют человека от больших проблем у сердечно-сосудистой системы. Вина из Сардинии и юго-западной Франции имеют больше процианидинов, чем другие вина (если мы говорим о натуральном вине, без добавления химических препаратов). Об этом говорит исследование в Университете королевы Марии в Лондоне, опубликованное в 2006.

    Снижает риск диабета 2 типа

    Умеренно пьющие имеют на 30 процентов меньший риск развития диабета 2 типа, чем непьющие. В исследовании участвовали 369 862 человек, которых изучали около 12, в Амстердамском медицинском центре Университета VU.

    Снижает риск инсульта

    Вероятность того, что в сосудах образуется сгусток крови, падает примерно на 50 процентов у людей, которые потребляют умеренное количество алкоголя. Об этом говорит исследование Колумбийского университета, в котором принимали участие 3 176 человек за восьмилетний период.

    Снижает риск возникновения катаракты

    Умеренные пьющие на 32 процента менее склонны к катаракте, чем непьющие, а те, кто употребляет вино, на 43 процента менее склонны к развитию катаракты, чем те, которые пили в основном пиво. В таком исследовании принимали участие 1379 человек в Исландии, и оно было опубликовано в журнале Nature, 2003.

    Снижает риск развития рака толстой кишки

    Умеренное потребление вина (особенно красного) снижает риск развития рака толстой кишки на 45 процентов.

  • Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb

    Ötən ay Gürcüstana 243 389 Azərbaycan vətəndaşı səfər edib.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

    İllik müqayisədə Gürcüstana səfər edən azərbaycanlı turistlərin sayı 17% artıb.

    İyul ayında qonşu ölkə ən çox Azərbaycandan turist qəbul edib.

    Hesabat ayında Gürcüstana, ümumilikdə, 1,1 mln. nəfərdən çox əcnəbi ziyarətçi səfər edib. Azərbaycanla yanaşı, Gürcüstana ən çox Rusiya (217 454 nəfər) və Ermənistan (211 726) vətəndaşları üz tutub.

  • В Баку в отеле девушка обокрала арабского туриста

    В одном из отелей Баку произошла кража.

    Как передает Median.Az со ссылкой на Report, происшествие зарегистрировано в Ясамальском районе.

    Гражданин Саудовской Аравии Альгатани Махмуд 1992 г.р. в связи с этим обратился в Ясамальское районное управление полиции.

    Он отметил, что минувшей ночью он пригласил к себе в номер в Renaissance Palace Hotel девушку по имени Фидан. После того как девушка ушла иностранец обнаружил пропажу наручных часов стоимостью 500 манатов.

    В настоящее время она разыскивается сотрудниками Ясамальского районного управления полиции.

  • Bakıda ərəb otelə çağırdığı qadın tərəfindən qarət edilib

    Bakıda oğurluq hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

    Səudiyyə Ərəbistan vətəndaşı, 1992-ci il təvəllüdlü Alqatani Mahmud Yasamal Rayon Polis İdarəsinə bununla bağlı müraciət edib.

    O bildirib ki, ötən gecə müştərisi olduğu Yasamal rayonunda yerləşən “Renaissance Palace Hotel”ə Fidan adlı qadını çağırıb. Qadın oteli tərk etdikdən sonra onun dəyəri 500 manat olan qol saatını oğurlayıb.

    Hazırda qadın Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.