Month: October 2019

  • Bakıda avtomobil avtobusla toqquşub, 4 nəfər xəsarət alıb

    Bakının Sabunçu rayonunda minik avtomobili ilə avtobusun toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

    1994-cü il təvəllüdlü İbrahim Rəcəbov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək qəsəbə ərazisində fəaliyyət göstərən 131 saylı marşrut avtobusuna çırpılıb. Nəticədə “VAZ 2106”-nın sürücüsü İ.Rəcəbov və sərnişinlər – 1996-cı il təvəllüdlü Həmidağa Babayev, 1997-ci il təvəllüdlü Mehdi Rəhimov və 1988-ci il təvəllüdlü İkram Rəcəbov xəsarət alıblar.

    Yaralılar xəstəxanaya yerləşdirilib. İ.Rəcəbova dizin sınığı diaqnozu qoyulub. Digər yaralılara isə ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıblar.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Azərbaycanda bu məhsullar bahalaşdı

    Azərbaycanda qızıl və gümüş bahalaşıb.

    Median.Az-ın Trend-ə istinadən məlumatına görə, oktyabrın 31-də qızılın qiyməti oktyabrın 30-u ilə müqayisədə 13,838 manat artaraq 1 unsiya üçün 2545,5545 manat təşkil edib.

    Gümüş 0,2167 manat bahalaşaraq 1 unsiya üçün 30,4691 manata bərabər olub.

    Platinin qiyməti 10,565 manat artaraq 1576,699 manat, palladiumun qiyməti 49,5465 manat artaraq 3087,9565 manat təşkil edib.

    Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir

  • В Баку столкнулись 2 автобуса, пострадали 9 человек

    В Сабунчинском районе города Баку столкнулись 2 автобуса, пострадали 9 человек.

    Как сообщает АПА, авария произошла в поселке Ени Рамана.

    Столкнулись работающие на территории поселка рейсовые автобусы №№ 106 и 214. В результате аварии 9 человек – Мамедова Рена Шукюр гызы (1950 г.р.), Мамедова Мулаим Танрыверди гызы (1959 г.р.), Алиева Хагигат Самед гызы (1960 г.р.), Агаева Тарана Сахиб гызы (1966 г.р.), Ахмедова Кямаля Аждар гызы (1967 г.р.), Аббасова Ясаман Ашраф гызы (1973 г.р.), Арихова Бахар Рафи гызы (1974 г.р.), Новрузова Шалала Гудрат гызы (1964 г.р.) и Ахмедова Арзу Тариэль гызы (1995 г.р.) были госпитализированы с травмами различной степени тяжести.

    У Р.Мамедовой диагностирован перелом левой плечевой кости. Другие пострадавшие после оказания первой помощи отправлены на амбулаторное лечение.

    По факту проводится расследование.

  • Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

    Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə Sabirabad kəndində qeydə alınıb.

    İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində kənd sakinləri – 1968-ci il təvəllüdlü Həsənov Azər Tapdıq oğlu və 1983-cü il təvəllüdlü Ələkbərov Ramil Adil oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Babək prospektində yenidən qazıntı işləri aparılacaq? — Rəsmi açıqlama

    “Azərsu” ASC Babək prospektində qazıntı işlərinin aparılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

    Median.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı yayılan məlumatın əsassız olduğunu qeyd edib.
    “Bu gün sosial şəbəkələrdə, bəzi saytlarda, 90 FM – İctimai radioda Babək prospektində “Azərsu” ASC tərəfindən su xətlərinin çəkilməsi ilə əlaqədar prospektin yenidən qazılacağı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. Rəsmi olaraq bildirirk ki, bu yalan məlumatdır və prospektdə yeni su xətlərinin tikintisi nəzərdə tutulmur”, – deyə, A.Cəbrayıllı bildirib. (azxəbər.com)

  • Азербайджанская община провела акцию протеста перед зданием Конгресса США – ВИДЕО

    30 октября азербайджанская община провела акцию протеста перед зданием Конгресса США.

    Причиной стал визит представляющего себя “министром иностранных дел” самопровозглашенной “НКР” Масиса Маиляна в Вашингтон, а также проведение им в здании Конгресса США мероприятия по пропаганде сепаратистского режима, целью которого является поиск поддержки в вопросе оккупации азербайджанских территорий.

  • Azərbaycan İcması ABŞ Konqresinin binasının qarşısında etiraz aksiyası keçirib – VİDEO

    Oktyabrın 30-da Azərbaycan İcması ABŞ Konqresinin Reybörn binasının qarşısında etiraz aksiyası keçirib.

    Buna səbəb özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyanın Vaşinqtona səfər etməsi, ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirməsi olub.

  • Fransanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

    Fransanın Türkiyədəki səfiri Şarl Fris bu gün Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    Median.Az-ın APA-ya istinadən verilən xəbərə görə, fransız səfirin Türkiyə XİN-ə çağırılmasının səbəbi Fransa parlamentinin “Barış bulağı” əməliyyatı ilə bağlı qəbul etdiyi qərarla əlaqədar olub.

    Türkiyə XİN bu gün yaydığı bəyanatda sözügüdən qərarı qətiyyətlə rədd edib və bu bəyanatla əlaqədar Fransanın Türkiyədəki səfirliyi də məlumatlandırılıb.

  • Ильхам Алиев: В некоторых случаях я узнаю о невыносимом положении из медиа

    «Я неоднократно обращался к представителям медиа, говорил им о том, что они являются моими помощниками. В некоторых случаях я узнаю о невыносимом положении из медиа».

    Как сообщает Median.Az, об этом заявил президент Азербайджанской Республики Ильхам Алиев во время приема Анара Тагиева в связи с назначением главой Исполнительной власти города Евлах и Эльнура Рзаева в связи с назначением главой Исполнительной власти Хачмазского района.

    «Хочу коснуться последнего события: в Шамахинском районе произошло землетрясение, туда выделены крупные средства. Я побывал там, вручил гражданам ключи от новых домов. Тем не менее, вижу недавно по телевизору, что половина школьного здания обрушилась, есть трещины. Дети боятся ходить туда. Хорошо, прошло восемь месяцев, неужели невозможно сделать это. Выделены средства, дано указание, построено много домов, если школа находится в таком непригодном состоянии, то как можно мириться с этим? Если бы в медиа, по телевизору не прошел данный репортаж, то я не узнал бы. Узнав об этом, я тут же дал указание. Там начнутся работы, и здание школы будет либо снесено и отстроено заново, либо капитально отремонтировано. Поэтому необходим общественный контроль. Вам тоже не следует бояться этого, напротив, общественность должна поддерживать вас», – отметил президент Азербайджана.

  • Fatimə həmkarlarının paxırını açdı: Bahalı maşına oturmaq üçün…

    ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi rəqqasə Fatimə Fətəliyeva olub.

    Median.Az milli.az-a istinadla xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən rəqqasə həmkarlarını sərt tənqid edib:

    “Yaşına yaraşmayan hərəkət edir. Klouna oxşayır. Rəqs başqa şeydir. Onlar bacarmırlar. Mənim qədər çalışan yoxdur. Amma belə pisdir, darıxıram. Stimul verənim yoxdur. O olmadığına görə mən də sönürəm. Özünə peşəkar deyən adam çıxıb səhnədə heç nə təqdim edə bilmir. İndiyə kimi heç kimin adını çəkib deməmişəm ki, sən bacarmırsan, get özünə iş tap! Şanslı qadınlar var. Amma mən öz zəhmətimlə qalxmışam. Fatimə bahalı maşına birdən oturmayıb, sıfırdan başlayıb”.