Şəmkirdə “Chevrolet” aşdı: sürücü öldü

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Elxan Aslanovun idarə etdiyi “Chevrolet” markalı maşın idarəetməni itirərək yoldan çıxıb. Nəticədə, sürücü hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/