Month: October 2019

  • Bakıda silahlı dəstə adam oğurladı, qardaşından 13 min manat tələb etdi

    Bakıda bir kişi qohumunu silahla hədələyərək qaçırıb.

    Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarının mənbələrindən məlumat verilib.

    Əvvəllər soyğunçuluqda ittiham olunan Ramin Mirzəyev polisə şikayət edib. Onun sözlərinə görə, ötən gün saat 01:00 radələrində Atatürk prospektində əmiuşaqları A.M. və A.M., eləcə də, naməlum şəxs onu silahla hədələyərək “LADA Priora” markalı minik avtomobilinə mindirib, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə aparıb.

    Daha sonra təcavüzkarlar R.Mirzəyevin 24 yaşlı qardaşı Rəşadla əlaqə saxlayıb. Onlar girovu yalnız 13000 manat təzminat aldıqdan sonra sərbəst buraxıblar.

    Sərbəst buraxıldıqdan dərhal sonra kişi polisə şikayət edib.

    Hazırda 6-cı Polis Bölməsinin əməkdaşları hədə-qorxu yolu ilə pul tələb etmə faktını araşdırır.

    Hələlik saxlanılmadıqlarından şübhəli şəxslərin adları açıqlanmır. Cinayətin detalları aydınlaşdırılır.

  • Oktyabrın son gününə olan hava proqnozu: Bakıda yağış yağacaq

    Azərbaycanda oktyabr ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 15-18, Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

    Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında yağışın intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-14, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 8-11 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

  • Səhiyyə Nazirliyi: Oqtay Gülalıyev əməliyyat olunur – YENİLƏNİB

    Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib.

    Bununla bağlı “City Hospital”dan Səhiyyə Nazirliyinə məlumat verilib.

    “Bundan sonra ailəyə əməliyyatın keçirilməsinin vacibliyi izah edilib. Səhiyyə Nazirliyi “City Hospital”a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər.

    Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək”.

    * * * *

    Səhiyyə Nazirliyi dünən axşam avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyəti ilə bağlı məlumat yayıb.

    Nazirlikdən oxu.az-a bildirilib ki, Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib:

    “Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər.

    Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.

  • İtaliyada Ekstra Avropa Oyunları keçiriləcək: Altı idmançımız yarışacaq

    İtaliyanın Bari şəhərində para-taekvondo üzrə Avropa çempionatından sonra daha bir yarış start götürəcək.

    1-3 noyabr tarixlərində Ekstra Avropa Oyunlarına (taekvondo 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının proqramına daxil edilsə də, bu il Minskdəki yarışda olmayıb deyə belə adlanır – S.M.) start veriləcək.

    G4 kateqoriyalı yarışda böyüklərdən ibarət yığma komandamızın altı üzvü mübarizə qatılacaq. Bu gün İtaliyaya yola düşən millinin heyətində Həşim Məhəmmədov (-58 kq), Cavad Ağayev (-68 kq), Radik İsayev (+80 kq), Patimat Abakarova (-53 kq), Fəridə Əzizova (-67 kq) və Zəhra Fazil Kalxoran (+67) yer alıb.

    Bu yarışda öz çəkisində Olimpiya reytinqində lider olduğundan, Milad Beiqi Harçeqani yarışmayacaq. Olimpiya mükafatçımız, ikiqat dünya və Avropa çempionumuza istirahət veriləcək.

    45 Avropa ölkəsindən 213 idmançının (114 kişi, 99 qadın) reytinq xalları uğrunda döyüşəcəyi yarışlarda qalib idmançı aktivinə 40 xal, II yer 24,5 xal, III yerə sahib olan isə 17,5 xal əlavə etmiş olacaq.

    Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər – Reza Mehmandoust və Elnur Amanovun rəhbərlik etdiyi komandamız 4 noyabrda vətənə dönəcək.
    /oxu.az/

  • Suriyada azərbaycanlı əsgər türk əsgərə səsləndi: “Gəl, qardaş, gəl” – VİDEO

    Türkiyə Silahlı Qüvvələri və Suriyanın şimalındakı Rusiya qoşunlarının birgə hazırlığı davam edir.

    Haseke adlanan ərazidə əməliyyat zamanı Rusiya ordusunda hərbi xidmətdə olan azərbaycanlı əsgərin türk əsgərə səslənməsi sosial mediada maraqla qarşılanıb.

    O, türk əsgərə səslənərək “Gəl, qardaş, gəl. Hər şey yaxşıdır” sözlərini deyib.

  • В Азербайджане продолжается процесс выплаты кредиторских требований физлицам в ликвидируемых банках

    Азербайджанский фонд страхования вкладов (ADIF) продолжает выплату кредиторских требований физическим лицам по незастрахованным вкладам в банках, находящихся в процессе ликвидации.

    Как передает Median.Az со ссылкой на сообщение ADIF, выплаты осуществляются через филиалы Kapital Bank по требованиям, не превышающим $10 тыс. (17 тыс. манатов). Данный процесс стартовал 16 октября.

    Физлица, претендующие на выплаты, могут обращаться в филиалы Kapital Bank с документами, удостоверяющими личность.

    По первоначальным данным, средства будут возвращены более 50 тыс. вкладчикам.

    В настоящее время ADIF занимается ликвидацией 11 банков: Atrabank, Royalbank, Kredobank, Zaminbank, Bank of Azerbaijan, Qafqaz İnkişaf Bankı (“Кавказский банк развития”), Bank Standard, Yunayted Kredit Bank, Texnikabank, Dəmirbank и Gəncəbank.

  • Ləğv prosesində olan banklardan kreditor tələbi olan fiziki şəxslərin nəzərinə

    Ləğv prosesində olan “Atrabank” ASC”, “Royalbank” ASC, “Kredobank” ASC, “Zaminbank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, QSC “Bank Standard” KB, “Yunayted Kredit Bank” ASC, “Texnikabank” ASC, “Dəmirbank” ASC və “Gəncəbank” ASC-də fiziki şəxslərin 17 000 (on yeddi min) manat ekvivalentinədək olan kreditor tələblərinin ödənilməsi davam edir.

    Bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Kreditor tələbinin ödənilməsi nağdsız qaydada “Kapitalbank” ASC vasitəsilə həyata keçirilir.

    Ləğv prosesində olan banklarda kreditor tələbi olan fiziki şəxslərdən “Kapitalbank” ASC-nin müvafiq filiallarına şəxsiyyətlərini təsdiq edən sənədlə müraciət olunması xahiş olunur.

  • Ильхам Алиев принял участников заседания Совета министров обороны СНГ

    30 октября Президент Азербайджана Ильхам Алиев принял участников заседания Совета министров обороны СНГ.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • В Баку вооруженная группа похитила мужчину и потребовала выкуп

    В Баку мужчины, угрожая пистолетом, похитили своего родственника.

    Как передаёт Median.Az, об этом oxu.az сообщил источник в правоохранительных органах.

    В полицию с жалобой обратился ранее судимый за грабеж Рамин Мирзоев. По его словам, на днях примерно в 01:00 на проспекте Ататюрка его двоюродные братья А.М. и А.М., а также неизвестный мужчина пригрозили ему пистолетом, а затем посадили в автомобиль Priora и отвезли в поселок Баладжары Бинагадинского района.

    Затем злоумышленники связались с 24-летним братом Р.Мирзоева – Рашадом. Они отпустили заложника только после того, как получили выкуп в размере 13 тысяч манатов.

    Сразу после освобождения мужчина обратился с заявлением в полицию.

    В настоящее время сотрудники 6-го отделения полиции расследуют факт вымогательства денег путем угроз. Имена подозреваемых пока не называются, поскольку они еще не задержаны. Выясняются обстоятельства преступления.