Month: September 2019

  • Damlanın olduğu toyda atəş açdılar – VİDEO

    Müğənni Damla iştirak etdiyi el şənliklərin birində qorxu dolu anlar yaşayıb.

    Gürcüstanın Borçalı mahalında həmyerlilərimizin toyunda Damla mahnı ifa edərkən qəflətən yanındakı şəxs silahdan havaya bir neçə dəfə atəş açıb.

    Açılan atəşin səsindən hürkən Damla mahnısını yarımçıq dayandıraraq, qorxudan səhnənin kənarına çəkilib. Bütün bunlara rəğmən, Damlanın yanında duran digər ifaçı oxumağa başlayıb, məclis isə öz axarı ilə davam edib.

    Qeyd edək ki, bu, Damlanın başına gələn ilk hadisə deyil. Bundan bir müddət öncə Damla toyların birində çıxış edərkən də qonaqlardan biri əlinə silah alaraq atəş açmağa başlamışdı.

  • В Шамкире перевернулся Chevrolet, водитель погиб

    В Шамкире произошло тяжелое дорожно-транспортное происшествие.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, случай был зафиксирован в селе Дюзгышлаг.

    Водитель автомобиля Chevrolet – житель села Эльхан Асланов 1984 года рождения потерял управление, в результате чего автомобиль перевернулся. Водитель погиб.

    По факту ведется расследование.

  • Şəmkirdə “Chevrolet” aşdı: sürücü öldü

    Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

    Kənd sakini, 1984-cü il təvəllüdlü Elxan Aslanovun idarə etdiyi “Chevrolet” markalı maşın idarəetməni itirərək yoldan çıxıb. Nəticədə, sürücü hadisə yerində həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/