Month: October 2019

  • Nazirdən şad xəbər: Yeni pensiya artımı gözlənilir

    2019-cu il ərzində Azərbaycanda pensiyaların minimum məbləği iki dəfə artıb.

    Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

    Onun sözlərinə görə, oktyabrın 1-dən əmək pensiyalarının minimum məbləği 200 manata çatdırılıb: “Ümumilikdə minimum pensiya artımı bu il 72% civarında olub. Alıcılıq qabiliyyəti göstəricisi üzrə Azərbaycan minimum pensiya məbləğinə görə MDB məkanında birinci yerdədir. Son artım 660 mindən çox pensiyaçını, yəni pensiyaçıların yarısından çoxunu əhatə edib. Əlavə olaraq əmək haqqının artması ilə əlaqədar xüsusi şərtlərlə pensiyaya çıxan 100 min vətəndaşın pensiyaları sentyabrın ayının sonundan etibarən artmağa başlayıb. Pensiya sahəsində ikinci sosial paket 750 min vətəndaşı əhatə edib”.

    Nazir bildirib ki, oktyabrın 1-dən etibarən yeni qanunvericilik aktı qüvvəyə minib: “Bu ayın sonuna qədər bütün pensiyaçılar öz pensiyalarını müvafiq artımla alacaqlar. Amma burada önəmli məqam pensiyaların minimum hissəsinin artırılması ilə bağlıdır. Bu il orta əmək haqqında 14-15% artımın olacağı gözlənilir. İlin sonunda bununla bağlı daha dəqiq rəqəmlər məlum olacaq. Bu isə o deməkdir ki, gələn ilin əvvəlindən ölkədəki bütün pensiyaçıların pensiyaları bu məbləğdə indeksləşdiriləcək. Yəni pensiya artımı yalnız oktyabr ayında olan artımla yekunlaşmayacaq”.

    Nazir ünvanlı sosial yardımla bağlı monitorinqlər davam etməsi barədə də danışıb: “Bu il ərzində 2500-ə qədər saxta əlilliyi olan şəxsin bu statusu ləğv olunub. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür”.

    S.Babayev qeyd edib ki, bu gün Azərbaycanda 70 mindən çox ailəyə, yəni 270 mindən çox insana ünvanlı sosial yardım verilir: “Bu yardımların orta məbləği 200 manatdan çoxdur. Bu məbləğ il ərzində artır. Lakin ünvanlı yardım insanların işləməməsi üçün stimul olmamalıdır. Tam əmək qabiliyyətli, hər hansı bir üzrlü səbəb olmadan işləməyən insanların işləməsi məcburi sayılır. Çox təəssüf ki, bu istiqamətdə bəzi işbazlar saxta əmək müqavilələri əldə etməyə çalışırlar. Məlum olub ki, bəzi şirkətlərin onlarla, bəzən isə yüzlərlə ünvanlı sosial yardım alan işçisi var. Bu işçilərlə əmək müqaviləsi imzalanıb, ünvanlı sosial yardımlar almaq üçün elektron müraciət edildikdən sonra həmin müqavilələr ləğv edilib. Bu müqavilələr üzrə hər hansı sosial sığorta və digər ödənişlər edilməyib. Aydın şəkildə görülür ki, bu şirkətlər, daha doğrusu fərdi sahibkarlar sırf manipulyasiya ilə məşğul olaraq ünvanlı sosial yardım sisteminə əlavə vətəndaşların cəlb edilməsinə əl atıblar. Ona görə də elektron sistem üzərindən araşdırma aparılıb. İlkin nəticə olaraq 800-ə qədər ünvanlı sosial yardım alan şəxslə bağlı tədbir görülüb. Amma bu araşdırma oktyabr ayı ərzində davam edəcək. Çünki ilkin risk kateqoriyasına daxil olan 3000-dən çox şəxs var. Bu araşdırmanın nəticələri barədə ay ərzində əlavə məlumat veriləcək. Vətəndaşlarımıza bununla bağlı bir daha müraciət edərək demək istəyirəm ki, ünvanlı yardıma görə müraciət üçün hər hansı vasitəçiyə ehtiyac yoxdur. Bunun üçün tam şəkildə elektronlaşdırılmış müraciət forması mövcuddur. Vətəndaşlar sadəcə diqqətlə bu müraciət formasını doldurmalıdırlar. Vətəndaşların hansısa şirkətlə, əlavə şəxslərlə təmas qurmasına ehtiyac yoxdur”.

  • Dünyanın 15 ən qorxulu yeri — Bura gedən geri qayıtmır + VİDEO

    Dünyanın hər yerində haqqında əfsanələr dolaşan, heç kəsin ayağını basmağa cürət etmədiyi və baxmağa qorxduğu bir çox yer var.//ölkə.az

    Median.Az dünyanın 15 ən qorxulu məkanını təqdim edir:

  • В Гяндже молодой человек отравился угарным газом

    В городе Гянджа 18-летний парень отравился угарным газом.

    Мамедов Вугар Имзаг оглу 2001 года рождения, отравился угарным газом в ванной комнате в своем доме. Родственники немедленно доставили пострадавшего в больницу.

    Состояние молодого человека оценивается как тяжелое.

  • Balakən sakinindən tapança götürülüb

    Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib və Balakən rayonu Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb.

    DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança silahı aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.//ölkə.az

  • “Çubuqla vururdu, oğluma yaxşı təsir edirdi” — “Cin əməliyyatı”nda ölən Muradın atası

    Şabranda “cin çıxarmaq” adı ilə 25 yaşlı Murad Soltanovu döyərək öldürməkdə təqsirləndirilən dini təriqət üzvlərinin məhkəməsi davam etdirilir.

    Median.Az xəbər verir ki, mərhum Murad Sultanovun atası Şahin Sultanov hadisənin necə baş verməsi barədə ifadə verərkən deyib ki, bir neçə il əvvəl boşanıb və nikahdan olan yeganə övladı nənəsi ilə qalıb:

    “Nənəsi öləndən sonra anası da başqasına ərə gedəcəyini dedi, bu, Murada pis təsir etdi. Ondan sonra Murad mənlə yaşamağa başladı. Oğlumun əvvəllər heç bir problemi olmayıb, bir gün yuxudan oyananda qəfildən vəziyyəti pisləşdi. Başını divara vururdu, üstünə su töküb qışqırırdı, hamını vurub dişləyirdi. Bir dəfə mənim də barmağımı elə dişlədi ki, az qaldı qopub düşsün. Sonra həkim çağırdıq, onu dəlixanaya yerləşdirdilər. Murad orada sakitləşmişdi, sonra anası gəlib dedi ki, “uşağımı ver aparım, onda cin var”. Anası dindardı, xəvaric təriqətinə mənsubdur, namaz qılmayana “kafir” deyir. O, Muradı apardı, oğlum onun yanından qaçmışdı, küçədə maykada gəzəndə tapmışdıq. Əl-ayağını bağlayıb xəstəxanaya apardıq, iynə vurdular sakitləşmədi, yenə dəlixanaya apardıq. Sonra isə cini çıxarmaq üçün molla axtarmağa başladıq. Molla Qalibi tapıb xəstəxanaya apardıq, həkimlər onu içəri buraxmadı. Biz də Muradı xəstəxanadan çıxartdıq, maşında molla dua oxuyub üfürdü, uşağın vəziyyəti pisləşdi.

    Sonra hər gün molla Qalib gəlib evdə dua oxuyurdu, zeytun ağacı ilə yüngülcə vururdu. Bir neçə günə Murad azca düzəldi, daha küçədə sərbəst gəzirdi. Amma bir müddət sonra onun anasının yeni əri Elnur başqa bir molla tapdığını dedi, sonra Füzuli Qəribov gəlib uşağa dualar oxumağa başladı. Onlar da Muradı çubuqla vururdular, arada mən də vururdum, oğluma yaxşı təsir edirdi. Bir gün Muradı çimizdirəndə gördüm bədənində qançır izləri var, nə olduğunu soruşdum, oğlum heç nə demədi. Füzulini görəndə dedim ki, Muradı müalicə edən o biri uşaqlar birdən möhkəm döyərlər.

    Həmin gün də oğlumu seansdan götürəndə vəziyyətə pis idi. Onlar mənə dedilər ki, qətiyyən, həkimə zəng etmə, apar evdə qalsın, düzələcək. Evdə qalanda Muradın halı daha da pisləşdi, paltarını çıxaranda gördüm ki, göbəyindən sinəsinə qədər qapqaradır. Oğlumun sinəsini masaj edib süni nəfəs verdim, bir dəfə ayıldı, sonra nəfəsi getdi. Bunları da əvvəldən zəng edib çağırmışdım, Murad öldü, ondan cin çıxaran mollalar da durub baxırdı.


    Bunlar hamısı günahkardır, adamın insafı olar, uşağı saat yarım dayanmadan döyüblər. Murad onlara “döyməyin” deyə yalvarıb, amma biri insafa gəlməyib”.

    Təqsirləndirilən şəxslərin Şahin Sultanovdan onlara halallıq verməsini istəmələrinə mərhumun atası belə cavab verib: “Siz təkcə oğlumu yox, məni də öldürdünüz. Mənim ondan başqa heç kimim yox idi. Sizin birinizdə insanlıq olmayıb ki, ağrıdan qışqıran, yalvaran, əzab çəkən Murada yazığınız gəlməyib. Halallıq istəyirsinizsə, verirəm”.

    Hadisə 2018-ci il noyabrın 10-da Şabran şəhərində baş verib. M.Soltanovu döyərək öldürməkdə təqsirləndirilən dini təriqət üzvləri – Şabran şəhər sakinləri Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov həbs ediliblər.

  • Bakıda avtobusda qadını qarət edən keçmiş məhkum ələ keçdi

    Bakıda qadını qarət edən şəxs yaxalanıb.

    Median.Az Trend-ə istinadən bildirir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

    Bakı şəhər sakini İsmayılova Aytac Firuz qızı polisə müraciət edərək bildirib ki, rayonun 4-cü mikrorayon, 20 yanvar küçəsindəki avtobus dayanacağında 135 saylı marşrut avtobusundan düşərkən naməlum şəxs onun içərinsində 200 dollar və 1 manat olan pulqabını əlindən alaraq qaçıb. Qadın oğrunun arxasınca qaçaraq onu yaxalamaq istəyəndə həmin şəxs pulqabını yerə atıb qaçıb.

    Qadının müraciəti əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Əhmədli Ceyhun Xoşbəxt oğlu saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • İstirahət günlərinin hava proqnozu açıqlanıb

    Həftə sonu Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 25-30, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin 7-də axşam şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 22-27, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

    Qazax-Gəncə zonasında əsasən yağmursuz keçəcəyi, lakin oktyabrın 6- da axşam bəzi yerlərdə şimşək çaxacağı, bəzi yerlərdə arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
    Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi oktyabrın 7-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

    Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi oktyabrın 7-də arabir güclənəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

    Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin oktyabrın 5-də axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi oktyabr 7-də arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 24-27 dərəcə isti təşkil edəcək.

  • Ученые доказали наступление климатической катастрофы

    Международная группа ученых из Новой Зеландии, Нидерландов, Чили и США выяснила, что повышение уровня моря до 23 метров может произойти в случае полного таяния морской части ледникового щита Антарктиды и если концентрация углекислого газа в атмосфере будет оставаться на уровне 400 частей на миллион в течение ближайшего века.

    В настоящее время концентрация парникового газа уже достигает 415 частей на миллион, говорится в статье, опубликованной в журнале Nature.

    Исследователи определили, как уровень моря повысится в ответ на таяние льда, спровоцированное накоплением парниковых газов в атмосфере Земли.

    Считается, что климат планеты в ближайшем будущем станет похожим на климат эпохи плиоцена около трех миллионов лет назад.

    В этом случае уровень моря может повыситься на 20 метров выше современных значений, однако это требует обширного таяния или полного коллапса гренландского, западно-антарктического и морской части восточно-антарктического ледяного щита.

    Ученые измерили амплитуду и частоту изменений уровня моря от 3,3 до 2,5 млн лет назад (переход от среднего к позднему плиоцену).

    При этом они учитывали деформацию Земли от распределения воды между тающими ледяными щитами и Мировым океаном.

    Исчезающий лед оказывает меньшее давление на земную кору, в результате чего та “всплывает” и уровень моря локально может снижаться.

    В этом случае гляцио-изостатическая поправка (англ. glacioisostatic adjustment) позволяет произвести более точные расчеты максимального глобального уровня моря.

    Данные об уровне моря были получены при анализе размеров гранул из отложений возрастом 3-3,3 млн лет, взятых между средней и наружной частью материкового шельфа в Бассейне Вангануи у Северного острова Новой Зеландии, а также обнаженных пород возрастом 2,5-2,9 млн лет в долине реки Рангитикей на том же острове.

    Ученые установили взаимоотношение между размером гранул и глубиной, на которую те залегали, рассматривая энергию волны, которая необходима для переноса отложений, и падение этой энергии с глубиной.

    Оказалось, что в плиоцен при переходе от ледниковой к межледниковой эпохе (то есть климат теплел) уровень моря колебался в среднем на 13 метров (максимально на 25 метров).

    Эти изменения были спровоцированы естественными циклами, такими как циклы Миланковича.

    В плиоцен больший вклад в повышение уровня моря сделали ледники Антарктиды.

    Хотя в Гренландии в то время было мало льда, вклад таяния местного ледникового покрова оценивается не более чем на пять метров.

    В настоящее время потепление и таяние ледников не может объясняться циклами Миланковича, поскольку количество солнечного света, поступающего на Землю, не меняется.

    Изменение климата, согласно научному консенсусу среди климатологов, спровоцировано антропогенными выбросами углерода, концентрация которого в атмосфере достигла рекордных за несколько миллионов лет значений.

  • Mənzildən kişi meyidi tapıldı

    Göygöl rayonumum Firuzabad kəndində mənzillərdən birində kişi meyidi tapılıb.

    Median.Az-ın Baku.ws-ə istinadən veridyi məlumata əsasən meyid təxminən 60-65 yaşlarındadır.Əraziyə Göygöl rayon Prokurorluğunun həmçinin, Göygöl rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

    Meyid ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göygöl rayon Şöbəsinə aparılıb.

    Faktla bağlı prokurorluqda araşdırma başlanılıb.

  • Qurban Qurbanov: Bizim birliyimizi gördülər

    “Oyunda hər şey istədiyimiz kimi alındı. Qələbə qazanmaq və üç xal əldə etmək üçün istəkli idik. Hər şey bizim tərəfimizdə idi. Matçda bir az gərginlik yaşandı. Buna baxmayaraq sona kimi intizamlı oyun sərgilədik, qalib gəlmək üçün meydanda ən yaxşısını etdik”.

    Bu fikirləri jurnalistərə açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Lüksemburqda “Düdelanj” üzərində 4:1 hesablı qələbə qazandıqları Avropa Liqasının II tur matçı barədə danışarkən deyib.

    47 yaşlı mütəxəssis bildirib ki, klub rəhbərliyi həmin qarşılaşmada baş verən təxribatla bağlı UEFA-ya müraciət edib: “Ötən il “Arsenal”la matçdan sonra da müraciət oldu. Dünən UEFA nümayəndələri orada idi. Şifahi şəkildə hamıya etirazlar bildirildi. Bu elə bir təxribatdır ki, bəlkə də UEFA məsələ ilə bağlı bizdən daha çox maraqlıdır. Çünki qurumun bayrağı altında keçirilən turnirdir. Onlar həmişə istəyirlər ki, oyunlarda hər şey qaydasında olsun, intizamlı olsunlar. Komandalar oyunlarını ən yüksək səviyyədə keçirsinlər. Bizim klub rəsmiləri sərt şəkildə etirazları bildirdi. “Düdelanj” rəhbərliyinə və UEFA nümayəndələrinə iradlar çatdırıldı. Belə halları dünya futbolunda görmüşük, rast gəlmişik. Amma hər bir halda daha diqqətli olmalı və öz işlərini düzgün qurmağa çalışmalıdırlar. Yazılı formada gələn həftə UEFA-ya müraciət olunacaq. Etirazlarımız göndəriləcək. Bununla klub rəhbərliyi məşğul olacaq”.

    Təcrübəli mütəxəssis Lüksemburqdakı görüşə davam etməmə ehtimalından da danışıb: “Oyunu davam etdirdik, amma UEFA nümayəndələri və “Düdelanj” rəhbərliyi qarşısında bəzi şərtlər qoyduq. Bildirdik ki, “bayraq” orada olmamalıdır. Hər bir halda idman qaydalarına əməl etməliyik. Düşünürəm ki, istədiyimizi öncə tələb etdik, sonra isə əldə etdik. Oyunu davam etdirə bildik”.

    Qurbanov son dəqiqələrdə hücumçu Maqeye Qeyeni oyuna buraxmasına da aydınlıq gətirib: “Bizim belə prinsipimiz var. 90 dəqiqə nizam-intizamı qoruyub saxlamaq çox çətindir. İlk dəqiqələrdə oyunçulardan nələri tələb ediriksə, sonradan meydana çıxanlar da bunları etməlidir. Durumu daha da yaxşılaşdırmağa çalışmalıdırlar. Bu bəzən alınır. Məni sevindirən odur ki, oyunçular bunu dərk edirlər. Bacardığımız qədər hücum etmək və qol vurmaq istəyirik. Əlbətttə ki, qol buraxmamaq şərti ilə. Hər an qol da burax bilərik. Amma idman prinsiplərinə hər zaman əməl etməliyik.

    Məşqçi “Təxribat kollektivə necə təsir edəcək” sualına belə cavab verib: “İstəmirik ki, belə hadisələr olsun. Düşünürəm ki, belə hadisələr çox futbolçuların böyüməsinə gətirib çıxarır. Böyük təcrübə toplayırlar və özlərini daha peşəkar hiss etməlidirlər. Belə təxribatlara hazır olmalıdırlar. Ola bilər ki, bu kimi hallar mənfi təsir göstərsin. Amma bunun da faydası olacaq. Özümüzü daha soyuqqanlı aparmalıyıq. Lazım olan fikirlərimizi də bildirdik. İndi çox şeyi demək və açıqlamaq olmur. Dünən həqiqətən bütün kollektiv hərəkətli idi. Təkcə meydandakı oyunçular yox, klubdakı hamı. Hamımız birlikdə idik. Həqiqətən bizim birliyimizi daha çox gördülər”.

    Qeyd edək ki, “Düdelanj” – “Qarabağ” oyunu erməni təxribatı ilə əlaqədar dayandırılıb. Matçın 30-cu dəqiqəsində Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin rəqib qapısına vurduğu 2-ci qoldan sonra dron vasitəsilə stadionun üzərinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib. Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib.

    AFFA rəhbərliyi də baş vermiş erməni təxribatına reaksiya verib. Milli assosiasiya bəyanat yayaraq baş verənləri pisləyib.