Month: October 2019

  • Qazaxda ana və 2 yaşlı qızı yanıq xəsarətləri alıb

    Qazaxda ana və övladı üzərlərinə qaynar suyun tökülməsi nəticəsində yanıq xəsarətləri alıblar.

    Median.Az-ın report-a istinadən məlumatına görə, Qazax şəhərində yaşayan, 26 yaşlı M.Kərimova və onun qucağında olan 2 yaşlı qızının üzərinə qaynar su tökülüb. Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan hər iki şəxs xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Увеличилось число жертв ДТП в Шабране – ОБНОВЛЕНО

    Увеличилось число жертв серьезного ДТП в Шабране.

    Как сообщает АПА, в больнице скончался водитель Васиф Исмаилов. Он был госпитализирован в тяжелом состоянии. Несмотря на усилия врачей спасти пострадавшего не удалось.

  • Mingəçevirdə mindən çox abonentin qazı kəsilib – SƏBƏB

    Bu gün saat 17:40-dan etibarən mindən çox abonentin qaz təchizatında fasilə yaranıb.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

    Məlumata görə, fasilənin yaranmasına səbəb Mingəçevir şəhərində F.Əzimov küçəsini qazla təmin edən 108 millimetrlik qaz xəttində baş verən qəza səbəb olub. Belə ki, sözü gedən qaz xəttini traktorla vurub qırıblar.//Baku.ws

  • Şabranda baş vermiş avtoqəza zamanı ölənlərin sayı 2 nəfərə çatıb – FOTO – YENİLƏNİB

    Xaçmazda baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı artıb.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən sürücü Vasif İsmayılov həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

  • ИГ подтвердила смерть аль-Багдади

    Террористическая организация ИГ подтвердила убийство своего лидера Абу Бакра аль-Багдади.

    Как сообщает АПА, информацию об этом распространило агентство «Reuters» со ссылкой на сайт связанного с террористической организацией «Amaq».

    Агентство сообщает, что организация назначила последователем аль-Багдади Абу Ибрахима аль-Хашими аль-Гурейши.

  • Milli Şuranın 2 noyabr mitinqi ləğv edildi

    Milli Şuranın noyabrın 2-nə təyin etdiyi razılaşdırılmamış mitinq ləğv edilib.

    Median.Az xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli sosial şəbəkədə bildirib.

    Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və mitinqin noyabrın 2-si saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib. Buna baxmayaraq, AXCP sədri Əli Kərimli aksiyanın icazəsiz şəkildə Nəsimi rayonu, metronun “28 may” stansiyasının yaxınlığında keçiriləcəyini bildirmişdi.

  • Bakıda qeyri-adi qəza – FOTO

    Bu gün axşam saatlarında Bakının H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

    Agentlik sürücülərə bu cür yağışlı hava şəraitində diqqətli olmağı, meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etməyi tövsiyə edib.

  • Президент ознакомился с работой, проделанной после реконструкции на улице Шафаята Мехдиева

    31 октября президент Азербайджанской Республики Ильхам Алиев ознакомился с работой, проделанной после реконструкции на участке улицы Шафаята Мехдиева от Тбилисского проспекта до улицы Ландау в Ясамальском районе столицы.

    Как сообщает Median.Az, информацию об этом распространила пресс-служба президента.

  • İŞİD əl-Bağdadinin ölümünü təsdiqləyib

    İŞİD terror təşkilatı öz lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi terror təşkilatı ilə əlaqəli olan “Amaq” saytına istinadən məlumat yayıb.

    Agentlik bildirir ki, təşkilat əl-Bağdadinin davamçısı kimi Abu İbrahim əl-Haşimi əl-Qureyşini təyin edib.

  • Səfirlik: Üçüncü qüvvələr Azərbaycan və Rusiyanın arasını vurmağa çalışır

    Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkədə yaradılan Ümumxalq Rifahı Naminə Təşkilatı (V.B.O.N) barədə bəyanat yayıb.

    Səfirlikdən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bəyanatda sosial şəbəkələrdə və mətbuat səhifələrində üzvlərinin guya millətçi və hətta terrorçu olması barədə yazılan təşkilat barədə aparılan kampaniyanın antiazərbaycan qüvvələri tərəfindən yönləndirildiyi, Rusiyadakı azərbaycanlıların qaralanmasına, millətlərarası, konkret olaraq ruslarla azərbaycanlılar arasında qarşıdurmanın qızışdırılmasına istiqamətləndiyi bildirilib.

    “Baş verənlərin xronologiyası onu deməyə əsas verir ki, məlum kampaniyaya start məhz Azərbaycan prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya klubunun XVI illik toplantısının plenar sessiyasında məşhur çıxışından, eləcə də MDB dövlət başçılarının Aşqabadda keçirilən iclasında nasist Qaragin Njde barəsində çıxışından sonra verilib. Hamımız millətçi düşüncə və baxışların nəticələrinə, eləcə də onların dünyaya gətirə biləcəyi faciələrə şahidik. Ona görə də, Azərbaycan və Rusiya çox millətli dövlətlər kimi bu cür təzahürlərə xüsusi ehtiyatla yanaşır və onların kökünü kəsir. Bizim ölkələrimizdə milliyyətçi baxışlara yer yoxdur. Hər iki ölkədə yüz illər boyu müxtəlif millətlərin və konfessiyaların nümayəndələri dinc şəraitdə yaşayırlar. Bu gün Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlər strateji səviyyəyə çatıb. Bütün sahələrdə əlaqələr aktiv inkişaf edir. Əlbəttə ki, bu, üçüncü qüvvələri qane etmir, hansılar ki, hər cür yolla Rusiya-Azərbaycan münasibətlərinə mane olmağa, rus və Azərbaycan xalqlarının arasını vurmağa çalışırlar. Diqqətinizə çatdırırıq ki, Rusiya hüquq-mühafizə orqanları artıq bu qüvvələrlə məşğuldurlar və bu qüvvələrin səyləri əbəsdir. Tolerantlıq azərbaycanlılar və rusların həyat tərzidir. Bu kampaniyanın mahiyyətini başa düşmək və onun zərərli təsirinə düşməmək üçün kifayət qədər müdrikik. Məlum olmayan müəlliflər tərəfindən sosial şəbəkələrə yerləşdirilmiş videolara gəldikdə isə, hesab edirik ki, onların etibarlılığı müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır, günahkarlаr isə Rusiya qanunvericiliyi çərçivəsində cəzalarını almalıdırlar. Eyni zamanda Rusiya cəmiyyətində guya azərbaycanlıların ruslara qarşı dözümsüz olduğu fikrini formalaşdırmaq məqsədi daşıyan bu cür video materialların sosial şəbəkələrə yerləşdirilməsini qınayırıq”, – deyə bəyanatda qeyd olunub.

    Səfirlik bütün soydaşlarımızı ayıq olmağa və Rusiyada yaşayan azərbaycanlıların imicinə xələl gətirə biləcək hər hansı bir təxribata uymamağa çağırıb.