Month: August 2019

  • Житель Ленкорани задержан при сбыте опиума в Астаре

    Как сообщает Median.Az, сотрудники Астаринского РОП при реализации 5 кг. 930 грамм опиума подставному лицу задержали жителя Ленкораньского района, ранее судимого Н.Мурадова.

    В Следственном отделе РОП возбуждено уголовное дело по статье 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.
    Область прикрепленных файлов

  • Lənkəran sakini Astarada tiryək satarkən tutulub

    Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş N.Muradov 5 kq 930 qram tiryəki şərti alıcıya satarkən tutuluib.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • “Bacanağım boşanmış qızıma pulla cinsi əlaqəyə girməyi təklif etmişdi” – Sumqayıtdakı qətlin detalları

    Sumqayıt Apellyasiya Məhkəməsində namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Şahin Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.

    İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində 1976-cı il təvəllüdlü Müşviq Abbasov bacanağı Şahin Qasımov tərəfindən bıçaqlanıb.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    İstintaq orqanı tərəfindən Şahin Qasımova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    İttihama münasibət bildirən Şahin Qasımov özünü təqsirli bilib.

    O, bacanağını namus üstündə öldürdüyünü deyib: “Qızım ailə həyatı qursa da, sonradan boşanmışdı. Mənim evimdə qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım”.

    Şahin Qasımov əməlindən peşman olmadığını deyib: “Bacanağımın binamus hərəkətlərindən xəbərsiz idim. Qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki öldürdüm”.

    Qeyd edək ki, Şahin Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

  • AFFA-dan “Sumqayıt”ın prezidenti və baş məşqçisinə – XƏBƏRDARLIQ

    AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

    İclasda Premyer Liqanın II turunda keçirilən oyunlarla bağlı bir sıra qərarlar qəbul olunub.

    Avqustun 25-də “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

    “Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

    “Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abbasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildiriblər.

    İntizam Komitəsi R.Rəfiyev və A.Abbasova bununla bağlı ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

  • Bakıda taksi sürücüsünü hədələyib, pulunu aldılar

    Avqustun 27-də Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edib. O, bildirib ki, həmin gün saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.

    Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

    Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

    Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Xalasının ərini iki yumruğa öldürdü – Abşerondakı qətlin təfərrüatı

    Sumqayıt Apellyasiya Məhkəməsində Abşeronda xalasının ərinin yumruqla ölümünə səbəb olmaqda təqsirləndirilən Vüqar Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

    Median.Az ölkə.az-a istinadən bildirir ki, hadisə 2018-ci il Abşeron rayonunun Saray qəsəbəsində baş verib.

    Belə ki, V.Hüseynovun qızı və nəvəsi avtoqəzaya düşərək dünyasını dəyişib. Onun yas mərasimi başa çatandan sonra V.Hüseynov xalasının əri Muğam Şakirova yasa niyə gəlməməsi ilə bağlı irad bildirib. Bu zaman M.Şakirov V.Hüseynovun ölmüş qızı və nəvəsini təhqir edib. Bundan qəzəblənən V.Hüseynov xalasının ərinə iki yumruq zərbəsi vurub. Yumruq zərbələrindən M.Şakirov yerə yıxılıb.

    O, aldığı zərbə nəticəsində özündən gedib. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

    V.Hüseynov polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.3-cü (sağlamlığa ağır zərbə vurma, ölümlə nəticələnmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

  • Sabah Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq

    “Qarabağ” – “Linfild” oyunu ilə bağlı Bakı metrosu gücləndirilmiş iş rejimində çalışacaq.

    Bu barədə Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    Onun sözlərinə görə, artıq bununla bağlı hazırlıq işləri görülüb: “Oyun Bakı vaxtı ilə saat 20:00-da başladığı üçün metro stansiyalarının əlavə saatlarda işləməsinə ehtiyac yoxdur. Yəni, oyun maksimum saat 22:00-da başa çatacaq. Metro isə adi günlərdə saat 00:00-a qədər işləyir. Ona görə də metro stansiyalarının 00:00-dan sonra işləməsinə ehtiyac olmayacaq. Amma buna baxmayaraq, futbol azarkeşlərinin vaxtında və təhlükəsiz mənzil başına çatdırılması üçün “Bakı Metropoliteni” bütün lazımı tədbirlər görüb.

    Həmin gün əsasən metronun “Gənclik” və “Nərimanov” stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Stansiyalara sərnişinlərin təhlükəsizliyi üçün əlavə qüvvələr cəlb ediləcək. Ehtiyat qatarlar tam hazır vəziyyətə gətirilib. Ehtiyac olarsa, həmin qatarlar xəttə buraxılacaq”.

    Xatırladaq ki, avqustun 29-da Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” komandası Şimali İrlandiyanın “Linfild” klubu ilə Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda cavab oyunu keçirəcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlanacaq.

  • Bakıda azyaşlı bacı-qardaşı oğurlayıb diləndirmək istəyən qadın danışdı – VİDEO

    Bakıda azyaşlı bacı-qardaşı oğurlamaqda şübhəli bilinərək saxlanılan qadin ”Xəzər Xəbər”ə açıqlama verib.

    Xatırladaq ki, hadisə avqustun 15-də paytaxtın Binəqədi rayonunda baş vermişdi və 26 yaşlı qadın uşaqları yaşadıqları evdən oğurladıqdan sonra Bərdəyə qaçmışdı.

    Bakıda azyaşlı uşaqları oğurlayaraq Bərdəyə qaçan qadın törətdiyi cinayəti etiraf edib.

    Söhbət bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu, 3-cü mədən, korpus 76 ünvanından 6 və 7 yaşlı bacı-qardaşın oğurlanmasından gedir. Uşaqların anası Çiçək Abbasova ayın 15-də ərazi üzrə Binəqədi rayon 43-cü polis bölməsinə şikayət edib ki, işdən evə qayıdarkən övladları – 6 yaşlı Mələk və 7 yaşlı Rahil Mirzəyev naməlum şəraitdə evdən gediblər.

    Qadın polisə onu da bildirib ki, hadisədən iki gün əvvəl işlədiyi kafedə özünü Gözəl adı ilə təqdim edən bir qadınla tanış olub. Çiçək Abbasova yanında bir azyaşlı uşaq olan həmin qadına etibar edərək evində ona sığınacaq verib.

    Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Binəqədi və Bərdə polisləri birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlanan uşaqların yeri müəyyən edilib. Azyaşlılar sağ-salamat valideynlərinə qaytarılıb. Bu ictimai təhlükəli əməldə şübhəli bilinən 26 yaşlı Nargilə Quliyeva da tutularaq istintaqa cəlb edilib.

    Polis araşdırma zamanı müəyyən edib ki, Nargilə Quliyeva paytaxtda dilənçiliklə məşğuldur. Onun planı azyaşlıları oğurladıqdan sonra dilənçiliyə sövq etmək olub.

    Faktla bağlı Nargilə Quliyeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri hələ davam etdirilir.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Qazaxda itikin düşən ana və övladları Bakıda tapıldı

    Qazaxda itikin düşən ana və övladları tapılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Nərgiz Qasımova övladları – 2011-ci il təvəllüdlü Günel Qasımova və 2013-cü il təvəllüdlü Elgün Qasımovla Bakı şəhərində polis əməkdaşları tərəfindən tapılıb.

    Bu barədə onun yaxınlarına məlumat verilib.

    Qadın izahatında bildirib ki, öz istəyi ilə Bakı şəhərinə gedib. Polisdən bildirilib ki, ana və övladlarının həyatı üçün heç bri təhlükə yoxdur.

    Qeyd edək ki, N.Qasımova və övladları avqustun 4-də Qazax rayon Ağköynək kəndindəki evindən çıxaraq bir daha geri qayıtmayıb.

  • Bakıda Əzizbəyovun yaddan çıxmış büstü: Qurumlar yiyə durmaq istəmir

    Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Firuz Bayramov adına 22 saylı orta məktəbin yanında Məşədi Əzizbəyovun büstü hələ də qalır.

    Bir sıra sakinlər hesab edirlər ki, qatı bolşevik olmuş M.Əzizbəyovun büstünün təhsil müəssisəsinin yanında olması düzgün deyil.

    Xatırladaq ki, bir neçə il paytaxtın Əzizbəyov rayonu Xəzər, “Məşədi Əzizbəyov” metro stansiyası “Koroğlu” adlandırılıb, M.Əzizbəyovun Hüseyn Cavid və Parlament prospektlərinin kəsişməsindəki heykəli götürülüb.

    Oxu.az mövzu ilə bağlı Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb.

    Qurumdan həmin ərazidəki büstün Mədəniyyət Nazirliyinin tabeliyində olmadığı deyilib.

    Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, M.Əzizbəyovun büstünün götürülməsi ilə bağlı hər hansı sərəncam yoxdur. Qeyd olunub ki, BŞİH yalnız icraedici orqandır, hər hansı qərar olarsa, büst ərazidən götürüləcək.

    Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbə nümayəndəliyindən isə saytımıza deyiblər ki, həmin büst yaddan çıxmış bir nümunədir:

    “O büst yaddan çıxıb. Büst elə yerdədir ki, yoldan keçən adam orada büstün olduğunu görməz. Yəqin ki, büstü oradan götürəcəklər”.