Month: September 2019

  • Kürdə batan yaşlı kişini xilas etdilər – VİDEO

    Salyanda yaşlı kişi Kür çayına düşüb.

    Hadisə Kürün Salyan-Babazənan yaşayış massivini birləşdirən çayın üzərində tikilmiş körpünün yaxınlığında baş verib.

    Belə ki, Tale Davudzadə küçəsində yaşayan, rayon sakini, 61 yaşlı Əli Əlizadə şəhərdə bir qədər gəzdikdən sonra əl-üzünü yumaq məqsədilə Kür çayının sahilinə enib. Köynəyini çıxarıb çayda əl-üzünü yumaq istəyən zaman qəfil ayağı sürüşüb və çaya düşüb.

    Boğulmaq təhlükəsi qarşısında qalan Ə.Əlizadə çayın sahilində bitmiş qamışlardan tutub və “kömək edin” deyərək adamları səsləyib.

    Bu zaman körpü ilə Salyan rayonuna gedən Babazənan sakini, 6 saylı tam orta məktəbin yeddinci sinif şagirdi Rəvan Zaidov ona kömək etməyə çalışıb. Eləcə də, Kürün yaxınlığında yaşayan qayıqçı Akif Şahbazov onun köməyinə çatıb.

    Ə.Əlizadə çayın Şirvan tayında sahilə çıxarılıb, vəziyyəti normal olduğu üçün yaşadığı ünvana yola salınıb.
    /oxu.az/

  • Azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar tələb etdilər – VİDEO

    Türkiyədə azərbaycanlı iş adamını şantaj edərək bir milyon dollar istəyən ər-arvad saxlanılıb.

    Turizm sektorunda çalışan azərbaycanlı iş adamı sentyabrın 23-də polisə müraciət edərək təxminən beş ildir yanında çalışan şəxs tərəfindən intim görüntüləri ilə təhdid edildiyini bildirib:

    “Bir milyon dollar verməsəm, həmin görüntüləri sosial şəbəkədə yayacaqlarını, ailəmə göndərəcəklərini və Azərbaycan mətbuatına verəcəklərini dedilər”.

    Faktla bağlı başladılan araşdırma nəticəsində Özgür K. ilə həyat yoldaşı Esin K. Ərzurumda hotellərin birində ələ keçib.

    İstanbula gətirilən şübhəlilər iş adamının onların müdiri olduğunu və onlara borclu olduğunu iddia edib.

    Araşdırma zamanı ər-arvadın Gürcüstana qaçmaq istədiyi də müəyyənləşib.

  • İmamzadə ziyarətgahından oğurluq edildi

    Gəncədə oğurluq hadisəsi baş verib.

    Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 16-da Gəncə şəhəri ərazisindəki İmamzadə ziyarətgahındakı bir qəbrin üzərindən alüminiumdan hazırlanmış gül qabını oğurlamaqda şübhəli bilinən şəhər sakini B.Pənahov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Xaçmazda istifadəyə yararsız at əti aşkarlandı – FOTO

    Xaçmaz rayonunda istifadəyə yararsız ət aşkar edilib.

    Rayon sakini Nicəsur Mövsümə məxsus, Qaraqaşlı kənd ərazisində yerləşən fermaya keçirilən baxış zamanı oradan natəmiz vəziyyətdə olan, istifadəyə tam yararsız 300 kiloqramdan artıq çəkidə at əti və kəsim üçün alınmış xəstə atlar aşkar edilərək götürülüb.

    Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.
    /oxu.az/








  • В Гобустане водитель автомобиля ограбил пассажира

    Как сообщает Median.Az, сотрудники 11-го отделения полиции Гарадагского РУП в результате оперативных мер задержали жителя столицы
    Р.Мовлаева, который 25-го сентября в поселке Гобустан отобрал у пассажира Г.Мамедовой 100 манатов и уехал.

    По факту ведется расследование.

  • Qobustanda sürücü sərnişinə qarşı soyğunçuluq edib

    Median.Az xəbər verir ki, sentyabrın 25-də Qobustan qəsəbəsində, G.Məmmədova sərnişin qismində getdiyi avtomobildən düşərkən sürücü onun ödəniş etdiyi 100 manat pulu açıq talama yolu ilə ələ keçirib.

    Qaradağ RPİ 11-ci polsi bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törədən paytaxt sakini R.Mövlayev saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • В Огузе лесника избили за съемку

    В Огузе избили лесника.

    Инцидент произошел на территории Огузского лесничества Габалинского регионального центра лесного хозяйства Департамента развития лесов Министерства экологии и природных ресурсов Азербайджана.

    Лесник Исабалы Худумов заметил, что житель села Джалуд Эхтирам Гасанов незаконно вывозит на своем автомобиле марки УАЗ дрова, и снял это на фотокамеру. Заметив съемку, Э.Гасанов слез с машины, избил мужчину и скрылся с места происшествия.

    Пострадавший потребовал принять законные меры в отношении нарушителя.

    По факту в Огузской районной прокуратуре было возбуждено уголовное дело по статье 315.1 (Сопротивление представителю власти, выполняющему свои служебные обязанности, с применения насилия, не представляющего опасности жизни и здоровью, применение такого насилия или угроза применения насилия в отношении него и его родственников в связи с выполнением служебных обязанностей) Уголовного кодекса АР.

  • Meşə gözətçisi şəkil çəkdiyinə görə döyüldü

    Oğuzda meşə gözətçisi meşədə döyülüb.

    Hadisə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin Qəbələ regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyiliyinin ərazisində baş verib.

    Gözətçi İsabalı Xudumov rayonun Calud kənd sakini Ehtiram Həsənovu meşədən “UAZ” markalı maşınla qanunsuz odun aparan zaman görüb və şəkillərini çəkib. Bu zaman E.Həsənov maşından düşərək onu döyüb və hadisə yerindən qaçıb. Meşə gözətçisi həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş edib.

    Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə) maddəsilə cinayət işi başlanıb.
    /oxu.az/

  • Так азербайджанский кикбоксер победил армянина – ВИДЕО

    Азербайджанский спортсмен Эльвин Мамедов (42 кг) победил армянского спортсмена на Кубке мира по кикбоксингу по версии WAKO в российской Анапе.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, об этом сообщил наставник Э.Мамедова, неоднократный чемпион мира по кикбоксингу Эдуард Мамедов.

    По его словам, Э.Мамедов одержал победу над армянином Давидом Алексаняном со счетом 2:1.

  • Azərbaycanlı kikboksçu ermənini belə məğlub etdi – VİDEO

    Rusiyanın Anapa şəhərində kikboksinqin WAKO növü üzrə keçirilən dünya kubokunda Azərbaycan idmançısı Elvin Məmmədov erməni idmançını məğlub edib.

    Bununla bağlı E.Məmmədovun müəllimi, kikboksinq üzrə bir neçə dəfə dünya çempionu adına layiq görülən Eduard Memmədov məlumat verib.

    Onun sözlərinə görə, -42 kq çəki dərəcəsində döyüşən tələbəsi erməni idmançı David Aleksanyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.