Month: September 2019

  • Bakıda 70-dən artıq sayğac oğurlayan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Aşurluya məxsus “VAZ-2121” markalı avtomobili qaçıran R.Əliyev saxlanılıb.

    Araşdırma zamanı, onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurlaması məlum olub.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

    Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.

    Median.Az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub.

    Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub.

    Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib.

    Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb.

    Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.

  • Azərbaycanda 2 nəfər yumurtadan zəhərləndi

    Ağdam rayonunda 2 nəfər qidadan zəhərlənib.

    Median.Az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri 32 yaşlı Tahir Abdullayev və 10 yaşlı Camal Qasımov nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə Təcili Tibbi Yardım əməkdaşları çağırılıb və onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Yaxınlarının verdiyi məlumata görə, zəhərlənənlər dükandan yumurta alıb yedikdən sonra halları pisləşib. Faktla bağlı araşdırma aparılır.

    Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, zəhərlənmə diaqnozu ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına gətirilən 32 yaşlı kişinin vəziyyəti yaxşıdır. 10 yaşlı uşaq isə Ağcabədi rayon Uşaq Xəstəxanasına yerləşdirilib, müalicələri davam etdirilir.

  • Опубликовано фото скончавшегося в результате септопластики сержанта медслужбы

    Как сообщалось прежде, сотрудница госпиталя МВД стала жертвой септопластики.

    Портал unikal.org опубликовал фото скончавшейся женщины.

    3 сентября медсестра упомянутого госпиталя Севиндж Гарибова (1971 г.р.) была прооперирована хирургом Идраком Ахмедовым. Операция проводилась в связи с устранением искривления носовой перегородки (септопластика). По словам близких С.Гарибовой, операция прошла нормально, после нее она пришла в себя и разговаривала. Однако спустя четыре часа у нее понизилось давление и, несмотря на усилия врачей, ее жизнь спасти не удалось.

    Севиндж Гарибова также являлась сержантом полиции. Она была замужем, воспитывала 9-летнюю дочь.

    Отметим, что в Наримановской районной прокуратуре ведется следствие.

  • Медведь зашел в отель и лег спать

    В американский отель в штате Монтана залез черный медведь и отказался уходить, передает Рен.тв со ссылкой на Huffpost.

    Дерзкий посетитель, безразличный к попыткам сотрудников отеля его выгнать, лег спать в ванной.

    Сотрудники правоохранительных органов и специалисты службы по защите дикой природы, вызванные на место, дали медведю транквилизатор и вынесли его из ванной.

    Любопытные постояльцы отеля снимали происходящее на камеры телефонов.

    В сообщении Montana Fish, Wildlife & Parks отметили, что медведь не пострадал. Зверя отвезут в лес, где и выпустят.

  • В Джалилабаде произошло землетрясение

    В Джалилабадском районе произошло землетрясение.

    Сегодня в Джалилабадском районе в 10:41:04 по местному времени в 16 километрах от станции Джалилабад произошло землетрясение, сообщили в Республиканском центре сейсмологической службы Национальной академии наук Азербайджана, передает Report.

    Магнитуда подземного толчка составила 3.0, глубина – 21 километр.

    Землетрясение не ощущалось.

  • Aşura günü qan vermək istəyənlər bu ünvanlara getsin – SİYAHI

    Aşura günü paytaxt və bölgələrdə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlanıb.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, 25 şəhər və rayon üzrə 33 yerdə qanvermə aksiyası keçiriləcək.

    Qeyd edək ki, Hicri təqvimi ilə Məhərrəm ayı sentyabrın 1-i başlayıb. Aşura günü sentyabrın 10-na təsadüf edəcək. Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

    Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

    – Binəqədi rayonu, “İmam Əli məscidi”,

    – Xəzər rayonu, 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,

    – Nəsimi rayonu, “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,

    – Nizami rayonu, “Şah Abbas məscidi” ,

    – Sabunçu rayonu, “Rəhimə xanım ziyarətgahı”,

    – Səbail rayonu, “Bibiheybət məscid ziyarətgahı” və “İçərişəhər Cümə məscidi”,

    – Suraxanı rayonu, “Qaraçuxur məscidi”,

    – Yasamal rayonu, “Təzə pir məscidi”, “Hacı Soltanəli məscidi” və Hacı Cavad məscidi,

    – Gəncə şəhəri, “İmamzadə kompleksi”,

    – Lənkəran şəhəri, Böyük bazar “Cümə məscidi”,

    – Mingəçevir şəhəri, “Heydər məscidi”,

    – Sumqayıt şəhəri, “Cümə məscidi”,

    – Şəki şəhəri, “İmam Əli məscidi”,

    – Mərkəzi Qan bankının Şirvan bölməsi,

    – Ağcabədi Mərkəzi rayon Rəstəxanası,

    – Beyləqan Mərkəzi rayon Xəstəxanası,

    – Bərdə rayonu, “Bərdə İmamzadəsi”,

    – Biləsuvar rayonu, “Cümə məscidi” (mərasim zalı),

    – Cəlilabad Mərkəzi rayon Xəstəxanası,

    – Xaçmaz şəhər məscidi,

    – Ağsu rayon mərkəzi xəstəxanası,

    – Qan bankının Quba bölgəsi,

    – Masallı şəhər Cümə məscidi,

    – Salyan – Hacı Tağı Məscidi.

  • Azərbaycanda zəlzələ

    Cəlilabadda zəlzələ olub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, 3 ballıq zəlzələ yerli vaxtla saat 10:41:04-də Cəlilabad stansiyasından 16 km cənubda Cəlilabad rayonunda qeydə alınıb.

    Dərinliyi 21 kilometr olan yeraltı təkan hiss olunmayıb.

  • Peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri – SİYAHI

    Sentyabrın 6-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsinin nəticələri açıqlanıb.

    Təhsil Nazirliyindən verilən məlumata görə, 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

    İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əsli, tibbi arayış, şəxsiyyət vəsiqəsi (surəti), 3×4 sm. ölçüdə 4 ədəd fotoşəkil və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) 6-10 sentyabr tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

    2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə ikinci mərhələdə qəbul olunan şəxslərin siyahısı ilə BURADAN tanış ola bilərsiniz.

  • Türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri İlham Əliyevin qəbulunda

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da türkdilli dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərlərini qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.