Month: October 2019

  • Цинизм зашкаливает: мужчина ел кошек, собак и жил в квартире своей жертвы

    В Архангельске завершено предварительное следствие, проводившееся в отношении задержанного 51-летнего местного жителя, подозреваемого в убийствах и каннибализме.

    Как передаёт Median.Az, об этом сообщают “Вести.ру”.

    По версии следователей, преступник убивал своих жертв ножом, предварительно опаивая их спиртными напитками, после чего расчленял их тела, поедал, а остатки выкидывал в местные водоемы.

    В период с 2016 по 2017 год задержанный убил трех человек. Кроме того, мужчина ловил и поедал кошек и собак, кости которых были найдены в выброшенных пакетах вместе с человеческими.

    Следователи, сообщив, что обвиняемый признан вменяемым по результатам экспертизы, подчеркнули его “дерзость, беспринципность и хладнокровие”, отметив, что до своего задержания преступник проживал в квартире своей жертвы. Обеспокоенным родственникам, а позже и полицейским, он сообщал, что владелец уехал на заработки в другой город.

    К настоящему времени следствие собрало доказательства вины задержанного – уголовное дело передано в областной суд.

  • Ağlasığmaz cinayət: İnsanları öldürərək yeyib, qalıqlarını basdırıb

    Rusiyada qətl ittihamı ilə dindirilən şübhəli şəxs pişik, it və insanları öldürüb yediyini etiraf edib.

    Rusiyanın Arxangelsk şəhərində 2016-2017-ci illərdə itkin düşmüş üç nəfərin axtarışı zamanı aparılan istintaqda ağlasığmaz gerçəklər aşkarlanıb.

    Belə ki, hadisədən üç il sonra 51 yaşlı şübhəli dindirilib. O, cinayətini etiraf edib, cəsədləri harada basdırdığını deyib. Aparılan axtarışlar zamanı basdırılmış torbalarda cəsədlər tapılıb.

    Sözügedən torbalarda üç insan və pişik, it sümükləri aşkarlanıb. Araşdırmalar qatilin cəsədlərin bəzi hissələrini qopararaq yediyini sübuta yetirib. Hazırda cinayətkarın başqa cinayətlərlə əlaqəsi araşdırılır.

  • ИВ Баку ответила на обращение Нацсовета о проведении митинга

    Исполнительная власть города Баку ответила на обращение Национального совета о проведении митинга.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, в ответе ИВ говорится, что Национальному совету разрешается провести митинг 2 ноября на учебно-тренировочной базе “Гарадаг” спортивного клуба “Нефтчи” по адресу: Баку, Гарадагский район, пос. Локбатан, ул. 28 Мая.

  • Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verdi

    Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

    BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.

    Məktubda noyabrın 2-də Lökbatan qəsəbəsi, 28 May küçəsi, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında Milli Şuranın mitinq keçirməsinə razılıq verilməsi qeyd edilib.

    Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.
    /oxu.az/

  • Millət vəkili qəzaya düşdü

    Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Mahir Polat qəzaya düşüb.

    Median.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

    Məlumata görə, M.Polat Torbalı-Bayındır yolunda avtomobili ilə qəza keçirib.

    Millət vəkili xəstəxanaya aparılıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

  • Oğuzda şagird dərs zamanı yaralandı

    Oğuzda şagird dərs zamanı xəsarət alıb.

    Hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb.

    VI sinif şagirdi Elnarə Şəfiyeva idman dərsində qaçarkən ehtiyatsızlıqdan futbol qapısının dəmir dirəyinə çırpılıb.

    Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb.

    Onun baş nahiyəsindən xəsarət aldığı bildirilir.
    /oxu.az/

  • Обнародован прогноз погоды на последний день октября

    В Баку и на Абшеронском полуострове 31 октября ожидаются осадки, которые ночью и утром местами могут принять интенсивный характер. Ожидается, что северо-западный ветер усилится.

    Об этом сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов Азербайджана.

    Температура воздуха на Абшероне составит ночью 11-14, днем – 15-18, в Баку ночью – 12-14, днем – 16-18 градусов тепла.

    Атмосферное давление повысится с 761 мм до 765 мм ртутного столба, относительная влажность – 70-80%

    В районах Азербайджана в течение дня ожидаются грозы, дожди, которые в северных и восточных районах могут перейти в ливни. Ветер западный, местами порывистый.

    Температура воздуха составит ночью 10-14, днем – 17-22, в горах ночью – 3-7, днем – 8-11 градусов тепла.

    Согласно медико-метеорологическому прогнозу, на Абшеронском полуострове ожидаются неустойчивая погода, ветер, осадки и незначительное понижение температуры воздуха, что неблагоприятно для метеочувствительных людей.

  • Bu şəxslər pensiya ala BİLMƏYƏCƏK

    Yaxın gələcəkdə pensiya çıxmaqda çətinliklərin olması qaçılmazdır.

    Bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

    İqtisadçı bildirib ki, minimum pensiya kapitalının artması müsbət haldır:

    “Bu aydan minimum pensiya məbləği 200 manata çatdırılandan sonra pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalı da artıb. Belə ki, hazırda güzəştli qruplar istisna olmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 800 manat minimum pensiya kapitalı olmalıdır. Vətəndaş 25 il işləməyibsə və 28 800 manat kapital yığa bilməyibsə o zaman pensiya hüququ əldə edə bilmir. Yəni, bu halda ona pensiya təyin edilmir.

    Minimum pensiya kapitalı = minimum pensiya məbləği X 144 ( 12 il X 12 ay). İndiki halda minimum pensiya məbləği 200 manat olduğundan 200 manat X 144= 28800 manat minimum kapital tələb olunur. Gələcəkdə minimum pensiya artacağı halda minimum pensiya kapitalı da artacaq. Məsələn, minimum pensiya 300 manat olarsa, o zaman minimum pensiya kapitalı 43200 manat olacaq. Bu o deməkdir ki, minimum pensiya 300 manata çatan zaman 25 il iş strajı olmazsa, yalnız 43200 manat və daha çox pensiya kapitalı toplaya bilənlər pensiyaya çıxa biləcəklər. Minimum pensiya kapitalının artması müsbət haldır. Amma bu məbləğ artdıqca gələcəkdə pensiyaya çıxmaq hüququ qazananların sayı da azala bilər. Aydındır ki, nə 28800 manatı, nə də gələcəkdə 43200 manatı toplamaq heç də asan olmayacaq. Azərbaycanda pensiya islahatı gələcəkdə büdcədən vəsait ayırmadan sadəcə yığımlar hesabına pensiya verilməsini nəzərdə tutur. Uzun müddət gizli iqtisadiyyatın və eləcə də qeyri-rəsmi məşğulluq səviyyəsinin yüksək olduğunu nəzərə alsaq büdcənin töhfəsini aradan qaldırmaq doğru deyil. Bu baxımdan bu mexanizminin dəyişdirilməsinə ehtiyac var”.

    V. Bayramov problemin həlli üçün təkliflə çıxış edib:

    “Dövlət pensiya kapitalının 40 faizinin maliyyələşdirilməsini üzərinə götürsün. Yəni, vətəndaş 17280 manat pensiya kapitalına malikdirsə, o zaman dövlət büdcəsindən onun hesabına 11600 manat ödənilsin və həmin şəxs pensiya hüququ əldə etsin. Əks halda pensiyaya çıxmaqda insanlar çətinliklərlə üzləşəcək”.

  • Bakıda baş vermiş dəhşətli qəza kameraya düşdü – VİDEO

    Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb.

    Median.Az avtosfer.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində baş verib. “Opel” markalı avtomobilin sürücüsü svetoforun qadağanedici işığında yolayrıcına daxil olur.

    Bu zaman sağdan gələn avtomobilin önünə çıxır. Toqquşma nəticəsində “Opel” çevrilir və bir neçə metr kənarda aşır. Qəza nəticəsində “Opel”in sürücüsü ağır yaralanır. Digər avtomobilə ciddi ziyan dəyir.

    Qeyd edək ki, hadisə zamanı “Mercedes” markalı avtomobil də eyni şəkildə qaydanı pozur. Amma qəzadan sonra dayanır və son anda toqquşmadan xilas olur.

    Xatırladaq ki, bu cür qəzalar tez-tez baş verir. Səbəb isə sürücülərin son anda yolayrıcını keçməyə cəhd etməsi olur.

    Videonu təqdim edirik:

  • Bakıda metro yaxınlığında qadınlar arasında dava – VİDEO

    Bakıda “Qara Qarayev” stansiyası yaxınlığında qadınlar arasında dava düşüb.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə ATV kanalında məlumat verilib.

    Hadisə şahidlərinin sözlərinə görə, dava mağazalardan birinin satıcısı ilə həmin ərazidə təmizlik işlər aparan iki süpürgəçi arasında baş verib.

    Əlbəyaxa dava nəticəsində süpürgəçilər müxtəlif bədən xəsarətləri alıblar.

    Faktla bağlı araşdırma başlayıb.