Month: August 2019

  • Azərbaycanda spirtli içkilərin təhlükəsizliyi ilə bağlı sənəd hazırlanır

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şamaxı rayonunun Meysəri kəndində keçirilən 1-ci Üzüm və Şərab Festivalında iştirak ediblər.

    Agentlikdən bildirilib ki, “Şirvan Şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində təşkil olunan festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda şərab istehsalı tarixinin geniş ictimaiyyətə çatdırmaqdır.

    Festival çərçivəsində ölkədə şərabçılıq sahəsində həyata keçirilən irimiqyaslı tədbirlər, inkişaf istiqamətləri və yerli şərab məhsullarının xarici bazarlara çıxışı mövzularında “dəyirmi masa” keçirilib. Tədbirdə yerli şərab istehsalçıları, müvafiq dövlət qurumlarının nümayəndələri və xarici ekspertlər iştirak edib, şərab istehsalçıları öz müəssisələri barədə təqdimatlarla çıxış edib, məhsullarının dequstasiyasını keçiriblər.

    Qeyd olunub ki, sözügedən sahədə inkişaf ölkəmizin sürətlə artan ixrac potensialına da öz müsbət təsirini göstərməkdədir. Hazırda Azərbaycan şərabları dünyanın bir çox ölkələrinə ixrac edilir. Həmin şərab məhsullarının qida təhlükəsizliyi təminatı AQTA-nın tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında həyata keçirilən təhlillərin nəticəsinə uyğun olaraq verilir. Belə ki, ölkəmizdə şərabçılıq məhsullarının istehsalı Agentlik tərəfindən müəyyən edilən qaydada xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Bu məhsullar müvafiq standartların tələblərinə, sanitariya normalarına və qaydalarına riayət edilməklə, təsdiqlənmiş texnoloji təlimatlara və resepturaya uyğun istehsal olunur.

    Ölkədə istehsal edilən şərab məhsulları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında ekspertizaya cəlb olunur və sertifikatlarla təmin edilir. İnstititun Bakı Regional 1 Saylı Sınaq Laboratoriyası şərab məhsulları üzrə ölkənin ixtisaslaşmış və qabaqcıl laboratoriyalarından biridir. Laboratoriyanın şərab sektoru son standartlara uyğun qurulub. Burada Yaponiya, Amerika, Fransa və Türkiyənin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlar quraşdırılıb. Laboratoriyada şərab məhsullarının 20-dən çox göstəricisi Beynəlxalq Şərab təşkilatının metodlarına əsaslanaraq analiz edilir.

    Hazırda AQTA və AQTİ bitki və heyvan mənşəli qida məhsulları üçün mövcud beynəlxalq standartlar nəzərə alınmaqla sanitariya norma və qaydalarını, gigiyena normativlərini işləyib hazırlayır. Bu proses çərçivəsində Azərbaycanda istehsal olunan və idxal olunan şərabçılıq məhsullarının keyfiyyət və təhlükəsizlik parametrlərinin əks olunduğu “Spirtli içkilərin təhlükəsizliyi və minimum keyfiyyətinə dair tələblər” sənədi üzərində iş gedir.

  • Ağstafada ağır qəza – Gürcüstan vətəndaşları yaralandı

    Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Bakı-Qazax-Gürcüstan yolunun Həsənsu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Gecə saatlarında Gürcüstan dövlət nömrə nişanlı avtomaşın Qazaxdan Bakı istiqamətində hərəkətdə olarkən maneəyə çırpılıb.

    Nəticədə maşında olan dörd nəfərdən üçü, Gürcüstan vətəndaşları – Füzuli Əliyev, Şakir Gülməmmədov və Səbuhi Vəliyev ağır xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • “Xətai” metro stansiyası ətrafındakı ağacları niyə kəsiblər? – FOTO

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi “Xətai” metro stansiyasının yaxınlığındakı ağacların kəsilməsi məsələsinə aydınlıq gətirib.

    Birliyin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov oxu.az-a açıqlamasında bildirib ki, ağacların kəsilməsinə səbəb qurumaları olub:

    “Xətai” metro stansiyasının açılışı ilə bağlı olaraq abadlıq işləri aparılıb. Şəhərin görüntüsünə xələl gətirən və aşma ehtimalı olan quruyan ağaclar kəsilərək götürülüb. Həmçinin, ehtiyacı olan ağaclarda budama işləri görülüb. Mövsümdə kəsilənlərin yerinə yeni ağaclar əkiləcək.

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi olaraq Bakının küçə və prospektlərində yaşıllaşdırılma işləri ilə məşğuluq. Bu səbəbdən sağlam ağacı kəsmərik. Çünki onların qulluğunda biz dururuq. Ona görə də həmin ağacların qədrini hamıdan çox bilirik”.

    Qurumdan saytımıza ağacların kəsilmədən öncə çəkilmiş fotoları da təqdim olunub.




  • Google заплатит 200 миллионов штрафа из-за Youtube

    Компания согласилась заплатить наложенный на нее властями США штраф в размере около 200 миллионов долларов из-за нарушений конфиденциальности на YouTube.

    Об этом сообщает The Wall Street Journal со ссылкой на источники, знакомые с ходом расследования.

    Компанию обвиняют в публикации данных пользователей младше 13 лет без согласия их родителей.

    Отмечается, что данный штраф является одним из крупнейших, наложенных в рамках американского закона о защите конфиденциальности детей в интернете (COPPA). В то же время Alphabet Inc. – материнская компания Google – за последние три календарных года заработала 63 миллиарда долларов. По оценкам аналитиков, YouTube, чьи финансовые результаты не публикуются, приносит годовой доход в десятки миллиардов долларов.

    “Столь небольшая сумма штрафа – это, по сути, награда для Google, который участвовал в массовом и нелегальном сборе данных, не заботясь о безопасности детей”, – прокомментировала данную информацию Катарина Копп, заместитель директора Центра цифровой демократии, который направил жалобу регуляторам на действия YouTube.

  • Sabahdan maaşlar artmalıdır! – Nazirlikdən xəbərdarlıq

    Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum əməkhaqqının 250 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

    Xidmət işəgötürənlərin nəzərinə çatdırıb ki, sentyabr ayının 1-ə qədər əmək haqqı 250 manatdan aşağı məbləğdə olan işçilərin əməkhaqqı qeyd edilən tarixdən 250 manata çatdırılmalıdır. İş yerlərində əməkhaqqının minimum məbləği sentyabrın 1-dən 250 manatdan az ola bilməz.

    18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, minimum əməkhaqqının məbləğinin artırılması ilə əlaqədar 19 pillədən ibarət Vahid Tarif Cədvəli üzrə əmək haqları ödənilən işçilərin əmək haqlarında işəgötürənlər tərəfindən müvafiq artımlar edilməli, bununla bağlı müvafiq tədbirlər görülməlidir.

    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində işçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə – vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

  • Yollarda təhlükəsizliyə görə bu şəxslər məsuliyyət daşıyacaq – YENİ SİYAHI

    Azərbaycanın Baş naziri Novruz Məmmədov Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nda dəyişiklik edib.

    Dəyişikliyə əsasən, siyahı aşağıdakı redaksiyada verilir:

    “Komissiyanın sədri – Azərbaycan Baş nazirinin müavini

    Komissiya sədrinin müavini – Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi

    Komissiyanın üzvləri:

    Nazirlər Kabineti Aparatının Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri

    Nazirlər Kabineti Aparatının Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri

    Fövqəladə Hallar nazirinin birinci müavini

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

    Səhiyyə nazirinin müavini

    Təhsil nazirinin müavini

    “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

    Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

    Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri

    Təhsil Nazirliyi Azərbaycan Texniki Universitetinin nəqliyyatda daşımalar və yol hərəkətinin təşkili kafedrasının müdiri

    Bakı Şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı şöbəsinin müdiri

    Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, Komissiyanın məsul katibi”.

  • Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı

    Bu gündən etibarən tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi başlayıb.

    Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2019/2020-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə avqustun 31-dən sentyabrın 4-dək ixtisas seçimi aparılacaq.

    Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır.

    Tam orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində bu il bitirən abituriyentlər müsabiqədə buraxılış imtahanında (11-ci siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

    İxtisas seçimi avqustun 31-dən sentyabrın 4-dək internet vasitəsilə aparılır. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas3/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.

    İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kod­larının ardıcıllığını abituriyent özü müəyyənləşdirir.

    Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 40-dan az olmayan abituriyentlər seçə bilərlər. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur.

    Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.

  • Tələbələrə təqaüdlərin ödənilməsi qaydasında – YENİLİK

    Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

    Bu Qayda əyani təhsilalma forması üzrə təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.

    İndiyə qədər bu Qayda Azərbaycanın elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycan vətəndaşlarına şamil edilib. Dəyişikliyə əsasən, bundan sonra bu Qayda həm də Azərbaycanın elmi müəssisə və təşkilatlarında, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan Azərbaycanda daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə şamil ediləcək.

    Eyni zamanda, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları çərçivəsində təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqaüdlərin təyin olunması və ödənilməsi həmin təhsil qrantlarının verilməsi qaydaları ilə tənzimlənəcək. Azərbaycanın beynəlxalq müqavilələrində başqa qayda nəzərdə tutulmadıqda, həmin müqavilələrə əsasən təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün təqaüdlər onların faktiki sayına bərabər miqdarda təyin olunacaq.

    Qüvvədə olan Qaydaya görə, ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılıb. Dəyişikliyə əsasən, bundan sonra ali təhsil müəssisəsində əlavə təqaüd yerlərinin ixtisaslar üzrə bölgüsü hər bir ixtisas üzrə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların sayının həmin ali təhsil müəssisəsinə ödənişli əsaslarla qəbul olunmuş təhsilalanların ümumi sayında xüsusi çəkisinə uyğun aparılacaq. Bu yeni bölgü qaydası 2019-cu il 1 iyul tarixindən tətbiq ediləcək.

  • Amerikalı uzun barmağı ilə internet istifadəçilərini təəccübləndirdi – VİDEO

    20 yaşlı amerikalı tələbə Ceykob Pina sosial şəbəkə istifadəçilərini uzun baş barmağı ilə təəcübləndirib.

    “Newshub” xəbər verir ki, şəkillərini və videolarını gənc “Instagram” və “TikTok” şəbəkələrində paylaşır.

    “İnsanlar mənim baş barmağımı görəndə havalanırlar və öz barmaqları ilə müqayisə etməyə çalışırlar”, – deyə, Ceykob bildirib.

    Onun sözlərinə görə, baş barmağının uzunluğu 13 santimetrdir və o, bu anomallığın səbəbini bilmir. Lakin gənc məmnuniyyətlə barmağını nümayiş etdirir və bundan qürur duyur.

  • Bakıda qadın özünə bıçaqla qəsd etdi

    Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    Bakıxanov qəsəbəsi, Arablinka adlanan ərazidə 1981-ci il təvəllüdlü Əliyeva Brilyant İdris qızı özünə bıçaqla xəsarət yetirib.

    Qarın nahiyəsindən 2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Faktla bağlı Sabunçu Rayon 13-cü Polis Bölməsində araşdırma aparılır.
    /oxu.az/