Month: September 2019

  • Qırıcılar havada iki dəfə toqquşdu – Yerə sağ-salamat endilər

    Rusiyanın Lipetsk vilayətində iki qırıcı toqquşub.

    Bu barədə REN TV yazır.

    Məlumata əsasən, iki “Su-34” çoxhədəfli qırıcı-bombardmançısı məşq uçuşu zamanı vizual kontaktı itirdiklərinə görə bir-birinə dəyib.

    Aparıcı təyyarənin qanadı digər təyyarənin kabinasına dəyib. Təyyarələri döndərmək istədikdə isə onlar bir daha toqquşublar. Bu zaman onlardan birinin mühərrikinə qırıntılar düşüb.

    Ciddi zədələrə baxmayaraq, hər iki qırıcı yerə endirilib. Xəsarət alan olmayıb.

    Təyyarələrdən birinin kabinası, mühərriki və füzelyajı zədələnib. Digərinin radioelektron mübarizə kompleksinin əsas hissəsi ilə qanadının ucu qırılıb.

    Qırıcı-bombardmançılar Rusiya Müdafiə Nazirliyinin Aviasiya Personalının Hazırlığı Mərkəzinə aiddir.

  • Сборную Азербайджана ждет тяжелый выезд

    Сегодня национальная команда Азербайджана встретится со сборной Уэльса в рамках отборочного турнира ЕВРО-2020.

    Игра пройдет на городском стадионе в Кардиффе и начнется в 22:45 по бакинскому времени.

    Матч будет показан в прямом эфире телеканала CBC Sport.

    Отметим, что сборная Азербайджана потерпела три поражения в трех матчах отборочного турнира и с нулем в графе “набранные очки” замыкает турнирную таблицу.

  • Millimiz çətin səfər oyununda

    Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Uels yığması ilə qarşılaşacaq.

    Oyun bu gün saat 22:45-də Kardiff şəhər stadionunda keçiriləcək.

    “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu maltalı hakimlər idarə edəcəklər.

    Qeyd edək ki, üç oyundan xalsız qalan Azərbaycan E qrupunda sonuncu sıradadır.

  • Бразильский министр назвал супругу Макрона “безобразной”

    Новое оскорбление прозвучало в адрес первой леди Франции Брижит Макрон.

    Министр экономики Бразилии Паулу Гедес на пресс-конференции заявил, что она “безобразна”, пишет “Росбалт” со ссылкой на Bloomberg.

    Гедес поддержал бразильского лидера, который оскорбил супругу Макрона.

    “Это правда. Эта женщина на самом деле безобразна”, – отметил Гедес, но добавил, что нет уродливых женщин, но есть такие, на которых смотрят под неправильным углом.

    Аудитория засмеялась, пишет агентство.

  • Braziliyalı nazir Makronun xanımını “eybəcər” adlandırdı

    Fransanın birinci xanımı Bricit Makronun ünvanına daha bir təhqir səsləndirilib.

    Braziliyanın İqtisadiyyat naziri Paulu Qedes mətbuat konfransında onun “eybəcər” olduğunu deyib.

    P.Qedes Fransa Prezidenti Emmanuel Makronun xanımını təhqir edən Braziliya liderini dəstəkləyib.

    “Bu, həqiqətdir – bu qadın həqiqətən də eybəcərdir”, – deyən P.Qedes onu da əlavə edib ki, çirkin qadın yoxdur, yanlış baxış bucağından baxdığımız qadınlar var.

    Onun bu sözü auditoriyada gülüş yaradıb.

    Qeyd edək ki, bir müddət öncə “Facebook”da Braziliya Prezidenti Jair Bolsonaru və Fransa Prezidenti Emmanuel Makronun xanımları ilə bir yerdə çəkdirdikləri şəkillərin fotokollajı paylaşılmışdı. Şəkil “İndi başa düşürsünüz, niyə Makron Bolsonarunu təqib edir? Bu, qısqanclıqdır” sözləri ilə müşayiət olunur.

    J.Bolsonaru fotonu yarızarafat şərh edərək yazmışdı: “Bu adamı alçaltma”.

  • Милли Меджлис может обсудить законопроект о продбезопасности

    Осенняя сессия Милли Меджлиса Азербайджана может обсудить законопроект “О продовольственной безопасности”.

    Как передаёт Median.Az, об этом oxu.az заявил председатель комитета по аграрной политике парламента Эльдар Ибрагимов.

    Он отметил, что над документом ведется серьезная работа, но подробностей раскрывать не стал.

    По словам парламентария, комитет по аграрной политике постарается включить этот законопроект в план работы.

    Депутат также добавил, что 20 сентября состоится заседание комитета.

    Отметим, что в феврале 2019 года с участием Агентства продовольственной безопасности, представительства Евросоюза в Баку и Национальной конфедерации организаций предпринимателей (работодателей) Азербайджана состоялись общественные обсуждения законопроекта “О продовольственной безопасности”.

    В документе отражены такие вопросы, как создание системы продовольственной безопасности, основанной на передовом международном опыте, упрощение процесса экспорта отечественных продуктов питания на зарубежные рынки, защита прав потребителей и т.д.

  • Əhalinin qida təhlükəsizliyi ilə bağlı sənəd Milli Məclisdə

    Milli Məclisin 2019-cu il payız sessiyasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirəyə çıxarıla bilər.

    Bu barədə Oxu.Az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

    E.İbrahimov qanun layihəsinə hər hansı dəyişikliyin olub-olmaması haqqında təfərrüatları açıqlamaq istəməyib. Bununla belə, qeyd edib ki, sənəd üzərində ciddi iş gedir.

    Onun sözlərinə görə, Aqrar siyasət komitəsi sözügedən qanun layihəsinin işlər planına daxil edilməsinə çalışacaq.

    Deputat onu da əlavə edib ki, sentyabrın 20-də komitənin iclası keçiriləcək.

    Qeyd edək ki, 2019-cu ilin fevralında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qida Təhlükəsizliyi haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilmişdi.

    Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan qida təhlükəsizliyi sisteminin qurulması, ölkədə istehsal edilən qida məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması qanun layihəsində öz əksini tapıb.

    Həmçinin istehlakçıların hüquqlarının qorunması və digər məsələlər qanun layihəsində vurğulanır.

  • В Хачмазе директор школы насмерть сбил пешехода

    В Хачмазском районе Азербайджана произошло дорожно-транспортное происшествие со смертельным исходом.

    ККак передаёт Median.Az со ссылкой на oxu.az, инцидент зарегистрирован на участке автодороги Гяндоб-Ялама, проходящем через территорию села Гусарчай.

    Житель поселка Набрань 59-летний Мирбала Оруджев на автомобиле марки Hyundai Sonata сбил 59-летнего жителя села Гусарчай Ислама Джаныева. Пешеход от полученных травм скончался на месте происшествия.

    Отметим, что М.Оруджев является директором средней школы в Набрани.

    По факту ведется расследование.

  • Xaçmazda məktəb direktoru piyadanı vurdu

    Xaçmazdakı yol-nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.

    Hadisə Gəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbə sakini, 59 yaşlı Mirbala Orucov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə piyada, 59 yaşlı Qusarçay kənd sakini İslam Canıyevi vurub. Qəza nəticəsində piyada ölüb.

    Qeyd edək ki, qəzanı törədən M.Orucov Nabran orta məktəbinin direktorudur.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/

  • Врач дал рекомендации, как защититься от болезней осенью

    Смена сезонов очень часто сопровождается простудными заболеваниями.

    Как передаёт Median.Az, об этом oxu.az заявил доктор медицинских наук, врач Адиль Гейбулла, комментируя обострение с наступлением осени ряда заболеваний.

    По его словам, во время смены сезона люди неправильно одеваются. Они не придают значения тому, что в течение дня погода может несколько раз меняться. Поэтому в этот период увеличивается число простудных заболеваний.

    “Кроме того, осенью, как правило, обостряются хронические заболевания, например, бронхиальная астма. Этому способствуют осенние дожди и изменение уровня влажности.

    Осенью каждый должен проконсультироваться с врачом, правильно подбирать одежду, а также соблюдать режим лечения”, – сказал врач.

    А.Гейбулла отметил, что в осенний сезон возрастает опасность обострения желудочно-кишечных заболеваний:

    “Страдающие этими заболеваниями обязательно должны пройти лечение, потому что осенью болезни обостряются. Также должны быть очень внимательны люди с аллергией.

    Родителям необходимо принять меры по укреплению иммунитета детей, чтобы предотвратить заболевания в осенний период”.