Month: October 2019

  • Pirallahıda oğul atasını döyərək körpücük sümüyünü sındırıb

    Pirallahı rayonunda döyülmə hadisəsi baş verib.

    Cilov adasında oğul ailə münaqişəsi zəmnində atası, 1973-cü il təvəllüdlü Mahmudov Aydın Məmmədağa oğlunu döyərək xəsarət yetirib.

    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. A.Mahmudova qapalı kəllə-beyin travması, sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyəti kafi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Microsoft обвинила «иранских хакеров» в попытке вмешательства в выборы

    Компания Microsoft заявила об кибератаке на аккаунт, связанный с кандидатом в президенты США, сообщает Рен ТВ.

    Отмечается, что члены группировки, которую называют Phosphorous, якобы связаны с правительством Ирана и действуют с территории этого государства.

    По данным компании, в августе-сентябре специалисты зафиксировали около 2,7 тысячи попыток найти учетные записи клиентов Microsoft и попыток атаковать 241 аккаунт, в том числе связанные с одним из штабов на выборах президента.

    Атакам также подверглись аккаунты действующих сотрудников американского правительства.

    «В результате этих усилий было взломано четыре аккаунта, они не были связаны со штабом кандидата в президенты или чиновниками США», – отметили представители Microsoft.

    Ранее в Microsoft заявили, что предоставят бесплатное обновление системы безопасности для Windows 7 перед выборами президента США 2020 года, чтобы избежать «вмешательства» в избирательный процесс.

  • Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin şahmat tarixində ilk dəfə Dünya Kubokuna sahib olan Teymur Rəcəbovu “İnstagram” səhifəsində təbrik edib.

    Median.Az-ın APA -ya istinadən məlumatına görə, təbrikdə deyilir:

    “Azərbaycan növbəti böyük uğura imza atıb! Gənc istedadımız Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunda ölkəmizi layiqincə təmsil edərək parlaq qələbə qazanıb. Bütün Azərbaycan xalqının sevincinə səbəb olan bu möhtəşəm qələbə münasibətilə Teymuru səmimi-qəlbdən təbrik edirəm!”.

  • “Maşın”da gecə sürətli başladı: İki nəfər şounu tərk etdi – VİDEO

    “Maşın” realiti şousunun “Maskarad” adlı sürətinin daha bir qalmaqallı və mübarizə dolu gecəsinə start verilib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, 16 məşhur dəyəri 50 min manat olan “Opel INSIGNIA” markalı avtomobil uğrunda qızğın döyüşə başlayıblar.

    Öncə iştirakçıların səsverməsinin nəticələri açıqlanıb.

    Daha sonra verlişin aparıcısı, Xalq artisti Murad Dadaşov repçi Qurdu tribunaya çağırıb.

    Qurdla bağlı videosüjet efirə gedib. Həmin videomaterialda görünür ki, Qurd bir əlini Aqşin Fatehin əlinin üstünə, digərini isə maşının üstünə qoyub.

    Amma anidən o avtomobildən əlini götürüb. Qayda pozuntusuna yol verən repçi şoudan uzaqlaşdırılıb.

    Qurddan sonra xalq artisti Bilal Əliyev də əlini avtomobildən çəkərək, şoudan öz istəyi ilə ayrılıb.

    O, addımını bu cür şərh edib: Atam dedi ki, maşından çıxırsan, evə getmirsən, düz gəlirsən mənim yanıma, kəndə”.

    Beləcə, bir gündə şounu iki məşhur iştirakçı tərk edib.

    Hazırda isə 14 məşhur şouda mübarizəni davam etdirir. Bir neçə dəqiqədən sonra onların səsverməsi nəticəsində bir nəfər tribunaya çıxaraq, tamaşaçılardan şouda “qalması” üçün səs istəyəcək.

  • Президент Ильхам Алиев поздравил Теймура Раджабова

    Президент Азербайджана Ильхам Алиев поздравил гроссмейстера Теймура Раджабова по случаю победы на Кубке мира по шахматам в российском городе Ханты-Мансийск.

    Как сообщает Азертадж, в поздравлении Президента говорится:

    «Дорогой Теймур,

    От всей души поздравляю тебя с победой на Кубке мира в российском городе Ханты-Мансийск.

    Продемонстрировав высочайшее мастерство, настойчивость и волю, ты стал первым шахматистом Азербайджана – обладателем Кубка мира, открыв тем самым славную страницу в истории азербайджанского спорта.

    Желаю тебе всего наилучшего и новых побед».

  • Первый вице-президент Мехрибан Алиева: Азербайджан добился очередного большого успеха!

    зербайджан добился очередного большого успеха!

    Об этом говорится в публикации, сделанной на официальной странице Первого вице-президента Азербайджана Мехрибан Алиевой в Instagram, сообщает Trend.

    «Наш молодой талант Теймур Раджабов, достойно представив страну на Кубке мира по шахматам, одержал блестящую победу. Искренне поздравляю Теймура с этой грандиозной победой, порадовавшей весь азербайджанский народ!» – говорится в публикации.

  • “WhatsApp”da bu yolla başqalarının mesajları oxunurmuş…

    “WhatsApp” platforması bu dəfə yeni özəlliyi ilə yox, sistemində olan çatışmazlıqla gündəmə gəlib.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, çatışmazlıq pisniyyətli şəxslərin digər istifadəçilərin telefonundakı fayllarını ələ keçirməsinə, mesajlarını oxumasına imkan yaradır.

    “Awakened” adlı araşdırmaçı tərəfindən ortaya çıxarılan çatışmazlıq isə platformanın GIF bölməsindir. Belə ki, göndərilən GIF-lər vasitəsilə digər şəxslərin məlumatlarını ələ keçirmək mümkün olur.

  • Teymur Rəcəbov: “Qələbəni necə qeyd edəcəyimi bilmirəm”

    “Hələ ki, boşluqdan başqa heç nə hiss etmirəm”.

    Median.Az “Report”a istinadən “Chess News”a istinadən xəbər verir ki, bunu Dünya Kubokunun qalibi olan Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

    32 yaşlı qrossmeyster qələbəni necə qeyd edəcəyini bilmədiyini bildirib: “Hər halda 15-16 yaşımda Harri Kasparovu məğlub etdiyim görüşdən sonra qeyd etməyimdən fərqli bir şey etməyəcəyəm”.

    Rəcəbov onun üçün hər iki uğur arasında heç bir fərq olmadığını sözlərinə əlavə edib: “Kasparovla görüş bir oyundan ibarət olsa belə, indiki qələbə ilə müqayisə olunur. Dünya Kuboku bir turnir idi”.

    Qeyd edək ki, Teymur Rəcəbov Dünya Kubokunun finalıda çinli Dinq Lireni məğlub edib – 6:4.

  • Теймур Раджабов: Даже не знаю как я собираюсь отпраздновать

    “Сейчас пока ничего не чувствую, кроме опустошения”.

    Как сообщает Median.Az со ссылкой на Report со ссылкой на Chess News, об этом заявил азербайджанский шахматист, победитель Кубка мира Теймур Раджабов.

    32-летний гроссмейстер заявил: “Как я собираюсь отпраздновать? Даже не знаю… Во всяком случае, не буду праздновать как-то иначе, чем когда мне было 15 или 16 лет и я победил в Линаресе Каспарова, одного из моих любимых шахматистов, на партиях которого я учился. Для меня между этими успехами нет особой разницы, они вполне сопоставимы, хоть там была одна партия, а здесь целый турнир”.

    Отметим, что в финале Кубка мира Теймур Раджабов обыграл китайца Динга Лижэна – 6:4.

  • Daxili İşlər nazirindən yeni – TƏYİNAT

    Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

    Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, Baş Dövlət Yol Patrul Xidməti Alayının 9-cu tağımının komandri polis mayoru Aqil Məmmədov 6-cı tağıma komandir təyin edilib.

    Nazirin digər əmrinə əsasən, Aqil Məmmədovun yerinə 9-cu tağımın baş inspektoru, polis kapitanı Elnur Zeynalov təyin olunub.