Month: September 2019

  • В Гедабеке мужчина выстрелил в мать и сына, а их дом поджег

    Стали известны подробности вооруженного инцидента в Гедабекском районе.

    Как сообщила пресс-служба Министерства внутренних дел Азербайджана, 31 августа в селе Арысу житель Шамкирского района А.Гасанов на почве конфликта открыл из ружья огонь по своим родственникам. В результате одна из пуль попала Р.Велиевой в руку, другая – в ногу ее сына А.Алиева.

    После этого А.Гасанов облил нефтью двухэтажный дом Р.Велиевой и поджег. Сгорели предметы, находившиеся в доме, и кровельное покрытие площадью 20 кв. метров.

    Пожар был потушен. Р.Велиеву и А.Алиева госпитализировали.

    Сотрудники Гедабекского районного отдела полиции провели оперативно-розыскные мероприятия, в результате которых по подозрению в попытке убийства был задержан А.Гасанов.

    У него изъяли охотничье ружье марки ИЖ-16, на которое не имелось соответствующих документов.

    По факту ведется расследование.

  • Gədəbəydə qadını və oğlunu güllələyib evini yandırdılar – TƏFƏRRÜAT

    Gədəbəydə baş vermiş silahlı insidentin təfərrüatı məlum olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 31-də Gədəbəy rayonunun Arısu kəndi ərazisində Şəmkir rayon sakini Ə.Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu R.Vəliyevaya qolundan, onun oğlu A.Əliyevə isə ayaq nahiyəsindən xəsarət yetirib.

    Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus iki mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kv.m sahədə dam örtüyü yanıb.

    Yanğın söndürülüb, R.Vəliyeva və A.Əliyev xəstəxanaya yerləşdirilib.

    Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən Ə.Həsənov saxlanılıb.

    Cinayət əməlini törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi ondan götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Известная российская певица спела в Баку песню на армянском языке – ВИДЕО

    Известная российская исполнительница Любовь Успенская, находясь в Азербайджане, спела песню на армянском языке.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в соцсетях появилось видео, на котором Л.Успенская признается, что исполнила в Баку песню на армянском языке.

    “Был разгар Карабахской войны, я поехала в Баку на гастроли. После концерта азербайджанцы пригласили меня пообедать в один из знаменитых ресторанов Баку. Мы там выпили столько алкоголя, что стали совсем веселенькими. И тут гости попросили меня спеть. Я была настолько пьяная, что напрочь забыла, где я. Начала петь на армянском. Музыканты несколько минут сопровождали, а потом встали и ушли”, – рассказывает Л.Успенская.

    Затем она садится за пианино и исполняет ту самую песню.

    Это видео вызвало шквал критики со стороны пользователей соцсетей, многих знаменитостей Азербайджана, среди которых певец Эльдар Гасымов, ведущая Наргиз Джалилова и народная артистка Флора Керимова. Они отметили, что такое недопустимо для певицы, которая приехала в Азербайджан, пела здесь и заработала деньги.

  • Rusiyalı məşhur müğənni Bakıda erməni dilində mahnı oxuyub – VİDEO

    Rusiyanın məşhur müğənnisi Lyubov Uspenskayanın Azərbaycanda səfərdə olarkən erməni dilində mahnı oxuması qalmaqala səbəb olub.

    Sözügedən görüntülər sosial şəbəkələrdə yayılıb.

    Videoda Uspenskayanın piano arxasında erməni mahnı ifa etməsi, daha sonra isə sözügedən dildə Bakıda da mahnı ifa etdiyini etiraf etməsi əks olunub.

    “Qarabağ müharibəsinin ən qızğın vaxtı idi, Bakıya qastrol səfərinə getmişdim. Konsertdən sonra azərbaycanlılar məni nahar yeməyi üçün Bakının məşhur restoranlarından birinə apardılar. Biz orada o qədər spirtli içki qəbul etdik ki, “lül-qəmbər” olduq. Birdən qonaqlar dedilər ki, Lyuba, dur, bir mahnı ifa et. O qədər içmişdim, ağlımdan tamamilə çıxmışdı ki, haradayam. Başladım erməni dilində mahnı ifa etməyə. Musiqiçilər məni bir neçə dəqiqə müşayiət etdikdən sonra yerlərindən durub, çıxıb getdilər”.

    Daha sonra L.Uspenskaya həmin mahnını ifa etmək üçün yenidən piano arxasına əyləşib.

    Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin, Azərbaycanın tanınmış şəxslərinin etirazına səbəb olub. Müğənni Eldar Qasımov, aparıcı Nərgiz Cəlilova və Xalq artisti Flora Kərimova onun addımı tənqid ediblər. Azərbaycanlılar L.Uspenskayanın Azərbaycana gəlib, burada oxuyub, pul qazanıb və daha sonra bu cür addım atmasının yolverilməz olduğunu dilə gətiriblər.

  • Задержан убийца родственника Рамиза Зейналова

    Раскрыто преступление, случившееся в Баку два дня назад.

    Как передаёт Median.Az со ссылкой на АРА, по факту убийства 35-летнего Фарида Мамедова на улице Гасан-бека Зардаби в Ясамальском районе Баку в Бакинской городской прокуратуре возбуждено уголовное дело по статье 120.1 (Умышленное убийство) Уголовного кодекса АР,

    В результате проведенных сотрудниками прокуратуры и полиции оперативно-розыскных мероприятий по подозрению в совершении преступления был задержан Хабиб Бабавердиев.

    Согласно предварительной информации, Х.Бабавердиев на своем автомобиле ехал по улице Г.Зардаби, когда ему навстречу выехал автомобиль Ф.Мамедова. Х.Бабавердиев потребовал уступить дорогу. Между мужчинами возник спор, и Х.Бабавердиев нанес Ф.Мамедову удар ножом в сердце.

    Отметим, что убитый является сыном шурина начальника Управления государственной дорожной полиции Баку генерал-майора полиции Рамиза Зейналова.

  • Ramiz Zeynalovun qohumunu qətlə yetirən şəxs tutuldu – TƏFƏRRÜAT

    Bakıda iki gün əvvəl baş vermiş qətlin üstü açılıb.

    APA-nın məlumatına görə, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədovun qətlə yetirilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

    Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.

    İlkin məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə, H.Babaverdiyev F.Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb.

    Qeyd edək ki, qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.

  • Возможный создатель биткоина оштрафован на 4 млрд долларов

    В штате Флорида (США) суд признал Крэйга Райта виновным в присвоении себе биткоинов, созданных совместно с партнером Дэйвом Клейманом.

    Как передаёт Median.Az, об этом сообщает Bloomberg.

    Согласно постановлению суда, он обязан вернуть родственникам Д.Клеймана, которого уже нет в живых, 410 тысяч биткоинов (в пересчете на нынешний курс – четыре миллиарда долларов США).

    При этом К.Райт сообщил, что у него нет доступа к биткоинам, которые он получил в результате майнинга в 2009-2013 годах.

  • Bitkoini yaradan şəxs ortağına qarşı “dələduzluq” edib – Dörd milyard dollarlıq mənimsəmə

    Bitkoinin yaradıcısı, iş adamı Kreyq Rayt ortağı Deyv Kleymanla birgə yaratdığı bitkoinləri mənimsəməkdə təqsirli bilinib.

    “Bloomberg” yazır ki, məhkəmə ABŞ-ın Florida ştatında keçirilib.

    Qətnaməyə əsasən, o, hazırda həyatda olmayan Kleymanın qohumlarına 410 min bitkoin (indiki məzənnə ilə dörd milyard dollar) qaytarmalıdır.

    Bununla yanaşı, Rayt 2009-2013-cü illərdəki “mayninq” (yeni emissiyadan yüksək imkanların əldə olunması üçün mümkün qədər yüksək rəqəmsal işin görülməsi prosesi) nəticəsində aldığı bitkoinlərə hazırda çıxışının olmadığını bildirib.

    Kreyq Stiven Rayt 1970-ci ilin oktyabrında anadan olan avstraliyalı alim və iş adamıdır. O, bir müddət əvvəl Bitkoinin yaradıcı komandasının əsas üzvü olduğunu və Satoşi Nikamoto ləqəbi altında “gizləndiyini” açıq şəkildə elan edib.

    ABŞ Müəllif Hüquqları İdarəsi Bitkoinin əsas kodunun ona məxsus olduğunu təsdiqləyib. Bu şəkildə Kreyq Rayt Bitkoinin müəllif hüququnu əldə edib.

  • Из Азербайджана хотели вывезти крупную сумму денег – ФОТО

    Сотрудники Главного таможенного управления на воздушном транспорте Государственного таможенного комитета предотвратили попытку провоза крупной суммы незадекларированной иностранной валюты через границу Азербайджана.

    Как сообщили в комитете, гражданин Казахстана, летевший рейсом Баку-Москва, проходя таможенный контроль в Международном аэропорту Гейдар Алиев, не задекларировал крупную сумму валюты, которая находилась в его багаже.

    В ходе прохождения багажа через рентгеновский аппарат таможенники обнаружили похожие на денежные купюры предметы, и гражданин был задержан. В его багаже были обнаружены 3 млн 531 тыс. 350 российских рублей, 6 тыс. 253 доллара США и 400 азербайджанских манатов.

    По факту ведется расследование.

  • Azərbaycandan külli miqdarda pul çıxarmaq istədilər – FOTO

    Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda valyutanı Azərbaycanın gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

    Komitədən verilən məlumata görə, Bakı-Moskva aviareysi ilə getmək istəyən Qazaxıstan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda gömrük nəzarətindən keçərkən baqajında olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən, gömrük orqanına təqdim, elektron və ya yazılı formada bəyan etməyib.

    Sərnişin gömrük və pasport nəzarətindən keçərək steril zonaya daxil olub. Ona məxsus baqaj rentgen aparatından keçərkən orada valyutaya bənzər təsvirlər əks olunub. Bundan sonra vətəndaş saxlanılıb və çantasına baxış keçirilməsi məqsədilə yoxlama otağına dəvət olunub.

    Yoxlama zamanı ona məxsus baqajın içərisindəki pul qabında, əl çantasında, sellofan paketdə 3 mln. 531 min 350 rus rublu, 6 253 ABŞ dolları və 400 manat aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.