Month: September 2019

  • Azərbaycanda körpələrə bu adları qoymaq istədilər – Mamabikə, Yanık, Seçki – SİYAHI

    “Avqust ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 48 müraciətə baxılıb”.

    Median.Az xəbər verir ki, bunu “Report”a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

    Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb:

    “Xanna, Lina, Mamabikə, Dua, Marel, Yanık, Yamel, Nanoş, Ofa, Nüyvər, Oyat, Nüzhəc, Süngüs, Tuqa, Vergili, Memed, Postaçı, Seçki, Səlo, Seva, Kayral, və Yubuğ adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.

  • В Имишлинском районе задержан наркоторговец

    Как сообщает Median.Az, сотрудники Имишлинского РОП задержали жителя села Гызылкенд Б.Гулиева, у которого в доме обнаружили 1 кг 200 грамм марихуаны, а с дворового участка 17 кустов конопли, выращенных путем культивации.

    В Следственном отделе РОП возбуждено уголовное дело.

  • İmişlidə narkotik satan şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qızılkənd kənd sakini B.Quliyevin yaşadığı evdən 1 kq 200 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 17 ədəd çətənə kolu aşkar edilib.

    RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

  • Bakı polisi fahişələrə qarşı – Naryad qrupları yaradıldı

    Paytaxtda ictimai mənəviyyat əleyhinə və milli mentalitetə zidd olan hallara qarşı mübarizə gücləndirilir. Bu məqsədlə bu gündən başlayaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına müvafiq olaraq, polisin səlahiyyətləri çərçivəsində konkret vəzifələr müəyyən olunaraq icraya yönəldilib.

    Bunu qurumun Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

    Onun sözlərinə görə, paytaxt sakinlərindən daxil olan müraciətlərin, müşahidə olunan sosial-neqativ halların təhlilləri göstərir ki, Bakıda fəaliyyət göstərən bəzi əyləncə-istirahət yerlərində ̶ gecə klublarında, barlarda, hotel və motellərdə, mərkəzi küçələrdə ictimai mənəviyyat əleyhinə, əxlaqa zidd hallar var:

    “Əxlaqa zidd olan bütün halların forma və təzahürlərinə qarşı mübarizənin effektivliyini artırmaq üçün milli-mənəvi dəyərlərimizə uyğun olmayan davranışların, ictimai əhəmiyyət kəsb edən digər neqativ halların qarşısının alınması üçün kompleks profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Əsasən, Səbail rayonu ərazisində yerləşən “Fəvvarələr meydanı” və Nizami küçəsində, Nəsimi rayonu Səməd Vurğun və Nizami küçələrinin kəsişmələrində yüngül əxlaqlı həyat tərzi sürən şəxslərin profilaktikasına dair tərkibi əməliyyat, təhqiqat, ictimai təhlükəsizlik əməkdaşlarından ibarət fasiləsiz fəaliyyət göstərən xüsusi naryad qrupları yaradılıb.

    Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir. Görülən işlər, həyata keçirilən tədbirlər barədə ictimaiyyətə mətbuat vasitəsilə mütəmadi məlumatlar veriləcək”.

  • Regionlarda lisey sinifləri yaradılacaq

    2019-2020-ci tədris ili üçün Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri təşkil olunacaq.

    Təhsil Nazirliyindən verilən məlumata görə, Gəncə şəhəri və Quba rayonunda nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq.

    Lisey siniflərinin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün onlara lazımi şəraitin yaradılmasıdır.

    Lisey siniflərinə şagird qəbulu, əsasən 6, 7, 8 və 9-cu siniflər üzrə aparılacaq. Qəbul prosesində həmin şəhər (rayon) və ətraf rayonların ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər iştirak edə bilərlər.

    Bilik və bacarığı ilə seçilən və həmin liseylərdə oxumaq istəyən şagirdlər üçün seçim imtahanı keçiriləcək. Eyni zamanda, son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən respublika fənn müsabiqələrində yüksək nəticə göstərmiş şagirdlər 7, 8 və 9-cu siniflərə müsabiqəsiz qəbul ediləcəklər.

    Qəbul imtahanında iştirak etmək istəyən şagirdlər 2-6 sentyabr 2019-cu il tarixlərində Gəncə şəhəri (Gəncə şəhəri, Kəpəz rayonu, E.Allahverdiyev küçəsi, 68), Şirvan şəhəri (Şirvan şəhəri, Xəqani küçəsi, 16), Şəki şəhəri (Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi, 1) və Quba rayonunda (Quba şəhəri, 15-ci məhəllə) təşkil edilən komissiyalara aidiyyəti üzrə müraciət etməlidirlər.

    Təmayül siniflərinə qəbul imtahanı sentyabrın 10-da keçiriləcək. Qəbul imtahanları riyaziyyat və Azərbaycan dili üzrə fənn tapşırıqları, eləcə də məntiq suallarından ibarət olmaqla test üsulu ilə aparılacaq.

    Lisey siniflərində tədris prosesini həyata keçirəcək pedaqoji heyət Təhsil Nazirliyinin komissiyası tərəfindən təmayül istiqamətlərindən asılı olaraq müvafiq şəhər və rayonlarda işləyən təcrübəli, eyni zamanda, diaqnostik qiymətləndirmə nəticəsi yüksək olan müəllimlər arasından seçiləcək.

    Lisey siniflərində təhsil dövlət hesabına həyata keçiriləcək.

  • Rövnəq Abdullayev 50 min nəfərin maaşını artırdı

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin maaşı artırılıb.

    Bu barədə oxu.az-a SOCAR-dan məlumat verilib.

    SOCAR prezidentinin əmri ilə şirkət üzrə bütün əməkdaşların əmək haqqı 20% qaldırılıb. Şirkətdən bildirilir ki, tarif (vəzifə) maaşlarının artırılması dənizdə və digər ağır iş şəraitində çalışan əməkdaşların real gəlirlərinə daha çox təsir göstərəcək.

    Qeyd olunur ki, hazırda SOCAR Azərbaycanın ən böyük işəgötürənidir və 50 mindən çox Azərbaycan vətəndaşını dayanıqlı iş yerləri ilə təmin edib.

  • 280 manat vergi borcunu ödəməyən sahibkar haqqında – QƏRAR

    Şirvan İnzibati-İqtisadi Məhkəməsində Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin Babayev Sarvan Gülağa oğluna qarşı iddia ərizəsinə baxılıb.

    Vergilər Departamenti 04.12.2018-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 281,45 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə S.Babayevə məxsus 700 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib.

    Məhkəmə iddianı təmin edib və sahibkar S.Babayevin əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunub.

  • Nazir müavini subsidiyalarla bağlı yeniliklərdən danışdı

    2020-ci ildən subsidiyalar Aqrar Subsidiya Şurasının qəbul etdiyi əmsallara uyğun veriləcək.

    Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, müvafiq qaydalara əsasən, baza məbləği 200 manat olmaqla, 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkilərinin növləri üzrə müəyyən edilib:

    “Hazırda işlər qrafikə uyğun davam edir. 2020-ci ildə subsidiyalar aqrar sahədə şəffaflığı və dövlət büdcəsinə qənaət edilməsini təmin edəcək. Bu, çox ciddi mexanizmdir, subsidiya sistemində inqilabi prosesdir”.

    Nazir müavini qeyd edib ki, üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək.

    İ.Quliyev deyib ki, digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında bir hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib:

    “Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur. Pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

    Tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur. Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur”.
    /oxu.az/

  • В Губе полицейские спасли раненого джейрана – ФОТО

    В Губинском районе Азербайджана сотрудники полиции спасли раненого джейрана.

    Как сообщили в МВД, полицейские обнаружили в лесу умирающее животное и привезли его в Губинское районное управление полиции.

    Для оказания джейрану первой помощи в полицию были вызваны сотрудники ветеринарной службы.

    После оказания необходимой помощи раненому животному стало лучше. Полицейские передали джейрана сотрудникам Министерства экологии и природных ресурсов для реабилитации и возвращения в природу.


  • Qubada polislər yaralı ceyranı xilas etdilər – FOTO

    Quba rayonunda polislər yaralı ceyranı xilas ediblər.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlar sıx meşəlikdə ölümlə üz-üzə köməksiz vəziyyətdə qalan ceyranı götürərək, xidməti avtomobilləri ilə Quba Rayon Polis Şöbəsinə gətiriblər.

    Ceyrana ilk yardım göstərilməsi üçün şöbəyə rayon baytarlıq xidmətinin nümayəndələri çağırılıb.

    Yaralı heyvana göstərilən bütün zəruri təxirəsalınmaz tədbirlərdən sonra canlının halı yaxşılaşıb. Daha sonra polis şöbəsinin əməkdaşları heyvanın sağlamlığının tam bərpa olunması və yenidən təbiətə qaytarılması üçün onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər.