Month: August 2019

  • Ziya Bünyadov prospektində qəza – Yolun hər iki tərəfində tıxac yarandı

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Trend-ə istinadən bildirir ki, qəza bir qədər əvvəl Ziya Bünyadov prospektindən üzü Qara Qarayev prospekti istiqamətində qeydə alınıb.

    Bakı Nəqliyyat Agnetliyindən bildirilir ki, hadisə səbəbindən adıçəkilən yolun hər iki istiqamətində tıxac yaranıb.

  • Ceyhun Mirzəyevin ölümündən əvvəlki görüntüləri – VİDEO

    Mərhum aktyor Ceyhun Mirzəyevin ölümündən üç gün əvvəl lentə alınan görüntüləri yayılıb.

    Videonu aktyor Cavidan Novruz paylaşıb.

    O söyləyib ki, əlində sənətçi barədə daha artıq materiallar var:

    “Əlimdə olan görüntüləri heç vaxt heç kimə verməcəm. Çox telekanallar axtarır. Bu görüntülər yalnız məndədir. Son qəpiyimi xərcləyib, əldə etmişəm. Ceyhun Mirzəyevin yaradıcılıq gecəsini keçirməyi və haqqında sənədli film çəkməyi planlaşdırıram. İndiyədək bilmədiyiniz insani keyfiyyətlərini öyrənəcəksiniz. Məkanı cənnət olsun. Mənim üçün heç bir Hollivud aktyoru bu insan qədər zirvə olmadı. Daxili gözəlliyi üzündə əks olunur. Böytük qardaşım Nəriman məni “Fəryad” filminə baxmağa apardı. O gündən bu insanın vurğunu oldum, ona bənzəmək istədim”.

    Qeyd edək ki, Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. O, ilk dəfə 11 yaşında “Görüş” filminə çəkilib. Daha sonra 12 yaşında “Ögey ana” filminə dəvət alıb. Ceyhun Mirzəyevin son filmi “Fəryad” olub. Lakin özü bu filmini görə bilməyib. Studiyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırılıb. Aktyor 1993-cü ildə vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

  • Житель Сумгайыта совершил квартирную кражу в Пираллахы

    Как сообщает Median.Az, сотрудники Пираллахинского РОП в результате проведенной операции задержали жителя г.Сумгайыт, ранее судимого Э.Джафарова, который украл из дома на территории района 300 манатов, 2 мобильных телефона и серебрянную цепь.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 177 (кража) УК Азербайджана.

  • Sumqayıt sakini Pirallahıda evdən oğurluq edib

    Median.Az xəbər verir ki, Pirallahı RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki evndən 300 manat pul, 2 ədəd mobil telefon və gümüş boyunbağı oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Cəfərov saxlanılıb.

    RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Qurban Qurbanov 100-cü matçına çıxacaq

    Avropa Liqasının pley-off mərhələsinin sabah keçiriləcək “Linfild”lə cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

    Median.Az “apa”ya istinadən xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı baş məşqçi kimi avrokuboklarda 100-cü oyununu keçirəcək.

    47 yaşlı mütəxəssis indiyədək 99 avrokubok matçında iş başında olub. Onun yetirmələri bu matçlarda 39 qələbə qazanıblar. 40-cı – yubiley qələbəsinin astanasında olan Q.Qurbanov 27 heç-heçə və 33 məğlubiyyətə də şahidlik edib. Onun rəhbərlik etdiyi komandalar 106 qol vurub, 104-nü buraxıb.

    Mütəxəssis avrokuboklara iki komandanın çalışdırıcısı kimi çıxıb. O, “Neftçi”yə 2, “Qarabağ”a 97 matçda rəhbərlik edib. Q.Qurbanovun debütü də paytaxt təmsilçisinin “sükanı arxası”nda olub. 2007-ci ildə UEFA kubokunun Avstriya “Rid”i ilə səfər matçında onun komandası 1:3 hesabı ilə uduzub.

    Q.Qurbanovun avrokubok qarşılaşmalarından 36-sı Çempionlar Liqası, 63-ü Avropa Liqasına təsadüf edib. Bu 63 matçdan ikisi turnir UEFA kuboku adlandığı vaxta, digərləri yeni format və yeni ada təsadüf edib.

    Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Linfild” oyunu saat 20:00-da başlayacaq. Şimali İrlandiyada 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək üçün məğlubiyyətin əvəzini çıxmalıdır.

  • “Qum dəniz” yatağında neft hasilatı 22 faiz artıb

    Bu ilin II rübündə “Qum dəniz” neft yatağından xam neft hasilatı I rüblə müqayisədə, 22 faiz artaraq, gündəlik 813 barel təşkil edib.

    Report-un xəbərinə görə, bu barədə “Greenfields Petroleum Corporation” məlumat yayıb.

    Qeyd olunub ki, hesabat dövründə 12 quyuda təmir işləri başa çatıb və quyular istismara daxil edilib. İyunun sonuna dörd əlavə quyuda təmir işləri davam etdirilib.

    II rübdə “Bahar” yatağında gündəlik qaz hasilatının həcmi I rüblə müqayisədə 11 faiz artaraq, 20,596 mln. kubfut olub. Hesabat dövründə B182 və B205 saylı quyularda əsaslı təmir işləri yekunlaşıb.

    Qeyd edək ki, “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan “Bahar Energy Ltd”. şirkəti “Greenfields Petroleum”un tam mülkiyyətində olan törəməsidir. Şirkət bu yataqlarda 80 faiz iştirak payına malikdir, qalan 20 faiz isə SOCAR-a məxsusdur.

  • Sünnət toyunda zəhərlənənlərin 10-u uşaqdır – RƏSMİ

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri İsmayıllıda kütləvi zəhərlənmə faktı ilə əlaqədar birgə məlumat yayıblar.

    Avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbə sakini Müşfiq Hüseynov yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət ediblər.

    Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də, Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.

    Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

    İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

    İlkin araşdırmalarla müəyyən olunub ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

    Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
    /oxu.az/

  • Турция начала большую операцию против террористов

    В трех провинциях Турции началась новая антитеррористическая операция Kıran-2.

    Как передаёт Median.Az со ссылкой на “Анадолу”, операция проводится силами безопасности в провинциях Мардин, Ширнак и Батман.

    Руководят операцией командующий силами жандармерии Турции генерал Ариф Четин и начальник полиции Мехмет Акташ из штаба в районе Мидьят в Мардине.

    Операцией в Мардине руководит командующий силами жандармерии Диярбакыра Халис Зафер Коч.

    Цель операции – захват, нейтрализация террористов РКК и уничтожение объектов террористов.

    В операции задействовано 117 бригад, состоящих из сил жандармерии, полиции и вооруженных добровольцев.

  • Türkiyədə PKK-ya qarşı böyük əməliyyat

    Türkiyə ölkə daxilində PKK terror təşkilatına qarşı “Kıran-2” hərbi əməliyyatına başlayıb.

    “Sabah” xəbər verir ki, əməliyyat Şırnak, Mardin və Batman vilayətlərini əhatə edəcək.

    Hərbi əməliyyatın məqsədi sözügedən vilayətlərin kənd yerlərində fəaliyyət göstərən PKK terrorçularını aşkarlamaq, zərərsizləşdirmək, onların sığınacaqların; və anbarları təsbit edərək məhv etmək, yararsız hala salmaqdır.

    Bildirilir ki, “Kıran-2″yə avqustun 27-də start verilib. Əməliyyata xüsusi polis təyinatlıları və təhlükəsizliyi təmin edən keşikçilər cəlb olunublar. Ümumilikdə “Kıran-2″də 17 batalyon, 117 əməliyyat qrupu, 1750 şəxsi heyət iştirak edir.

  • Полицейские нашли пропавшую в Газахе мать с детьми

    Мать с детьми, пропавшая в Газахе 4 августа, найдена в Баку.

    Как сообщает пресс-служба Министерства внутренних дел Азербайджана, найти женщину и ее детей удалось полицейским. Им ничего не угрожает.

    Как сообщалось ранее, жительница Газахского района Наргиз Гасымова 1991 года рождения вместе со своими малолетними детьми – Гюнель Гасымовой 2011 года рождения и Эльгюн Гасымовой 2013 года рождения – 4 августа вышла из своего дома в селе Агкойнек Газахского района и больше не вернулась.

    В полиции женщина объяснила, что приехала в Баку по собственной воле.