Month: August 2019

  • Növbəti iki yeni metro qatarı Bakıya gətirilib

    “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında növbəti iki yeni qatar Bakıya gətirilib.

    Bunu “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, iki yeni qatar sazlama, tənzimləmə və sınaq işlərindən sonra sentyabrda xəttə buraxılacaq: “2019-cu ildə 6 yeni qatarın gətirilməsi planlaşdırılmışdı. Bununla bağlı Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” ASC ilə müqavilə imzalanıb. Müqavilə əsasında son iki qatar və yaxud da ümumlikdə 10 vaqon artıq Bakıya gətirilib”.

  • Boks millimizdə ciddi itkilər: üç idmançı DÇ-yə gedə bilməyəcək

    Minskdə keçirilən Avropa Oyunlarından sonra komanda istirahətdə idi. Artıq müəyyən vaxtdır məşqlərə başlamışıq. Əsas heyətlə yanaşı, iki nömrələr də hazırlığa qatılıb. Bu da ondan irəli gəlir ki, toplanışda bir-birinə kömək etsinlər.

    Bunu boks yığmamızın yeni baş məşqçisi Nəriman Abdullayev Bakı Boks Mərkəzində keçirilən təlim-məşq toplanışı barədə fikirlərini abf.az-a açıqlayarkən deyib.

    O bildirib ki, boksçularımız mundiala yüksək əhval-ruhiyyədə hazırlaşırlar:

    “Hazırlıq yüksək səviyyədə gedir və əhval-ruhiyyə qaydasındadır. Toplanış plana uyğun davam edir. Bunun üçün federasiya tərəfindən hər bir şərait yaradılıb. Boksçular dünya çempionatına yollanacaq heyətə düşmək üçün var gücləri ilə çalışırlar”.

    Baş məşqçi sayca 20-ci dəfə təşkil olunacaq dünya çempionatının digərlərindən fərqlənəcəyi qənaətindədir. Onun sözlərinə görə, çəki dərəcələri səkkizə endirildiyindən, mübarizə daha gərgin keçəcək:

    “Bildiyiniz kimi, bu dəfə cəmi səkkiz dəst medal öz sahibini tapacaq. Çəki dərəcələrinin azalması mübarizəni daha da gərginləşdirəcək. Hər çəkidə təxminən 30-dan çox boksçunun olacağı gözlənilir”.

    Yarışa yollanacaq heyəti son günlərdə müəyyənləşdirəcəyini deyən N.Abdullayev bir neçə aparıcı boksçumuzun dünya çempionatından kənarda qalacağını da söyləyib:

    “Komandanın hazırkı durumu yaxşıdır. Amma mundialda hər çəkidə liderlə təmsil oluna bilməyəcəyik. Əsas heyət üzvlərinin bir neçəsi zədə və xəstəlik səbəbindən dünya çempionatından kənarda qalacaq.

    Bunların sırasında dünya çempionu Cavid Çələbiyev və Olimpiya mükafatçısı Kamran Şahsuvarlı da var. Həmçinin, üçqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov da bizimlə olmayacaq. O, karyerasını peşəkar boksda davam etdirəcək. Artıq müqavilə də bağlayıb. Söhbət edib, uğurlar arzuladıq”.

    İtkilərə baxmayaraq, baş məşqçi yarışa nikbin baxır. O bildirib ki, boksçularımız həmişə olduğu kimi, yenə yüksək yerlər uğrunda mübarizə aparacaq:

    “Məqsədimiz bacardığımızın ən yaxşısını etməkdir. İnanıram ki, yarış milli üçün uğurlu alınacaq”.

    Qeyd edək ki, Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatı sentyabrın 8-21-də olacaq.

  • Продолжается Азербайджанский фестиваль винограда и вина

    При поддержке Фонда Гейдара Алиева и совместной организации министерства сельского хозяйства, исполнительной власти Шамахинского района, Общественного объединения «Региональное развитие», Государственного агентства по туризму и Азербайджанского национального музея ковра в комплексе виноградарства и виноделия ООО “Ширван шараблары” в селе Мейсари Шамахинского района продолжается Азербайджанский фестиваль винограда и вина.

    Впервые проводимый в республике подобный фестиваль нацелен на поощрение местного производства винограда и вина, наращивание экспортного потенциала винодельческой продукции, донесение до широкой общественности истории виноделия в Азербайджане.

    Йога, стретчинг, проведенные сегодня утром, а также утренние разминки по восточным единоборствам на открытом воздухе оставили у каждого участника приятные впечатления.

    Дегустационные павильоны местных виноделов, а также гастрономические и этно-зоны на территории, украшенной инсталляциями и различными декорациями, являющимися символами фестиваля, были с большим интересом встречены участниками.

    Участвующие в фестивале виноделы демонстрируют свою продукцию под особо украшенными зонтами, проводят ее дегустацию.

    Фестиваль продолжается.

  • Rusiyada DƏHŞƏT: Ana öz uşağını öldürüb həyətdə basdırdı

    Rusiyanın Başqırdıstan Respublikasında dəhətli cinayətin üstü açılıb.

    Yerli polis aparılan istintaq zamanı ananın öz körpəsini öldürərək həyətlərində basdırmasını üzə çıxarıb.

    Rusiyanın İstintaq Komitəsi açıqlayıb ki, İsmailovo rayonunun sakini 29 avqust tarixində polisə 1 yaşlı oğlunun itməsi barədə məlumat verib. Uşağın axtarışlarına polis, xilasedici və könüllülər cəlb edilib.

    Polis əməkdaşları itkin düşdüyü iddia edilən uşağın anası ilə söhbət zamanı onun psixoloji problemlərinin olmasını müəyyənləşdiriblər. Daha sonra qadından alınan ifadələr zamanı onun öz körpəsini öldürərək həyətində basdırmasını üzə çıxarıblar.

  • Bakıda möcüzə – 4-cü mərtəbədən yıxılan uşaq sağ qaldı

    Bakıda 4-cü mərtəbədən yıxılan 4 yaşlı qız möcüzə nəticəsində sağ qalıb.

    Median.Az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

    Bu barədə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat daxil olub. Daxil olan məlumata görə, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Elxan Həsənov küçəsi, bina 95, mənzil 67-də yaşayan 2015-ci il təvəllüdlü Püstəxanım Pərviz qızı Muradxanlı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb.

    Hadisə nəticəsində uşaq ağır xəsarət alıb. Onu təcili yardımının həkimlərinin köməkliyilə xəstəxanaya aparıblar.

    Hadisə ilə bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

  • “Uşaqpulu”nun məbləği nə qədər olacaq və hansı yaş qrupuna nə qədər ayrılacaq?

    Hökumətdə uşaq pulu məsələsi çox ciddi şəkildə müzakirə olunur.

    Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, hazırda hökumətdə müzakirə aparılır, xarici ölkələrin təcrübəsi öyrənilir: “Bu, dünyada, həmçinin postsovet məkanında necədir və sair…Tutaq ki, hər uşağa 30 manat pul verirsən, əslində bunu verməsən, daha yaxşı olar. Elə bir variant seçməliyik ki, valideynin üstündən yük götürülsün. Məsələn, uşağın məktəb ləvazimatı, digər məsələləri, qidalanması var, gərək pul ona çatsın. Həm də elə olmalıdır ki, dövlətin bu vəsaiti ayırmağa gücü çatsın. Hər şey qaydalar çərçivəsində olmalıdır”.

    Uşaq pulu hansı yaşda uşaqları əhatə edəcək, bununla bağlı ortaq məxrəcə gəlinibmi- sualına cavab verən deputat bildirib ki, hələlik müzakirələr gedir, özü də çox ciddi şəkildə…

    Siyavuş Novruzov özünün “Facebook” səhifəsində isə yazıb ki, cənab prezident ttps://azvision.az/tag/Prezidentin sosial sahədə həyata keçirdiyi siyasətin əsas qayəsi məhz budur. Bu siyasətin tam mərkəzində Azərbaycan insanı durur. Biz pensiya, aylıq müavinətlər və uşaq pulları ilə bağlı parlamentdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə müzakirələr aparırıq. Çalışırıq ki, xüsusilə uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirək ki, uşaqların zəruri tələbatlarını qarşılaya bilsin, eyni zamanda ailənin maddi yükünü azaltsın”.

    Qeyd edək ki, iqtisadçı ekspertlərdən ilk olaraq İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov təkliflər paketi hazırlayaraq hökumətə təqdim edib. Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlama verən ekspert də bildirib ki, “Uşaq pulu”nun bərpası ilə bağlı təkliflər paketi İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən hazırlanıb və Azərbaycan hökumətinə təqdim olunub. Biz bir neçə ay öncə uşaq pulunun bərpası ilə bağlı mexanizmi hökumətə təqdim etdikdə həm parlament üzvləri, həm digər dövlət qurumları ilə məsələ müzakirə edildi. Məsələ parlament üzvləri arasında da müzakirə olunub. Parlamentdə ilkin olaraq 3 yaşına qədər “uşaq pulu”nun verilməsi müzakirə edilib. Lakin nə parlamentdə, nə də hökumət qurumları tərəfindən “uşaq pulu”nun bərpası ilə bağlı vaxt göstərildi”.

    Ölkədə 17 yaşınadək uşaqların sayı 2,7 milyondur. Bunun 640 min nəfəri 3 yaşınadək olan uşaqlardır. Biz isə “uşaq pulu”nun bərpası ilə bağlı üç yaş qrupu müəyyənləşdirmişik. Birinci yaş qrupu 3 yaşına qədər olan uşaqlardır. Bu yaş qrupunda olan uşaqlara daha çox “uşaq pulu”nun verilməsinin tərəfdarıyıq. Bunun səbəbi də onunla bağlıdır ki, 3 yaşına qədər olan uşaqların xərcləri daha çoxdur. Uşaq qidaları bahadır, səhiyyə xərcləri var. İkinci qrupa 3-6 yaş arası uşaqlar daxildir.

    Üçüncü mərhələyə 7-17 yaş arası olan uşaqlar daxildir. Bizim hesablamalarımız göstərir ki, bütün 17 yaşına qədər uşaqlara “uşaq pulu”nu vermək üçün 1.6 milyard manat vəsait tələb olunur. Bu büdcə xərclərinin təxminən 6 faizi deməkdir. Biz eyni zamanda büdcədə həmin vəsaitə necə qənaət edilməsinə və həmin vəsaitin maliyyələşdirilməsi yollarını da göstərmişik. İnvestisiya və infrastruktur xərclərinə qənaət etməklə, “uşaq pulu” bərpa oluna bilər. Onu da bildirim ki, inkişaf etmiş ölkələrin hamısında “uşaq pulu” verilir.

    Fərqli mexanizmlər var. Məsələn, İtaliyada “uşaq pulu” ailənin gəlir səviyyəsinə uyğun verilir, daha çox gəliri olan ailələrə “uşaq pulu” verilmir. Bəzi ölkələrdə uşaqların sayına görə verilir. Birinci uşağa vəsait verilmir, ikincidən başlayaraq uşaqların sayı artdıqca “uşaq pulu”nun da məbləği artır. Əksər ölkələrdə əhalinin gəlirlərindən və uşaqların sayından asılı olmayaraq “uşaq pulu” verilir. Azərbaycanda da bunun üçün kifayət qədər maliyyə var. Biz çalışırıq ki, uşaq pulu optimal olsun, istehlak bazarındakı qiymətlərə təsirini də qiymətləndirmişik. Qeyd etdiyimiz 1,6 milyard manat vəsait bazara elə də ciddi təsir göstərməyək, çünki digər xərclərə qənaət edilməsini təklif etmişik. Sosial paketin də təqdim olunduğunu nəzərə alsaq, uşaq pulunun bərpası mümkündür. Amma bütün hallarda qərarı hökumət verir. Nəticəni bilmək üçün hökumətin rəsmi qərarı olmalıdır. Ümid edirik ki, yaxın vaxtlarda “uşaq pulu”nun bərpasını görə biləcəyik”.

    Uşaqlar üçün verilən müavinətlərin bərpası ilə bağlı ötən gün İTV-ə müsahibə verən ƏƏSMN-nin şöbə müdiri Babək Hüseynov bildirib ki, 2006-cı ilə qədər uşaqlar üçün nəzərdə tutulan müavinətlər mövcud olub, ancaq onların hamısı dayandırılmayıb, bir çoxu hazırda da ödənilir: “Aztəminatlı ailələrin uşaqlarına verilən müavinət isə 2006-cı ildə 1 manat 80 qəpik idi, hər bir uşağa verilirdi. Burada valideynlərin işləməməsi əsas götürülürdü. Digər kateqoriyadan olan uşaq müavinətləri – müddətli hərbi xidmətdə olanların uşaqları, müharibə səbəbindən əlilliyi olan şəxslərin uşaqları, şəhid ailələrinin uşaqlarına verilən müavinətlər, Çernobl əlillərinə verilən müavinətlər saxlanılır. Eyni zamanda uşağın anadan olmasına görə verilən müavinət var, 5-dən çox uşağı olan anaya hər uşağa görə verilən müavinət də var. Həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətlər var. Uşaqların müavinətləri dayandırılmayıb, əksinə daha da artıb. Ancaq aylıq əsaslarla verilən müavinət dəyişdirilib, başqa növdə yəni ünvanlı sosial yardım kimi həmin ailələrə verilir. 2006-cı ildə islahatlar aparıldı, müavinətlərin ünvanlı verilməsi qərarına gəlindi. Bu da ehtiyacı olan ailələrə daha çox məbləğdə ünvanlı sosial yardım verilməsi ilə nəticələndi. Hazırda ölkə üzrə 60 min ailə ünvanlı sosial yardım alır, təxminən 260 min nəfəri əhatə edir. . Hər ailəyə düşən ünvanlı sosial yardım məbləği 200 manat, adambaşına düşən məbləğ isə 50 manatdır. Ünvanlı sosial yardım alanların 140 min nəfərdən çoxu 18 yaşınadək olan uşaqlardır. Bununla da hamıya az məbləğdə kömək etməkdənsə, ehtiyacı olana daha çox kömək edirik. Ünvanlı sosial yardımın verilməsi qaydası da 2 ildir ki, elektronlaşıb”. Nazirliyin şöbə müdiri həmçinin vurğulayıb ki, bu ilki sosial artımlar uşaqları da əhatə edib.

    Dövlət qurumundan uşaq pulunun verilməsi ilə bağlı pozitiv bir fikir səsləndirilməyib. Qeyd edək ki, bu məsələ hazırda hökumətdə və Milli Məclis səviyyəsində müzakirə olunur.

  • Bakıda 16 yaşlı qız itkin düşdü

    Bakıda azyaşlı qız itkin düşüb.

    Median.Az Trend-ə istnadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

    Binəqədi rayonu, 28 may qəsəbəsi, yeni yaşayış massivində yaşayan, 2003-cü il təvəllüdlü Heybətova Fəxriyyə Şahin qızı avqustun 29-da yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA

    Avqustun 31-i səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 31-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, havanın temperaturu iqlim normasından 3.5 dərəcə aşağı enib, şimşək çaxıb, arabir yağış yağıb, Lənkəran-Astara zonasında intensiv və güclü olub.

    Düşən yağıntının miqdarı

    Lənkəran-Astara zonasında: Astarada 58 mm (aylıq normanın 70 faizi), Yardımlıda 10 mm, Lerikdə 9 mm, Biləsuvarda 3 mm, Neftçalada 0.8 mm;

    Böyük Qafqazda: Oğuzda 6 mm, Qəbələdə 5 mm, Sarıbaşda (Qax), Kişçayda (Şəki) 4 mm, Balakən, Zaqatala, Qırızda 3 mm, Xınalıq, Altıağac, Xaltanda 2 mm, Şəki, İsmayıllı, Mərəzə, Qubada 1 mm, Şabran, Qusar, Xaçmazda 0.0-0.7 mm;

    Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 10 mm (aylıq normanın 66 faizi), Tərtərdə 5 mm, Zərdabda 3 mm, Beyləqanda 2 mm, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Sabirabad, Salyan, Qazıməmməddə 0.4-0.7 mm;

    Qazax-Gəncə zonasında: Ağdamda 8 mm, Naftalan, Şəmkirdə 3 mm, Tovuzda 2 mm, Ceyrançöl, Gəncədə 1 mm;

    Kiçik Qafqazda: Göygöldə 7 mm, Daşkəsəndə 6 mm, Gədəbəydə 5 mm;

    Naxçıvan Muxtar Respublikasında: Ağdərədə (Ordubad) 2 mm, Sədərək, Şahbuzda 1 mm, Şərur, Naxçıvanda 0.0-0.3 mm;

    Sumqayıt və Bakıda qısamüddətli yağış yağıb.

    Sentyabrın 1-i səhərədək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Sentyabrın 1-də gündüz yağıntıda fasilə proqnozlaşdırılır. Sentyabrın 2-dən 4-ü gündüzədək yenidən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

    Bəzi şimal və şərq rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

  • Bakıda mərhum baş redaktorun itkin düşən gəlini tapıldı

    Bakıda itkin düşən 29 yaşlı qadın tapılıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

    Binəqədi rayonu, 28 may qəsəbəsində yaşayan Babayeva Günel Mübariz qızı avqustun 29-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

    Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən Trend-ə verilən məlumata görə, G.Babayeva tapılaraq ailəsinə təhvil verilib.

    Xatırladaq ki, 1990-cı il təvəllüdlü G.Babayeva mərhum yazıçı-jurnalist, “Ümid press” qəzetinin baş redaktoru Heybət Hörmətin oğlu Səhhət Hörmətin həyat yoldaşıdır.

  • Azərbaycanda qısqanc ər arvadını qayınatasının evində bıçaqladı – TƏFƏRRÜAT

    Xəbər verdiyimiz kimi Ağcabədidə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

    Median.Az xəbər verir ki, Unikal.org hadisənin təfərrüatlarını öyrənib. Məlumata görə, 1992-ci il təvəllüdlü Quliyev Rüfət Təvəkkül oğlu 29.08.2019-cu il tarixində gecə saat 03:00 radələrində qaynatısının Şənlik kəndindəki evinə gəlib. Arvadı ilə aralarında qısqanclıq zəmnində yaranan mübahisə zamanı o, yataq otağında üzərindəki bıçaqla həyat yoldaşının sol döş nahiyəsinə və buduna zərbə vurub. Sonra Rüfət Quliyev hadisə yerini tərk edib. Vüsalə Quliyevanı valideynləri Ağcabədi rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

    Hadisəni törətməkdə şübhəli bilinən Quliyev Rüfət Təvəkkül oğlu Azərbaycan Respublikası CM-nin 126-ci maddəsi ilə tutulub. Hazırda cinayət işi başlanılıb, istintaq aparılır.